Məhkəmə qərarları › İş №2-1(120)-954/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-954/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-954/2024 15.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarda düzəliş edilməsi” tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək döyüş zamanı aldığı xəsarətin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 301 №-li Qərarında “qarının sağ yan tərəfindən qarın boşluğuna keçməyən güllə yarası" kimi qeyd edilən sözlərin “qarnının sağ yan tərəfindən girib qarın boşluğundan çıxan güllə yarası kimi sözləri ilə əvəz olunması və həmçinin qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin 7.2- ci bəndinin ç) yarımbəndinə əsasən qeyd edilmiş "yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” sözləri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"-niıı 7.2-ci bəndinin 7.2-ci bəndinin a) bəndinə əsasən "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz olunması faktının müəyyən edilməsi və həmin faktın cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 301 №-li Qərarında düzəliş edilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1977-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Qarabağ bölgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Qarabağ bölgəsində döyüş zamanı yaralandığı üçün müharibəsi veteranıdır. Lakin döyüşlərdə iştirak etməyinə baxmayaraq onu xidmət zamanı “qarnın sağ yan tərəfindən qarın boşluğuna keçməyən güllə yarası”xəstəliyi əsasında və həmçinin "yaralanmışdır, hərbi xidmət dövründə alınmişdir” kimi göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən cavabdeh .Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-cu il tarixli, 301 №-li qərarı ilə təsdiq etmişlər. Onun xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək döyüş zamanı aldığı xəsarətin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 301 №-li Qərarında “qarının sağ yan tərəfindən qarın boşluğuna keçməyən güllə yarası’ kimi qeyd edilən sözlərin “qarının sağ yan tərəfindən girib qarın boşluğundan çıxan güllə yarası” kimi sözləri ilə əvəz olunması və həmçinin qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin 7.2- ci bəndinin ç) yarımbəndinə əsasən qeyd edilmiş “yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” sözləri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə''-nin 7.2-ci bəndinin 7.2-ci bəndinin a) bəndinə əsasən “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz olunması faktının müəyyən edilməsi və həmin faktın cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 301 №-li Qərarında düzəliş edilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(112)-3400/2023 saylı məhkəmə bildirirşi və vətəndaş İddiaçı iddia ərizəsi xx.xx.2023- cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır.İddiaçı iddia ərizəsində ona məxsus xx.xx.2022-ci il tarixli 301 №-li səbəb əlaqəsi haqqında qərarda göstərilən xəsarətinin səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıdakılara görə iddianı tamamilə əsassız və qanunsuz hesab edirik.1998-ci ildə Şirvan ŞHK-ğı tərəfindən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət keçərkən xx.xx.1998-ci ildə aldığı və 21.05 1998-ci ildən xx.xx.1998-ci ilədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “Qarnın sağ yan tərəfindən qarın boşluğuna keçməyən güllə yarası. Bel əzələlərinin geniş sahədə zədələnməsi” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “ç” yarımbəndinə əsasən hərbi xidmətlə səbəb əlaqəsi “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir.E. Mehtiyev iddia ərizəsində MN MHHK-nın onun barəsində çıxardığı xx.xx.2022-ci il tarixli 301 №-li səbəb əlaqəsi haqqında qərarda qeyd olunan “Qarnın sağ yan tərəfindən qarın boşluğuna keçməyən güllə yarası” diaqnozunun MN Baş Klinik Hospitalı tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli 8507 nömrəli arayışda qeyd olunan “Qarnın sağ yan tərəfindən girib qarın boşluğundan çıxan güllə yarası”diaqnozu ilə ziddiyət təşkil etdiyini göstərmişdir.Qeyd olunan bu xüsusatla əlaqədar bildirirəm ki, MN Baş Klinik Hospital tərəfindən vətəndaş İddiaçı təqdim olunmuş xx.xx.2022-ci il tarixli 8507 nömrəli arayış və MN MHHK-na təqdim olunmuş xx.xx.2022-ci il tarixli 1962 nömrəli arayışlar N nömrəli hərbi hissənin (Sarıcalı hospitalı) 1998-ci ilə məxsus stasionar xəstələrin qeydiyyatı kitabının 1132-ci sayındakı qeyd əsasında verilmişdir. Lakin həmin kitabda İddiaçı diaqnozu olduqca xırda yazıldığından çox çətinliklə oxunur. Bu səbəbdən də sözügedən hər iki arayış tərtib olunarkən yanlışlığa yol verilmişdir.Belə ki, həmin kitabın “İlkin diaqnoz” hissəsində “Qarnın sağ tış (yan) tərəfindən qarın boşluğuna keçməyən güllə yarası” ifadəsi, son diaqnoz hissəsində isə qarnın sağ yan tərəfindən girib qarın boşluğundan çıxmayan (yəni, qarın boşluğuna girməyən- əslində burada da üslub səhvinə yol verilərək fikir düzgün ifadə olunmamışdır) ifadəsi yazılmışdır.İddiaçı 2022-ci ilin avqust ayında MN MHHK-nın həkim-cərrahı tərəfindən nəzarət qaydasında əyani müayinə olunarkən onda “Belin sağ yanından girib- çıxan güllə yarası” diaqnozu müəyyən edilmiş, (bu barədə xx.xx.2022-ci il tarixli 247 nömrəli məktubun üzərində qeydlər aparılmışdır (bax qoşma)) güllənin İddiaçı qarın boşluğuna keçmədiyi müəyyən edilmişdir.Bundan başqa İddiaçı xx.xx.N-ci ildən 23.11,N-ci ilədək Əlı Bayramlı ŞMX-da müayinə və müalicə olunmasına dair çıxarış epikrizində, 23.11,N-ci il tarixli 209 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə aktında” və 28.11,2003-cü il tarixli 195 nömrəli “Səhhətin müayinə edilməsi aktında” onun diaqnozu “Qarnın sağ yan tərəfindən qarın boşluğuna keçməyən güllə yaralanması. Bel əzələlərinin geniş sahədə zədələnməsi” kimi müəyyən edilmişdir.Həmçinin N nömrəli hərbi hissə komandirinin fevral N-ci il tarixli 621 nömrəli arayışında da İddiaçı yaralanma diaqnozu “Qarnın sağ yan tərəfindən girib qarın boşluğundan çıxmayan (yəni qarın boşluğuna girməyən, nüfuz etməyən) güllə yarası” kimi göstərilmişdir (bax qoşma). Bütun yuxarıda sadalanan faktlar İVlN MHHK-sı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-cı il tarixli 301 №-li səbəb əlaqəsi haqqında qərarda qeyd olunan diaqnozun düzgün olduğunu tam təsdiq edir.İddiaçı xəsarətinin səbəb əlaqəsinin“HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi ilə əlaqədar aşağıdakıları bildirir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Vətəndaşın travma alma faktı onun xidmət etdiyi hərbi hissənin "Zədələnmələrin və travmaların qeydiyyatı kitabında" olan qeydlər əsasında hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin İddiaçı aldığı travmadan 4 il keçdikdən sonra təqdim etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N-ci il tarixli travma haqqında arayış Azərbaycan Respublikası Müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində «Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 197-ci maddəsinin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, Təlimatın həmin maddəsinin tələbinə əsasən travma haqqında arayış travmanın alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir.Qeyd olunan travma haqqında arayışın hansı arxiv sənədlərinə (hərbi hissənin zədələnmələrin və travmaların qeydiyyatı kitabı, təhqiqat sənədləri, xidməti və ya inzibati araşdırma materialları və sairə) istinad edilərək verilməsi barədə N saylı hərbi hissə komandirinə MN MHHK-sı tərəfindən xx.xx.2022-ci il, 01,02.2022-cı ıl və xx.xx.2022-ci il tarixli məktublarla dəfələrlə müraciət olunsa da həmin sorğulara cavab verilməmişdir. Bu səbəbdən də vətəndaş E Mehtiyevdə təyin edilmiş yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin "a” bəndinin 3-cü abzasının, 7.3 maddəsinin və “Təlimafın 197-ci maddələrinin tələblərinə ziddir.İddiaçı xəsarətinin səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi ilə cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma,xəstəlik, əlillik və bunların arsındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir.Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır.Göstərilənləri nəzərə alaraq məhkəmədən vətəndaş İddiaçı iddiasının rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı 2022-ci ilin avqust ayında qərarı əldə etdikdən sonra Müdafiə Nazirliyinə və digər hüquq müühafizə orqanlarına, həmçinin cavabdehə müraciətlər etdiyini, lakin heç bir tədbir görülmədiyini, sonralar ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirdiklərini, iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:

Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarda düzəliş edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarda düzəliş edilməsinı xahiş etmişdir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə hüquqi yardım edərək qeyd etmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı;iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;iddiaçının (ərizəçinin) tələbi, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmasıilə bağlı məhkəmənin hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı X1 iddia tələbində dəqiqləşdirmə aparmayaraq iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmamışdır. Tələb aydın olmadığından və həmin tələbə inzibati qaydada baxılması yol verilən olmadığından, həmin tələb əsasında işə mahiyyəti üzrə baxıb, yekun məhkəmə aktının çıxarılması mümkün deyildir. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarında göstərilmişdir ki, Şirvan ŞHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xx.xx.1998-ci ildə aldığı və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Qarnın sağ yan tərəfindən qarın boşluğuna keçməyən güllə yarası. Bel əzələlərinin geniş sahədə zədələnməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döviət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 20 nömrəli göndərişi, xx.xx.2022ci il tarixli 15 nömrəli arayışı MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2022-ci il tarixli 1962 nömrəli arayış, MN MHHK- nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR." İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Hərbi Həkim Komissiyası tərəfindən cavablandırılmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məktubların məzmunundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarının dəyişdirilməsinə heç bir əsas olmaması barədə məlumat verilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı hal-hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarını xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının tərəfindən qəbul edilən qərar 2022-ci il tarixə aiddir. Həmin qərarın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmasa da, İddiaçı izahatı və Hərbi Həkim Komissiyası tərəfindən cavablandırılmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məktubların məzmunları, həmçinin Hərbi Prokurorluq və Müdafiə Nazirlikləri tərəfindən iddiaçının müraciətinin baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına ünvanlanmış məktublardan məlum olur ki, iddiaçı 2022-ci ilin avqustsentyabr ayından mübahisələndirilən qərar barədə məlumatlı olmuşdur, lakin 10 aya yaxın müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarı inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andn hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarda düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli, 301 nömrəli qərarda düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar