Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-954/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı Maraqlı şəxs1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyat ünvanına düzəliş edilərək ünvanının ünvan 1vabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə, üçüncü şəxslər X6 və qeyrilərinə qarşı, Maraqlı şəxs1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyat ünvanına düzəliş edilərək ünvanının ünvan 1vabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 2asında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə, üçüncü şəxslər X6 və qeyrilərinə qarşı, Maraqlı şəxs1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyat ünvanına düzəliş edilərək ünvanının ünvan 1vabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3201/2024 saylı qərardadı ilə Maraqlı şəxs1 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə Astara şəhərində anadan olmuş və Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 19 saylı mənzilində yaşamaqla qeydiyyatda olmuşdur. Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 19 saylı mənzili atası Maraqlı şəxs2 mülkiyyətində olmuşdur. Şəxsiyyət vəsiqəsini dəyişərkən ona məlum olmuşdur ki, yaşayış yeri üzrə qeydiyyatı Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 9 saylı mənzilidir. Halbuki, Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 9 saylı mənzili üçüncü şəxs X2 məxsusdur və o, həmin mənzildə yaşamamış, həmin mənzilin iddiaçı və qohumlarına heç bir aidiyyəti yoxdur. Atası iş üzrə üçüncü şəxs Maraqlı şəxs2 baçısı iş üzrə üçüncü şəxs Maraqlı şəxs1 “Bağışlanma müqaviləsinin etibarsız hesab edilib, ləğv edilməsi tələbinə dair” Astara rayon Məhkəməsində iddia qaldırandan sonra və iş üzrə məhkəmə qətnaməsi qəbul ediləndən sonra iddiaçı qeydiyyatının Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 9 saylı mənzilində olmasını bilmişdir. Belə ki, Astara rayon Notariat Ofisində bağlanmış 24 may 2019-cu il tarixli, 4Ə- 352 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən məlum olur ki, Maraqlı şəxs2 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********73-05101-093043 qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 08 yanvar 2019-cu il olan Çıxarışa əsasən mülkiyyətində olan Astara şəhəri, S.Vurğun küçəsi 7 saylı binanın, 19 saylı mənzilinin cavabdeh Maraqlı şəxs1 bağışlamışlar. Lakin onun bu müqavilədən xəbəri olmamışdır, iddiaçının xəbəri və razılığı olmadan bağışlanma müqaviləsi rəsmiləşdirilmişdir. Bunun da səbəbi onun qeydiyyat ünvanının düzgün yazılmamasındandır. Cavabdeh Qeydiyyat və X4 qeydiyyatına dair məlumatlarda və şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə ünvanını səhvən ünvan 4. Buna görə də iddiaçı Cavabdehnə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, yaşayış yeri üzrə qeydiyyat məlumatlarında qeydiyyat ünvanında düzəliş edilməsini və qeydiyyat ünvanının ünvan 5hiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İnzibati iş üzrə məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək müəyyən səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bacısı İddiaçı evə qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Astara rayon “Mənzil Kommunal Tikinti X3” MMC-nin xx.xx.2024-cü il tarixli, 17 nömrəli məktubunun surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında 5 otaqdan ibarət olan mənzil Maraqlı şəxs1 məxsusdur. Sözügedən ünvan barədə məlumat idarənin qeydiyyat kitabına əsasən aşağıdakı ailə üzvləri qeyd olunmuşdur. Maraqlı şəxs2, X15, X10. Məlumat üçün bildirilmişdir ki, ünvan 7 ünvanında 3 otaqdan ibarət olan mənzil idarənin qeydiyyat kitabında X5 məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışının surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən 91.1 kv/m yaşayış sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində Maraqlı şəxs2 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 30 may 2024-cü il tarixli, 3-21-3-43/2-1498/2024 nömrəli məktubun surətindən müəyyən olunur ki, **********73-05101-093043 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin arxiv nüsxələrinin təsdiq olunmuş surətləri təqdim olunmuş. Sorğuda qeyd olunan **********73-05101-093043 reyestr nömrəli mənzil üzərində istifadə hüquqlarının qeydiyyatı barədə məlumat aşkarlanmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən 91.1 kv/m yaşayış sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində Maraqlı şəxs1 adına qeydə alınmışdır. 24 may 2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviəsinin surətindən müəyyən olunur ki, Əhədov X16 şəhəri, Səməd Vurğun küçəsi ev 7, mənzil 19 ünvanında yerləşən ümumi sahəsi 91.1 kv/m yaşayış sahəsi 57.4 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alanın” qızı Maraqlı şəxs1 (tam hissə 91.1 kv/m, 5 otaq) mülkiyyətinə verir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-3-13-65/2-10708/24 nömrəli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “qeydiyyat ünvanının düzəliş edilərək ünvanının ünvan 10hin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati iş üzrə məlumat üçün bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən ünvan 11 ünvanında qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti 5 il bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli, 3-21-3-43/2-2952/2024 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Astara şəhəri, Səməd Vurğun küçəsi, ev 7-də yerləşən 9 nömrəli mənzil, Astara rayon Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4-Ə-24 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2003-cü il tarixli, 152 nömrəli qeydiyyat vəsiqəsi ilə vətəndaş X1 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-15-65/2-18214/24 nömrəli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “qeydiyyat ünvanının düzəliş edilərək ünvanının ünvan 10hin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə məlumat üçün bildirilir ki, İddiaçı ünvan 11 ünvanında xx.xx.2006-cı il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti 5 il bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 17 aprel 2025-ci il tarixli, 3-21-3-43/2-1137/2025 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı ev, 9 saylı mənzil Astara rayon Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 4-Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə hər-hansı şəxsin qeydiyyat hüququnun olması barədə məlumat aşkar edilməmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçının yaşayış yeri Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 19 saylı mənzili atası Maraqlı şəxs2 mülkiyyətində olmuşdur. Şəxsiyyət vəsiqəsini dəyişərkən ona məlum olmuşdur ki, yaşayış yeri üzrə qeydiyyatı Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 9 saylı mənzilidir. Halbuki, Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 9 saylı mənzili üçüncü şəxs X2 məxsusdur və o, həmin mənzildə yaşamamış, həmin mənzilin iddiaçı və qohumlarına heç bir aidiyyəti yoxdur. Tətbiq edilən hüquq: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı Astara şəhəri, Səməd Vurğun küçəsi bina 7-də yerləşən 19 nömrəli mənzil xx.xx.1982-ci il tarixli, 67 nömrəli Orderdə Maraqlı şəxs2, X11, X12, X13, Maraqlı şəxs1 və İddiaçı adları qeyd edilmişdir. Astara rayonu, Mənzil Kommunal Tikinti X3 MMC-nin vətəndaş Maraqlı şəxs2 verilmiş xx.xx.2018-ci il tarixli, 221 nömrəli arayışda X12, X13, Maraqlı şəxs1 və X7 qeyd edilmişdir. Astara rayonu Notariat Kontorunun mənzilin özəlləşdirilməsi üçün təsdiq olunmuş 8İ-2925, 8İ-2926, 8İ-2938 və 8İ-3138 nömrəli, X12, X13, Maraqlı şəxs1 və X7 razılıq ərizələri əsasında vətəndaş Maraqlı şəxs2 mülkiyyət hüquqları qeyd olunan mənzil üzərində tanınmış. Qeyd olunanlara əsasən məhkəmə Astara rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı imtinasında qeyd olunan dəlilləri əsassız hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Sözügedən Qanunun 9-cu maddəsinə görə şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyinin) məlumatına əsasən yasayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının 08 dekabr 1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş «”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 14-cü maddəsinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir; Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının ümumiyyətlə Astara şəhəri, Səməd Vurğun küçəsi 7 saylı evin 9 saylı mənzili heç bir əlaqəsi olmamış, həmin mənzil üçüncü şəxs X2 məxsus olmuş onun iddiaçı arasında heç bir qohumluq münasibətləri olmamışdır. Astara şəhəri, Səməd Vurğun küçəsi, ev 7, mənzil 19 ünvanı iddiaçının valideynlərinə məxsus olması, bundan başqa əvvələrdə iddiaçının həmin mənzildə qeydiyyatda olması nəzərə alaraq iddiaçının qeydiyyat ünvanında qeyd olunan yalnışlıqların aradan qaldırılması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti yoxdur), iddiaçının qeydiyyat ünvanına düzəliş edilməsindən imtina olunması qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı qeydiyyat ünvanına düzəliş edilərək ünvanının ünvan 1vabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78 – 79-cu, 81ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı qeydiyyat ünvanına düzəliş edilərək ünvanının ünvan 13deh Astara şəhər Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-954/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-954/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver