Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-955/2020 29.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və 1-ci qrup əlil olması nəzərə alınmaqla ünvanlı dövlət sosial yardım məbləğinin yenidən hesablanaraq birdəfəyə ödənilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehna qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixində 169.47 AZN məbləğində təyin olunan ünvanlı dövlət sosial yardımın məbləğinin yenidən düzgün hesablanaraq məbləğin artırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2-1(81)-4365/2018 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Şirvan şəhər şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2-1(81)-4365/2018 saylı qərardadı ilə 2-1(81)-4365/2018 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2-1(086)-350/2019 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək, xx.xx.2018-ci il tarixdən təyin edilmiş ünvanlı dövlət sosial yardımın ləğv edilməsi və İ qrup əlil olması nəzərə alınmaqla ünvanlı dövlət sosial yardımın məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-1(086)-350/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-1(086)-350/2019 saylı qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Şirvan şəhər şöbəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 29 avqust 20019-cu il tarixli, 2-1(106)370/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-1(086)-350/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2-1(106)370/2019 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2-1(102)- 3354/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin 29 avqust 20019-cu il tarixli, 2-1(106)370/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qöndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(106)250/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2-1(086)-350/2019 saylı qərarının ləğv edilməsi və yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2-1(120)-955/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Şirvan şəhər şöbəsinə qarşı “xx.xx.2018-ci il tarixdən təyin edilmiş ünvanlı dövlət sosial yardımın ləğv edilməsi və 1-ci qrup əlil olması nəzərə alınmaqla ünvanlı dövlət sosial yardımın məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tanınması, iddia tələbinə isə ünvanlı sosial yardım təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və 1-ci qrup əlil olması nəzərə alınmaqla ünvanlı sosial yardım məbləğinin yenidən hesablanaraq birdəfəlik ödənilməsi kimi baxılması qərara alınmışdır. İddiaçı X3 məhkəmə iclasında izahatında ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və 1-ci qrup əlil olması nəzərə alınmaqla ünvanlı dövlət sosial yardım məbləğinin yenidən hesablanaraq birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X2 iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və 1-ci qrup əlil olması nəzərə alınmaqla ünvanlı dövlət sosial yardım məbləğinin yenidən hesablanaraq birdəfəyə ödənilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən yazılan ərizələrdən (iddia ərizəsi, iddia ərizəsinə əlavə), iddiaçının məhkəmə iclasında verdiyi izahatından, o cümlədən ƏƏSMN yanında DSMF-nin xx.xx.2018-ci il tarixli **********4 nömrəli məktubunun məzmunundan müəyyən etmək olurki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan 19 fevral 2018-ci il tarixində məlumatlı olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı razılaşmadığı qərarın mübahisələndirilməsinə (qərar üzrə təyin edilmiş məbləğin yenidən hesablanması tələbinə) dair iddia ərizəsi ilə ilk dəfə məhkəməyə xx.xx.2018-ci il tarixində müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 19 fevral 2018-ci il tarixdən məlumatı olmuş və prosessual müddətin axımı onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi haqqında qərarın verildiyi vaxtdan, yəni 19 fevral 2018-ci il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 7 (yeddi) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və 1-ci qrup əlil olması nəzərə alınmaqla ünvanlı dövlət sosial yardım məbləğinin yenidən hesablanaraq birdəfəyə ödənilməsi tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və 1-ci qrup əlil olması nəzərə alınmaqla ünvanlı dövlət sosial yardım məbləğinin yenidən hesablanaraq birdəfəyə ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-955/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-955/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver