Məhkəmə qərarları › İş №2-1(120)-956/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-956/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-956/2021 30.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 30 iyun 202N-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, N0) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, N992-ci ilin may ayından etibarən döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü şəkildə N nömrəli hərbi hissəyə qoşulmuş, sonradan - N9N noyabrın 27-dən həmin hərbi hissənin nömrəsi dəyişdirilərək N saylı olmuşdur. Füzuli rayonunun Bala Bəhmənli, Qubadlı rayonunun Xanlıq kəndi, Laçın rayonunun Muradxanlı, Türklər və Səfyan kəndlərində, Xocavənd rayonu və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişdir. Hərbi qulluqda olduğu müddətdə eyni zamanda, tibb rotasının komandiri olmuş, həm də təcili tibbi yardım maşınını sürmüş, şəhid və yaralıları xəstəxanaya çatdırmışdır. Bir neçə dəfə Müdafiə Nazirliyinə müraciət edərək, ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahilş etmişdir. Lakin, Nazirlik hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 24 may 20N3-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi Mübariz Qurbanovun imzası ilə ona verilən cavab məktubunda qeyd edilir ki, “Sizin Müdafiə Nazirliyinə ünvanladığınız ərizənizə cavab olaraq barənizdə N saylı hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 7 №-li (Əmrdə atasının adı yazılmayıb) əmrdən çıxarışı ünvanınıza göndəririk. Qeyd edirik ki, N saylı hərbi hissə komandirinin may-dekabr N992-ci il tarixli əmrlərində sizin xidmətləriniz barədə məlumat yoxdur”. Cavab məktubuna əlavə edilmiş N saylı hərbi hissə komandirinin N №-li N yanvar N993-cü il tarixli əmrdən çıxarışda yazılır ki, “Tibb rotasının komandiri İddiaçı Müdafiə Nazirinin könüllülər haqqında əmrinə əsasən hərbi qulluqdan tərxis olunsun”. Əsas kimi 05.0N.N993-cü il tarixli təqdimat götürülür. Əmrdən çıxarışda N saylı hərbi hissə komandiri polkovnik İ.Qasımov və qərargah rəisi polkovnik-leytenant Ş.Teymurovun adları qeyd edilib. Göründüyü kimi, onun hərbi xidmətdən çıxış tarixi sözügedən N №-li N yanvar N993-cü il tarixli əmrdən çıxarışla təsdiqlənsə də, hərbi xidmətə giriş tarixi barədə məlumat qeydə alınmamışdır. 26 yanvar 202N-ci ildə Müdafiə Nazirliyinə məktub yazaraq ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsini növbəti dəfə xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi N7.03.202N-ci il tarixdə məktubuna cavab vermişdir. Həmin cavab məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədləri (hərbi biletinizin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etmənizi qeyd etməklə ətraflı ərizənizi Müdafiə Nazirliyinin Aparatı nəzdində faliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərdiyiniz təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul edilə bilər”. Cavab məktubunu Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanov imzalayıb. Hesab edir ki, Müdafiə Nazirliyinin ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası qanunsuz və əsasızdır. Əvvəla, cavabdeh orqanın 24 may 20N3-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş N №-li, yanvar N993-cü il tarixli əmrdən çıxarışdan bir daha təsdiq olunur ki, o, könüllü kimi hərbi xidmətdə olmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. Çıxarışa əsasən onun xidmət dövründə tibb rotasının komandiri olmağı etiraf edilir və hərbi qulluqdan tərxis olunmağı Müdafiə Nazirinin könüllülər haqqında əmri ilə əsasılandırlır. Bütün bunlar onun N (sonradan 704) saylı hərbi hissənin tərkibində N-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə aktiv iştirak etməyini sübut edir. O ki, qaldı onun hərbi qulluğa giriş tarixi və hərbi hissənin tərkibində N992-ci ilin may-dekabr tarixlərində xidməti barədə məlumatın olmamasına, bu, həmin vaxtın sənədləşdirmə işlərinin pis təşkil olunması ilə izah oluna bilər və müvafiq dövlət orqanlarının, indiki halda isə cavabdeh qurumun kargüzarlıq və sənədləşdirmə işlərini düzgün qurmamasının nəticəsidir və buna görə məsuliyyəti o, daşımamalıdır. Başqa sözlə, N saylı hərbi hissə komandirinin may-dekabr N992-ci il tarixli əmrlərində onun xidmətləri barədə məlumatın olmamasının günahkarı o, deyil. Bu səbəbdən də Müdafiə Nazirliyinin cavab məktubunda yazılanları əsassız və ona Müharibə veteranı adının verilməsindən qanunsuz imtina üçün bəhanə hesab edir. İkincisi, onun N992-N993-cü illərdə N-ci Qarabağ müharibəsində iştirakını döyüş yoldaşları olmuş şahidlər də təsdiq edə bilərlər. Həmin şəxslərlə birlikdə döyüş əməliyyatlarında aktiv iştirak etmişdir. Həmin şəxslər uzun illərdir Müharibə veteranı statusunu əldə ediblər və bu imtiyazdan faydalanırlar. Məhz bu əsaslara görə də Müdafiə Nazirliyinin ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinasını qanunsuz və əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş və yaxud da barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Başqa sözlə, ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsini istisna edən hallar da yoxdur. Göstərilənlərə əsasən, cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilmişdir ki, iddia verilərkən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.N-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkünsuz sayılmalıdır. Belə ki, hazırki iddia Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.N-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının N.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Belə ki, iddiaçı Müdafiə Nazirliyin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”ya müraciət etrniş, Komissiya N7 mart 202N-ci il tarixli məktubla iddiaçı barəsində onun hüquqlarını məhdudlaşdıran hər hansı inzibati akt qəbul etməmiş, ərizə və hərbi xidmətini təsdiq edən müvafiq sənədlərlə Komissiyaya müraciət etməmişdir. İddianın mümkün sayılmaması məhkəmədən xahiş olunmuşdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, cavabdehin nümayəndəsinin “iddianın mümkün sayılmaması barədə” vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələbi məcburetmə haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsini təsdiq edən sübutu iş materiallarına əlavə etməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış N7.03.202N-ci il tarixli məktubla müəyyən olunur ki, həmin məktub imtina xarakterli deyil. Belə ki, həmin məktubla iddiaçıdan hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətinin, döyüşlərdə iştirakını təsdiq edən sənədlərin və sair sənədlərin Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəslərinin verilməsi üzrə komissiya” ya göndərəcəyi təqdirdə komissiyanın iclasında baxılaraq qərar qəbul ediləcəyi göstərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Belə olan halda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in N.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan N0 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar