Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-956/2025 18.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının mənzil növbəliyinə qeydiyyatla bağlı xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamı əsasında mənzillə təmin olunanadək ona müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının mənzil növbəliyinə qeydiyyatla bağlı xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamı əsasında mənzillə təmin olunanadək ona müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 2001-2023-cü illər intervalında Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini 2001-2005-ci illərdə H.Əliyev adına Ali Hərbi Məktəbdə “kursant”, qalan xidmətini isə “zabit” olaraq keçmişdir. Xidmət müddəti ərzində heç bir hüquqi məsuliyyətə cəlb edilməmiş, şəxsən və komandir kimi ona həvalə olunan döyüş və s. tapşırıqları uğurla icra etmiş, eyni zamanda 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixlərində ölkənin işğalda olan ərazilərinin azad olunması uğrunda döyüş əməliyyatlarının Füzuli, Xocavənd və Şuşa istiqamətlərində “motoatıcı tabor komandiri” vəzifəsində iştirak etmiş, Azərbaycan Respublikasının müharibə veteranıdır. 22 (iyirmi iki) illik hərbi xidməti dövründə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları ilə, “Qüsursuz xidmətə görə” İ, “Qüsursuz xidmətə görə” İİ, “Qüsursuz xidmətə görə” İİİ dərəcəli medallarla təltif edilmişdir. 201 №li Hərbi Hissə Komandirinin xx.xx.2023-cü il tarixli, 241 saylı əmri ilə “polkovnik-leytenant” hərbi rütbəsində, “X3 növbətçisi” vəzifəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq AR SHXÇDX-nin Neftçala rayon şöbəsində qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 174 saylı Qərarının 1-ci hissəsinə əsasən mənzil növbəliliyinə qeydə alınmağım üçün Cavabdehnə tərəfindən müraciət edilmiş və xx.xx.2024-cü il tarixli, 17 №li sərəncamla adı mənzil növbəliliyi, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbçilərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mənzil-uçot siyahısına daxil edilmişdir. Hazırda kirayədə yaşadığından və bununla əlaqədar maddi ehtiyaclarının ödənilməsində çətinlik çəkdiyindən ona müvəqqəti mənzil kirayə haqlarının ödənilməsi tələbinə dair ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh tərəfindən tələbinin icrasından imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddiaya qarşı etirazla bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 248 nömrəli arayışına əsasən, iddiaçı tərəf xx.xx.1983-cü il təvəllüdlü Neftçala şəhər sakini İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, ehtiyata buraxılıb. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2023-cü il tarixli 241 nömrəli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılması bir daha öz təsdiqini tapır. İddiaçı tərəfin xx.xx.2024-cü il tarixli Rayon İcra Hakimiyyətinə müraciəti ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinin 51.3-cü hissəsini, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli Qərarının 1-ci maddəsini, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı və 6.8,-ci bəndini əsasən, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 17 nömrəli Sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı, dörd nəfər ailə tərkibi ilə (özü, arvadı X4, övladları X6, X5) birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinə ehtiyac olan qismində mənzil növbəliliyinə qeydiyyata alınmışdır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən dövlət mənzil fondundan yaşayış sahəsinin ayrılma norması yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 m2 müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.4-cü hissəsinə əsasən yaşayış sahəsinin uçot norması vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin məcəllənin 50-ci maddəsinin 50.1.2,- ci hissəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahələrinə ehtiyacı olan hesab edilirlər. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq İddiaçı mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinə ehtiyac olan qismində mənzil növbəliliyinə qeydə alınmışdır. Lakin İddiaçı təqdim etdiyi kirayə müqaviləsində mülkiyyət sahibinin və kirayələdiyi mənzilin ümumi sahəsi 62,7 m2 təşkil edir ki, bu da ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından azdır. İddiaçı tərəfin xx.xx.2024-cü il tarixli müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə ünvanlandığı müraciətinə xx.xx.2024-cü il tarixli 5-67/2-302/2024 nömrəli məktubla əsaslandırılmış cavab verilmişdir. Belə ki, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “ Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “ Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41 -ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilməsi və öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmaması qeyd olunub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərardadında öz arzusu ilə o cümlədən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmamasından başqa digər müstəsna hallar qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəf İddiaçı İkinci Qarabağ müharibəsi iştirakçısı olması barədə Rayon İcra Hakimiyyətinə təqdim olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 248 nömrəli arayışında və N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2023-cü il tarixli 241 nömrəli əmrində hər hansı bir qeydiyyat aparılmamışdır. Digər bir halda, iddiaçı tərəf kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərardadında İkinci Qarabağ müharibəsi iştirakçısı olmasının müstəsna hal olması qeyd olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “ Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadını əldə rəhbər tutaraq iddiaçı tərəf İddiaçı müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi barədə qərar qəbul edə bilməmişdir. Məlumat üçün həmçinin qeyd edirik ki, 18 iyul 2022-ci il tarixli Qərardada əsasən Rayon İcra Hakimiyyətində müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi barədə qəbul edilmiş qərarlarda, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq kirayə xərcləri ödənilən şəxslərə ödənilən kirayə xərcləri dayandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaçı tələbinə etiraz etdiklərini bildirərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Neftçala rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının mənzil növbəliyinə qeydiyyatla bağlı xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamı əsasında mənzillə təmin olunanadək ona müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Neftçala şəhərində anadan olmuş və Neftçala şəhəri, M.Əsədov küçəsi ev 4Q, mənzil 34-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 241 nömrəli əmrindən çıxarışdan görünür ki, Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin (Q3) X3 növbətçisi polkovnikleytenant İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 23 sentyabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 2001-2023-cü illər intervalında Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, X2 ilə İddiaçı arasında xx.xx.2028-ci il tarixədək aylıq 250 manat ödənilməklə kirayə müqaviləsi bağlanmışdır. İşdə olan Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı, dörd nəfər ailə tərkibi ilə (özü, arvadı X4, övladları X6, X5) birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinə ehtiyac olan qismində mənzil növbəliliyinə qeydiyyata alınması, İddiaçı mənzil növbəliliyi, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbiçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Neftçala Rayonu icra Hakimiyyətində tərtib edilmiş mənzil-uçot siyahına daxil edilməsi, yaşayış sahəsinə ehtiyac olan qismində mənzil növbəsinə qeydiyyata götürülməsi barədə İddiaçı məlumat verilməsi, Sərəncamın icrasına nəzarət Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayevə həvalə edilmişdir. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-67/2-176/2024 nömrəli məktubundan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə müvafiq olaraq, ehtiyata buraxılmağını qeyd edərək, sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyac olan qismində mənzil kirayə haqqının verilməsi məqsədilə xx.xx.2023-cü il tarixində ərizə ilə Cavabdehnə müraciət edərək aidiyyəti sənədləri təqdim etmişdir. Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli 17 nömrəli Sərəncamı ilə ehtiyata buraxılan zabit kimi, sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyac olan qismində Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilmişdir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli Qərarının 1-ci maddəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadına əsasən, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər səbəbindən, hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 248 nömrəli arayışından görünür ki, ehtiyatda olan polkovnikleytenant xx.xx.1983-cü il təvəllüdlü İddiaçı həqiqətən də xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursantların həqiqi hərbi xidməti və xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi zabitlərin həqiqi hərbi xidmətində olmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli 0495 nömrəli əmrinə əsasən Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156-ci maddəsinin “J” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq (hərbi geyim formasını daşımaq hüququ verilməklə) ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmtə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində hərbi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-2/2-X-84xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2022-ci ilin mart ayında “Müharibə veteram” statusu və 8 yanvar 2024-cü il tarixdə tərəfimizdən “Müharibə veteram” vəsiqəsi verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən: - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. - Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. - Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadı: - Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12- ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları. 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan, eləcə də N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 241 nömrəli əmrindən çıxarışdan görünür ki, Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin (Q3) X3 növbətçisi polkovnik-leytenant İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 23 sentyabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə göndərilmişdir. Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı, dörd nəfər ailə tərkibi ilə (özü, arvadı X4, övladları X6, X5) birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinə ehtiyac olan qismində mənzil növbəliliyinə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı İcra Hakimiyyətində mənzil növbəliyinə götürülmüşdür. Lakin Cavabdeh tərəfindən İddiaçı müvəqqəti yaşayış yerinin mənzilkirayə haqlarının ödənilməsi barədə qərar qəbul edilməmişdir. Cavabdeh etirazında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “ Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadını əldə rəhbər tutaraq iddiaçı tərəf İddiaçı müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi barədə qərar qəbul edə bilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4cü maddəsinin tələbi nəzərdə tutur ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Konstitusiya Qanunun qeyd olunan tələbi baxımından, hazırkı mübahisənin qanuni əsasını «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası deyil, 12-ci maddənin 2-ci hissəsinin 3-4-cü abzaslarında və 7-ci hissəsində təsbit olunan xüsusi normaları təşkil edir. Belə olan halda, yuxarıda qeyd olunduğu kimi öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmış iddiaçının iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malik deyildir. Həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 9-cü abzası da nəzərdə tutur ki, “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1-ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərardadında göstərilənlərə istinadla belə qənaətə gəlir ki, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış iddiaçının “mənzil növbəsinə götürülməsi”nə dair iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malik deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2466/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırlması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının mənzil növbəliyinə qeydiyyatla bağlı xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamı əsasında mənzillə təmin olunanadək ona müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının mənzil növbəliyinə qeydiyyatla bağlı xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamı əsasında mənzillə təmin olunanadək ona müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-956/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-956/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver