Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-957/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialına qarşı “onun işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (xx.xx.1989-xx.xx.2000-ci illər) işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 4 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional Filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 4 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, əmək pensiyaçısıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Mtidafıə X6 Şəxsin 4 saylı Regional Ərazi fılialı (bundan sonra - cavabdeh) tərəfındən əmək pensiyası təyin edilib. Cavabdeh tərəfındən ona əmək peıısiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsinin 33 №-li mağazasında satıcı vəzifəsində 11 (on bir) il 2 (iki) ay 4 (dörd) gün işləmişdir. Lakin cavabdeh onun xx.xx.1989-cu il tarixdən xx.xx.2000ci il tarixə kimi işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. O, cavabdehə müraciət edərək xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi olan müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. 16 dekabr 2021-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar **********6 saylı imtinaedici məktub tərtib edib. Cavabdeh imtinaedici məktubunu onunla əsaslandırıb ki, Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsinin 33 №-li mağazasında (xx.xx.1989-xx.xx.2000-ci illər) işləməyi barədə Sosial Ödənişlər Üzrə Mərkəzi Təyinat İdarəsinə sorğu göndərilmişdir və Azərbaycan Respııblikası Əmlak Məsələləri iızrə Dövlət Komitəsinin Nərimanov rayonunun arxivində saxlanılan Əli Bayramlı şəhər “Ticarət İdarəsinin” (xx.xx.1989-xx.xx.2000-ci illər) əhatə edən sənədləri arasında onun adına rast gəlinməyib. Məhz bu səbəbdən də ümumilikdə 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Cavabdehin ona ünvanlanmış cavabından görünür ki, onlar onun bir işçi kimi sığorta stajını 24 il 9 ay 24 gün hesablayıblar. Lakin bu ərizədə təqdim etdiyi arayışdan görünür ki, onun bir işçi kimi xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsinin 33 №-li mağazasında satıcı vəzifəsində 11 (on bir) il 2 (iki) ay 4 (dörd) gün işlədiyi müddəti həmin dövrdə həmin idarədə çalışmış üç nəfər işçi də təsdiqləyir. Lakin bu müddətdə olan iş stajını cavabdeh onun pensiya stajına daxil edərək əmək pensiyasını bıına uyğun olaraq yenidən hesablamaqdan imtina edib. Hesab edir ki, bu qanunsuzdur və onun üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Fondun 1 saylı Şirvan-Salyan regional filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbiəğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sıqorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqlan və ya məcburi dövlot sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işiədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Əlavə olaraq, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Əli Bayramlı şəhər “Ticarət İdarəsi”ndə işlədiyi dövrün araşdırılması zərurəti yaranmışdır. Tərəflərindən aparılan araşdırılma zamanı məlum olmuşdur ki, müəssisəyə dair əmr kitabları və əmək haqqı cədvəlləri X5 filialına təhvil verilməmişdir. Bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç biri ödənilmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus ЕТ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1983-сü il tarixdə Ekibastuz Avtonəqliyyat müəssisəsinə xx.xx.1983-сü il tarixli, 147 nömrəli əmrlə işə qəbul olunub, xx.xx.1988-ci il tarixdə xx.xx.1988-ci il tarixli, 321 nömrəli işdən azad olunmuş, xx.xx.1989-cu il tarixdə xx.xx.1989-cu il tarixdə 41 nömrəli əmrlə Əli Bayramlı şəhər Ticarət İdarəsinə 33 nömrəli mağazaya satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə Əli Bayramlı şəhər Məşğulluq Mərkəzində müavinət təyin edilmiş, xx.xx.2002-ci il tarixdə işsizlik müavinəti başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində “Əli Bayramlı şəhər Ticarət İdarəsi”nin (köhnə VÖEN: 2********) xx.xx.1999-cu il tarixdə D-6/429 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Eyni zamanda bildiririk ki, “Əli Bayramlı şəhər Ticarət İdarəsi” 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 607 nömrəli Fərmanı ilə ləğv edilmiş Ticarət Nazirliyinin müəssisə və obyektləri özəlləşdirmək üçün keçmiş Dövlət Əmlak Komitəsinin sərancamına verilmiş və komitənin 29 aprel 1999-cu il tarixli, 23 nömrəli Əmri ilə Əli Bayramlı şəhər Ticarət İdarəsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin xx.xx.2022-ci il tarixli, 386 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı həqiqətən 1974-cü il dekabrından 1976-cı il dekabr tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə. Ehtiyatda olmanın son yaş həddinə çatdığı üçün 2006-cı ildə hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda azı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı olduqda və ya 2006-cı il tarixdən sonra yığım kapitalı olduqda əmək pensiyası hüququ vardır. Əmək kitabçanıza əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla cəmi 24 il 9 ay 24 gün iş stajınız vardır. Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsində (xx.xx.1989-xx.xx.2000-ci illər) işləməyiniz barədə Sosial Ödənişlərin üzrə Mərkəzi Təyinat İdarəsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Nərimanov rayonunun arxivində saxlanılan Əli Bayramlı şəhər Ticarət İdarəsinin (xx.xx.1989-xx.xx.2000-ci illər) əhatə edən sənədləri arasında Sizin adınıza rast gəlinmədi. Odur ki, ümumilikdə 25 il sığorta stajı olmadığı üçün sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının əmək kitabçasında qeyd olunmuş Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsində xx.xx.1989-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi illərdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) Ticarət İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Nərimanov rayonunun arxivində saxlanılan, Əli Bayramlı şəhər Ticarət İdarəsinin xx.xx.1989-xx.xx.2000-ci illəri əhatə edən sənədləri arasında iddiaçının adına rast gəlinməməsi, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının hərbi xidmətdə olduğu müddət və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Belə olan halda da, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı Şirvan-Salyan regional Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-957/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-957/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver