Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-959/2021 03.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “X2 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Masallı şəhəri, H.Əliyev prospekti, ev 58, 25 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X2 mənzilin qeydiyyatından çıxarılması üçün cavabdeh Masallı rayon Polis Şöbəsinə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsi iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxsin Masallı şəhəri, H.Əliyev prospekti, ev 58, 25 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(120)-959/2021 saylı qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmənin 03 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X3 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxs ona məxsus mənzildə yaşamır və harada yaşaması barədə məılumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışını, ********** qeydiyyat nömrəli çıxarşın surətini, AN-l ******* mömrəli alqı-satqı müqaviləsinin surətini, 23.09.2020-ci il tarixli texniki pasportun surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş ********** qeydiyyat nömrəli çıxarışdan və AN-İ ******* nömrəli, 12.09.2020-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Masallı şəhəri, Heydər Əliyev prospekti ev 58, 25 nömrəli mənzili alqısatqı yolu ilə aldıqdan sonra ********** qeydiyyat nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Həmçinin 12.09.2020-ci il tarixli, AN-İ, ******* nömrəli alqı satqı müqaviləsinin 8-ci bəndində qeyd olunur ki, satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 24 fevral 2021-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxs X6 iddiaçıya məxsus Masallı şəhəri, H.Əliyev prospekti, ev 58, 25 nömrəli mənzilin pasport qeydiyyatındadır. Məhkəmə iclasında elan edilmiş Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışının məzmunundan görünür ki, üçüncü şəxs X1 şəhəri, H.Əliyev prospekti, ev 58, 25 nömrəli mənzilin pasport qeydiyyatındadır. Məhkəmə iclasında elan edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 21.05.2021-ci il tarixli, 238 nömrəli məktubundan görünür ki, 08.03.1960-cı il təvəllüdlü X1 şəhəri, Heydər Əliyev prospekti ev 58, mənzil 25 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Məhkəmə iclasında elan edilmiş Masallı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 18.05.2021-ci il tarixli, 05/Q-323 nömrəli məktubuna əlavə edilmiş doğum akt qeydlərindən görünür ki, İddiaçı oğlu ilə X6 arasında qohumluluq əlaqəsi yoxdur. Məhkəmə iclasında elan edilmiş üçüncü şəxs X2 Notariat ofisinə ünvanladığı ərizənin məzmunundan görünür ki, X1 şəhəri, Heydər Əliyev prospekti, ev 58 ünvanında yerləşən 25 saylı mənzilin satılmasına etiraz etmir. Eyni zamanda bildirir ki, alqı-satqı müqaviləsi öhdəliklərinə uyğun olaraq qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Üçüncü şəxsin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün o, iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxsin Masallı şəhəri, Heydər Əliyev prospekti ev 58, 25 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosesual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X2 İddiaçı məxsus Masallı şəhəri, Heydər Əliyev prospekti ev 58, 25 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Masallı rayon Polis Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-959/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-959/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver