Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-96/2021 12.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının aparıcı mütəxəssisi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 mənzil 3 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı «sosial sığorta stajı müəyyən edilərək, əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxx 1955-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuşdur. Lənkəran rayonu, Şağlakücə kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək stajına dair arxiv arayışlarını Cavabdehnə təqdim edərək müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli **********6 saylı məktubunda iddiaçının işlədiyi illərə dair arxiv arayışlarını sığorta stajı kimi qəbul etməyərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində, xx.xx.1970-ci ildən xx.xx.1979-cu ilədək Lənkəran 1 №-li tərəvəzçilik sovxozunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Lənkəran çay sovxozunda və 1990- 1996-cı illərdə Şağlakücə sovxozunda işlədiyi illərin sığorta stajı kimi götürülməklə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində anadan olmuşdur. Hazırda Lənkəran rayonunun Şağlakücə kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, Lənkəran 1 nömrəli tərəvəzçilik sovxozunun x xxxxx 1970-ci il tarixli 25 nömrəli əmrlə sovxoza fəhlə qəbul edilmişdir, xx xxxxxx 1973-cü il tarixli 10 nömrəli əmrlə köçürmə yolu ilə Lənkəran çay sovxozuna köçürülmüşdür. Lənkəran çay sovxozunun xx xxxxxx 1973-cü il tarixli 12 nömrəli əmrlə köçürmə yolu ilə həmin sovxoza fəhlə qəbul edilmişdir. xx xxxxxxx 1979-cu il tarixli 145 nömrəli əmrlə məhkum olunduğu üçün işdən azad edilmişdir. Lənkəran çay sovxozunun xx xxxxxx 1981-ci il 19 nömrəli əmrlə sovxoza fəhlə qəbul edilmiş, xx xxxxxx 1989-cu il tarixli 142 nömrəli əmrlə sovxoz fəhləliyindən azad olunmuşdur. 1990-cı ilin yanvarından 1996-cı ilin noyabr ayına kimi Şağlakücə sovxozunda işləməklə əmək haqqı almışdır. Lakin həmin sovxozun sənədləri arxivə təhvil verilmədiyi üçün işə qəbul və işdən azadolma əmrləri göstərilməmiş və arxiv arayışında bu barədə müvafiq qeyd edilmişdir. 2020-ci ilin may ayında pensiya yaşının olması ilə əlaqədar olaraq sənədlərini toplayıb Cavabdehnə təqdim etmişdir. Lakin şöbə tərəfindən təqdim etdiyi sənədlərin qəbulundan imtina edilərək, onun xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində, xx.xx.1970-ci ildən xx.xx.1979-cu ilədək Lənkəran 1 №-li tərəvəzçilik sovxozunda və 1990-1996-cı illərdə Şağlakücə sovxozunda işlədiyi illərin arxiv arayışları əsasında iş stajı kimi götürmək üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuş məhkəmə qaydasında təsdiq olunandan sonra qulluq etdiyi dövr sığorta stajı kimi götürüləcəyi bildirilmişdir. Hesab edir ki, inzibati orqanın verdiyi cavab məktubu qeyri-qanuni olmaqla onun hüquq və mənafelərini pozur. Ona görə də o, məhkəməyə müraciət edir. İddiaçıya şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx xxxxxx 2021-ci il tarixli **********2 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz əksini tapmamışdır. İddiaçı pensiya işinə əlavə edilən ******* nömrəli əmək kitabçasında onun xx.xx.1973-cü il tarixdə “Lənkəran Çay sovxozu”na 12 №-li əmrlə işə qəbul edildiyi və xx.xx.1979-cu il tarixdə 145 №-li əmrlə isə məhkum olunduğu üçün işdən azad edildiyi, həmçinin xx.xx.1981-ci il tarixdə “Lənkəran Çay sovxozu”na 19 №-li əmrlə işə qəbul edildiyi və xx.xx.1989-cu il tarixdə 142 №-li əmrlə isə işdən azad edildiyi qeyd edilmişdir. Belə ki, xx.xx.1973-xx.xx.1979-cu illər ərzində İddiaçı sosial sığorta stajını 06 il 05 ay 21 gün, xx.xx.1981-xx.xx.1989-cu illər ərzində isə onun sosial sığorta stajını 08 il 10 ay 27 gün təşkil edir. Həmin dövrlər ərzində onun ümumilikdə 15 il 04 ay 18 gün sosial sığorta stajı vardır. İddiaçı pensiya işinə əlavə edilən xx xxxxxx 1981-ci il tarixli, 09/7-112 nömrəli arayışda onun xx.xx.1979-cu il tarixdə “2 №-li Tikinti Mexanizasiya sənayesi Tresti”nə 237/c №-li əmrlə işə qəbul edildiyi və xx.xx.1981-ci il tarixdə 18/c №-li əmrlə isə işdən azad edildiyi qeyd edilmişdir. Həmçinin xx.xx.1979-xx.xx.1981-ci illər ərzində İddiaçı sosial sığorta stajını 01 il 05 ay 28 gün təşkil edir. Qeyd edilməli məqam ondan ibarətdir ki, İddiaçı əmək kitabçasında onun xx.xx.1979-cu il tarixdə məhkum olunduğu üçün işlədiyi “Lənkəran Çay sovxozu”ndan azad edildiyi qeyd edilsə də, sözügedən xx xxxxxx 1981-ci il tarixli arayışda xx.xx.1979xx.xx.1981-ci illər ərzində “2 №-li Tikinti Mexanizasiya sənayesi Tresti”ndə işlədiyi göstərilmişdir. Bu da öz növbəsində həmin arayışda qeyd edilən müvafiq illərin mötəbərliyini şübhə altına alır. Belə olan halda müvafiq qurum tərəfindən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasından əsaslı olaraq imtina edilmişdir. İş materiallarına əlavə edilən AR Dövlət X3 tərəfindən verilmiş 31.1.2016-cı il tarixli, a/1351 nömrəli arxiv arayışında İddiaçı “Lənkəran Çay sovxozu”na xx.xx.1981-ci il tarixdə 19 №-li əmrlə işə qəbul edildiyi, xx.xx.1989-cu il tarixdə isə 142 №-li əmrlə işdən azad edildiyi qeyd edilmişdir. Qeyd edilən xx.xx.1981-xx.xx.1989-cu illər ərzində onun sosial sığorta stajını 08 il 10 ay 27 gün təşkil edir. Hansı ki, müvafiq illər əmək kitabçasında da öz əksini tapmışdır. İş materiallarına əlavə edilən AR Dövlət X3 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, a/1351 nömrəli arxiv arayışında İddiaçı “Lənkəran 1 №-li Tərəvəzçilik sovxozu”na xx.xx.1970-ci il tarixdə 25 №-li əmrlə işə qəbul edildiyi, xx.xx.1973-cü il tarixli 10 №-li əmrlə köçürmə yolu ilə “Lənkəran Çay sovxozu”na köçürüldüyü qeyd edilmişdir. Həmçinin xx.xx.1973-cü il tarixdə 12 №-li əmrlə "Lənkəran Çay sovxozu"na işə qəbul edildiyi, xx.xx.1979-cu il tarixdə 145 №-li əmrlə işdən azad edildiyi öz əksini tapmışdır. Bununla yanaşı 1990-cı il tarixdən 1996-cı il tarixədək “Şağlaküçə sovxozu”nda əmək haqqı aldığı göstərilmişdir. Digər qeyd edilməli məqam xx.xx.2016-cı il tarixli arxiv arayışında qeyd edilən illərin əmək kitabçası ilə üst-üstə düşməməsi, bir sıra uyğunsuzluqların olmasıdır. Belə ki, sözügedən arayışda İddiaçı “Lənkəran 1 №-li Tərəvəzçilik sovxozu”na xx.xx.1970-ci il tarixdə işə qəbul edildiyi, daha sonra köçürmə yolu ilə xx.xx.1973-cü il tarixdə 10 №-li əmrlə “Lənkəran Çay sovxozu”na köçürüldüyü, lakin xx.xx.1973-cü il tarixdə 12 №-li əmrlə “Lənkəran Çay sovxozu”na işə qəbul edildiyi göstərilmişdir. Həmçinin xx.xx.1979-cu il tarixdə 145 №-li əmrlə işdən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi sözügedən sənədlər arasında uyğunsuzluqlar vardır. Belə ki, İddiaçı əmək kitabçasında onun xx.xx.1973-cü il tarixdə 12 №-li əmrlə “Lənkəran Çay sovxozu”na işə qəbul edildiyi göstərilsə də, sözügedən arxiv arayışında xx.xx.1973-cü il tarixdə 12 №-li əmrlə “Lənkəran Çay sovxozu”na işə qəbul edildiyi öz əksini tapmışdır. Göründüyü kimi eyni №-li əmr (12) iki fərqli tarixdə (xx.xx.1973 və xx.xx.1973) göstərilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd edilməli digər bir məqam ondan ibarətdir ki, iddiaçının həm pensiya işində, həm də iş materiallarında olan arxiv arayışlarının mötəbər sübut kimi qiymətləndirilə bilməməsidir. Belə ki, sözügedən arayışları 2016-cı il tarixdə tərtib edilməsinə baxmayaraq, həmin dövrdə tərtib edilən digər arayışlardan fərqli olaraq əl yazısı formasında tərtib edilmiş, həmin AR Dövlət X1 blankında çap edilməmiş, nömrə verilməmişdir. Həmçinin iş materiallarında olan AR Dövlət X3 tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli arxiv arayışları fərqli sovxozlar barədə tərtib olunmasına baxmayaraq, lakin onların hər ikisi a/1351 № ilə tərtib edilmişdir. Belə ki, arxiv arayışlarının eyni tarixdə tərtib edilməsinə baxmayaraq, hər birinə ayrı-ayrılıqda nömrə verilməlidir. Bununla yanaşı İddiaçı pensiya işinə onun əmək kitabçasının nə əsli, nə də notarial qaydada təsdiq edilmiş surəti əlavə edilməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən həmin əmək kitabçası məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilən bütün məsələlər özü-özülüyündə əmək kitabçasında və arxiv arayışlarında yazılmış həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Buradan göründüyü kimi cavabdeh orqan haqlı olaraq müvafiq illəri iddiaçının sosial sığorta stajına daxil etməyərək ona yaşa görə əmək pensiyasının verilməsindən imtina etlmişdir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti”və “hüquqi müəyyənlik prinsipləri” ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənizmləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz”. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 64 il 6 ayda, yəni xx.xx.2020-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir. İddiaçı 2-1(120)-96/2021 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx xxxxxx 2021-ci il tarixli **********2 nömrəli etiraz məktubunda qeyd edilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Lənkəran Şəhər İHB-nin Şağlakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Azərbaycan Respublikası Dövlət X1 arxiv arayışlarını, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 2 saylı Trestin 2 saylı CYM İdarəsi üzrə 1981-ci ilə dair şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikası Dövlət X1 məktubları və arxiv arayışlarının yoxlanılması barədə akt əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. İddiaçının xx.xx.1970-xx.xx.1979, xx.xx.1981-xx.xx.1989 və 1990-1996-cı illərdə Lənkəran 1 №-li tərəvəzçilik sovxozunda, Lənkəran çay sovxozunda və Şağlakücə sovxozunda işləməsi Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli a/1351 nömrəli arxiv arayışları ilə, xx.xx.1979-xx.xx.1980-ci illərdə 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 2 saylı Trestin 2 saylı CYM İdarəsi üzrə 1981-ci ilə dair şəxsi hesab vərəqəsi ilə təsdiq olunur. Lakin iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 2 saylı Trestin 2 saylı CYM İdarəsi üzrə 1981-ci ilə dair şəxsi hesab vərəqəsində və digər sənədlərdə öz əksini tapmamışdır. Həmçinin mövcud qanunvericilikdə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ 15 yaşından yarandığından və qanunvericilik normaları həmin yaş həddindən başlayan əmək münasibətlərinə şamil edildiyindən iddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək işləməsinin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, İddiaçı xx.xx.1970-xx.xx.1979, xx.xx.1981-xx.xx.1989 və 1990-1996-cı illərdə Lənkəran 1 №-li tərəvəzçilik sovxozunda, Lənkəran çay sovxozunda və Şağlakücə sovxozunda, həmçinin xx.xx.1979-xx.xx.1980-ci illərdə 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində işləməsi sosial sığorta stajı kimi nəzərə alınaraq, ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 2 saylı Trestin 2 saylı CYM İdarəsi üzrə 1981-ci ilə dair şəxsi hesab vərəqəsində və digər sənədlərdə öz əksini tapmadığından, həmçinin xx.xx.1970-ci il tarixədək 15 yaşı tamam olmadığından həmin tarixədək işləməsinin sosial sığorta stajı kimi müəyyən edilərək, əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə əsasən 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən "əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin cavabdeh etirazında Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli a/1351 nömrəli arayışında iddiaçının xx.xx.1979-cu il tarixdə məhkum olunduğu üçün işlədiyi “Lənkəran Çay sovxozu”ndan azad edildiyi halda xx xxxxxx 1981-ci il tarixli arayışda xx.xx.1979-xx.xx.1981-ci illər ərzində “2 №-li Tikinti Mexanizasiya sənayesi Tresti”ndə işlədiyini əsas gətirmişdir. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu ünvanlanmış və sorğuya xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1955-ci ildə Lənkəran rayonunda doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Eləcə də cavabdeh etirazında arxiv arayışında iddiaçının xx.xx.1973-cü il tarixdə və xx.xx.1973-cü il tarixdə “Lənkəran Çay sovxozu”na eyni əmrlə, yəni 12 №-li əmrlə işə qəbul edildiyini qeyd edərək, arxiv arayışının mötəbər olmadığını əsas gətirmişdir. Halbuki iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2016-cı il tarixli a/1351 nömrəli arxiv arayışından və məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət X3 tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx xxxxxx 1973-cü il tarixli 10 №-li əmrlə Lənkəran çay sovxozuna köçürülmüş və xx xxxxxx 1973-cü il tarixli 12 №-li əmrlə Lənkəran çay sovxozuna işə qəbul edilmişdir. Göründüyü kimi cavabdehin etirazında qeyd etdiyi kimi iddiaçının 1973-cü il tarixdə Lənkəran çay sovxozuna köçürülməsi və işə qəbul edilməsi əmrləri eyni nömrəli ilə olmamışdır. Beləliklə, cavabdeh etirazında iddiaçının əmək stajının mötəbərliyinə dair şübhələr olduğunu qeyd etsə də, lakin bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçının əmək stajına dair arayışların mötəbərliliyinə dair şübhələri varsa, həmin arayışların qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli a/1351 nömrəli arxiv arayışlarını və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 2 saylı Trestin 2 saylı CYM İdarəsi üzrə 1981-ci ilə dair şəxsi hesab vərəqəsini iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının əmək stajının onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.1970xx.xx.1979, xx.xx.1981-xx.xx.1989 və 1990-1996-cı illərdə Lənkəran 1 №-li tərəvəzçilik sovxozunda, Lənkəran çay sovxozunda və Şağlakücə sovxozunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli a/1351 nömrəli arxiv arayışlarında, həmçinin xx.xx.1979-xx.xx.1980-ci illərdə 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 2 saylı Trestin 2 saylı CYM İdarəsi üzrə 1981ci ilə dair şəxsi hesab vərəqəsində göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1970-xx.xx.1979, xx.xx.1981-xx.xx.1989 və 1990-1996-cı illərdə Lənkəran 1 №-li tərəvəzçilik sovxozunda, Lənkəran çay sovxozunda və Şağlakücə sovxozunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli a/1351 nömrəli arxiv arayışlarında, həmçinin xx.xx.1979-xx.xx.1980ci illərdə 2 №-li Tikinti Mexanizasiya sənayesi trestində işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 2 saylı Trestin 2 saylı CYM İdarəsi üzrə 1981-ci ilə dair şəxsi hesab vərəqəsində göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov