Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-96/2023 27.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarın ləğv edilməsi və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 27 yanvar 2023-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı kameral qaydada hsablanmış 126605,62 manat məbləğində vergi borcu haqqında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə iddia tələbinə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarın ləğv edilmsi və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarın ləğv edilmsi və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş “X10” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçı məhkəməyə müraciət edərək prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində kameral qaydada yoxlama keçirilərək onun üzərinə əsasız olaraq 126605.62 manat məbləğində vergi borcunun ödənilməsi qoyulmuşdur. Bildirir ki, o “X10’ MMC-nin satış meneceridir. Həmin müəsissənin istehsal etdiyi pomidor, xiyar, bolqar bibəri, lobya, meyvələrdən giləmeyvə olan çiyələk kimi məhsulları marketlərə təhvil vermişdir. Lakin pandemiya dövründə bankların məhdud fəaliyyəti olduğuna görə həmin məhsullara onun adından alış qaiməsi verilmişdir. Həmin qaimələrin tərtib edilməsi ondan xəbərsiz edilmişdir. Marketlər tərəfindən buraxılmış səhv əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi kameral vergi yoxlamaları apararaq “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın apanlması haqqında qərar qəbul edilərək onun üzərinə 126605.62 manat məbləğində vergi borcunun ödənilməsini qoymuşdur. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi qərarlar qanunsuzdur və bu hal aşağıda göstərilən faktlar ilə öz təstiqini tapır. İlk öncə bildirirlər ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi bu işə qərəzli şəkildə yanaşaraq onun hazırki işlə bağlı onlara hər hansısa bir sənədi təqdim etməyi üçün və yaxud açıqlama verilməsi üçün müddət verməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona **********952900 saylı “Bildiriş-xəbərdarlıq” göndərilib. **********952900 saylı Bildirişxəbərdarlıqda onun vergitutma ilə bağlı məsələlərini aydınlaşdırmaq üçün yəni vergidən azad əməliyyat apardığını müəyyən etmək üçün 2020-ci ilin yanvar-sentyabr aylarında digər şəxslərə təqdim edilmiş 2130791,4 manat dəyərində kənd təsərrüfatı məhsullarının öz istehsalı və ya digər şəxslərdən əldə edilməsi barədə əsaslandırılmış izahatın və təsdiqedici sənədlərin (torpağın mülkiyyətinə dair sənədin (o cümlədən bağlanmış icarə müqaviləsinin) işçi qüvvəsi barədə məlumatın və sair) 10 (on) gün müddətində vergi ödəyicisi kimi uçota durmaq üçün 6 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət etməyi bildirilmişdir. xx.xx.2021-ci il tarixində 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bu işə yenidən baxılaraq ona **********528400 saylı “Vergi öhtəliklərinin icrası barədə Bildiri- Xəbərdarlıq” ünvanlamışdılar. Sonra vergi orqanı onun xx.xx.2021-ci il tarixli xəbərdarlıq-bildirişi könülli icra etməyimi və yaxud vergi ödənişlərindən azad olunduğunu təstiq edən sənədlər təqdim etməyi üçün ona müddət verməyərək xx.xx.2021-ci il tarixində **********660300 saylı “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılmasi” haqqında qərar qəbul edərək ona ünvanlamışdılar. Halhazırda o, məhkəməyə müraciət edərək adlanılan qərarı tələb etmiş və iş məhkəmə icraatındadır. Ona ünvanlanan xx.xx.2021-ci il tarixli **********952900 saylı “Bildirişxəbərdarlıq”, xx.xx.2021-ci il tarixli **********528400 saylı “Vergi öhtəliklərin icrası barədə Bildiriş-Xəbərdarlıq” və xx.xx.2021-ci il tarixli **********660300 saylı “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparlması” haqqında qərarı o, Vilvan Poçt şöbəsinin ehtiyatsızlıqları və səhlənkarlıqları səbəbindən yalnız xx.xx.2021-ci il tarixində əldə etmis və həmin zamanda Vilvan Poçt şöbəsi vasitəsi ilə 6 saylı Ərazi Vergilər Bas İdarəsinə teleqram ilə müraciət edərək apardığı fəaliyət barədə məlumat verməyi üçün ona müddət verməsini və məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılması prossesinin dayandırılmasını xahiş etmişdir. Əlavə olaraq o, dəfələrlə ərizələr ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək bu işlə bağlı qarışıqlıq olduğunu, həmin qəbzlərdə səhvlərə yol verildiyini və onun mağazalara təhvil verdiyi məhsulları ona deyil “X11”MMC-və aid olduğunu bildirmişdir. Bu hal “X11” MMC tərəfindən belə təstiqlənir. Lakin 6 saylı Ərazi Vergilər Baş İdarəsi onun teleqramına və ünvanladığı ərizələrə məhəl qoymayaraq, onu vergi ödəyicisi kimi qeydiyyata alaraq qanunsuz olaraq üzərinə külli miqdarda vergi borcunun ödənməsi öhdəliyini qoyub. Vergi idarəsinin hərəkətləri işin hallarını araşdırmadan qəsdən üzərinə külli məbləğdə vergi borcunun qoyulmasına yönəldilib. Kameral qaydada hesablanmış borcun yaranması səbəbini müəyyən etmək məqsədi ilə o, dəfələrlə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və vergi borcunun yaranmasını təstiq edən sənədləri ona təqdim edilməsini xahiş etmişdir. Uzun zaman ərzində 6 saylı Ərazi Vergilər Baş İdarəsi müxtəlif bəhanələr gətirərək həmin sənədləri ona təqdim etməkdən imtina edirdi. Lakin sonra 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********687500 nömrəli məktuba əsasən qoşma olaraq bir fayl elektron qaimələrin çap olunaraq təsdiq olunmuş surətləri ona təqdim edilmişdir. Həmin elektron qaimələrin surətindən görünür ki. “Sahil Trading" MMC, "xxxx" MMC, “X17" MMC, "xxxx" MMC öz mövqelərindən və səlahiyyətlərindən sui-istifadə edərək onun şəxsiyyət vəsiqəsini ələ keçirərək onun tərəfindən marketə təqdim olunmamış mallara onun adından alış aktı tərtib edilmişdir. İşçisi olduğu “X10" MMC-nin istehsal etmədiyi bir sıra məhsulları onun üzərinə qeyd etmiş kimi göstərərək başqa-başqa şəxslərin külli miqdarda vergidən yayınmasına şərait yaratmışdırlar. Beləliklə bu şəxslərin qanunsuz hərəkətləri nəticəsində xeyli miqdarda dövriyyə çıxarılaraq oun üçün vergi öhdəliyi yaradılmışdır. Qaimələri əldə etdikdən sonra o, dərhal adı çəkilən marketlərə müraciət edərək ona açıqlama verməyini xahiş etmiş və marketlər həmin qaimələrdə səhvən onun adını qeyd etdiklərini bildirərək həmin səhvləri aradan qaldıraraq onun adını sistemdən sildiklərini və həmin qaimələrdən adını pozduğlarını bildirdilər. Marketlər qaimələrdə buraxdıqları səhvi aradan qaldırdıqlarından sonra o 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək ona tərtib edilmiş borcun silinməsini xahiş etmişdir. Lakin bu xahişi də baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmədən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, Borclu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakı əsaslandırılmışdır.Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2020-ci il tarixli, **********023600 nömrəli xidməti məktununun icrası ilə əlaqədar aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Lənkəran rayonu Vilvan kənd sakini İddiaçı (FİN KODU 1UL3LU8) tərəfindən 2020-ci il ərzində malların alış aktlarına əsasən “ANC GROUP" MMC-yə (VÖEN **********), ARAZ SUPERMARKET" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və X5 (VÖEN ********** ) ümumi dəyəri 3452880,6 manat olan kənd təsərrüfatı məhsulları, o cümlədən, alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pamidor, xiyar və sair təqdim edilmişdir. Təqdim edlilmiş malların həm çox çeşidli olması, həm də dəyərinin kifayət qədər iri məbləğ təşkil etməsi İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçü kimi vergi orqanında uçotda olmasını zəruri etməsinə baxmayaraq araşdırma tarixədək o vergi ödəyicisi kimi vergi orqanında uçotda olmamışdır. Vergi ödəyicisi kimi uçota durmaqdan ötrü ərizə ilə müraciət edilməsinə dair İddiaçı 06.01,2021-ci il tarixli, **********952900 nömrəli bildiriş xəbərdarlıq göndərilmişdir. Göndərilmiş bildiriş xəbərdarlığa heç bir münasibət bildirilmədiyi üçün o, Vergi Məcəlləsinin 33,3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi məcburi qaydada uçota alınmış, və xx.xx.2021-ci il tarixli, **********660300 nömrəli bildiriş göndərilmişdir. Fiziki şəxsin ********** nömrəli qeydiyyat şəhadətnaməsi xx.xx.2021-ci il tarixli, **********476800 nöməli məktutbla göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxs “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi yazılı izahat təqdim edərək bildirmişdir ki, X12 MMC 28 dekabr 2019-cu il tarixində 6 Saylı Ərazi Vergilər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hələ 2019-cu ilin may ayında Vilvan kənd ərazisində özünə və digər kənd sakinlərinə məxsus olan 11 ha torpaq sahələrini istifadəyə götürərək həmin ərazidə əkinçiliklə məşğul olmağa başlamışdır. Əkin sahələrində pomidor, xiyar, bolqar bibəri, paxlalı bitkilərdən lobya və giləmeyvələrdən çiyələk əkinçiliyinə start vermişlər. 2019-cu ildə yalnız əllərində olan sənnayələri 11 ha torpaq sahəsinə yatıraraq adlarını sadaladığını məhsulları becərməyə başlamışdıq. Bu minvalla da 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək fəaliyyət növünün hansı qaydada aparılmasını soruşsaq da onlara olunan məsləhət hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq geniş istehsalatla məşğul olmaq səlahiyyətinin olduğu bildirilmişdir. 28 dekabr 2019cu il tarixində “X12” MMC təsis olunaraq dövlət qeydiyyatına alındı. 2020-ci ilin yanvar ayından başlayaraq istehsal etdikləri pomidor, xiyar, bolqar bibərini daxili bazarlarda satışa çıxarmışdıq. Təqdim olunan malların qaiməsi elektron qaydada tam tətbiqini tapmadığına görə ilkin mərhələlərdə əlyazma vasitəsi ilə marketlərə təqdim olunmuşdur. Elektron kargüzarlıq sistemi anlayışı tam tətbiq olunmadığına görə alış aktlarının alınmasında müxtəlif yanlışlıqlar yaranmışdır. Belə ki, Vilvan kənd sakini İddiaçı onların yəni “X10” MMC-nin təsisçisi və direktoru olan X3 doğma qardaşıdır. O, müəssisənin inkişafı üçün və gəlir bazasının artırılmasından ötrü könüllü olaraq heç bir əmək haqqı tələb etmədən “X10” MMCyə məxsus olan istehsal olunmuş məhsulları marketlərə çatdırmışdır. 2020-ci ilin mart ayından başlayaraq COVİD 19 pandemiyasının zərərlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində pandemiva şəraiti elan olunaraq müvəqqəti qapanmalara üstünlük verilmişdir. Buna əsasən “X10” MMC-nin istehsal etdiyi məhsulları dövriyyəyə buraxmaqda müvafiq çətinliklərlə üzləşdilərindən bununla bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə dəfələrlə müraciət edərək müəyyən köməklik göstərilməsini xahiş etmişlər. Məhdud vəziyyətdə göstərilən fəaliyyətlə bağlı Bakı şəhərinə rayon sakinlərinin girişinə xüsusi razılıq tələb olunduğuna görə Lənkəran rayonundan məhsulların Bakı şəhərinə aparılmasında ciddi maneələr yaranmışdır. “X10” MMC məcbur qalaraq İddiaçı könüllülük fəaliyyətindən istifadə edərək istehsal olunmuş məhsulların marketlərə verməsinə şərait yaratmışdır. Yuxarıda da qeyd edildiyi kimi elektron qaimə kargüzarlıq yeni yaranmış mərhələdə olduğuna görə marketlər kağız üzərində olan qaimələri qəbul etməmişdir. Buna görə də “X12” MMC-nin istehsal etdiyi məhsulları təqdim edən zaman İddiaçı şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparılmışdır. Sonradan pomidor, xiyar əkinçiliyinin Lənkəran ərazisində becərdilməsi əlverişli olmadığına görə onlar bu fəaliyyətə Bakı şəhəri, Zirə qəsəbəsində icarəyə parnik götürərək həmin istiqamətə yönləndmişlər. Həmin vaxtdan İddiaçı “X10” MMC-nin satış meneceri vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfindən 3552024,02 manatlıq kənd təsərrüfatı məhsullarının təqdim edilməsi bildirilmişdir. Həmin kənd təsərrüfatı məhsulları alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pomidor, xiyar və.s məhsullar kimi qeyd olunmuşdur. Adları sadalanan məhsullardan pomidor, xiyar, bolqar bibəri “X10” MMC-yə aid olan məhsullardır. O cümlədən bu adları sadalanan məhsullardan başqa digər məhsullar İddiaçı tərəfindən marketlərə verilməmiş və marketlər tərəfindən yanlışlığa yol verilərək onun adına əsassız olaraq yaranmış elektron qaimələr olmuşdur. Müəssisələrinə hüquqi xidmət göstərən hüquqşünaslar tərəfindən marketlərlə əlaqə yaradılmış və nöqsanlar aşkarlanmışdır. Beləliklə marketlərdən ANC GROUP MMC, ARAZ SUPER MARKET MMC, GRAND MART MMC, OBA MARKET MMC. SAHİL TRADİNG MMC, VEST PRODUKT MARKETİNQ MMC məlumat bazasında dəyişikliklər edərək İddiaçı adına qeyd olunmuş qaimələr bir sıra marketlər tərəfindən tamamilə silinmiş və bəzi marketlərdə təqdim olunmuş məhsullar qalmaq şərti ilə yenidən siyahılar Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Hesab edirlər ki, ölkə ərazisində uzun sürən pandemiya şəraitini nəzərə alaraq sahibkarlıq subyektinin inkişafına dəstək məqsədi olaraq müraciətini nəzərə alınsın. Odur ki, iddianın təmin olunmasını xahiş edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməsinə görə məsuliyyətə cəlb edilməsi barədə **********808000 nömrəli, xx.xx.2021-ci il tarixli qarardan görünür ki, İddiaçı barəsində vergi orqanı tərəfindən maliyyə sanksiyası tərtib edilmiş. İş materiallarında olan **********1 nömrəli xx.xx.2021-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı cavabdeh vergi orqanına ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onunla bağlı olan vergidə yaranan məlumatlar qeydiyyatda olduğu ünvana göndərildiyi zaman ona gec çatdırılır, bu səbəbdən ona aid olan məlumatları ünvan 1 ünvanına göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarına əsasən İddiaçı barəsində 126,605,62 manat məbləğində vergi borcu hesablandığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayət üzrə icraata xitam verilməsi haqqında” 19 avqust 2021-ci il tarixli, **********390700 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətlər üzrə icraata qeyd edilən şəxsin məhkəməyə müraciət etməsi səbəbindən xitam verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli, **********626300 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli inzibati şikayətin təmin edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı adına alış aktlarının bazaya səhvən vurulması, səhv vurulması səbəbləri, həmin səhvlərin aradan qaldırıldığı, müvafiq alış aktlarının elektron vergi sistemindən silindiyi və həmin silinmə aktlarının qoşma vasitəsilə vergi xidmətinə göndərildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı adına alış aktlarının bazaya səhvən vurulması səbəbindən ləğv edildiyi müəyyən edilmişdir. İş materiallarında olan e-taxes.gov.az saytından əldə edilən e-qaimələrə əsasən İddiaçı adına "xxxx" MMC və digər şirkətlər tərəfindən sistemə əlavə edilən alış aktlarının bir hissəsinin ləğv edildiyi müəyyən edilmişdir. İş materiallarında olan “könüllü fəaliyyət haqqında” 07/20 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “X10” MMC-nin direktoru X8 ilə könüllü fəaliyyət göstərən İddiaçı arasında müqavilə bağlanmış və İddiaçı tərəfindən “X10” MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının marketlərə təhvil verilməsinin könüllü olaraq icra edilməsi funksiyasının icrasının öhdəliyə götürdüyü müəyyən edilmişdir. İş materiallarında olan M-20/08 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə və xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən “X10” MMC-nin direktoru X8 ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsinin bağlandığı və əmək müqaviləsi üzrə satış meneceri vəzifəsinə təyin edildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi kameral vergi yoxlamaları apararaq “məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın apanlması haqqında qərar qəbul edilərək onun üzərinə 126605.62 manat məbləğində vergi borcunun ödənilməsini qoymuşdur. İddiaçı vergi orqanının mövqeyi ilə razılaşmır və xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarı və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat məbləği mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçının hazırda inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar hazırkı cavabdeh inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Lənkəran rayonu) üzrə inzibati məhkəmə kimi Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Halbuki, cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə, kənd təsərrüfatı məhsullarının tədavül edilərək digər şəxslərə təqdim edilməsi mövqeyi qanunvericiliyə uyğun olmamış, kənd təsərrüfatı məhsullarının tədavül edilərək digər şəxslərə təqdim edilməsi ehtimallara əsaslanaraq kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi qiymətləndirilmişdir. Bu zaman, iddiaçının vergi uçotunda olması da məhkəmə hesab edir ki, iddiaçının vəziyyətini onun ziyanına dəyişmir. Belə ki, iddiaçının kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü əsası ilə vergi uçotuna alınması aşağıda adıçəkiləcək vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir ki, məhkəmə hər nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, qərarın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən edir ki, hazırkı qərarın qəbulu şəxsin vergi uçotunda olması ilə birbaşa bağlıdır. Belə ki, şəxsin vergi uçotuna alınması onun kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi fəaliyyəti ilə əlaqədar olmuşdur ki, iddiaçının qeyd edilən fəaliyyəti göstərib-göstərməməsi, eləcə də hazırkı qərarın ləğv edilib-edilməməsi onun vergi uçotuna düzgün alınıb-alınmaması ilə bağlıdır. Başqa sözlə, necə ki, inzibati məhkəmə icraatı zamanı formalaşmış praktika qərarların ləğvi ilə bağlı işlərdə həmin qərarın qəbulu zamanı vergi və digər aidiyyəti qanunvericilik aktlarının pozulmasına (məsələn: sahibkarlıq fəaliyyəti üzrə yoxlamalarla bağlı reyestrdə məlumatın daxil edilməməsi, yoxlamaların keçirilməsinə dair qərarın qəbulunun əsassız olması, ekspertizanın təyini, aparılması ilə bağlı qaydaların pozulması və s), əsassız qərarların qəbul edilməsinə işin mahiyyəti üzrə həllini həyata keçirmək üçün münasibət bildirə bilirsə, məhkəmə hesab edir ki, analoji hal tətbiq edilərək hazırkı mübahisələndirən qərarın qəbulu üçün mühüm əhəmiyyət daşıyan, iddiaçının fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi fəaliyyəti olub-olmamasının müəyyən edilməsi üçün də onun vergi uçotuna düzgün alınıb-alınmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qərarın qəbulu zamanı iddiaçının vergi uçotuna alınması ayrıca iddia tələbi kimi də verilə bilsə də, vergi orqanının qərarının ləğvi ilə bağlı iddia tələbinin qiymətləndirilməsi zamanı da məhkəmə baxışının predmetini təşkil edə bilər. Bu zaman vergi orqanının uçota alınma ilə bağlı hərəkətlərinin qanunsuzluğu aşkardırsa, subsidiar xarakter daşımayan mübahisələndirmə barədə tələbin həmin tələbin ayrıca qaldırılmasından asılı edilməsi yol verilməzdir. Bu səbəbdəndir ki, məhkəmə iddiaçının sahibkar və ya malların istehsalçısı, tədarükçüsü olub-olmaması, qərarın düzgün olub-olmamasının müəyyənləşdirilməsi üçün onun barədə vergi uçotu ilə bağlı hərəkətlərin qiymətləndirməsini zəruri hesab edir və məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -33.1-ci maddəsinin müddəalarına əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyrirezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır -33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir -34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” təsdiq edilmişdir. 1.3.1.Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər vergi orqanlarında uçota alınırlar. 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. 2.4. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. 2.5.“Fiziki şəxsin uçotu haqqında ərizə”yə aşağıdakı sənədlər əlavə edilir: 2.5.1.Bu Qaydaların 1.3.1-ci yarımbəndində qeyd edilən şəxslər üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; 2.5.2.Bu Qaydaların 1.3.2-ci yarımbəndində qeyd edilən şəxslər üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ailə kəndli təsərrüfatının bələdiyyə orqanlarında uçotuna götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti; 2.5.3.Qaydaların 1.3.3-cü yarımbəndində qeyd edilən şəxslər üzrə - uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti. Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından saılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, oların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativhüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Bir daha qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.Vergi orqanında uçota alınması üçün Vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinin müddəasını nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, vergi məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2536/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1186/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da həmin mövqe bir daha təsdiq edilmişdir. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq və ya kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, AR İXM-nin 398.1-ci maddəsindən də göründüyü kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda, AR CM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məsuliyyətin cinayət və ya inzibati xəta qanunvericiliyi ilə müəyyən edilməsinin meyarı isə AR CM-nin 190-cı maddəsinin qeyd hissəsindən, eləcə də AR İXM-nin yuxarıda adıçəkilən 398-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi məbləğin 50 min manat olması ilə bağlıdır. Göründüyü kimi, məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, şəxsin vergi uçotunda olması, onun sahibkarlıq fəaliyyəti və ya kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü kimi fəaliyəti həyata keçirməsini təsdiq etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məcburi şəkildə vergi uçotuna alınmağı və kənd təsərrüfatı məhsullarını satdığına görə gəlir vergisinin hesablanması adına vergi uçotu haqqında şəhadətnamə acılması və məcburi şəkildə vergi uçotuna alınmağına səbəb olan və cavabdeh vergi orqanı tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısı və ya tədarükçüsü fəaliyyəti kimi adlandırılan fəaliyyəti sadəcə olaraq satılan kənd təsərrüfatı məhsullarının alıcılar tərəfindən elektron sistemə alış aktında onun adının qeyd edilməsi olmuşdur. İnzibati orqan tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçı olmadan tədavül edilərək digər şəxslərə təqdim edilməsi, iddiaçının kənd təsərüffatı məhsullarının satışı ilə bağlı gəliri onun istehsalçı olmadan , yəni vergidən azad olunmayan gəliri kimi qiymətləndirilmiş və “xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 126,605,62 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, göründüyü kimi cavabdeh orqan iddiaçının kənd təsərrüfatı məhsullarının tədarükçüsü kimi fəaliyyətlə məşğul olması əsası ilə qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Məhkəmə, həmçinin qərarın ləğvi ilə bağlı aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Bununla yanaşı, cavabdeh qərar qəbul edən zaman tərtib edilən Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləği haqqında rəydə və bildirişdə qeyd etmişdir ki, Lənkəran rayonu, Vilvan kənd sakini İddiaçı (FİN KODU 1 UL 3LU8) tərəfindən 2020-ci il ərzində malların alış aktlarına əsasən “ANC GROUP" MMC-yə (''ÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN **********) və X5 (VÖEN **********) ümumi dəyəri 3452880,6 manat olan kənd təsərrüfatı məhsulları, o cümlədən, alma, araxis, armud, badımcan, balqabaq, bibər, boranı, soğan, pamidor, xiyar və sair təqdim edilmiş, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi uçün, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına uyğun olaraq 2020-ci il üzrə 115096,02 manat gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********170400 nömrəli Qərar qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən istehsalçının kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi gəlirlər gəlir vergisindən azaddır. Belə ki, 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədədir. Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə vergi güzəştlərindən istifadə etmək hüququna malik olan şəxslərdən aşağıdakı sənədlər tələb olunur: - Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər; - Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər; - Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər; - Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. ƏDV ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cu ilin yanvarından 10 il müddətinə bu növ vergidən azaddır. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “X10” MMC-nin təsisçisi və direktoru olan X3 qardaşı və “X10’ MMC-nin satış meneceridir. O, qeyd edilən əməliyyatların bir qismi aparılan zaman “X10’ MMC-də “könüllü fəaliyyət haqqında” müqaviləyə əsasən işləmiş, digə qismində əmək müqaviləsi üzrə satış meneceri vəzifəsində olmuşdur. Üçüncü şəxs kimi cəlb edilən “X12” MMC məhkəmə təqdim etdiyi ərizədə 28 dekabr 2019-cu il tarixində “X12” MMC təsis olunaraq dövlət qeydiyyatına alındığı, İddiaçı tərəfindən “X10” MMC-yə məxsus olan istehsal olunmuş məhsulları marketlərə çatdırdığı qeyd edilmişdir. Həmçinin həmin qeyd edilən məhsulların İddiaçı tərəfindən çatdırılma səbəbləri qeyd edilərək göstərilmişdir ki, 2020-ci ilin mart ayından başlayaraq COVİD 19 pandemiyasının zərərlərinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində pandemiya şəraiti elan olunaraq müvəqqəti qapanmalara üstünlük verilmiş, buna əsasən “X10” MMC-nin istehsal etdiyi məhsulları dövriyyəyə buraxmaqda müvafiq çətinliklərlə üzləşdiklərini, göstərilən fəaliyyətlə bağlı Bakı şəhərinə rayon sakinlərinin girişinə xüsusi razılıq tələb olunduğuna görə Lənkəran rayonundan məhsulların Bakı şəhərinə aparılmasında ciddi maneələr yarandığını, məcbur qalaraq İddiaçı könüllülük fəaliyyətindən istifadə edərək istehsal olunmuş məhsulların marketlərə verməsinə şərait yaradıldığını, yanlışlıq olaraq “X12” MMC-nin istehsal etdiyi məhsulları təqdim edən zaman İddiaçı şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparıldığı, bu səbəbl həmin müəssisələrə müraciət edildikdən sonra bəzi alış aktlarının ləğv edildiyi, digərləri tərəfindən düzlişlər edildiyi, həmin tədbirlər görüldükdən sonra məlumatların cavabdeh inzibati orqana təqdim edildiyi bildirilmişdir. İddiaçının qərarda yuxarı inzibati orqana etdiyi şikayətlərdə eyni formada olmuşdur. İş materiallarına əlavə edilən "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna, "xxxx" MMC-nin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna və e-taxes.gov.az saytından əldə edilən e-qaimələrə əsasən İddiaçı adına "xxxx" MMC və digər şirkətlər tərəfindən sistemə əlavə edilən alış aktlarının bir hissəsinin ləğv edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda öz adından kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Nəticə etibari ilə mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu zamanı iddiaçının hüquqları, Vergi Məcəlləsinin və İnzibati İcraat haqqında qanunun tələbləri pozulmuşdur. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz. Bununla yanaşı iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Qanunvericiliyin yuxarıda adıçəkilən müddəalarına və iş materiallarına bir daha nəzər saldıqda aşkar surətdə görünür ki, qərarın qəbul edilməsi əsası kimi göstərilən kənd təsərrüfatı məhsullarının iddiaçı tərəfindən deyil, MMC tərəfindən satılmış, lakin yanlışlıq olaraq iddiaçının adına qeydiyyat aparılmış və həmin yanlışlıqların aradan qaldırılması məqsədilə alıcı müəssisələr bir sıra alış aktlarını ləğv etmiş və ya düzəliş etmişdir. Göründüyü kimi cavabdeh inzibati araşdırma aparmadan fiziki şəxsin vergi öhdəliyi daşıması barədə mövqe nümayiş etdirir ki, məhkəmə həmin hərəkətləri vergi qanunvericiliyin ümumi prinsiplərinə uyğun hesab etmir və yuxarıda adıçəkilən kənd təsərrüfatı məhsulları ilə bağlı vergi öhdəlikləri ilə bağlı konkret şərtlərin pozulmasına yönələn hərəkət kimi qiymətləndirir. Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuzdur. Həmçinin məhkəmənin qənaətinə görə, mübahisələndirilən 26 aprel 2021-ci il tarixli inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı cavabdehin mövqeyi ehtimallara əsaslanmış, sübut edilməmiş, vergi uçotuna alınma, bəyannamənin verilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur ki, həmin işin faktiki halların qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməli və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********170400 nömrəli qərarı ləğv edilsin və həmin qərarın əsasında hesablanmış 126,605,62 manat borc məbləği silinsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-96/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-96/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver