Məhkəmə qərarları › İş №2-1(120)-96/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-96/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-96/2025 23.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X3 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “anasına məxsus fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X17 və X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edib iddianın dəyişdirilərək, “xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X3 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır. X1 24 yanvar 1990-cı ildə vəfat etmişdir. Anasının yeganə vərəsəsi kimi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Lənkəran rayon Notariat kontoruna müraciət etmiş, Lənkəran rayon Notariat kontoru tərəfindən ona 14 iyul 2011-ci il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 30 ünvanında 0,02723 ha torpaq sahəsində yerləşən, 1964-cü ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 89,6 yaşayış sahəsi 38,0, yardımçı sahəsi 51 kv.m olan mərhum anasına məxsus fərdi yaşayış evinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən ona DƏDRX-nin ünvan 2 ünavnında 0,02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Əlil və insult xəstəsidir. Həmin vaxtı çıxarış təqdim edilərkən həmin çıxarışda torpaq sahəsinin ölçüsünə fikir verməmişdir. Belə ki, DƏDRX-nin ünvan 2 ünavnında 0.02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsü 0,02189 ha göstərilmişdir. Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 30 ünavnında 0,02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini 26 avqust 2014-cü il tarixdə bağışlanma müqaviləsi ilə X8na və nəvəsi Kərimzadə (Kərimli) Kərim İmran oğluna bağışlamışdır. Ondan sonra X19 və Kərımzadə (Kərimli) Kərim İmran oğlu DƏDRX-nin ünvan 2 ünvanında 0,02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair hər birinə 1/2 hissə olmaqla xx.xx.2014-cü il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. X8 və nəvəsi Kərimzadə (Kərimli) Kərim İmran oğlu çıxarış alandan sonra Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 30 ünavanında yerləşən 0,02723 ha torpaq sahəsi, onun adına Dövlət reyestrindən çıxarış verilərkən az, yəni 0,02189 ha göstərilmişdir. Ona görə də xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, xx.xx.2014-cü il tarixli 11D-3326 reyestr nömrəli bağışlanma müqaviləsinin və xx.xx.2014-cü il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(049)-3697/2021 saylı qətnaməsi ilə iddiam təmin edilərək ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair onun adına verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin X13 və Kərımzadə (Kərimlı) Kərim İmran oğluna bağışlanmasına dair xx.xx.2014-cü il tarixli 11D-3326 reyestr nömrəli bağışlanma müqaviləsi, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hər birinə 1/2 hissə olmaqla X10, Kərimzadə (Kərimli) Kərim İmran oğlunun 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(049)- 3697/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra zəruri sənədləri adına yeni çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pulik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ona 13 may 2022-ci il tarixli **********33 nömrəli məktubla cavab verərək bildirmişdir ki, həmin miras əmlakı olaraq torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinə dair tərəflər arasında mübahisə vardır. Lakin həmin miras əmlakı olaraq torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinə dair tərəflər arasında heç bir mübahisə yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi eyni əməliyyatı bir dəfə aparıb, lakin torpağın ölçüləri sənəddə səhv yazıldığı üçün həmin səhvin düzəldilməsi məqsədi ilə məcbur qalaraq köhnə sənədləri məhkəmə qaydasında ləğv etdirmişdir. Hal-hazırda qanuni əsaslarla Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən sadəcə ona aid işin görülməsini, ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 10 saylı Lənkəran Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, hazırki iş üzrə İddiaçı 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 19 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında Lənkəran şəhəri, X21 küçəsi 30 ünvanında yerləşən, 13 iyul 1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş iyul 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında hazırki iş üzrə iddiaçı şəxsin qanun üzrə vərəsəsi olduğu (X9) şəxsdən miras qalmış 0.56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər tərəflərindən icraata qəbul edilmiş və həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfindən araşdırılarkən, habelə faktiki yerində aparılan müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə qonşular arasında ciddi mübahisə mövcuddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan bildiririk ki, həmin dövrdə hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş, 13 iyul 1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş iyul 1934-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında hazırki iş üzrə iddiaçı şəxsin qanun üzrə vərəsəsi olduğu (X9) şəxsdən miras qalmış 0.56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar tərəflər arasında ciddi mübahisə (yeganə səbəb olaraq torpaq sahəsinə münasibətdə) olduğu səbəbdən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 13 may 2022-ci il tarixli “imtina” bildirişi ünvanlanmışdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə ilkin hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılması zərurəti yaranmışdır. Hazırki sərəncamın icrası olaraq bildiririk ki, gələcəkdə iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 "xxxx" MMC, habelə mübahisə yaradan tərəflər cəlb edilməklə, məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmaq şərtilə mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi 0.56 ha həyətyanı torpaq sahəsinə münasibətdə yaranmış uyğunsuzluğun aradan qaldırılması barədə müvafiq qərar qəbul edildiyi, yaxud tərəflər arasında “barışıq” əldə olunduğu təqdirdə tərəfimizdən baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi, üçüncü şəxslər X17 və X18 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçı tərəf tələblərini müdafiə etdiklərini bildirərək iddialarının təmin olunmasını xahiş etmişdirlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ekspertiza xərcinin ona aid edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən cavabdeh tərəfin nümayəndələri tələbə etiraz etdiklərini bildirərək iddianın təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmənin keçmiş iclaslarında iştirak edən üçüncü şəxslər tələbə etiraz etdiklərini bildirərək iddianın təmin olunmamasını xahiş etmişdirlər. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lənkəran rayonu ərazisində yerləşdiyindən və Lənkəran şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında verilmiş 0,025 ha torpaq sahəsi X6 verilmişdir. İş materiallarında olan Lənkəran Notariat kontoru tərəfindən 14 iyul 2011-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi mərhumun oğlu Kərimov X16 şəhəri Ak. Zərifə Əliyeva küçəsi 30 ünvanda 0,02723 ha torpaq sahəsində yerləşən, 1964-cü ildə tikilmiş, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 89,6, yaşayış sahəsi 38.0, yardımçı sahəsi 51.6 kv.m olan mərhuma məxsus fərdi yaşayış evindən ibarət olan miras əmlakdan irs almışdır. İş materiallarında olan MA seriyalı № ******* saylı 10 avqust 2011-ci il tarixli Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ********** qeydiyyat nömrəsi, **********62 reyestr nömrəsi ilə ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən ərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran Notariat kontoru tərəfindən 26 avqust 2014-cü il tarixdə verilmiş Daşınmaz əmlakın bağışlanılması müqaviləsinin surətindən görünür ki, Kərimov X16 şəhəri Ak. Zərifə Əliyeva küçəsi 30 ünvanda 0,02723 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 89,6, yaşayış sahəsi 38.0, yardımçı sahəsi 51.6 kv.m olan mərhuma məxsus fərdi yaşayış evinin 1,2 hissəsini X13, 1/4 hissəsini isə X15 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhəri, X21 küçəsi, ev 30 ünvanda yerləşən, 13 iyul 1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş iyul 1964-ci il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında qanun üzrə vərəsəsi olduğu şəxsə (X11) məxsus fərdi yaşayış evinin və ümumi sahəsi 0.56 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki yerində olan vəziyyətin araşdırılması zərurəti yaranmışdır. Faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin miras əmlakı olaraq torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evivinə dair tərəflər arasında mübahisə var. Xidmət orqanı olaraq bildiririk ki, həmin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində miras əmlakı kimi vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan zərurət (həmin evə və torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisəyə münasibətdə) təmin olunmadığından, icraatda olan hazırki ərizənizin icrası mümkün deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vahid daşınmaz əmlak obyekti olaraq mərhum şəxsin adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafıq hesab edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3697/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən ərdi yaşayış evin X13 və Kərimzadə (Kərimli) Kərim İmran oğluna bağışlanmasına dair xx.xx.2014-cü il tarixli 11D-3326 reyestr nömrəli bağışlanma müqaviləsi, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayəş evinin hər birinə ½ hissə olmaqla X10, Kərimzadə (Kərimli) Kərim İmran oğlunun adına verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi qət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubunda qeyd edilmişdir ki, inzibati iş üzrə sorğunun icrası olaraq zərurət yarandığından, Lənkəran şəhəri, X21 küçəsi ünvanında yerləşən, 13 iyul 1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran Rayon X2 İdarəsi tərəfindən verilmiş iyul 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında İddiaçı qanun üzrə vərəsəsi olduğu şəxsdən (X9) miras qalmış 0,56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş 30 saylı fərdi yaşayış evi üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair qeydiyyatın aparılması proseduru ilə əlaqədar həmin şəxs tərəfindən Ərazi İdarəsinə edilən müraciətin, habelə onun müraciəti əsasında aparılmış inzibati icraat materiallarının təqdim olunmasına münasibətdə, tərəflərindən həmin əmlaka dair arxiv və baza məlumatları aid olan hissədə araşdırılmışdır. Məlumat üçün bildiririk ki, miras əmlak olaraq sözü gedən ünvanda yerləşən 0,56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyatının aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının 19 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər tərəfimizdən icraata qəbul edilmişdir. İcraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq tərəflər arasında ciddi mübahisə olduğu səbəbdən (torpaq sahəsinə münasibətdə) həmin müraciətin icrasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/431 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-163/2024 №-li mütəxəssis rəyinə əsasən, xx.xx.1937-ci il tarixli, 685 nömrəli "Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı "Texniki Pasport” əsasında iddiaçının qanun üzrə vərəsəsi olduğu X6 məxsus həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-163/2024 №-li mütəxəssis rəyinə əsasən, xx.xx.1937-ci il tarixli, 685 nömrəli "Torpaq Qeydi” ilə İddiaçı qanun üzrə vərəsəsi olduğu X3 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, həndəsi ölçüləri və.s. əks olunan) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı "Texniki Pasport” əsasında İddiaçı qanun üzrə vərəsəsi olduğu X3 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin “Texniki Pasport”dakı ölçüləri ilə faktiki vəziyyətdəki ölçülərinin uyğun gəlməməsi müəyyən olunmuşdur. İddiaçı qanun üzrə vərəsəsi olduğu X3 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki coğrafi yerləşmə mövqeyinin elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-163/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı qanun üzrə vərəsəsi olduğu X3 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 22 kv.m ölçüdən ibarət hissəsinin üçüncü şəxslərin (hüquq sahibləri - X17, X18) qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin üst-üstə düşən hissənin hazırda mübahisə predmeti olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-163/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı qanun üzrə vərəsəsi olduğu X3 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki sahəsi və sərhədləri müəyyən edilmişdir. Torpaq sahəsinin 0,025 ha olmasıı müəyyən olunmuş və faktiki sərhədlərin ölçüləri rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-163/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı qanun üzrə vərəsəsi olduğu X3 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müşahidə edilmişdir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-163/2024 №-li mütəxəssis rəyinə əsasən, Torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikilinin mövcud olması müəyyən olunmuşdur. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-81/2025 nömrəli qərarı ilə iddiaçı X12 iddia tələbi təmin edilmiş, Lənkəran şəhəri, Zərifə Əliyeva kuçəsı 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS icraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarışa ( qərarına) əsasən, 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evinin 41 kv.m hissəsinə X12 adına mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X3 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mübahisə sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı tərəf hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə inzibati orqana müraciət etsə də, inzibati orqan tərəfindən imtina edilmiş və iddiaçı məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından M.Züfərov” adına kolxozun xx.xx.1997-ci il tarixli, 02 nömrəli ümumi iclasının qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. İş üzrə əsas olan hüquqmüəyyənedici sənədlər xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport”-dur ki, qeyd edilən sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən inzibati aktlar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” ilə X6 0,025 ha torpaq sahəsi verilmiş, torpaq sahəsinin üzərində tikili olmuş və bu barədə Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” tərtib edilmişdir. İddiaçı tərəfə aktlar verilən vaxtdan vaxtdan bu günə qədər mübahisəli daşınmaz əmlaklar istifadələrində olmuşdur. Eyni zamanda həmin inzibati aktlara dair iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eyni zamanda inzibati aktlar ləğv edilməmiş, hal-hazırda qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/431 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən X6 məxsus həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, verilmiş həyətyanı torpaq sahəsinin faktiki coğrafi yerləşmə mövqeyinin elektron kadastr xəritəsinə uyğun olması, torpaq sahəsinin ölçülərinin 0,025 ha olması, həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 22 kv.m ölçüdən ibarət hissəsinin üçüncü şəxslərə (hüquq sahibləri - X17, X18) məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, X3 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. İnzibati orqan tərəfindən iş üzrə imtina verilən zaman əsas arqumentlər torpaq sahəsinin ölçülərinin fərqli olması, torpaq sahəsi və fərdi yaşayış evi barədə tərəflər arasında mübahisə olması hallarıdır. Qeyd edilən istiqamətdə araşdırma nəticəsində məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir: - araşdırma nəticəsində iddiaçı tərəfin müraciəti əsasında qeyd edilən torpaq sahəsinin ölçüləri 0,02189 ha göstərilməklə və fərdi yaşayış evi qeyd edilməklə İddiaçı adına daşınnmaz əmlakın dövlət reyestr xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışının verildiyi müəyyən edilir. Belə ki, qeyd edilməlidir ki, torpaq sahəsinin 0,02189 ha hissəsində və üzərində qeyd edilən fərdi yaşayış evi üzrə qeydiyyata alınma hissəsi mübahisəsiz haldır. Lakin iddiaçl tərəf qeyd edilən hallarla razılaşmamış və onlara ayrılan torpaq sahəsinin 0,02723 ha olmasını qeyd edərək hüquqlarının müdafiəsi məqsədilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və hal-hazırda qüvvədə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3697/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Qətnaməyə əsasən iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən ərdi yaşayış evin X13 və Kərimzadə (Kərimli) Kərim İmran oğluna bağışlanmasına dair xx.xx.2014-cü il tarixli 11D-3326 reyestr nömrəli bağışlanma müqaviləsi, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayəş evinin hər birinə ½ hissə olmaqla X10, Kərimzadə (Kərimli) Kərim İmran oğlunun adına verilən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. - məhkəmə araşdırması nəticəsində və ekspert rəyinə əsasən torpaq sahəsinin faktiki ölçülərinin 0,025 ha olduğu müəyyən edilir. İddiaçı tərəf qeyd edilən ölçülərlə razılaşaraq məhkəmədən 0,025 ha hissəsində tələblərinin olmasını qeyd etmiş və məhkəməyə ərizə təqdim etmişdirlər. - iş materiallarına əsasən hal-hazırda tərəflər arasında olan mübahisənin 22 kv.m hissədə olduğu müəyyən edilir. Bu istiqamətdə araşdırma aparılan zaman iddiaçılara qeyd edilən mübahisəli torpaq sahəsinin 1937-ci ildə ayrıldığı, daha sonra 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” ilə bir daha öz təsdiqini tapdığı müəyyən edilir. Lakin məhkəmə tərəfindən 22 kv.m ölçüdən ibarət hissəsinin üçüncü şəxslərə (hüquq sahibləri - X17, X18) məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə də qiymət verilməsi zəruridir. İlk növbədə qeyd edilməlidir ki, üst-üstə düşən hissənin üçüncü şəxs X14 Lənkəran şəhər XDS icraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarışa (qərarına) əsasən ayrıldığı müəyyən edilir. Belə ki, qeyd edilənlərə əsasən Lənkəran şəhər XDS icraiyyə Komitəsi tərəfindən torpaq sahəsi ayrılan zaman artıq mübahisəli ərazinin X3 mülkiyyətində olduğu sübut olunur. Eləcə də, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-81/2025 nömrəli qərarı ilə iddiaçı X12 iddia tələbi təmin edilmiş, Lənkəran şəhəri, Zərifə Əliyeva kuçəsı 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS icraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarışa ( qərarına) əsasən, 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evinin 41 kv.m hissəsinə X12 adına mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır ki, həmin qərarda yalnız fərdi yaşayış evi üzrə hüquqların qeydə alındığı müəyyən edilir. İş materiallarına əlavə edilən sxemə əsasən isə mübahisəli 22 kv.m ərazinin qeyd edilən fərdi yaşayış evi ilə eyni ərazi olmadığı müşahidə olunur. - Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Lakin inzibati orqan tərəfindən qeyd edilən qanunvericiliyin tələbləri üzrə hər hansısa icraatın aparılmadığı müşahidə edilir. Belə ki, mübahisəli torpaq sahəsinin X6 qanuni əsaslarla ayrıldığı, üçüncü şəxslərlə üst-üstə düşmə halından əvvəl istifadələrində olduğu mübahisəsiz haldı. İnzibati orqan tərəflər arasında olan mübahisənin həlli istiqmətində qeyd edilən halları nəzərə almalı idi, lakin iş materiallarına əlavə edilən sənədlərə əsasən bu halalrın nəzərə alınmadığı, tərəflər arasında isə mübahisənin uzun illərdir davam etdiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İddiaçı hazırki işdə xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X3 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, layihə və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək və inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İddiaçının mərhum X1na xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında verilmiş 0,025 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının daşınmaz əmlaklarına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan iddia təmin edilməli, xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X3 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçı iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1937-ci il tarixli, 685 nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X2 İdarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, 3098 saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X3 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar