Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-960/2022 15.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin hərraca çıxardığı əkinə yararlı torpaq sahələrinin keçirildiyi 27 may 2021-ci il tarixli hərrac nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin hərraca çıxardığı əkinə yararlı torpaq sahələrinin keçirildiyi 27 may 2021-ci il tarixli hərrac nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, sonuncuya iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması üçün müddət təyin olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(120)-960/2022 nömrəli qərardadı ilə iddiaçı Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin hərraca çıxardığı əkinə yararlı torpaq sahələrinin keçirildiyi 27 may 2021-ci il tarixli hərrac nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə X8 zəruri cəlb etmə qaydasında, X3 və X4 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Tərəflər 15 iyul 2022-ci il tarixdə, saat 17:00-da hazırlıq icraatı ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, üçüncü şəxslər X9, X5, X6 icrааtı ilə bаğlı məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Мəhkəmə iclasında iddiaçı Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Məhkəmə ərizəni nəzərdən kеçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İddia tələbindən görünür ki, iddiaçı Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin hərraca çıxardığı əkinə yararlı torpaq sahələrinin keçirildiyi 27 may 2021-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin 17 mart 2021-ci il tarixli iclas protokolunun 07/03 nömrəli qərarından görünür ki, Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin icarə predmeti olan, Aşağı Qaramanlı kəndində yerləşən 3.85 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığının nəzərə alınması, Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin icarə predmeti olan, Aşağı Qaramanlı kəndində yerləşən 3.85 ha torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi, müsabiqədə 1 (bir) illik icarə haqqının illik 1 hektar üçün 55 (əlli beş) manat müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X10 ərazi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X10 ərazi torpaq müsabiqə və hərrac komissiyasının 27 may 2021-ci il tarixli, 114 nömrəli iclas protokolundan görünür ki, Neftçala rayonu ərazisində yerləşən Aşağı Qaramanlı bələdiyyəsinin dövlət mülkiyyətində olan 38500 kv.metr və ya 3.85 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracda X11 350 (üç yüz əlli manat) manat ən yüksək təklif vermiş və müsabiqədə qalib olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin seriya AM, 12561 nömrəli şəhadətnamədən görünür ki, Neftçala rayonu ərazisində yerləşən Aşağı Qaramanlı bələdiyyəsinin dövlət mülkiyyətində olan 38500 kv.metr və ya 3.85 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracda qalib olmuş X9 49 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin 17 mart 2021-ci il tarixli iclas protokolunun 07/02 nömrəli qərarından görünür ki, Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin icarə predmeti olan, Aşağı Qaramanlı kəndində yerləşən 20.9 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığının nəzərə alınması, Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin icarə predmeti olan, Aşağı Qaramanlı kəndində yerləşən 20.9 ha torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi, müsabiqədə 1 (bir) illik icarə haqqının illik 1 hektar üçün 55 (əlli beş) manat müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X10 ərazi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X10 ərazi torpaq müsabiqə və hərrac komissiyasının 27 may 2021-ci il tarixli, 113 nömrəli iclas protokolundan görünür ki, Neftçala rayonu ərazisində yerləşən Aşağı Qaramanlı bələdiyyəsinin dövlət mülkiyyətində olan 209000 kv.metr və ya 20.9 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracda X11 1300 (bir min üç yüz manat) manat ən yüksək təklif vermiş və müsabiqədə qalib olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin seriya AM, 12560 nömrəli şəhadətnamədən görünür ki, Neftçala rayonu ərazisində yerləşən Aşağı Qaramanlı bələdiyyəsinin dövlət mülkiyyətində olan 209000 kv.metr və ya 20.9 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracda qalib olmuş X9 49 il müddətinə icarəyə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəyə tətbiq edərkən müəyyən edir ki, ümumiyyətlə iddiaçının iddia ərizəsi üzrə başlanmış icraat inzibati icraat qaydasında baxılan mübahisə deyildir. Başqa sözlə iddiaçının hazırkı tələbinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2ci maddəsində nəzərdə tutulmuş iddia növlərinin hər hansı biri üzrə inzibati icraata qaydasında baxılması yol verilməzdir. Məhkəmə qeyd edir ki, hazırki tələbə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Qərarında 5.2-ci bəndin qeyd olunur ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddianın predmeti hərracın nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi ilə bağlı olduğundan həmin tələbə inzibati icraat qaydasında deyil, mülki (kommersiya) mübahisəsi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə uyğun aidiyyəti üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəməsinə) və yaxud mübahisənin xarakterindən asılı olaraq kommersiya məhkəməsində baxıla bilər. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqanın publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddiası mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X10 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin hərraca çıxardığı əkinə yararlı torpaq sahələrinin keçirildiyi 27 may 2021-ci il tarixli hərrac nəticələrinin etibarsız hesab edilərək ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-960/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-960/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver