Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-962/2021 03.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı “X5, X10, X17 iddiaçılara məxsus Sabirabad şəhəri, V.Əhmədov küçəsi, 3-cü döngə, ev 10 (Yeni qaydalarla: AZ 5400, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 İddiaçı2, İddiaçı3 və İddiaçı4, Sabirabad şəhəri, V.Əhmədov küçəsi, 3-cü döngə, ev 10 nömrəli mənzilin mülkiyyətçisidirlər. İddiaçılar, mənzilində qeydiyyatda olan X5, X10, X17 mənzilin qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçıların mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçılar üçüncü şəxslərin Sabirabad şəhəri, V.Əhmədov küçəsi, 3-cü döngə, ev 10 nömrəli nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(120)-962/2021 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, X13, X18 və X21 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Məhkəmənin 03 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X7, X14, X19 onlara məxsus mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdurlar. Bildirmişdir ki, həmin şəxslər onlara məxsus mənzildə yaşamırlar və harada yaşamaları barədə məlumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X13, X18, X21 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçılar iddia ərizəsinə şəxsiyyət vəsiqələrinin surətini, yaşayış yerindən arayışlarını ********** qeydiyyat nömrəli çıxarışın surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında əslinə baxış keçirilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Məmmədova X9 şəhəri, V.Əhmədov küçəsi, 3cü döngə, ev 10 nömrəli mənizlin paylı mülkiyyətçisidirlər. Məhkəmə iclasında elan edilmiş 13.11.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünür ki, “28.02.1994-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi: oğlu X4 idi, lakin onun, 17.06.2011-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri gəlini İddiaçı1, nəvəsi İddiaçı2, nəvəsi İddiaçı3 və nəvəsi İddiaçı4 keçir. Həmin Şəhadətnamə üzrə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən 23.10.2020 tarixdə X2 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 306.1 kv/m olan fərdi yaşayış evindən, DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən 23.10.2020 tarixdə X2 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.08031 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə iclasında elan edilmiş Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışının məzmunundan görünür ki, üçüncü şəxs X13, X18, X21 fərdi yaşayış evində qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş Sabirabad şəhər İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25.05.2021-ci il tarixli, 121 nömrəli məktubundan görünür ki, X13, X18, X3 şəhəri, V.Əhmədov küçəsi, döngə 3, 10 saylı evdə yaşamırlar. Məhkəmə iclasında elan edilmiş Sabirabad şəhər İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 24 fevral 2021-ci il tarixli aktdan görünür ki, X13, X18, X3 şəhəri, V.Əhmədov küçəsi, döngə 3, 10 saylı evdə yaşamırlar və onlar həmin evdə formal qeydiyyatdadırlar. Məhkəmə iclasında elan edilmiş üçüncü şəxs X5 03 iyun 2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramın məzmunundan görünür ki, “İddiaçı1 iddia tələbini qəbul edir və Sabirabad şəhəri, V.Əhmədov küçəsi döngə 3-də yerləşən 10 nömrəli mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçılara məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçilərin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçılara məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçılar üçüncü şəxslərin Şirvan şəhəri, Sabirabad şəhəri, V.Əhmədov küçəsi, döngə 3, 10 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X5, X6, X15 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Sabirabad şəhəri, V.Əhmədov küçəsi, döngə 3, 10 nömrəli fərdi yaşayış evindən (Yeni qaydalarla: AZ 5400, ünvan 1 pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-962/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-962/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver