Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-963/2022 21.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdehnə qarşı “X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(120)-963/2022 nömrəli qərardadı ilə, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, Cavabdeh nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixə saat 09:30-a və xx.xx.2022-ci il tarixə saat 14:20-yə təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək İddiaçı1 həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun göndərilməsinə baxmayaraq, İddiaçı1 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə tərəfindən iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Bundan başqa məhkəmə tərəfindən iddiaçıya iddianın mümkünlük məsələsinin müzakirəsi ilə bağlı yazılı qaydada məktublarla hüquqi yardım olunmasına baxmayaraq, iddiaçı tərəfindən hüquqi yardım məktubuna da münasibət bildirilməmişdir. Hansı ki, iddianın mümkünlük məsələsinin müzakirəsi və işin mahiyyəti üzrə həll edilməsi üçün iddiaçının iştirakı və dinlənilməsi, o cümlədən məhkəmənin hüquqi yardım məktubu üzrə tövsiyyələrinin yerinə yetirilməsi zəruridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı1 Cavabdehnə qarşı “X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-963/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-963/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver