Məhkəmə qərarları › İş №2-1(120)-965/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-965/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-965/2020 29.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Beyləqan rayon filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Beyləqan rayon filialına qarşı «xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində faktiki işlədiyi illərin, 1970-1973, 1976, 1996- 1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxx 1955-ci ildə anadan olmuşdur, xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində, 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx xxxxxx 2020-ci il tarixli, **********3 saylı məktubla müraciətindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,1966-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda, xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1985-xx.xx.1991-ci illərdə Jdanov rayon Tədarük kontorunda yun üzrə çeşidləyici və xx.xx.1991-xx.xx.1994cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində işlədiyi illəri sığorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(120)-965/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək iddia tələbinə “xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində faktiki işlədiyi illərin, 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Beyləqan rayon filialının üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində faktiki işlədiyi illərin, 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı vaxt 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də işlədiyi iş illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi illərin əmək kitabçasında yazılmadığını, əmək kitabçasında qeyd olunan “xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində işlədiyi müəssisələrin hal-hazırda fəaliyyətinin olmamasını və arxiv sənədlərinin saxlanılmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 251 saylı arayışını, Beyləqan rayon Dövlət Arxivinin 17dekabr 2019-cu il tarixli, 446 nömrəli arxiv arayışını, NT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Beyləqan rayon filialı tərəfindən göndərilmiş sənədlərin, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 saylı məktubunun, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 saylı məktubunun, Dövlət Sosial Müdafiə Fondu X8 Yexlax rayon filialının xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxx 2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, yənixx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində işləməsi NT-İ ******* nömrəli əmək kitabçası ilə, 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işləməsi Beyləqan rayon Dövlət Arxivinin xx xxxxxx 2019cu il tarixli, 446 saylı arxiv arayışı və kolxozun şəxsi hesab kitabları ilə, xx.xx.1973xx.xx.1975-ci illərdə hərbi xidmətdə olması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 251 saylı arayışı ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövr (xx.xx.1973-xx.xx.1975), əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti (xx.xx.1976-xx.xx.1985, xx.xx.1985-xx.xx.1991 və xx.xx.1991-xx.xx.1994) və Beyləqan rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 446 saylı arxiv arayışında göstərilən 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi dövrlərinin cəmi 25 ildən artıq olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1976-xx.xx.1985, xx.xx.1991-xx.xx.1994cü illərdə işlədiyi və 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət illəri və əmək kitabçasında göstərilən digər iş illəri) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində işlədiyi illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1976-cı il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əmək kitabçasının düzgünlüyü və mötəbərliyi məhkəmənin sorğusu əsasında Dövlət Sosial Müdafiə Fondu X8 Yexlax rayon filialının məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubu ilə öz təsdiqini tapır. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, X10 və İlkin Emsalı zavodu ümumilikdə Dövlət Sosial Müdafiə Fondu yarandığı ildən yəni xx.xx.1991-ci ildən xx.xx.2000-ci il daxil olmaqla DSMF-nun Yevlax şəhər şöbəsində qeydiyyada olmuş və hesablaşma aparmışdır. Əlavə olaraq bildiririk ki, hazırda müəssisəyə aid olan sənədlər saxlanılması üçün Dövlət Arxivinə təhvil verilməmiş, uzun müddətdir fəaliyyəti yoxdur, hüquqi ünvanı məlum olmadığından sosial sığorta ödənişləri barədə əlavə sənəd və məlumatları əldə edə bilmədiyimizdən Sizə tam və dürüst məlumat verə bilmirik. Göründüyü kimi qeyd olunan məktubda əks olunan məlumatlarda həmin müəssisə mübahisə edilən illərdə qeydiyyatda olmuş və fəaliyyət göstərmiş, məcburi sosial sığorta haqlarını ödəmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçının təqdim etdiyi əmək kitabçasının qeyri-mötəbər olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə əmək kitabçasının mötəbərliyi və sübut kimi qəbul edilməsinin yolverilməzliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi iddiaçının işlədiyi dövrlərdə müəssisə mövcud olmuş və əmək kitabçası düzgün tərtib edilmişdir Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını və arxiv arayışını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və hal-hazırda fəaliyyətinin olmaması əsas gətirilərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi və hal-hazırda fəaliyyətinin olmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Dövlət Sosial Müdafiə Fondu X8 Yexlax rayon filialının məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli 2-1(120) 965/2020 nömrəli sorğu məktubunuza cavab olaraq bildiririk ki, X10 və İlkin Emsalı zavodu ümumilikdə Dövlət Sosial Müdafiə Fondu yarandığı ildən yəni xx.xx.1991-ci ildən xx.xx.2000-ci il daxil olmaqla DSMF-nun Yevlax şəhər şöbəsində qeydiyyada olmuş və hesablaşma aparmışdır. Əlavə olaraq bildiririk ki, hazırda müəssisəyə aid olan sənədlər saxlanılması üçün Dövlət Arxivinə təhvil verilməmiş, uzun müddətdir fəaliyyəti yoxdur, hüquqi ünvanı məlum olmadığından sosial sığorta ödənişləri barədə əlavə sənəd və məlumatları əldə edə bilmədiyimizdən Sizə tam və dürüst məlumat verə bilmirik. İş materiallarında olan Beyləqan rayon Dövlət arxivinin xx xxxxxxxx 2020-ci il tarixli, 267 saylı arxiv arayışında qeyd edilmişdir ki, Beyləqan rayonu Daşburun Pambıqtəmizləmə zavodunun və onun tabeçiliyində olan Pambıq qəbulu məntəqələrinin arxiv sənəd materialları mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi və hal-hazırda fəaliyyətinin olmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi və hal-hazırda fəaliyyətinin olmaması iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə cavabdehin qəbul etmədiyi və mübahisələndirdiyi iddiaçının əmək kitabçasında göstərilməyən 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi əmək fəaliyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işləməsinə dair Beyləqan rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 446 saylı arxiv arayışını və xx.xx.1973xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 251 saylı arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Dövlət Sosial Müdafiə Fondu X8 Beyləqan rayon filialının məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, **********5 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1-ci bəndinə uyğun olaraq qanunu qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixdək) sığortaolunan üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş R.N .Nəsirovun təqdim etdiyi sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, 1966-1973, 1976-cı illərdə “Sovet Azərbaycanı” kolxozunda, 1996-1997-ci illərdə “Natavan” kolxozunda işləməsi barədə sosial sığorta stajını Beyləqan rayon Dövlət Arxivi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 446 saylı arxiv arayışına əsasən təqdim etmişdir və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. Vətəndaşın kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajının hesablanmasında həmin dövrün nəzərə alınması mümkün olmamışdır. Bildiririk ki, vətəndaşın arxiv arayışı, hərbi arayış və əmək kitabçasındakı qeydlərə əsasən sığorta stajı 1970-ci ildən nəzərə alınmaqla ümumilikdə 25 il 2 ay təşkil edir. Vətəndaş İddiaçı kolxozda işlədiyi dövr (arxiv arayışı ) təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmadığı üçün əmək kitabçasındakı qeydlərə və hərbi arayışa əsasən 20 il 5 ay sosial sığorta stajı vardır ki, bu da “yaşa görə” əmək pensiyası təyin olunmasına hüquq vermir. Həmçinin əmək kitabçasında qeyd olunmuş xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarı-su X5 və xx.xx.1991-xx.xx.1994-cü illərdə X10 və X9 X7 və Qəbulu İdarəsində işlədiyi dövr üçün sosial sığorta stajının doğruluğunun yoxlanılması mümkün olmamışdır. Bu səbəblərdən də vətəndaşa “yaşa görə” əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Beyləqan rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 446 saylı arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi illərin əmək kitabçasında yazılmaması, əmək kitabçasında qeyd olunan “xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində işlədiyi müəssisələrin hal-hazırda fəaliyyətinin olmamasını və arxiv sənədlərinin saxlanılmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.İddiaçı işlədiyi iş illərinin və hərbi xidmət müddətinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı xx.xx.1976-xx.xx.1985-ci illərdə X1 Sarısu X5, xx.xx.1991-xx.xx.1994-cü illərdə Beyləqan rayon Yun Tədarükü və qəbulu idarəsində faktiki işlədiyi illər, 1970-1973, 1976, 1996-1997-ci illərdə Beyləqan rayon “Sovet Azərbaycanı” və “Natəvan” adına kolxozlarda işlədiyi illər həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Beyləqan rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvə yəminir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar