Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-965/2024 23.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 55 saylı, 24 may 2021-ci il tarixli əmrinə əsasən “Yerli İcra Hakimiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 4.18-ci və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi rayon İcra Hakimiyyətində Qulluğa qəbul olunaraq rayon İcra Hakimiyyəti başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Cavabdeh başçısının 157 saylı, 24 noyabr 2021ci il tarixli əmrinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2021-ci ilin 24 noyabr tarixindən 2022-ci ilin 24 fevral tarixinədək 3 (üç) ay sınaq müddətinə dövlət qulluğuna qəbul edilmişdir. Cavabdeh başçısının 16 saylı, 24 fevral 2022-ci il tarixli əmrinə əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi 24 fevral 2022-ci il tarixdən daimi dövlət qulluğuna qəbul olunaraq ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Cavabdeh başçısının 36 saylı, 04 aprel 2023-cü il tarixli əmrinə əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi mən 04 aprel 2023cü il tarixindən dövlət qulluğundan azad edilərək mənim dövlət qulluğuma xitam verilmişdir. Yuxarıda qeyd edilən 36 saylı, 04 aprel 2023-cü il tarixli əmrin surətini halhazıra kimi almamışdır. Əmək kitabçasının surətini isə uzun və gərgin danışıqlardan sonra 01 may 2023-cü ildə almışdır. Səhəri günü də bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2023-cü ildə mediasiyaya müraciət etmişdir. Oradan ona ilkin mediasiya sesiyasında iştirak edilməməsi (cavabdeh tərəfin) barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Yuxarıda qeyd edilən əmrlərlə bağlı bildirirəm ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Sabirabad konsultativ poliklinika şöbəsində ambulator müalicədə və xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan müddətdə isə Bakı şəhərində yerləşən X7 stasionar müalicədə olmuşdur. Göründüyü kimi stasionar müalicədə olduğu müddətdə yəni, xx.xx.2023-cü ildə dövlət qulluğundan azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Həmişə öz vəzifəsini lazımı qaydada yerinə yetirmişdir. Bir sözlə özünün əmək funksiyasını Azərbaycan Respublikasının Qanunları çərçivəsində qurmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, əmək və icra intizamını pozmamış, dövlət qulluqçusunun adına xələl gətirən hərəkətlərə də yol verməmişdir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası İPM-nin 8.1.3-cü və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddələrini rəhbər tutaraq barəsində olan Cavabdeh Başçısının 36 saylı, 04 aprel 2023-ci il tarixli əmrini ləğv edərək onu əvvəlki işinə, yəni, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X5 iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 şifahi məhkəmə iclasında izahatında, iddia tələbini qəbul edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Quruzma Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-70-27/2-805/20203 nömrəli arayışından görünür ki, Babayev X3 rayonunun Quruzma kəndində yaşayır. İş materiallarında olan TQS 027 nömrəli ambulator kitabçadan çıxarışdan və əmək qabiliyyətinin olmaması barədə seriya SN 00008, ******* nömrəli vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X12 Cavabdehnə ünvanladığı xx.xx.2023cü il tarixli, 418 nömrəli məktubdan görünür ki, Sabirabad RMX-nin Poliklinika şöbəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun adına Ambulator rejimdə əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X14 Şəxsi Sabirabad RMX-nin X1 18 noyabr 2023-cü il tarixli, 14 nömrəli tibbi arayışından görünür ki, Babayev X3 rayon Poliklinikasında xx.xx.2023-cü ildə ambulator müalicə olmuşdur. xx.xx.2023-cü il tarixdə əlavə müayinə üçün X9 göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X14 Şəxsi “X13” X12 məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 18-1-19/2-1108/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X8 Yanıq şöbəsinə qəbul olunmuşdur. Diaqnoz keçirilmiş yanıqdan sonrakı vəziyyət hər iki əl və əl barmaqlarının çoxsaylı kobud və hipertrofik dartıcı çapıqları, ağrı sindromu, hissiyyat pozğunluğu, barmaqların kombinə olunmuş konturaktuları, barmaqlarda hərəkət məhdudluğu. Xəstə xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X8 ******* nömrəli xəstəlik tarixi ambulator kitabçasından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yanıq şöbəsində müalicə almışdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh Quruzma Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə kiçik dövlət qulluğçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2023-cü il tarixdə dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli, 36 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında “Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 04 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 5-70-2/2- 1466/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbinə dair 2-1(120)- 3421/2023 nömrəli iş üzrə Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 36 nömrəli əmrinin surətinin İddiaçı təqdim edilməsi qaydası barədə sənədlərin, o cümlədən onun qulluq etdiyi dövrlərdə intizam məsuliyyətinə cəlb edilib-edilməməsi, mükafatlandırılması barədə məlumat və sənədlərin təsdiq edilmiş surətinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə məktubunuza rayon icra hakimiyyətində baxılmışdır. Məlum edirik ki, sizin 16 iyun 2023-cü il tarixli, 2-1 (120)-3421/2023 nömrəli məktubunuza əsasən İddiaçı vəzifəsindən azad edilməsi barədə rayon icra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 36 nömrəli əmrinin surətini İddiaçı poçt vasitəsi ilə göndərilməsini təsdiq edən poçt qəbzinin təsdiq edilmiş surəti və intizam-tənbeh tədbiri olaraq ona verilmiş töhmət əmrinin surəti 07 sentyabr 2023-cü il tarixdə 5-70-2/2-1249/2023 nömrəli məktubla Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının kollektiv mükafatlandırılması barədə rayon icra hakimiyyəti başçısının 09 mart 2022-ci il tarixli 36 nömrəli, 10 may 2022ci il tarixli, 70 nömrəli və 6 mart 2023-cü il tarixli 30 nömrəli sərəncamlarına əsasən Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə çalışan dövlət qulluqçularına kollektiv mükafat verilən zaman nümayəndəliyin mühasibatlığı tərəfindən İddiaçıdə 1 aylıq vəzifə maaşı məbləğində mükafatlar verilmişdir. Əlavə olaraq İddiaçı vəzifəsindən azad edilməsi barədə rayon icra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 36 nömrəli əmrinin surətini poçt vasitəsi ilə şəxsən 11 sentyabr 2023-cü il tarixdə təhvil almasını təsdiq edən poçt göndərişinin verilməsi haqqında sifarişli xəbərnamənin surəti Sizə göndərilir. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. Dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Əsaslandırma hissəsi: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli, 36 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında “Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 04 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin əmrin hüquqi əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazında göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçının fəaliyyəti dövründə əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənməmiş, ərazidə bələdiyyə və qeyri-hökumət təşkilatlan ilə nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməmiş, kənd sakinlərinin problemləri ilə maraqlanmamış, cox zaman iş yerində olmadığından kənd sakinləri tərəfindən rayon icra hakimiyyətinə şikayət xarakterli müraciətlərin ünvänlanmasına səbəb olmuşdur. Belə ki, 04 aprel 2023-cü il tarixdə rayon icra hakimiyyətinə kənd sakinləri tərəfindən İddiaçı fəaliyyətindən narazılıqları barədə fərdi qaydada 8 ədəd şikayət xarakterli teleqram daxil olmuşdur. Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ev təsərrüfatlarının uçotu informasiya sistemində məlumatların işlənməsində xeyli nöqsanlara yol verilmişdir. Belə ki, nümayəndəliyin ərazisində yaşayan vətəndaşların təhsili ilə bağlı, pensiya və sosial müavinət alanlar barədə məlumatlar sistem tam işlənilməmiş, yaşayış fondunun ümumi sahəsi, minik və yük avtomobilləri üzrə dürüstləşmə aparılmamış, təsərrüfatların mülkiyyətində olan ev heyvanları və quşların sayı üzrə məlumatın vahid mənbəyi inzibati ərazi dairələri üzrə nümayəndəliklər olduğu halda sistemdə bu məlumatlar yanvarın 1-nə olan vəziyyəti hələ də işlənilməmiş və nəticə etibarı ilə nümayəndəliyin göstəriciləri ilə Dövlət Statistika Komitəsinin rəsmi məlumatları arasında fərqlər yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan istinad etdiyi halları özündə əks etdirən sübutları, şikayət etmiş şəxslərin şikayətlərinin məzmununu, şikayət etmiş şəxslərin şikayəti əsasında aparılmış icraat materialları, həmin şəxslərin kimliyi barədə məlumatları, həmçinin sistemdə nümayəndəliyin göstəriciləri ilə Dövlət Statistika Komitəsinə verilən rəsmi məlumatlar arasında kəskin fərqi təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu arada onu da qeyd etmək lazımdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.5ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Bundan başqa qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsi yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. Əmrdə istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etsələr də, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) tətbiqinə özü-özlüyündə əsas vermir. Hətta cavabdehin əmrində bilavasitə istinad edilməsə də, məhkəmə kollegiyasının mövqeyinə görə “mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. Bundan başqa dövlət qulluğuna xitam verilməsinin hüquqi əsası kimi əmrdə istinad olunan “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinin tətbiq edilməsinə imkan verən qanunla müəyyən edilmiş prosedur qaydalara da əməl edilməmişdir. Hansı ki, həmin qaydalara əməl edilmədən “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Göründüyü kimi qanunverircilik imperativ qaydada tələb edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilmə ilə bağlı intizam tənbehi tədbirinin tətbiq edilməsi üçün mütləq müvafiq dövlət orqanının rəhbərinin əmri olmalı, bununla bağlı araşdırma aparılmalı və dövlət qulluqçusundan yazılı izahat alınmalıdır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərədə tutulmuş intizam tənbehi tətbiq etmək üçün müvafiq dövlət orqanı rəhbərinin əmri olmamış, bununla bağlı araşdırma aparılmamış və ümumiyyətlə dövlət qulluqçusundan yazılı izahat alınmamışdır (ən azından bu faktları təsdiq edən sübutlar cavabdeh tərəfindən tələb olunmasına baxmayaraq apellyasiya məhkəməsinə təqdim edilməmiş, iddiaçı da azad olunma ilə bağlı əmr verilmədiyini və izahatının alınmadığını bildirmişdir). Bu isə onu deməyə əsas verir ki, cavabdeh qurum iddiaçının dövlət qulluğuna xitam verə bilməzdi. Belə ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Mübahisələndirilən əmrdə yol verilən pozuntu kimi istinad olunan Cavabdeh başçısı aparatının Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsi tərəfindən 03 aprel 2023-cü il tarixdə nümayəndəlikdə əmək intizamı yoxlanılan zaman İddiaçı Sabirabad Rayon X6 Hüquqi şəxs tərəfindən Ambulator rejimdə əmək qabilyətinin olamaması barədə ambulator şəraitdə müalicə müddətinin 31 mart 2023-cü il tarixdə bitməsinə baxmayaraq iş vaxtı yerində olmamış, İddiaçılə telefon əlaqəsi saxlayan zaman heç bir üzürlü səbəb göstərmədən Bakı şəhərində olduğu bildirmiş və bunla bağlı nümayəndəlikdə akt tərtib edilməsi bildirilsədə İddiaçı xx.xx.2023-cü il tarixdə X8 Yanıq şöbəsinə qəbul olunmasını, diaqnozunun keçirilmiş yanıqdan sonrakı vəziyyət hər iki əl və əl barmaqlarının çoxsaylı kobud və hipertrofik dartıcı çapıqları, ağrı sindromu, hissiyyat pozğunluğu, barmaqların kombinə olunmuş konturaktuları, barmaqlarda hərəkət məhdudluğu olmasını, xəstənin xx.xx.2023-cü il tarixdə evə yazılması cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan araşdırılmamış və iddiaçının xx.xx.2023-cü il tarixdə stasionar müalicədə olmasına baxamayaraq cavabdeh inzibati orqan tərəfindən əmr verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, 36 saylı əmrin ləğv edilərək, Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 36 saylı əmri ləğv edilsin, İddiaçı Cavabdeh Başçısının Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev