Məhkəmə qərarları › İş №2-1(120)-966/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-966/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-966/2022 29.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 29 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N73-cü il tarixdə Lənkəran rayonunun Avrora indiki, Hirkan qəsəbəsində anadan olmuşdur. xx.xx.N9N-ci il tarixdə erməni işğalçılarına qarşı Qarabağ uğrunda davam edən döyüşlərdə iştirak etmək üçün Lənkəran şəhər hərbi komissarlığından hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətə N saylı hərbi hissədə «sanitar instruktor» vəzifəsində başlamış, daha sonra isə komandanlıq tərəfindən ayrı-ayrı hərbi hissələrə ezam olunaraq, müxtəlif xidmətlərdə əsasən döyüş bölgədərində, döyüşən hərbi birləşmələrin tərkibində xidmət edərək çavuş rütbəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N8 iyul N96-cı il tarixli, N42 saylı əmri əsasında ordu sıralarından ehtiyata buraxılmışdır. Əsasən xx.xx.N92-ci il tarixdən, xx.xx.N94-cü il tarixlərinədək N saylı hərbi hissənin tərkibində Xocavənd-Beyləqan istiqamətlərində gedən real döyüşlərdə iştirak etmişdir. Bu barədə onun adına olan H3№6N0305 saylı hərbi biletinin 7-ci və 23-cü səhifələrində rəsmi qeydiyyatlar aparılmışdır. O, hərbi xidmətdə olduğu N9N-N96-cı illər ərzində ilk olaraq N92-ci ilin dekabrında ezamiyyə əsasında N saylı hərbi hissənin minaatan batalyonun çavuşu kimi döyüş zonasına ezam olunmuşdur. Daha sonra, 704, N saylı hərbi hissələrin komandirlərinin müvafiq əmrləri əsasında uzun müddət ərzində döyüş zonalarında real döyüşlərdə iştirak etməklə xidmət keçmişdir. N5 iyul N96-cı ildə isə N saylı hərbi hissənin komandirinin N saylı əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Lənkəran RHK-na göndərilmişdir. Qeyd olunanlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivindən təqdim olunmuş, xx.xx.202N-ci il tarixli, 9/2-2N89 saylı arxiv arayışında əksini tapmışdır. Erməni işğalçılarına qarşı Azərbaycan Vətən müharibəsində davamlı olaraq iştirak etdiyi üçün Azərbaycan Vətən müharibəsi Veteranları Birliyi tərəfindən ona N8523 saylı vəsiqə də verilmişdir. O, uzun müddət ərzində Rusiya Federasiyasında yaşamışdır. Geri qayıdandan sonra digər döyüş yoldaşları kimi o da «Müharibə veteranı» adını və vəsiqəsini almaq üçün Müdafiə Nazirliyinin nəzdindəki «Müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üzrə komissiyaya» müraciət etmişdir. Ona qənaətbəxş cavab verilməmiş, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, birmənalı olaraq bu cavabla razı deyil. Ona təqdim olunmuş Arxiv arayışında qeyd olunmuşdur ki, güya N saylı hərbi hissə komandirinin N aprel N93-cü il tarixli, N saylı əmri ilə o, hərbi hissədən qaçdığı üçün xidmətdən kənarlaşdırılmışdır. Əslində həmin vaxt ailəsində ağır xəstə olduğu üçün ona qısamüddətli icazə verilmişdir. Həmin vaxt anarxiya davam etdiyi, yollarda davamlı nəqliyyat olmadığı üçün o, qısa müddət ərzində xidməti yerinə gecikmişdir. Bununla əlaqədar barəsində cinayət işi başlanmamış, cinayət təqibi həyata keçirilməmiş, məsuliyyətə cəlb olunmamışdır. Əksinə, xidmətini davam etdirib, N5 iyul N96-cı il tarixdə N saylı hərbi hissədə xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən hətta ona müsbət xasiyyətnamə verilmişdir. O, hərbi hissənin özbaşına tərk etməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirirlər ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının N aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N88-ci il fevralın N-dən N9N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edirlər ki, iddia tələbi əsassızdır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2- 2N89 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman xx.xx.N93xx.xx.N94-cü il tarixlərdə N () nömrəli hərbi hissədə xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X3 gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.202N-ci il tarixli, N/B-9690 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya daxil olmuş ərizəsinə baxılmışdır, Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2-2N89 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.N93-xx.xx.N94-cü il tarixlərdə N () nömrəli hərbi hissədə xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N033 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N dekabr N92-ci il tarixli NN0 №-li əmrilə (əsas: §N, sıra-2, səh-49) sıravi İddiaçı xidmətini davam etdirmək üçün Port İliç şəhərinə keçirilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N92-ci il tarixli 3 №-li əmrilə (əsas: §N, sıra- N2, səh-9) İddiaçı bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N6 dekabr N92ci il tarixli N2 №-li əmrilə (əsas: §3, sıra-3) minaatan batareyanın çavuşu İddiaçı döyüş zonasına göndərilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli NN №-li əmrilə (əsas: §N, sıra-2, səh-N5) minaatan batareyanın çavuşu İddiaçı döyüş zonasından qayıdaraq qazan təminatına salınmışdır. Müalicə olunmaq üçün hərbi hospitala göndərilmiş starşina İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli N4 №-li əmrilə (əsas: §N, səh-N6) qazan təminatından çıxarılmışdır. Hərbi hospitaldan qayıtmış starşina İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli N7 №-li əmrilə (əsas: §4, səh-N8, sıra-N) qazan təminatına salınmışdır. N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli 24 №-li əmrilə (əsas: §N, sıra-3, səh-43) N №-li hərbi hissənin minaatan batareyasının əsgəri İddiaçı cəbhə xəttinə ezamiyyətdən qayıtmışdır. N №-li hərbi hissə komandirinin N mart N93-cü il tarixli 56 №-li əmrilə (əsas: §NN, sıra-3, səh-25) N №-li hərbi hissənin minaatan batareyasının çavuşu İddiaçı cəbhə xəttinə ezam getmişdir. N №-li hərbi hissə komandirinin N mart N93-cü il tarixli 46 №-li əmrilə (əsas: §3, sıra- 3, səh-34) minaatan batareyasının çavuşu İddiaçı cəbhə xəttinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin N5 mart N93-cü il tarixli 5N №-li əmrilə (əsas: §2, sıra-5) baş çavuş İddiaçı döyüş zonasından qayıtmışdır. N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 85 №-li əmrilə (əsas: §N5, sıra-N6, səh-65) N №-li hərbi hissənin minaatan batareyasının baş çavuşu Bəşirov X4 rayonuna döyüş zonasına ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 70 №-li əmrilə (əsas: §N, sıra- N6, səh-47) Bəşirov X4 rayonuna döyüş zonasına ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin N0 aprel N93-cü il tarixli 70 №-li əmrilə (əsas: §4, sıra-7, səh-49) minaatan batareyasının baş çavuşu İddiaçı döyüş zonasına getmişdir. Hərbi hissədən qaçdığına görə çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 78 №-li əmrilə (əsas: §N, sıra-N, səh-53) qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N8 may N93-cü il tarixli N08 №-li əmrilə (əsas: §N, səh-69) çavuş İddiaçı minaatan batareyasından hərbi komendaturaya ezam olunmuşdur. Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, N73-cü il təvəllüdlü, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin N5 iyul N96-cı il tarixli N85 №-li əmrilə (əsas: §6, sıra-69, səh-N22) xx.xx.N96-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Lənkəran RHK-na göndərilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin sıyahısı qovluğunda N () №-li hərbi hissənin xx.xx.N92-ci ildən xx.xx.N92-ci ilədək, xx.xx.N93-cü ildən xx.xx.N94-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə məlumat vardır. İş materillarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 240 nömrəli nömrəli arayışından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsində qeydiyyatda olan xx.xx.N73-cü il təvəllüdlü İddiaçı xx.xx.N9Nci il tarixdə keçmiş Lənkəran RHK-ından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 06.N9N-ci il tarixdən 07.N9N-ci il tarixədək 3250N saylı hərbi hissədə, 07.N99N-ci il tarixdən 0N.N92-ci il tarixədək N saylı hərbi hissədə, 0N.N92-ci il tarixdən 07.N96-cı il tarixədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N96-cı il tarixdə MO-nun xx.xx.N96-cı il tarixli, N4N nömrəli əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirirlər ki, İddiaçı hərbi biletində N92-ci il tarixdən N94-cü il tarixə kimi N saylı hərbi hissə tərkibində Beyləqan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə N.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr N9N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N88-ci il fevralın N-dən N9N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N92-ci il tarixli NN0 №-li əmrilə xidmətini davam etdirmək üçün Port İliç şəhərinə keçirilmiş, N №-li hərbi hissə komandirinin N dekabr N92-ci il tarixli 3 №-li əmrilə bütün növ təminatlara salınmış, N №-li hərbi hissə komandirinin N6 dekabr N92-ci il tarixli N2 №-li əmrilə döyüş zonasına göndərilmiş, N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli NN №-li əmrilə döyüş zonasından qayıdaraq qazan təminatına salınmış, müalicə olunmaq üçün hərbi hospitala göndərilmiş iddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli N4 №-li əmrilə qazan təminatından çıxarılmış, hərbi hospitaldan qayıtmış iddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli N7 №-li əmrilə qazan təminatına salınmış, N №-li hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli 24 №-li əmrilə cəbhə xəttinə ezamiyyətdən qayıtmış, N №-li hərbi hissə komandirinin N mart N93-cü il tarixli 56 №-li əmrilə cəbhə xəttinə ezama getmiş, N №-li hərbi hissə komandirinin N mart N93-cü il tarixli 46 №-li əmrilə cəbhə xəttinə ezam olunmuş, N №-li hərbi hissə komandirinin N5 mart N93-cü il tarixli 5N №-li əmrilə döyüş zonasından qayıtmış, N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 85 №-li əmrilə Beyləqan rayonuna döyüş zonasına ezam olunmuş, N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 70 №-li əmrilə Beyləqan rayonuna döyüş zonasına ezam olunmuş, N №-li hərbi hissə komandirinin N0 aprel N93-cü il tarixli 70 №-li əmrilə döyüş zonasına getmiş, hərbi hissədən qaçdığına görə iddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 78 №-li əmrilə qazan təminatından çıxarılmış, N №-li hərbi hissə komandirinin N8 may N93cü il tarixli N08 №-li əmrilə iddiaçı minaatan batareyasından hərbi komendaturaya ezam olunmuşdur. Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, N №-li hərbi hissə komandirinin N5 iyul N96-cı il tarixli N85 №-li əmrilə (əsas: §6, sıra-69, səh-N22) xx.xx.N96-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Lənkəran RHK-na göndərilmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının döyüş əməliyyatları aparılan zaman, yəni xx.xx.N93-xx.xx.N94-cü il tarixlərdə N () nömrəli hərbi hissədə xidməti barədə məlumat olmadığına görə o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar