Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-966/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qərara dəyişiklik edilərək əlillik səbəbinin “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsi ilə göstərilməsi və bu barədə alt sisteminə müvafiq dəyişikliyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərara dəyişiklik edilərək əlillik səbəbinin “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsi ilə göstərilməsi və bu barədə alt sisteminə müvafiq dəyişikliyin edilməsi” iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, xxxxxxx0003 nömrəli qərarına dəyişiklik edilərək əlillik səbəbinin “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsi ilə göstərilməsi və bu barədə alt sisteminə müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmiş və xx.xx.2017-ci ildə hərbi xidmət zamanı aldığı travmaya görə sağlamlığını itirmiş və xəstəliyə görə ehtiyata buraxılmışdır. Travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilmişdir. Ona xx.xx.2017-ci il tarixdə 5 illik müddətə xx.xx.2022-ci il tarixədək 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2250 №-li, xx.xx.2017-ci il tarixli “X2”-nin 12-ci bəndində göstərilən səbəb əlaqəsinə uyğun olaraq “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. Lakin o, hərbi xidmət dövrü aldığı travmanın MN MHHK tərəfindən təyin edilmiş səbəb əlaqəsi ilə razılaşmamış və məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1054/2023-cü il saylı qərarı ilə onun xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini X3” ifadəsi ilə göstərilməsi öhdəliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 2 №-li, xx.xx.2024-ci il tarixli qərarı ilə məhkəmə qərarı icra edilmiş, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından-verilmiş xx.xx.2017-ci il tarixli, 2250 №-li, “X2” də göstərilən travmanın hərbi xidmət dövrü alınması haqqında səbəb əlaqəsi ləğv edilmiş, travmanın yeni səbəb əlaqəsi isə “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini X3” ifadəsi ilə göstərilmişdir. Bu isə ona xx.xx.2017-ci il ildə təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun səbəbinin dəyişdirirlərək “Hərbi Xidmət Vəzifələrinin icrası ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilməsini tələb etmək hüququ verir. Ona xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciəti bugünə qədər cavabsız və nəticəsiz qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla Üzvi mənşəli affektiv pozuntu intihar fikirləri ilə..”;.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Salyan rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin D00055515ZFJ nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-6043/2023). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 2250 nömrəli X2 verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş davamlı üzvi emosional-labil (astenik) pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Avtoqəza (xx.xx.2017) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr, veqetativ damar davamsızlığı ilə müşayiət olunan nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə, qarının ön divarının əməliyyatdan sonrakı (xx.xx.2017) bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edir ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısı, yuxu pozğunluğu, bayılmadan şikayətlənmiş, əsəbi olduğunu, sadəcə əşyalara zərər verdiyini geyd etmişdir. Təqdim etdiyi, balaca vərəqin üzərində adı səhv yazılmış dərmanlar siyahısını təqdim etmiş, qəbul etdiyi dərmanların adlarını özü bilməmişdir. Müayinə zamanı çəkisi 70 kq, boyu 180 sm, BKİ-21.8 müəyyənləşdirilmişdir. Təqdim olunmuş baş-beyin MRT müayinəsinin nəticəsi, kəllə-beyin travmasını təsdiqləməmiş, nevroloji və psixi statusunda əlillik təyinatına əsas verən hal müşahidə edilməmişdir” kimi qeyd olunmuş, təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (KT) qeyd olunan dəyişikliklər kəllə-beyin travmasını təsdiqləməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 04 aprel 2024-cü il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.
Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2017-ci il tarixli, 2250 nömrəli X2də qeyd edilmişdir ki, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, Travmadır, hərbi xidmət dövründə alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə alt sistemdən çıxarışdan görünür ki, İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 2 nömrəli qərarında qeyd edilmişdir ki, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X3” kimi qeyd edilmişdir. SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2017-ci il tarixli 2250 nömrəli X2dəki travmanın hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilir. ƏSAS: Şirvan İnzibati Məhkəməsindən verilmiş xx.xx.2023-cü il tarixli 2-1(120)- 1054 nömrəli qərarı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 558 nömrəli arayışında qeyd edilmişdir ki, 1988-ci il təvəllüdlü MAHHXHQ əsgər X6 xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, HXK haqqında əsasnamənin 156 maddəsinin “V” bəndi (xəstəliyə görə) Azərbaycan Respublikası SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə xx.xx.2017-ci il tarixdə Avtoqəza nəticəsində xəsarət almış, xx.xx.2017-ci il tarixdə SQ BKH terapiya profilli hospitalın HHK-ı tərəfindən xəstəliklər cədvəlinin 14 b, 23 c maddəsinin İİİ qrafasına və NK/59-2008-ci il tarixli qərarına (DZ: Avtoqəza nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr, veqetativ damar davamszlığı ilə müşayiət olunan nəticəsi, mərkəzi sinir steminin funksıyasının cüzi dərəcədə pozulması ilə, qarının ön divarının əməliyyatdan sonrakı bərkimiş dəri çapığı) Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı şəhadətləndirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1054/2023 nömrəli qərarından görünür ki, iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək hərbi travmadır, hərbi xidmət vəzifələrinin X3 ifadəsi ilə göstərilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyəti Salyan Rayon Mərkəzi Xəstəxanasının 0313003AAGHM nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının S00133528KNB nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində Agentliyə müraciəti (yazılı ərizəsi) daxil olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4-4/3-3-1274/2023 nömrəli qərarında qeyd edilmişdir ki, verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18777/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sağ gicgah payında mm-lik kistik- gliotik ocaq qeyd olunur. Yan mədəciklərdə asimmetriya və genişlənmə izlənir (sol > sağ). İİİ mədəcik minimal geniş izlənmişdir. Alın-gicgah paylarında minimal dərinləşmişdir. Kəllə sümüklərinə aid patoloji destruktiv dəyişiklik izlənmir. Arxa kəllə çuxurunda retroserebellar lokalizasiyada-17*14mm ölçülü araxnoidal kista qeyd olunur. Beyincik yarımkürələrinin morfologiya və strukturası təbiidir. İV mədəcik genisliyi adidir. Supratentorial sahədə orta xətdə dislokasiya müşahidə olunmur. Bazal qanqliyaların, talamusun, daxili kapsulun morfologiya və strukturu normaldır” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 366 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin vətəndaş İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2-1 (120)- 1054/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən icra olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 nömrəli şəkilli qərarından görünür ki, İddiaçı Diaqnoz öz təstiqini tapmaması səbəbindən əlilliyin verilməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 74 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü Salyan rayon Xalac kənd sakini İddiaçı xx.xx.2019-xx.xx.2019 və xx.xx.2021xx.xx.2021-ci iİ müddətlər arasında “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyətin emosianal davamsız pozuntusu, nəzərə çarpan psixopatabənzər davranışlar və dekompensasiyalarla” diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz.
Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçı barəsində xx.xx.2017-ci il tarixli, 2250 nömrəli X2 tərtib edilmiş və qeyd edilmişdir ki, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, Travmadır, hərbi xidmət dövründə alınmışdır. Bundan sonra İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı barəsində təyin edilmiş əlillik müddəti bitdikdən sonra o, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün bir neçə dəfə cavabdeh inzibati orqana müraciət etsə də, diaqnozun əlillik təyin etməməsi əsası ilə əlillik təyinindən imtina edilmişdir. Hal-hazırda da əlillik statusu mövcud deyildir. İddiaçı hal-hazırda Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, xxxxxxx0003 nömrəli qərarına dəyişiklik edilərək əlillik səbəbinin “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsi ilə göstərilməsi və bu barədə alt sisteminə müvafiq dəyişikliyin edilməsini xahiş edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya əlillik təyin edilən zaman, yəni xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli, 2250 nömrəli X2 qüvvədə olmuş və həmin şəhadətnaməyə əsasən, travmanın səbəbli əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun olaraq da cavabdeh inzibati orqan tərəfindən həmin şəhadətnamə əsas götürülərək əlillik təyin edilərkən səbəbli əlaqə Hərbi xidmət dövrü ilə əlaqədar müəyyən olunmuşdur. Belə ki, mövcud qanunvericilik normalarına əsasən, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı İlqar Ağammədov Komissiyanın qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi məqsədilə məhkəməyə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1054/2023 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2017-ci il tarixdə avtoqəza nəticəsində aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək hərbi travmadır, hərbi xidmət vəzifələrinin X3 ifadəsi ilə göstərilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Bundan sonra həmin qərara əsasən, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2024-cü il tarixli, 2 nömrəli qərar qəbul edərək, travmanın səbəbli əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X3” kimi qeyd edilmişdir, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2017-ci il tarixli 2250 nömrəli X2dəki travmanın hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının əlillik vəziyyətini dəyişdirəcək yeni hal yalnız Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 2 nömrəli qərarı əsasında yaranır ki, həmin qərardan sonra səbəbli əlaqə “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X3” kimi müəyyən edilir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə travmanın səbəbli əlaqəsi sonradan dəyişdirilsə də, əlillik təyinatı zamanı, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək o, Hərbi xidmət dövrü ilə əlaqədar əlil hesab edilmiş və cavabdehin həmin qərarından narazı olaraq nə inzibati, nə də ki, məhkəmə qaydasında şikayət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti mövcud deyildir, mübahisələndirilən xx.xx.2017-ci il tarixli, xxxxxxx0003 nömrəli qərar qanuni əsaslarla qəbul edilmiş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 58, 68, 75 və 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Pərvanə Qurbanova