Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-968/2024 15.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, İddiaçılar X9 və X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2005-ci ildə anadan olan X4 və X5 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “qızları xx.xx.2005-ci ildə anadan olan X9 və X5 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3429/2023 nömrəli qərardadı ilə İddiaçı əsl iddiaçı X9 və X10 ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə 1993-cü ildə məlum Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Çimən kəndindən məcburi köçkün kimi gələrək Beyləqan şəhərində məskunlaşıb yaşamışdır. 2003-cü ildə Beyləqan şəhər sakini X6 ilə ailə qurmuş və həmin nikahdan iki uşağı 12 oktyabr 2005-ci ildə əkiz qızları Nailə və Naibə anadan olmuşlar. Məcburi köçkün olduğu halda və məcburi köçkünlük haqqında vəsiqəsi olduğu halda onun uşaqlarına məcburi köçkün olmaları barədə vəsiqə verilməmişdir. Hazırda bəzi sənədləşmə işlərində uşaqlarının məcburi köçkün olmalarını təsdiq edən vəsiqə tələb edirlər. Həmin vəsiqənin olmaması sənədlərin düzəlməsində bizə maneçilik törədir. Qızı Naibə hal-hazırda kollecdə təhsil alır. Qaçqın olduğu üçün imkanı yoxdur ki, təhsil haqqını ödəsin. Dövlət tərəfindən verilən imtiyazdan isə qızının məcburi köçkün vəsiqəsi olmadığından istifadə edə bilmir. Qızının məcburi köçkün olması barədə arayışı məktəbə təqdim etsə də, onlardan məcburi köçkün vəsiqəsi tələb olunur. Qaçqın və X3 üzrə Dövlət Komitəsinin Füzuli rayon nümayəndəliyinə müraciət etmiş, lakin uşaqlarına köçkünlük vəsiqəsi verilməsindən imtina etmişlər. Qeyd edir ki, qızları Füzuli rayonunun Cuvarlı Ərazi dairəsinin Çimən kəndində qeydiyyatdadırlar. Qeyd edilənlərə əsasən qızları xx.xx.2005-ci ildə anadan olan X9 və X5 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 697968 və 697967 nömərəli arayışlardan görünür ki, X9 və X10 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşlar. Ata qrafasında İddiaçı, ana qrafasında isə X7 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, AZ-İ 059446 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Əliyeva soyadını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, AA 238015 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. İş materiallarında olan AZE 17381874 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1982-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyətinin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1479 nömrəli arayışından görünür ki, Əliyev X2 şəhəri, 20 Yanvar küçəsində müvəqqəti məskunlaşmışdır və hal hazırda ailəsi ilə birlikdə Beyləqan şəhəri, 20 Yanvar küçəsində yaşayırlar. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin Cuvarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-43-56/2-26-2023 nömrəli arayışından görünür ki, Əliyev X8 rayonunun 23 avqust 1993-cü il tarixdə işğalına kimi Füzuli rayonunun Çimən kəndinin daimi passport qeydiyyatında olmaqla orada yaşamışdır. 23 avqust 1993-cü il tarixdən Füzuli rayonun işğalından sonar özü və ailə üzvləri Beyləqan şəhərində müvəqqəti məskunlaşmış və orada yaşayır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2005-ci il tarixində anadan olmuş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış X9 və X1 16 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən etibarən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə ilə təmin olunmaq hüququ yaranmış, həmçinin onların atası İddiaçı qeydiyyatı və daimi yaşayış yeri işğal olunmuş rayon - Füzuli rayonu, Çimən kəndi olmuş və məcburi köçkün vəsiqəsi mövcuddur. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçılar X9 və X5 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə Füzuli rayonunun Çimən kəndinin işğaldan azad olunması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məlum olduğu kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikasıərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusuvə onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı məcburi köçkündür. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndəki məlumatlara əsasən müəyyən edilir ki, iddiaçılar xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatlabağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Qaydaların 4.1.6-cı bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərlə də uzlaşmır. Belə ki, hazırkı halda valideynlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, valideynləri respublikanın digər rayonları (şəhərləri) üzrə yaşayış yeri üzrə qeydiyyatda olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, məcburi köçkün vəsiqəsinin verilməsinin dayandırılması iddiaçıya “məcburi köçkün” statusunun verilməsindən imtina üçün əsas ola bilməz. Bu imtina iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 12 oktyabr 2005-ci il təvəllüdü X4 və X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-968/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-968/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver