Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-97/2020 20.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq «şəhid» (adının) statusunun və şəhidlik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi üzrə izahat verərək bildirdi ki,övladı X5 hərbi xidmətə göndərmişdir. O, 26 iyul 2018-ci ildə N saylı hərbi hissədə hərbi xidmət zamanı düşmənlə təmas xəttində döyüş növbətçiliyi aparan zaman hərbçi X6 silahından açılan atəş nəticəsində xidməti qulluğunu yerinə yetirən zaman həlak olmuşdur. X1 hərbi məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilmişdir.Mərhum oğlu X7 verilmiş 30 iyul 2018-ci il tarixli ölüm şəhadətnaməsində də onun odlu silahdan öldüyü bildirilmişdir. N saylı hərbi hissənin N iyul 2019-cu il tarixli arayışından görünür ki, oğlu X8 düşmənlə təmas xəttində döyüş növbətçiliyi aparan zaman həlak olmuşdur. Bundan sonra AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən ona 13 sentyabr 2019-cu ildə rədd cavabı verilərək Şəhidlik statusunun verilməsindən imtina edilmişdir.Şəhidlik statusunun verilməsi ona oğlunun adının əbədiləşdirilməsi və dövlət tərəfindən şəhid ailələrinə verilən imtiyazların yerinə yetirilməsi üçün lazımdır. Lakin bütün dövlət orqanları ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, oğlu şəhid olduğundan, ona «şəhid» ailəsi statusu barədə arayışın verilməsi öhdəliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Odur ki, iddia tələbini müdafiə etdiyini və oğlu şəhid olduğundan ona “şəhid» ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsinəəsasən işə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən oğlunun şəhid, özünün isə şəhid ailəsi olmasının tanınması, yəni cavabdeh tərəfindən bu faktı təsdiq edən sənədin (arayışın) verilməsi olmuşdur. Başqa sözlə, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh tərəfindən oğlunun şəhid olmasını təsdiq edən sənəd (arayış) verildiyi halda, o, oğlunun adını müvafiq qanunvericiliyə uyğun əbədiləşdirəcək və şəhid ailələrinə edilən güzəştlərdən istifadə edəcəkdir. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin iddiaçıya ünvanladığı 13 sentyabr 2019cu il tarixli 882 nömrəli məktubunda qeyd edilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü ilə Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qanunun 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, N saylı hərbi hissənin xx.xx.2018-ci il tarixli 1366 №-li bildirişinə, xx.xx.2019-cu il tarixli 1241 №-li məktubuna və komandirin xx.xx.2018-ci il tarixli 220 nömrəli əmrdən çıxarışına əsasən, N saylı hərbi hissənin əsgəri X8 xx.xx.2018-ci il tarixdə əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur. Faktla bağlı cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2019-cu il tarixli 1- 1 (095)-022/2019 №-li hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə dair fakt müəyyən edilmiş və təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən mərhum X3 “şəhid” hesab edilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 49529 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyətinin Beyləqan ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 4062 nömrəli arayışından görünür ki, İddiaçı Beyləqan şəhəri, RTS qəsəbəsində yaşayır. İş materiallarında olan AZ-İ 960738 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə odlu silahdan atəş açma nəticəsində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı 31 oktyabr 2019-cu il tarixli 1046 nömrəli məktubuna və Gəncə Hərbi Məhkəməsinin məhkəməyə ünvanladığı 04 mart 2019-cu il tarixli 1-1(095)-022/2019 saylı məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1-1(095)-022/2019 nömrəli hökmündən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur. Faktla bağlı cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı 31 oktyabr 2019-cu il tarixli 1046 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 1366 nömrəli bildirişdən görünür ki, N nömrəli hərbi hissənin atıcısı əsgər X8 xx.xx.2018-ci il tarixdə saat 22:20 radələrində döyüş mövqeyində əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı 31 oktyabr 2019-cu il tarixli 1046 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 220 nömrəli əmrdən görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X8, 4cü motoatıcı taborun 14-cü motoatıcı bölüyün 2-ci motoatıcı taqımının 2-ci motoatıcı manqasının tuşlayıcı, 26 iyul 2018-ci il tarixdə döyüş mövqeyində əsgər yoldaşı tərəfindən açılan atəşlə döş boşluğunu dəlib keçən odlu silah güllə yarası nəticəsində həlak olduğuna görə 26 iyul 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı 31 oktyabr 2019-cu il tarixli 1046 nömrəli məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2019-cu il tarixli, 1241 nömrəli məktubundan görünür ki, həqiqi hərbi xidmətə çağrılmış mərhum X8, 26 iyul 2018-ci il tarixdə xx.xx.1999-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, 03 iyul 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən əsgər yoldaşı X9 tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur. Bildirmək istəyirəm ki, mərhum X8 həmin tarixdə düşmənlə təmas xəttində döyüş növbətçiliyi aparan zaman həlak olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin atıcısı əsgər X8 xx.xx.2018-ci il tarixdə saat 22:20 radələrində döyüş mövqeyində əsgər yoldaşı X9 tərəfindən xuliqanlıq niyyəti ilə silahdan açılan atəş nəticəsində həlak olmuşdu. Hazırda iddiaçı X3 anası oğlunun xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu qeyd edərək, ona «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.2-ci maddələrinə əsasən inzıbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı oğlu X3 xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu qeyd edərək, X3 şəhid olduğunu hesab edir buna görə də «şəhid ailəsi» statusu barədə arayış verilməli olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin atıcısı əsgər X8 xx.xx.2018-ci il tarixdə saat 22:20 radələrində döyüş mövqeyində əsgər yoldaşı tərəfindən xuliqanlıq niyyəti ilə açılan atəş nəticəsində aldığı güllə yarasından ölmüşdür. Faktla bağlı cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə dair fakt müəyyən edilmiş və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının oğlu X8 hərbi xidmət keçərkən vəfat etsə də, onun ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, cinayət hadisəsi nəticəsində baş verdiyindən X7 şəhid adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə,məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərəkhesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-97/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-97/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver