Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-97/2022 10.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X5 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “03.05.1977-ci ildən 04.01.1999-cu ilə kimi Astara rayon tədarük kontorunda işlədiyi dövrün və 01.09.1971-31.01.1973-cü illərdə Bakı Kooperativ Texnikomunda əyani təhsil aldığı illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair işə 10 mart 2022-ci il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 11.09.2020-ci il tarixli, 60 saylı qərarla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh 11.09.2020-ci il tarixli, 60 saylı qərarında iddiaçının işlədiyi iş yeri ilə üzləşmədə tələb olunan 25 il stajına qarşı 20 il 0 ay iş stajı olduğunu əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(120)-97/2022 nömrəli qərardadı ilə iddia tələbinə “03.05.1977-ci ildən 04.01.1999-cu ilə kimi Astara rayon tədarük kontorunda işlədiyi dövrün və 01.09.1971-31.01.1973-cü illərdə Bakı Kooperativ Texnikomunda əyani təhsil aldığı illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin 04.09.2020-ci il tarixli, 07 nömrəli arayışını, BC 063533 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini, 048356 nömrəli diplomun surətini əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 04.06.2021-ci il tarixli, 01/3-1177 nömrəli məktubunun, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 09.06.2021-ci il tarixli, **********365800 nömrəli məktubunun, Bakı Biznes və Kooperasiya Kollecinin 13.09.2021-ci il tarixli, 666 nömrəli məktubunun, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın 25.10.2021-ci il tarixli, İH-107 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 02.11.2021-ci il tarixli, **********7 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının İddiaçı 03.11.2021-ci il tarixli, **********8 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 16.09.2020-ci il tarixli yoxlama aktının, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi iddia ərizəsinə 18.06.2021-ci il tarixli, **********1 nömrəli etirazının, 14.09.2021-ci il tarixli, **********7 nömrəli etiraza əlavənin və 09.03.2022-ci il tarixli, **********7 nömrəli etiraza əlavənin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 05 may 2020-ci il tarixdən müəyyən edilmiş pensiya yaşına çatmış və həmin tarixdən onun yaşa görə pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur. Həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək fəaliyyətində olması aşağıda qeyd edilən sənədlər ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 07.08.1974-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və 31.12.2001-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin 04.09.2020-ci il tarixli, 07 nömrəli arayışının surətindən görünür ki, xx.xx.1955-ci il təvəlüdlü İddiaçı həqiqətən də Astara rayonu Kooperativ Cəmiyyətinin əmr kitablarına əsasən 1974-cü ilin avqust ayının 07-də 326 saylı əmrlə Səncərədi kəndindəki qarışıq mallar mağazasına satıcı təyin edilmişdir. 27.11.1974-cü il tarixli 514 saylı sərəncama əsasən ordu sıralarına çağrıldığı üçün işdən azad edilmişdir. Astara SFK-nin 23 aprel 1977-ci il tarixli 330 saylı təqdimatına əsasən X14na 03.05.1977ci il tarixli 37 saylı sərəncamla müvəqqəti olaraq əmtəəşünas təyin edilmişdir. X7 03 avqust 1998-ci il tarixli PT 5/6 23-11 saylı məktubuna əsasən tədarük kontoru ləğv edilmişdir. Astara rayon RKC-nin 04.01.1999-cu il tarixli 01 saylı sərəncamına əsasən əvvəlki vəzifəsindən azad edilmiş, lakin öhdəsində maddi dəyərlər olduğu üçün sərəncamda saxlanmış 31.12.2001 -ci il tarixli 31 saylı sərəncama əsasən işdən azad edilmişdir. İş materiallarında olan BC 063533 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 29.11.1974-20.12.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 048356 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974- 1977-ci illərdə Bakı kooperativ texnikumunu əmtəəşünas ixtisası üzrə bitirmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Astara rayon filialının 11.09.2020-ci il tarixli, 60 saylı qərarında görünür ki, İddiaçı işlədiyi iş yeri ilə üzləşmədə tələb olunan 25 il stajına qarşı 20 il 0 ay iş stajı olduğunu əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 04.06.2021-ci il tarixli, 01/3-1177 nömrəli məktubundan görünür ki, “Azərittifaq”ın tabeliyində olan Astara Kooperativ Cəmiyyəti 19 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 09.06.2021-ci il tarixli, **********365800 nömrəli məktubundan görünür ki, 09.06.2021-ci il tarixə baza və arxiv məlumatlarına əsasən Astara Kooperativ Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində 10.03.1999-cu il tarixdə 5/Ş-213 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. “Astara rayon İstehlak Cəmiyyəti”nin bazasında yaradılmışdır və onun hüquqi varisidir. İş materiallarında olan Bakı Biznes və Kooperasiya Kollecinin 13.09.2021-ci il tarixli, 666 nömrəli məktubundan görünür ki, İddiaçı 26.08.1971-ci il tarixdə əyani şöbə üzrə Kooperativ Texnikomunun “Sənaye malları“ ixtisasına qəbul olmuşdur. Texnikumun 31.01.1973-cü il tarixli 15 nömrəli əmrinə əsasən R.İddiaçı 1972-1973-cü tədris ilinin İİ yarımilinə tələbə təqaüdü təyin edilmişdir. Texnikum üzrə Dövlət Attestasiya Komissiyasının 02 iyul 1977-ci il tarixli Protokolunun qərarı ilə ona "Sənaye mallarının əmtəəşünaslığı” ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın 25.10.2021-ci il tarixli, İH-107 nömrəli məktubundan görünür ki, 07.02.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən 1971-ci il tarixdə Bakı Kooperativ Texnikumunun (Bakkooptexnikum) (əmr № 152 §2, 26.08.1971) «Sənaye malları» ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Bakkooptexnikumun 30.07.1971-12.10.1971-ci il illər üzrə şəxsi heyətin əmr kitabının 52 və 53-cü səhifələrində 166-cı qrup tələbələrin siyahısında 20-ci sətirdə İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 02.11.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı əyani təhsil almağı barədə sənəd təqdim etmədiyi üçün sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının İddiaçı 03.11.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyi 1974-1977-illərdə təhsil almağına dair diplomun surətində uyğunsuzluq olduğu üçün (Bakı Biznes və Kooperasiya kollecin 13.09.2021-ci il tarixli K-666 saylı arayışına əsasən) məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 16.09.2020-ci il tarixli yoxlama aktından görünür ki, İddiaçı 1977-ci ildən 1996-cı ilədək “X14”nda işləməsi haqqında əmək haqlarının Liman ATSC-də saxlanılan arxiv sənədlərinə əsasən üzləşdirilmiş və müəyyən edilmişdir ki, saxlanılan sənədlərə əsasən 1977-1978-ci illərdə 3 ay, 1979-cu ildə 9 ay, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1993-cü illərdə 2 ay, 1994 və 1995-ci illərdə əmək haqqı almışdır. Yoxlama zamanı saxlanılan sənədlərdə uyğunsuzluq aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin 17 may 2021-ci il tarixli, 22 nömrəli arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İbadov X10 Kooperativ Cəmiyyətinin sərəncam kitablarına əsasən 1974-cü ilin avqust ayının 07-də 326 saylı əmrlə Astara rayon Səncərədi kənd qarışıq mallar mağazasına satıcı təyin edilmiş, 27.11.1974-cü il tarixli, 514 saylı sərəncamla işdən azad edilmişdir. Astara SFK-nin 23.04.1977-ci il tarixli, 330 saylı təqdimatına əsasən tədarük kontoruna 03.05.1977-ci il tarixli, 37 saylı sərəncamla müvəqqəti olaraq əmtəəşünas təyin edilmişdir. X7 03.08.1998-ci il tarixli, PT5/623-11 saylı məktubuna əsasən tədarük kontoru ləğv edilmişdir. Astara RKC-nin 04.01.1999-cu il tarixli, 01 saylı sərəncamına əsasən tutduğu vəzifədən azad edilərək, sərəncamda saxlanmış, 31.12.2001-ci il tarixdə 31 saylı sərəncamla işdən azad edilmişdir. Aparılmış dəqiqləşdirilmələrə əsasən onun əmək haqqı təhvil verilmiş əmək haqqı kitablarında 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1993, 1994, 1995 və 1996cı illərdir. Qeyd: təkrar araşdırma zamanı 1978-ci ilə aid əmək haqqının səhvən 1977-ci ilə qeyd olunduğu müəyyən olunmuş, mexaniki səhvlər aradan qadırılmışdır. 1986-cı və 1996-cı illərə aid əmək haqqı digər saylı kitablarda müəyyən olunmuşdur. 1989, 1990, 1991, 1992 və 1997, 1998, 1999, 2000, 2001-ci illərə aid əmək haqqı kitabları olmadığından əmək haqqı almasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 17.06.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Astara Kooperativ Cəmiyyətinin 01.01.1992-01.01.2002-ci illər üzrə təqdim etdiyi 1 DSMF hesabatlarında 1992-2001-ci illərə aid hesablanmış və ödənilmiş sosial sığorta ayırmaları barədə məlumatları qeyd olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi iddia ərizəsinə 18.06.2021-ci il tarixli, **********1 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçı İbadov X11 Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun 7 saylı regional ərazi filialı 11,09.2020-ci il tarixli məktub ilə 20 il 0 ay iş stajı olduğuna görə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edildiyi iddiaçıya bildirilmişdir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının ümumi iş stajı 20 il 0 aydır (hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan illər). 1977-ci il tarixdən 2001-ci il tarixədək “X14”nda işlədiyi illər əmək kitabçasında qeyd olunan müəyyən dövrlərdə (1979cu ilin may ayında, 1986-cı ilin avqust ayında, 1989-1992-ci illərdə, 1993-cü ilin aprel, may, iyun və dekabr aylarında, 1997-2001-ci illərdə) əməkhaqqı almadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanununamüvafiq hesab edilməmişdir. Həmçinin 03.05.1977-ci il tarixdə “X14”na işə girməsinə dair əmr nömrəsi əmək kitabçasında 03 olduğu halda Astara Kooperativ Cəmiyyətinin 22 saylı arayışda əmr nömrəsi 37 qeyd edilmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 18.05.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiya təyin edilməsi üçün 18.08.2020-ci il tarixdə DSMF-nin Astara rayon şöbəsinə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı-25 il, pensiya kapitalı 28800 manatdir. İddiaçı mövcud sığorta stajı əmək kitabçasına əsasən 26 il 11 ay 26 gün və fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, iddiaçının DSMF-nin 7 saylı regional orazi filianına təqdim etdiyi sənədlərə əsasən və yoxlama zamanı təstiqini tapmış əmək kaqqları aşağıdakı kimidir. Vətəndaş 1978-ci il tarixdə 12 ay , 1979-cu il tarixdə 11 ay, 1980-cı il tarixdə 12ay, 1981 -ci il tarixdə 12 ay ,1982-ci il tarixdə 12 ay ,1983-cü il tarixdə 12 ay, 1984-cü il tarixdə 12 ay, 1985-ci il tarixdə 12 ay, 1986-cı il tarixdə 11 ay, 1987-cı il tarixdə 12 ay, 1988-ci il tarixdə 12 ay, 1993-cü il tarixdə 8 ay, 1994-cü il tarixdə 12, 1995-ci il tarixdə 12 ay əmək, 1996-cı il tarixdə 12 ay əmək haqqı almışdır. Cəmi əmək haqqı aldığı müddət 14 il 6 ay. Vətəndaşın 2 il hərbi xidmət müddəti vardır. Lakin vətəndaşın işə girmə əmrində uyğunsuzluq aşkar edilmişdir. İddiaçı 03.05.1977-ci il tarixdə X14na işə girməsinə dair əmr nömrəsi əmək kitabçasında 03 olduğu halda Astara Kooperativ Cəmiyyətinin 22 saylı arayışda əmr nömrə 37 qeyd edilmişdir. İddiaçı 1989, 1990,1991, 1992, 1997, 1998, 1999, 2000,2001-ci illərdə əmək haqqı almamışdır. Astara Kooperativ Cəmiyyətinin 22 saylı 17.05.2021-ci il tarixli arayışına əsasən həmin illərin əmək haqqı kitablarının olmadığı səbəb kimi göstərilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 14.09.2021-ci il tarixli, **********7 nömrəli etiraza əlavədə qeyd edilmişdir ki, Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının ümumi iş stajı 16 il 6 aydır (hərbi xidmət İləri və əmək kitabçasında qeyd olunan illər). 1977-cı il tarixdən 2001-ci il tarixədək “X14”nda işlədiyi illər əmək kitabçasında qeyd olunan müəyyən dövrlərdə (1979-cu ilin may ayında, 1986-cı ilin avqust ayında, 1989-1992-ci illərdə, 1993cü ilin aprel, may, iyun və dekabr aylarında, 1997-2001-ci illərdə) əmək haqqı almadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanununamüvafiq hesab edilməmişdir. Həmçinin 04.01.1999-cu il tarixdən - 31.12.2001-ci il tarixə qədər Astara RKC-nin 01 saylı sərəncamına əsasən tutduğu vəzifədən azad edilərək, sərəncamda saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri rəhbər götürülməklə işçi əmək müqaviləsində nəzərdə tutulmuş funksional vəzifələrinin icrası ilə əlaqədar olaraq əmək münasibətlərinin subyekti kimi çıxış edir. Bundan əlavə iş materiallarında olan 17.05.2021 tarixli, 22 nömrəli arayışın təhlili nəticəsində müəyyən edilir ki, İddiaçı 3 il müddətinə faktiki olaraq əmək münasibətlərində iştirak etməməklə sərəncamda saxlanılmışdır. Nəticə etibarı ilə iddiaçı içtimai və sosial rifahın əsası kimi əmək münasibətlərinin iştirakçısı olmadığından sözügedən müddət formal olaraq əmək münasibətləri mövcud olsa belə, faktiki və hüquqi baxımdan əmək münasibətlərinə daxil olan dövr hesab edilməməklə sosial sığorta stajına aid edilməməlidir. Beləliklə iddiaçının mübahisələndirilən dövrü 25 illik sosial sığorta stajına daxil edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 09.03.2022-ci il tarixli, **********7 nömrəli etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix 05.05.2020-ci il. İddiaçının 16 il 6 ay (mübahisəsiz qəbul olunan) + 9 il 6 ay (əmək haqqı kitabları aşkar olunmayan mübahisəli dövr) + 4 il (ali təhsil dövrü) = 30 il təşkil edir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının ümumi iş stajı 16 il 6 aydır (hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan illər). 1977-cı il tarixdən 2001-ci il tarixədək “X14”nda işlədiyi illər əmək kitabçasında qeyd olunan müəyyən dövrlərdə (1979-cu ilin may ayında, 1986-cı ilin avqust ayında, 1989-1992-ci illərdə, 1993- cü ilin aprel, may, iyun və dekabr aylarında, 1997-2001-ci illərdə) əmək haqqı almadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanununamüvafiq hesab edilməmişdir. Həmçinin 04.01.1999-cu il tarixdən-31.12.2001-ci il tarixə qədər Astara RKC-nin 01 saylı sərəncamına əsasən tutduğu vəzifədən azad edilərək, sərəncamda saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri rəhbər götürülməklə işçi əmək müqaviləsində nəzərdə tutulmuş funksional vəzifələrinin icrası ilə əlaqədar olaraq əmək münasibətlərinin subyekti kimi çıxış edir. Bundan əlavə iş materiallarında olan 17.05.2021 tarixli, 22 nömrəli arayışın təhlili nəticəsində müəyyən edilir ki, İddiaçı 3 il müddətinə faktiki olaraq əmək münasibətlərində iştirak etməməklə sərəncamda saxlanılmışdır. Nəticə etibarı ilə iddiaçı içtimai və sosial rifahın əsası kimi əmək münasibətlərinin iştirakçısı olmadığından sözügedən müddət formal olaraq əmək münasibətləri mövcud olsa belə, faktiki və hüquqi baxımdan əmək münasibətlərinə daxil olan dövr hesab edilməməklə sosial sığorta stajına aid edilməməlidir. Beləliklə iddiaçının mübahisələndirilən dövrü 25 illik sosial sığorta stajına daxil edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçının 03.05.1977-ci il tarixdən 04.01.1999-cu illərdə işləməsi 22 iyun 2022-ci il tarixdə məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X2nun ifadəsi ilə də təsdiq olunur. X2 ifadəsində İddiaçı tanıdığını, heç bir qohumluq əlaqəsinin olmadığını, 17 (on yeddi) il Liman kooperativ Cəmiyyətində işlədiyini, 2019-cu ildə həmin müəssisənin sənədlərinin ona təhvil verildiyini, Liman və Astara Kooperativ Cəmiyyətinin möhürlərinin onda olduğunu, əmrlər kitabının arxivə təhvil verilmədiyini, onda olduğunu, ona təhvil verilən sənədlərin içərisində İddiaçıun “X14”nda işləməsinə dair məlumatların olduğunu və 1974- 1977, 1989-1992, 1997-2001-ci illərə aid əmək haqqı cədvəllərinin ona təhvil verilmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sübutlardan müəyyən edilmişdir ki, iddiaçı Bakı Kooperativ Texnikomunun 26.08.1971-ci il tarixli 152 nömrəli əmri ilə əyani şöbə üzrə Bakı Kooperativ Texnikomunun “Sənaye malları” ixtisasına qəbul olmuş 31.01.1973-cü il tarixə kimi təhsil almış və X3 02.07.1977-ci il tarixli Protokolunun qərarı ilə kursu tam başa vurmasına dair diplom verilmişdir. 07.08.1974-cü ildən 326 saylı əmrlə Asatara rayonu qarışıq mallar mağazasına satıcı təyin olunmuş və həmin vəzifədə 27.11.1974-cü il tarixinə kimi işləmiş və həmin tarixdən 514 saylı sərəncama əsasən işdən azad olunmuşdur. 29.11.1974-cü il tarixdən 20.12.1976-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. Sonra 03.05.1977-ci ildə 37 nömrəli əmrlə Astara rayon tədarük kontoruna işə daxil olmuş və 04.01.1999-cu il tarixdə 01 saylı sərəncamla işdən azad olunmuşdur. Hazırda iddiaçı 03.05.1977-ci ildən 04.01.1999-ci ilə kimi Astara rayon tədarük kontorunda işlədiyi dövrün və 01.09.1971-31.01.1973-cü illərdə Bakı Kooperativ Texnikomunun əyani təhsil illərinin sığorta stajına daxil edilməsini istəyir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək haqlarının aşkar edilməyən dövrlərindən və təhsil illərindən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət dövrü və əmək kitabçasındakı əmək haqları barədə məlumatın aşkar olunan dövrləri) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən 03.05.1977-ci ildən 04.01.1999-ci ilə kimi olan dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 03.05.1977-ci il tarixdən 04.01.1999-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 03.05.1977-ci il tarixdən 04.01.1999-cu il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının 03.05.1977-ci il tarixdən 04.01.1999-cu il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 03.05.1977-ci il tarixdən 04.01.1999-cu il tarixədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması, o cümlədən aşkar olunan əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı alması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin 17 may 2021-ci il tarixli, 22 nömrəli arayışından, məhkəmə iclasında dindirilmiş X2nun ifadəsindən və digər sənədlərdən görünür ki, iddiaçının 03.05.1977-ci il tarixdən 04.01.1999-cu il tarixədək işlədiyi Astara rayon tədarük kontoruna məxsus 1989, 1990, 1991, 1992 və 1997, 1998, 1999-cu illərə dair əmək haqqı cədvəlləri mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və 17.11.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı Bakı Kooperativ Texnikomunda əyani təhsil illərini sığorta stajına daxil etmək istədiyindən və cavabdeh inzibati orqan həmin dövrləri 03.11.2021-ci il tarixli **********8 nömrəli məktubu ilə sığorta stajına daxil etməkdən imtina etdiyindən məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 8-ci maddəsinə əsasən Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. İş materiallarında olan №048356 nömrəli diplomdan görünür ki, X1 mallarının əmtəəşünaslıq və ticarətin təşkili ixtisası üzrə tam kursu bitirmiş və X3 02.07.1977-ci il tarixli Protokolunun qərarı ilə təhsilini tam başa çatdırılmasına dair diplom verilmişdir. İş materiallarında olan Təhsil Nazirliyi Bakı Biznes və Kooperasiya Kollecinin 13 sentyabr 2021-ci il tarixli, k-666 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 26.08.1971-ci il tarixdə əyani şöbə üzrə Bakı Kooperativ Terxnikumunun “sənaye malları” ixtisasına qəbul olmuşdur. Texnikumun 31.01.1973-cü il tarixli, 15 nömrəli əmrinə əsasən R.İddiaçı 1972-1973-cü tədris ilinin İİ yarımilinə tələbə təqaüdü təyin edilmişdir. Texnikom üzrə Dövlət Atestasiya Komissiyasının 02 iyul 1977-ci il tarixli protokolunun qərarı ona “sənaye mallarının əmtəəşünaslığı” ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X13 Rəhbərinin Bakı Biznes və Kooperasiya Kollecinə göndərdiyi 09.09.2021-ci il tarixli, 171- 85 nömrəli arayışından və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X13 Rəhbərinin məhkəmənin sorğusu əsasında verdiyi İH-107 nömrəli 25.10.2021-ci il tarixli məktubunun məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 07.02.1956-cı il təvəllüdlü İddiaçı 1971-ci il tarixdə Bakı Kooperativ Texnikumunun (Bakkooptexnikum) (əmr№152 &2, 26.08.1971) “Sənaye malları” ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Bakkooptexnikumun 31.01.1973-cü il tarixli, 15 №-li əmrinə əsasən 1972/73 tədris ilinin ikinci yarımilliyi üzrə ona tələbə təqaüdü təyin edilmişdir. Göründüyü kimi, İddiaçı 01.09.1971-31.01.1973-cü illərdə Bakı Kooperativ Texnikomunda əyani təhsil alması və X3 02.07.1977-ci il tarixli Protokolunun qərarı ilə təhsilinin tam başa çatdırılmasına dair diplom alması müəyyən olunur. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edimiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, vətəndaşların ali təhsil müəssisələrində, peşə texniki tədris müəssisələrində əyani təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulduğundan və iddiaçı 26.08.1971-ci il tarixli 152 nömrəli əmr ilə Bakı Kooperativ Texnikumunun “Sənaye malları” ixtisasının əyani şöbəsinə qəbul olduğundan və həmin təhsil müəssisəsini başa vuraraq buna dair diplom aldığından, iddiaçının tələbində göstərdiyi 01.09.1971-31.01.1973-cü illərdə əyani təhsil aldığı müddət sığorta stajı kimi nəzərə alınmalıdır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı 03.05.1977-ci ildən 04.01.1999-cu ilə kimi Astara rayon tədarük kontorunda işlədiyi dövrün və 01.09.1971-31.01.1973-cü illərdə Bakı Kooperativ Texnikomunda əyani təhsil aldığı illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalıdır. İddiaçı iddia qaldırmaq üçün iyirmi manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 03.05.1977-ci ildən 04.01.1999-cu ilə kimi Astara rayon tədarük kontorunda işlədiyi dövrün və 01.09.1971-31.01.1973-cü illərdə Bakı Kooperativ Texnikomunda əyani təhsil aldığı illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-97/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-97/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver