Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-97/2024 04.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı2, onun nümayəndəsi X9 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin koordinat göstəricilərinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 mart 2024cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa dair 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin, İddiaçı2 və İddiaçı1 adına olan “Torpağa mülkiyyət hüququna dair” JN-0301 saylı Dövlət Aktına əsasən 0,32 ha pay torpaq sahəsinin üzərindən ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək işə “Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında X5 və ailə üzvlərinin adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən, **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında İddiaçı2 və X6 adına tərtib olunmuş, Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış, JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən 0,23 ha torpaq sahəsinin koordinat göstəriciləri hissəsində ləğv edilməsi” kimi baxılmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək işə “Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004cü il tarixli 011 saylı qərarı əsasında X5 və ailə üzvlərinin adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən, **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinın koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında İddiaçı2 və X6 adına tərtib olunmuş, Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış, JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” kimi baxılmasını xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin müvafiq qərardadları ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuş, həmçinin, X17, X23, X30, X18, X31, X36, X32 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə onların adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı Dövlət Aktında olan cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları üçün istehsal təyinatlı 0,32 ha torpaq sahəsi verilməklə qeydiyyata alınmışdır. Sonradan isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il tarixli qərarına əsasən (Masallı rayon üzrə yenidən yeddi kəndin torpaq sahələrinin ərazisində) 2002-2006-cı illərdə Masallı rayonu üzrə yenidən islahat aparılmaqla yerquruluşu xəritəçəkmə işləri görülmüş, o cümlədən Masallı rayonu Mahmudavar kəndində də 2002-2006-cı ildə islahat aparılmaqla, yenidən ölçü işləri görülmüş və nəticədə yerquruluşu xəritəsi hazırlanmışdır. Görülən işlər nəticəsində Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarına əsasən onların adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı Dövlət Aktına əsasən istehsal təyinatlı 0,32 ha pay torpaq sahəsi DT və XK-nin Masallı rayon şöbəsində 301 nömrə ilə qeydiyyata alınmış və DT və XK-nin Masallı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixində təsdiq edilmişdir. Beləliklə, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli qərarına əsasən onların adına istehsal təyinatlı 0,32 ha torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı Dövlət Aktına əsasən DT və XK-nin Masallı rayon şöbəsində qeydiyyatdan keçmişdir, sahibliklərində, istifadələrində və sərəncamlarında olmuş 0,32 ha torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004cü il tarixli qərarına əsasən onların adına verilmiş 0,32 ha torpaq sahəsi qeydiyyatdan keçən tarixdən, yəni 1998-ci ildən sahibliklərində, istifadələrində və sərəncamlarında olmuşdur. Xüsusi ilə qeyd edirlər ki, Masallı rayonu Mahmudavar kənd yaşayış məntəqəsinin şərq tərəfində yerləşən həmkəndliləri mərhum X2 adına olan torpağa mülkiyyət hüququna dair JN-0300 saylı dövlət aktında qeyd olunan 0,57 ha pay torpaq sahəsi iddiaçı X3 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 nömrəli dövlət aktında qeyd olunan 0,32 ha pay torpaq sahəsinin qərb tərəfində yerləşir. İddiaçı X3 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 nömrəli dövlət aktında qeyd olunan 0,32 ha pay torpaq sahəsi üçüncü çəxs X10 adına olan torpağa mülkiyyət hüququna dair JN- 0302 nömrəli dövlət aktında qeyd olunan 0,98 ha torpaq sahəsinin qərb tərəfində yerləşir. Beləliklə bildirirlər ki, yuxarıda göstərdikləri torpağa mülkiyyət hüququna dair JN-0300 saylı, JN-0301 saylı, JN-0302 saylı Dövlət Aktlarına əsasən qeydiyyata alınmış pay torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşdiyindən 1997-ci ildən etibarən hər birilərinin istehsal təyinatlı pay torpaq sahələri ayrı-ayrılıqda olmaqla faktiki istifadələrində olmuşdur. Beləliklə, faktlara əsaslanaraq bildirmək istəyirlər ki, onların adına olan torpağa mülkiyyət hüququna dair JN-0301, kod 80515018 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0,32 ha pay torpaq sahəsini, İddiaçı2 və qeyrilərinin əlindən zorla almaq məqsədi ilə üçüncü şəxs X23 və qeyriləri oktyabr 2018-ci il tarixindən müxtəlif yollarla maneələr yaratmaqla onlara məxsus olan pay torpaq sahəsini zəbt edəndən sonra, üçüncü şəxs X10 adına olan torpağa mülkiyyət hüququna dair JN-0302, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,98 ha pay torpaq sahəsinin yerləşmə yerinə deyil, onların adına olan torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,32 ha pay torpaq sahəsinin yerləşmə yerinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən X5 adına Seriya RX, №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarış, həmin çıxarışa dair saxta koordinat göstəriciləri onlara məlum olmayan şəraitdə qanunauyğun olmayan şəkildə əldə etmişlər. İş üzrə üçüncü şəxs X17 və qeyriləri hüquqlarından suiistifadə edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs X5 adına verilmiş Seriya №1322066 saylı, xx.xx.2018-ci il tarixli, № **********72 reyestr nömrəli çıxarışa dair qanunauyğun olmayan, səhv olan koordinat göstəricilərini, iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı Masallı Rayon Məhkəməsində bilərəkdən iddia qaldıraraq istifadə etmişlər. Beləliklə, Masallı Rayon Məhkəməsi 2(050)-1446/2019 saylı mülki işə dair məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi ilə bağlı 15 may 2019-ci il tarixli, 2(050)1446/2019 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, nəticədə 2(050)-1446/2019 saylı mülki işə dair müvafiq rəy alınmışdır. Masallı Rayon Məhkəməsi 2(050)-12/2021 saylı mülki işə dair, iş üzrə iddiaçılar X10 və qeyrilərinin iddia tələbini qismən təmin etməklə, 09 fevral 2021-ci il tarixli, 2(050)-12/2021 saylı qətnamə qəbul etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-12/2021 saylı mülki işə dair, iş üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən Masallı Rayon Məhkəməsinin 2(050)-12/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-12/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə hal-hazırda Şirvan Apellyasiya Məhkəməsində 2(106)-2356/2021 saylı mülki iş üzrə baxılır. Xüsusi ilə qeyd edirlər ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs X5 adına verilmiş Seriya №1322066 saylı, xx.xx.2018-ci tarixli, № **********72 reyestr nömrəli çıxarışa dair, qanunauyğun olmayan saxta koordinat göstəriciləri, iş üzrə üçüncü şəxs X10 adına olan (ilkin sənəd üzrə) torpağa mülkiyyət hüququna dair JN-0302, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,98 ha pay torpaq sahəsinin yerləşmə yerinə deyil, iş üzrə İddiaçı2 və İddiaçı1 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,32 ha pay torpaq sahəsinin planı və ölçüsünün koordinatları üzərinə düşür. Halbuki, iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 və iş üzrə üçüncü şəxs X10 ilkin sənədlərinə əsasən plan və ölçü (koordinatları), ərazinin yerquruluşu xəritəsinə və ƏMDX-nin baza məlumatlarına əsasən JN-0301 saylı Dövlət Aktı və JN-0302 saylı Dövlət Aktı ilə qeydiyyatdan keçmiş pay torpaq sahələri biri digərinin üzərinə düşməsi deyil, biri-biri ilə qonşu olması göstərilməsi faktdır. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs X5 adına verilmiş Seriya №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarış sənədinə əlavə edilmiş, qanunauyğun olmayan plan və ölçü sənədinin səhv olan koordinat göstəriciləri qanuni sayıla bilməz və heç bir qanuna uyğun olmasından belə söhbət gedə bilməz. Çünki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən (iş üzrə üçüncü şəxs) X5 adına verilmiş Seriya №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarış sənədinin səhv olan koordinat göstəriciləri, (iş üzrə üçüncü şəxs) X10 adına olan (ilkin sənəddə) JN- 0302 saylı Dövlət Aktında göstərilən koordinat göstəriciləri ilə uyğun deyidir, yəni üst-üstə düşmür. İş üzrə üçüncü şəxslər X14 və X11 məxsus olan 0,98 ha torpaq sahəsinin ilkin sənədinə dair, (yəni JN-0302 saylı Dövlət Aktında göstərilən cizgi koordinat göstəricilərinə əsasən) torpaq sahəsinin yerləşmə yeri, iş üzrə üçüncü şəxslər X14 və X11 aiddir. Hazırki İnzibati Məhkəmədə mübahisəli və mübahisə predmeti olan, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs X5 adına verilmiş Seriya №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarışın planı, ölçüsü və koordinat göstəriciləri olan sənəddə göstərilən cizgi və koordinat göstəricilərinə əsasən 0,98 ha torpaq sahəsinin yerləşmə yeri (yerləşmə vəziyyəti) iş üzrə İddiaçı2 və İddiaçı1 aiddir. Əsas: Masallı Rayon Məhkəməsinin 2(050)- 1446/2019 saylı mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair alınmış Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin C-049 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin plan sənədində göstərilmiş X5 adına olan № **********72 reyestr nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünün koordinatlarının elektron baza materiallarına görə mülkiyyətə verilmiş 0,98 ha torpaq sahəsinin yerləşmə vəziyyəti” iş üzrə üçüncü şəxs X10 adına olan torpağa mülkiyyət hüququna dair JN-0302, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,98 ha pay torpaq sahəsinin yerləşmə yerinə deyil, iş üzrə İddiaçı2 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0,32 ha istehsal təyinatlı pay torpaq sahəsinin sənəd üzrə plan və ölçüsünün (koordinat göstəricilərin) yerləşmə yerinin üzərinə düşür (yəni mübahisədə iştirak edən şəxslərin (tərəflərin) adına olan torpaq sənədləri biri-biri ilə üst-üstə düşmə vəziyyəti məhkəmə ekspertizası zamanı müəyyən olunmuşdur). Beləliklə, iş üzrə üçüncü şəxs X10 və qeyrilərinin qurduqları saxtakar oyunu Masallı Rayon Məhkəməsinin 2(050)-1446/2019 saylı mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair alınmış Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin C- 049 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş mübahisəli torpaq sahəsinin plan sənədində göstərilmiş (inzibati iş üzrə üçüncü şəxs) X5 adına olan № **********72 reyestr nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünün koordinatlarının elektron baza materiallarına görə mülkiyyətə verilmiş 0,98 ha torpaq sahəsinin yerləşmə vəziyyəti” (inzibati iş üzrə iddiaçı) İddiaçı2 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0,32 ha istehsal təyinatlı pay torpaq sahəsinin sənəd üzrə plan və ölçüsünün koordinatlarının üzərinə düşdüyünü Masallı Rayon Məhkəməsinin 2(050)-1446/2019 saylı mülki iş üzrə məhkəmə ekspertizasına dair alınmış mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin plan sənədində açıq-aşkar təsvir edilərək göstərilmişdir. Göründüyü kimi iş üzrə üçüncü şəxslər X23 və qeyriləri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs X5 adına verilmiş Seriya №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarış sənədinin səhv olan koordinat göstəriciləri ilkin sənədinə uyğun olmayan yanlışlığa yol verilməklə tərtib olunmuş Seriya №1322066 saylı çıxarış sənədinə dair plan, cizgi sənədi səhvlə verilmiş, düzgün olmayan, yanlış koordinat göstəricilərini iş üzrə üçüncü şəxslər X23 və qeyriləri əsas götürərək, iş üzrə üçüncü şəxslər X23 və qeyriləri tərəfindən əvvəlcədən hazırlanmış ssenari əsasında və iş üzrə üçüncü şəxslər X23 və qeyriləri onlara məxsus olan 0,32 ha olan pay torpaq sahəsini dolayı yollarla, (yəni istifadələrinə mane olmaqla) əldə edə bilmədiklərindən, (hazırki mübahisə predmeti olan sənədə əsasən) adlarına qanunsuz şəkildə səhvlə, nöqsanla verilmiş çıxarış sənədinə əsasən onları 0,32 ha pay torpaq sahələrindən məhrum etmək məqsədini daşıyırlar. Xüsusi ilə bir faktı da qeyd edərək bildirmək istəyirlər ki, iş üzrə üçüncü şəxslər X23 və qeyriləri onların adına olan torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,32 ha pay torpaq sahəsini 23 oktyabr 2018-ci il tarixində zəbt eldikdən sonra, mübahisə predmeti olan həmin torpaq sahəsinə cavabdeh DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsindən X5 adına Seriya RX №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarışa dair 0,98 ha torpağın koordinat göstəricisi olan sənədi qanunauyğun olmayan şəkildə almışlar. Göründüyü kimi, iş üzrə üçüncü şəxs X23 və qeyriləri, iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı planlı şəkildə etdikləri qanunsuz hərəkətləri ilə torpaq sahələrinə yiyələnə bilmədiklərindən, iş üzrə üçüncü şəxs X5 adına Seriya RX №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarışa dair 0,98 ha torpaq sahəsinin koordinat göstəriciləri cavabdeh DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsində qanunsuz yollarla düzəltməklə, həmin qanunauyğun olmayan koordinat göstəricilərini iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı məhkəmələrdə istifadə etməklə, iş üzrə İddiaçı2 və İddiaçı1 məxsus 0,32 ha olan torpaq sahəsinin, onların tərəfindən (yəni iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən) zəbt olunmuş torpaq sahəsi kimi məhkəmədə iddia qaldırmaqla, mübahisə predmeti olan həmin torpaq sahəsinin iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 zəbtindən azad edilməsi kimi məhkəmə qərarını reallaşdırmaq və nəticədə iş üzrə İddiaçı2 və İddiaçı1 məxsus olan 0,32 ha pay torpaq sahələrindən onları (yəni iş üzrə iddiaçıları) məhrum etmək məqsədini daşıyırlar. Xüsusi ilə qeyd edirlər ki, yuxarıda göstərdikləri baş verən bütün qanunsuz hallara məruz qalan iş üzrə iddiaçılar İddiaçı2 və X19 cavabdeh DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı2 və X12 məxsus torpağa mülkiyyət hüququna dair JN-0301, Kod 80515018 saylı Dövlət Aktı ilə qeydiyyata alınmış 0,32 ha pay torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. Cavabdeh DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi 19 noyabr 2018-ci il tarixli, №**********66 saylı cavab məktubu ilə İddiaçı2 və X12, sənədlərdəki ziddiyyətlərin (uyğunsuzluqların) torpaq mübahisənin araşdırılması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmələrinin məqsədə müvafiq olduğunu bildirmişlər. Bu səbəbdən də iddiaçılar İddiaçı2 və X19 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində iddia qaldıraraq, iddia tələbinin “İddiaçı2 və X6 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 saylı Dövlət Aktına əsasən (cizgilərinə və kordinatlarına uyğun) İddiaçı2 və İddiaçı1 məxsus olan 0,32 ha torpaq sahəsinin yerində tanıdılması, İddiaçı2 və İddiaçı1 məxsus olan 0,32 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)- 33/2020 saylı inzibati işə dair Masallı rayonu Mahmudavar kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-0300 saylı və JN-0302 saylı torpaq sahələrinin sahiblərini iş üzrə inzibati məhkəməyə üçüncü şəxs qismində cəlb etməklə, inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 2- 1(120)-33/2020 saylı inzibati iş üzrə məhkəmə tikinti texniki ekspertizasına dair müvafiq rəylər aldıqdan sonra İddiaçı2 və X6 iddia tələbinin təmin olunması haqqında xx.xx.2020-ci il tarixli, 2-1(120)-33/2020 saylı qərar qəbul etmişdir. Xüsusi ilə qeyd edirlər ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iş üzrə üçüncü şəxs X5 adına verilmiş (mübahisə predmeti olan), Seriya №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarışa dair 0,98 ha torpaq sahənin yerləşmə yeri (yerləşmə vəziyyəti) iş üzrə üçüncü şəxs X10 adına olan torpağa mülkiyyət hüququna dair JN-0302, Kod 80515018 saylı dövlət aktı ilə qeydiyyata alınmış 0,98 ha pay torpaq sahəsinin yerləşmə yerinə deyil, iş üzrə iddaçılar İddiaçı2 və İddiaçı1 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0,32 ha istehsal təyinatlı pay torpaq sahəsinin sənəd üzrə plan və ölçüsünün (koordinat göstəriciləri) yerləşmə yerinin üzərinə düşdüyündən Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(120)-33/2020 saylı qərar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 savlı Cəlilabad Ərazi İdarəsi tərəfindən icra edilə bilmir. Bu səbəbdən də X5 adina verilmiş Seriya №1322066 saylı, xx.xx.2018-ci il tarixli, №**********72 reyestr nömrəli çıxarışa dair 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin İddiaçı2 və İddiaçı1 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0.32 ha pay torpaq sahəsinin üzərinə düşən hissəsindən ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Yuxarıda qeyd olunan halları nəzərə almaqla hesab edirlər ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən X5 adına verilmiº Seriya RX №1322066 saylı, xx.xx.2018-ci il tarixli, № **********72 reyestr nömrəli çıxarışa dair 0,98 ha torpağın koordinat göstəriciləri iş üzrə iddiaçıların İddiaçı2 və İddiaçı1 adına olan torpağa mülkiyyət hüququna dair JN-0301 saylı Dövlət Aktı əsasında qeydiyyatdan keçmiş 0.32 ha istehsal təyinatlı pay torpaq sahəsinin üzərindən ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı2 və X12 rəsmi olaraq bildirilmişdir ki, torpaq sahəsinin koordinat göstəricilərinin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, iddiaçılar İddiaçı2 və X6 Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı2, onun nümayəndəsi X24 və İddiaçı1 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, onun nümayəndəsi X24 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından, o cümlədən işdə olan Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış, JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından və xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında İddiaçı2 və X6 birgə mülkiyyətinə 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların xüsusi mülkiyyət hüququ **********00 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 153 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 302 nömrə ilə qeydiyyata alınmış, JN-0302 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından və xx.xx.2018-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında X17, X23, X30, X18, X31, X36 və X25 birgə mülkiyyətinə 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların xüsusi mülkiyyət hüququ **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli, 2-1(120)-33/2020 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “JN-0302 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən qeydiyyata alınmış 0,32 ha sahəsinin plan və ölçüsünə əsasən (cizgilərinə və koordinatlarına uyğun) yerində tanıdılması, İddiaçı2 və İddiaçı1 həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir. İddiaçılar İddiaçı2 və Kərimova X16 Nəsibə Qurban qızı, X23, X30, X18, X31, X36 və X25 birgə mülkiyyətinə verilmiş 0,98 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən koordinat göstəricilərinin üzərində xüsusi mülkiyyət hüququna malik olduqları 0,32 ha torpaq sahəsinə vurulduğunu iddia edərək, həmin koordinat göstəricilərinin ləğv edilməsini tələb edirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur : - JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10, X5, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa əsasən X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10, X5, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa əsasən X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa əsasən X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinə dair plan və ölçünün koordinat göstəriciləri ilə, İddiaçı2 və X6 adına olan xx.xx.2021-ci il tarixdə №********** nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2021-ci il tarixli AA № 617826 saylı plan və ölçü sənədinin koordinat göstəriciləri (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) biri-biri ilə uyğundurmu? - JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10, X5, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinə dair plan və ölçünün koordinat göstəriciləri ilə, X5, X10, X20, X7, X26, X28 və X25 adına olan xx.xx.2018-ci il tarixdə seriya RX №1322066 nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2018-ci il tarixli AA № 275334 saylı plan və ölçü sənədinin koordinat göstəriciləri (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) biri-biri ilə uyğundurmu? - JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinə dair plan və ölçünün koordinat göstəriciləri ilə, 0,32 ha pay torpaq sahəsinin yerləşmə vəziyyətinə görə, İddiaçı2 və İddiaçı1 adına olan xx.xx.2021-ci il tarixdə № ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2021ci il tarixli AA № 617826 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,32 ha pay torpaq sahəsinin yerləşmə yeri ilə üst-üstə düşürmü? - JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10, X5, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinə dair plan və ölçünün koordinat göstəriciləri ilə, 0,98 ha pay torpaq sahəsinin yerləşmə vəziyyətinə görə, X5, X10, X20, X7, X26, X28 və X25 adına olan xx.xx.2018-ci il tarixdə seriya RX №1322066 nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2018-ci il tarixli AA № 275334 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,98 ha pay torpaq sahəsinin yerləşmə yeri ilə üst-üstə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6330 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci - dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi ilə JN- 0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin, JN-0302 saylı, Kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10, X13, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,99 ha torpaq sahəsinin, xx.xx.2021-ci il tarixdə verilmiş ********** (**********00 reyestr nömrəli) qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin və xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* (**********72 reyestr nömrəli) nömrəli çıxarışa əsasən X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin naturada, sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahələrinin yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-0301 saylı, Kod 80515018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X10, X13, X20, X7, X21, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** (**********00) qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 və X6 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* (**********72 reyestr nömrəli) nömrəli çıxarışa əsasən X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin üstüstə düşmədiyi mmüəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin Torpaların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* (**********72 reyestr nömrəli) nömrəli çıxarışa əsasən X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin 0,23 ha hissəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə İddiaçı2 və İddiaçı1 adına olan xx.xx.2021-ci il tarixdə nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2021-ci il tarixli, AA № 617826 (**********00 reyestr nömrəli) saylı plan və ölçü sənədinin koordinat göstəricilərinin (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) bir-biri ilə uyğun olmadığı müəyyən edilmişdir. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10, X13, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə, X15m, X10, X20, X7, X26, X28 və X22 adına olan xx.xx.2018-ci il tarixdə seriya RX ******* nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2018-ci il tarixli, AA № 275334 saylı plan və ölçü sənədinin koordinat göstəricilərinin (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) bir-biri ilə uyğun olmadığı müəyyən edilmişdir. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı2 və Kərimova (Fəttayeva) Mərziyyə Qulam qızının ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə, İddiaçı2 və İddiaçı1 adına olan xx.xx.2021-ci il tarixdə ********** (**********00 reyestr nömrəli) nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2021-ci il tarixli, AA № 617826 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,32 ha pay torpaq sahəsinin yerləşmə yerinin 0,06 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir. Qərardadın on birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0302 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən X10, X13, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinat göstəriciləri ilə, X5, X10, X20, X7, X26, X28 və X25 adına olan xx.xx.2018-ci il tarixdə seriya RX ******* (**********72 reyestr nömrəli) nömrə ilə qeydiyyata alınmış çıxarışa dair xx.xx.2018-ci il tarixli, AA № 275334 saylı torpaq sahəsinin planı və ölçüsünün koordinat göstəricilərinə əsasən 0,98 ha pay torpaq sahəsinin yerləşmə yerinin 0,59 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6330 nömrəli ekspert rəyinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0301 saylı, Kod 80515018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və X6 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* (**********72 reyestr nömrəli) nömrəli çıxarışa əsasən X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin 0,23 ha hissəsi üstüstə düşür. Həm mütəxəssis və ekspert rəylərindən, həm də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4872/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş “mübahisəli torpaq sahəsinin yerquruluşu planı”ndan görünür ki, məhz X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin 0,23 ha hissəsi üzrə koordinat göstəriciləri İddiaçı2 və X6 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında, Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və xüsusi mülkiyyət hüququ **********00 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 153 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,32 ha sahəsinin 0,23 ha hissəsi üzərində iddiaçılar İddiaçı2 və X1, istifadə və sərəncam vermək hüquqları həm cavabdeh inzibati orqan, həm də üçüncü şəxslər tərəfindən pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və X19 üçüncü şəxslər X5, X10, X20, X7, X26, X28 və X25 ümumi birgə mülkiyyətində olan 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin İddiaçı2 və X6 ümumi birgə mülkiyyətində olan 0,32 ha torpaq sahəsinin “Torpaların elektron kadastr uçotu informasiya sistemi”ndəki koordinat göstəriciləri ilə üst-üstə düşən 0,23 ha hissəsi üzrə koordinat göstəricilərinin ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının lıüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə. habelə şikayət instansiyasının miivafıq qərarınm) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsiredən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetiıilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən miılki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fıziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutıılmasa da, mi'ılki qanunveriuliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.. Azərbaycan Respublikasınm Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvcriciliyə uyğun gəlməyən, flziki və ya hüqııqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfındən etibarsız sayıla bilər. Azərbaycan Respublikasımn Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyiııdən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdallə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfındən məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazda torpaq sahəsinin koordinat göstəricilərinin ləğv edilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricində olması bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlilini və etirazda qeyd olunan digər halları (hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır) əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (inidiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Etirazda qeyd olunan digər əsaslar-hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmaması isə məhz cavabdeh inzibati orqanın əməkdaşlarının təqsirindən baş vermişdir. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi də zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında X5, X10, X20, X7, X26, X28 və X25 adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən, **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinın koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında İddiaçı2 və X6 adına tərtib olunmuş, Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış, JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən 0,23 ha torpaq sahəsinin koordinat göstəriciləri hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında X5, X10, X20, X7, X26, X28 və X25 adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən, **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinın koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı əsasında İddiaçı2 və X6 adına tərtib olunmuş, Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış, JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən 0,23 ha torpaq sahəsinin koordinat göstəriciləri hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçılar İddiaçı2 və X4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, X8, KOD 210005, VÖEN: **********1, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-97/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-97/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver