Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-970/2020 27.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X5 nümayəndəsi X2 (Masallı rayonu, Ərkivan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X3rşı tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci tarixli qərarın ləğv edilməsi və hesabına əlavə edilmiş 3714,21 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci tarixli qərarın ləğv edilməsi və hesabına əlavə edilmiş 3714,21 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı X6 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə" prinsipi ilə vergi ödəyicisi kimi qeydə alınmışdır. Vergi ödəyicisi kimi dövlət büdcəsinə ödənilməli olan vergini vaxtlı-vaxtında ödəmişdir. Dövlət büdcəsinə vergilər üzrə heç bir borcu yoxdur. Müəyyən səbəblərdən sahibkarlıq fəaliyyətini dayandırdığı üçün xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı X7 ərizə ilə müraciət etmiş və müraciəti əsasında vergi orqanı ilə bağlanmış “Vergi partnyorluğu” sazişi ləğv edilmiş və bununla yanaşı ticarət obyektində olan kassa hesabını da bağlamışlar. Sahibkarlıq fəaliyyətini dayandırmağı barədə Dövlət X9 Şirvan şəhər şöbəsinə məlumat verdikdə onlar VÖEN-nin bağlanması ilə bağlı bütün məlumatları Vergilər Nazirliyinin 5 saylı ərazi idarəsinin göndərəcəyini, məcburi sosial sığorta haqlarının hesablanmayacağını, qalıq borcunun ödənilməsinin zəruriliyini bildirdilər. O, maddi çətinliklə bağlı məcburi sosial sığorta haqlarına görə xx.xx.2015-ci il tarixə yaranmış 421 manat borcu ödəyə bilmədiyi üçün DSMF-nin Şirvan şəhər şöbəsi borcun məcburi qaydada ödənilməsini təmin etmək üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Məhkəmənin xx xxxx 2016- cı il tarixli 2- 2(86)-197/2016 saylı əmri ilə xx.xx.2015-ci il tarixə məcburi sosial sığorta haqlarına görə yaranmış 421,40 manat borcun məndən alınaraq tələbkarın hesabına ödənilməsi qərara alındı. Tərəfindən qeyd olunan məhkəmə əmri tam icra olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı X4 xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar göndərmişdir. Qərarda vergi öhdəliklərini yerinə yetirməməyi nəticəsində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə xx.xx.2020-ci il tarixə 3714,21 manat borcunun olması, həmin borcun 10 gün müddətində ondan tələb olunması, 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək hüququnun bildirildiyi, xəbərdarlıqlar, bildirişlər, tələbnamələr göndərildiyi, borc ödənilmədiyi üçün xx.xx.2020-ci il tarixdən icraya yönəldilməsi qeyd olunmuşdur. “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarda borcun hansı dövrdə, hansı səbəbdən yaranması qeyd olunmamış, borc olması ilə bağlı ona bildiriş, xəbərdarlıq, tələbnamə göndərilməmiş, ümumiyyətlə borc olması barədə nə rəsmi nə də ki, qeyri rəsmi ona məlumat verilməmişdir. Bundan başqa onun vergi orqanlarına və məcburi sosial sığorta haqqlarına görə heç bir borcu yoxdur. Qeyd etdiyi kimi o, xx.xx.2015-ci il tarixdə VÖEN-ni bağlamış və həmin dövrdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(86)- 197/2016 saylı məhkəmə əmri ilə xx.xx.2015-ci il tarixə məcburi sosial sığorta haqlarına görə yaranmış 421,40 manat borcun ondan alınaraq DSMF-nin Şirvan şəhər şöbəsinin hesabına ödənilməsi qərara alınmışdır. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu necə yarana bilər. Hesabına əlavə olunmuş borc DSMF-nin Şirvan şəhər şöbəsinin və 5 saylı X5 aidiyyəti işçilərinin vəzifələrini düzgün yerinə yetirməmələri, səhlənkarlıqları səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı X11 borcun yaranma səbəblərini araşdırmadan, xx.xx.2015-ci il tarixdə VÖEN-ni bağlamağını nəzərə almadan, ona heç bir yazılı, şifahi xəbərdarlıq etmədən səlahiyyətlərindən istifadə edərək əsassız hesabladıqları borcları ondan almaq üçün xx.xx.2020-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul etmişdir. Qeyd olunanlar 5 saylı X5 “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il qərarının əsassız olmasını birbaşa sübut edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X5 nümayəndəsi X8 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı 5 saylı X7 yaranmış sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcla bağlı sorğu etmişdir. İddiaçı yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcu xx.xx.2019-cu ildən əvvəlki tarixə aid olduğu üçün həmin borc məbləği DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır. Buna görə də 5 saylı X11 tərəfindən İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin yaranma səbəbi barədə 5 saylı X7 geniş məlumat verməsi üçün DSMF-nin Şirvan şöbəsinə müraciət olunmuş və daxıl olmuş məktubda cavab olaraq bildirmişlər ki, İddiaçı vergi orqanında ticarət sahəsində fəaliyyət göstərən sığortaedən kimi qeydiyyatdan keçərək xx.xx.2009-cu il tarixdə fəaliyyətə başlamışdır. Sığortaedən fəaliyyətdə olduğu dövrdə özünə və işçisinə hesablanmış məcburi dövlət sosial sığorta haqqını qanunvericilikdə nəzərdə tutulduğu qaydada ödəmədiyi üçün məcburi dövlət sosial sığorta borcu yaranmışdır. xx.xx.2018-ci il tarixə təqdim olunmuş hesabatlara əsasən sığortaedənin 3714,21 manat borcu olmuşdur ki, bunun da 3772,75 manatı mdss üzrə 486,46 manatı isə penya və maliyyə sanksiyası üzrə yaranmış borcdur. Eyni zamanda İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdən 5 saylı X7 borcla saldo kimi 3714,21 manat məbləğ keçmişdir. xx.xx.2019-cu il tarixdən borcla saldo kimi keçən məbləğlər ilə bağlı xx.xx.2020-ci il tarixdə 220 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə isə 121,40 manat ödəniş olunmuş və şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci il tarixə olan göstəricilərinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 3278,81 manat borcu qalmışdır. Həmçinin yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə **********5 nömrəli bildiriş göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclar ödənilmədiyi uçun 5 saylı X11 xx.xx.2020-ci il tarixli **********173800 nömrəli "Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edərək məlumat üçun İddiaçı və qərarın icra olunması üçün məhkəmə icra qrumuna göndərmişdir. Əlavə olaraq bildirir ki, İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti iddia ərizəsində qeyd etdiyi xx.xx.2015-ci il tarixdən deyil, müraciətinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək 5 il müddətinə dayandırılmışdır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X5 xx.xx.2020-ci il tarixli "Tələbin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 3.714,21 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X5 “məlumatın təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********193900 nömrəli məktubunda qeyd edilmişdir ki, müvafiq borc məbləği yarandıqda və şəxsi hesab vərəqəsində qeyd olunduqdan sonra vergi orqanı Vergi Məcəlləsinin 65.1-ci maddəsinə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətinə ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Bu zaman hesablanmış vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarının yaranmasını təsdiq edən heç bir inzibati akt və ya qərar qəbul edilmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinə (iddiaçıya) hesablanmış vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarının yaranmasını təsdiq edən heç bir inzibati akt və ya qərar qəbul edilməmişdir. Yəni müvafiq borc məbləği yarandıqda və şəxsi hesab vərəqəsində qeyd olunduqdan sonra vergi orqanı Vergi Məcəlləsinin 65.1-ci maddəsinə müvafiq olaraq hesablamış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətinə ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərmişdir. Daha sonra isə "Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edərək məlumat üçün vergi ödəyicisinə və qərarın icra olunması üçün məhkəmə icra qrumuna göndərilmişdir. Məhkəmənin qənaətinə görə “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci tarixli qərarla iddiaçının subyektiv hüququ pozulmamışdır. Başqa sözlə, iddiaçının hüquqlarına toxunan hal şəxsi hesab vərəqəsində qeyd olunmuş borcun yaranması ilə bağlı cavabdeh orqanın faktiki xarakterli hərəkətləridir. Məhkəmə iddiaçıya izah edir ki, hazırkı halda o, arzuladığı məqsədə çatmaq üçün mübahisələndirmə haqqında iddia ilə deyil, öhdəliyin icrası haqqında iddia ilə məhkəmə müraciət edə bilər. Bunun üçün o, ilk növbədə “şəxsi hesab vərəqəsində qeyd olunmuş borcun silinməsi” tələbi ilə cavabdeh orqana müraciət etməli və cavabdehin həmin tələbə münasibətin müəyyən etməlidir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, bu zaman iddiaçının cavabdehə qarşı “şəxsi hesab vərəqəsində qeyd olunmuş borcun silinməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxx 2020-ci il tarixli, 2-1(120)-970/2020 nömrəli məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X3rşı Tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci tarixli qərarın ləğv edilməsi və hesabına əlavə edilmiş 3714,21 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-970/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-970/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver