Məhkəmə qərarları › İş №2-1(120)-970/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-970/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-970/2024 22.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamının ona aid olan hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında fasiləsiz istifadəsində olmuş 250 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaqicarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamın ləğv olunması, 15 illik icarə hüququ əsasında istifadəsində olan 250 ha torpaq sahəsi üzrə yenidən eyni müddətə torpaq icarəs müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamının ona aid olan hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında fasiləsiz istifadəsində olmuş 250 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında Neftçala rayon torpaq fonduna aid 8 saylı qış otlaq sahəsindən 250 hektarı ona 15 (on beş) il müddətinə icarəyə verilmiş və hazırda qanuni istifadəsindədir. Həmin torpaq sahəsini ona məxsus 555 (beş yüz əlli beş) baş xırdabuynuzlu və 15 (on beş) baş iribuynuzlu mal-qaranın qış otlaq sahəsi kimi istifadə edir. 23 iyun 2023-cü il tarixdə sözügedən torpaq sahəsinə dair torpaq icarə müqaviləsinin müddəti başa çatmaq üzrədir. Yeni müddətə torpaq-icarə müqaviləsinin bağlanılması məqsədi ilə 02 may 2023-cü il tarixdə Cavabdeh Başçısının qəbulunda olarkən onunla bağlanmış 23 iyun 2008-ci il tarixli müqaviləyə Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı tərəfindən xitam verilməsi bildirilmişdir. Onunla bağlanmış müqaviləyə xitam verilməsini ilk dəfə sözügedən qəbul zamanı bilmişdir. Çünki ona bu barədə hər hansı sənəd təqdim edilməmiş, rəsmi və qeyri-rəsmi olaraq heç bir məlumat verilməmiş, bu günədək müqavilə şərtlərinə uyğun olaraq, torpaqdan istifadə ilə bağlı hüquq və vəzifələrini icra etmişdir. 05 may 2023-cü il tarixdə Cavabdeh Başçısısna ərizə ilə müraciət edərək istifadə hüququna xitam verilməsinə dair Cavabdeh sabiq başçısının sərəncamının ləğv edilməsini, 15 illik icarə hüququ əsasında istifadəsində olan 250 hektar torpaq sahəsi üzrə onunla yenidən eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılmasını, müraciəti təmin edilmədiyi halda isə istifadə hüququna xitam verilməsinə dair Cavabdeh sabiq başçısının sərəncamının ona göndərilməsini xahiş etmişdir. Cavabdeh 15 may 2023-cü il tarixli 5- 67/2-755/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, İcra Hakimiyyətinin sabiq Başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı ilə istifadəsində olan 250 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, yeni müddətə müqavilə bağlanması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan başqa, Cavabdeh 18 may 2023-cü il tarixli 5- 67/2-786/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsinə dair yeni müddətə icarə müqaviləsi bağlanması məsələsinə icarə müddətində gördüyü işlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada qiymətləndirildikdən sonra baxilacaqdır. Lakin məktubda nə İcra Hakimiyyətinin sabiq Başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamının ləğv edilib edilməməsi barədə məlumat verilməmiş, nə də ki, sözügedən sərəncamın surəti ona göndərilməmişdir. Göstərilən səbəblərdən Cavabdeh sabiq başçısının torpaqdan istifadə hüququna xitam verilməsi ilə bağlı 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı əsassız və etibarsız olduğundan ləğv edilməlidir. Lerik rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-34/2-24/2023 nömrəli arayışından görünür ki, başçılıq etdiyi təsərrüfatda 555 (beş yüz əlli beş) baş xırdabuynuzlu və 15 baş iribuynuzlu mal-qara vardır. 2022-ci ilin sentyabr ayında qoyunçuluğun inkişafı məqsədi ilə “AccessBank”-ın Lənkəran filialından LD ********** nömrəli müqavilə ilə 40000 (qırx min) manat kredit götürmüş və üç il müddətində ödənişlər etməlidir. Həmin torpaq sahəsi 1948-ci ildən etibarən fasiləsiz olaraq ailəsinin istifadəsindədir. Qoyunçuluq ata-babalarının sənəti olduğundan o və oğlu Nəbiyev Samir, qardaşları X5 və X6 həmin torqaq sahəsində əvvəllər valideynlərinə kömək etmiş, sonra isə özləri onların işini bu günədək davam etdirir. Məhz bu səbəbdən o, oğlu və qardaşları kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuluq, digər heç bir qazancları yoxdur. Qanunda nəzərdə tutulan ödənişləri vaxtlıvaxtında yerinə yetirmişlər. İcarə haqqı ilə bağlı heç bir borcları yoxdur. Həmin torpaq üzərindəki yaşayış evləri və tövlələri mərhum atası Sərhad Nəbiyev hələ keçmiş SSRİ vaxtında inşa etmiş və hazıradak onlardan istifadə edirlər. 1997-ci il torpaq islahatı zamanı icarədə olan torpaq sahəsindəki digər çoban evlərinin dəyəri onun tərəfindən ödənilmiş və həmin əmlak mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi iqtisadi əhəmiyyətdən başqa, onlar üçün mənəvi əhəmiyyət daşımaqla ora bağlıyır. Belə ki, sözügedən torpaq sahəsində yaşadıqları müddətdə ailələrinin tələf olmuş üzvü orada dəfn olunmuşdur. Cavabdeh sabiq başçısının torpaq-icarə müqaviləsinin ləğv olunması haqqında birtərəfli qərarının əsassız və etibarsız olması aşağıdakı maddi və prosessual hüquq normalarının pozulmasının müəyyən edilməsi ilə təsdiq olunur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X1 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan JN-621F KOD 80700001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Lerik rayonu Anzolu kənd sakini İddiaçı Cavabdeh başçısının xx.xx.2002-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş Muğan-Lapatin qışlağının 8 saylı sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə, 250 hektar torpaq sahəsi heyvandarlığı inkişaf etmək şərtilə verilmişdir. İşdə olan Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 130 saylı sərəncamının surətindən görünür ki, Lerik rayonu, Anzolu kənd sakini İddiaçı qış-otlaq sahəsinin icarəyə verilməsi barədəki ərizəsi nəzərə alınmış, İddiaçı 8 saylı qış-otlaq sahəsindən əlavə olaraq 250 (iki yüz əlli) hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə icarəyə verilmişdir. İşdə olan xx.xx.2008-ci il tarixli, 63 nömrəli X4 surətindən görünür ki, Cavabdeh başçısı ilə Lerik rayonu Anzolu kənd sakini İddiaçı arasında Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 130 saylı sərəncamı əsasında 250 (iki yüz əlli) hektar örüş torpaq sahəsinə 15 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İşdə olan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4, 6, 7-ci abzasına müvafiq olaraq, Neftçala rayonu üzrə qış-otlaq təyinatlı X9 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələsinin İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 250 (iki yüz əlli) hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İşdə olan Lerik rayon İcra Hakimiyyəti başçısının Çayurud kənd ərazi icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-65-17/2-08/2024 nömrəli arayışından görünür ki, Lerik rayonu Anzolu kənd sakini İddiaçı şəxsi təsərrüfatında hazırda 751 (yeddi yüz əlli bir) baş xırdabuynuzlu (qoyun-quzu) və 8 (səkkiz) baş iribuynuzlu (qara malı) vardır. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-67/2-755/2023 nömrəli məktubundan görünür ki, Neftçala rayonu İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı ilə onun icarənizdə olan örüş və qış-otlaq təyinatlı X9 ayrılmış 250 hektar torpaq sahəsinin istifadə hüququna xitam verilmişdir. Odur ki, qaldırdığı məsələyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasından ötəri aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunur. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-67/2-786/2023 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin yenidən onun icarə qaydasında istifadəsinə ayrılması üçün icarəsində olmuş müddət ərzində gördüyü işlərin nəticələri Qanunvericilikdə nəzərdə tutulmuş qaydada (Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsi, Torpaq Münbitliyi haqqında 30 dekabr 1999-cu il tarixli və Torpaq İcarəsi haqqında 11 dekabr 1998ci il tarixli Azərbaycan Respublikasının Qanunları) qiymətləndirildikdən sonra bu məsələyə aidiyyəti üzrə baxılacaqdır. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-67/2-479/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, əvvələr X3 icarəsində olmuş və torpaq icarə müqaviləsinə xitam verilmiş sözügedən torpaq sahəsinin sərhədlərinin, koordinatlarının naturada dəqiqləşdirilməsi, (yerində) hazırda həmin torpaq sahəsinin icarə hüququ ilə istifadə vəziyyəti barədə məlumatın verilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Eyni zamanda məlumat üçün bildiririk ki, Rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı Sərəncamın əsli Rayon İcra Hakimiyyəti tərəfindən Neftçala rayon Arxiv idarəsinə təhvil verildiyindən, sözügedən Sərəncamın əslinin və ya təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi məqsədilə Neftçala Rayon Arxiv idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1527/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli 130 nömrəli sərəncamına əsasən İddiaçı verilmiş 8 saylı qış otlaq sahəsindən 25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyata alınması barədə məlumat 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında aşkar edilməmişdir. İşdə olan Neftçala rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 48-35R.A/2-111/2024 nömrəli arxiv arayışından görünür ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 67 nömrəli sərəncamına əsasən Neftçala rayonu üzrə örüş və qış otlaq təyinatlı X9 100 hektar torpaq sahəsinin İddiaçı torpaqdan istifadə hüququna xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********307100 nömrəli məktubuna əlavə edilmiş məlumat cədvəlindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə 64 manat torpaq icarə haqqı ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 130 saylı sərəncamı ilə Lerik rayonu, Anzolu kənd sakini İddiaçı qış-otlaq sahəsinin icarəyə verilməsi barədəki ərizəsi nəzərə alınmış, İddiaçı 8 saylı qış-otlaq sahəsindən əlavə olaraq 250 (iki yüz əlli) hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4, 6, 7-ci abzasına müvafiq olaraq, Neftçala rayonu üzrə qış-otlaq təyinatlı X9 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələsinin İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 250 (iki yüz əlli) hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Belə ki, iddia ərizəsində qeyd olunanlara və məhkəmə iclaslarında iddiaçını verdiyi izahatlara əsasən sərəncamın 2016-cı ildə qəbul edilməsinə baxmayaraq iddiaçının müqavilədə qeyd edilən 15 illik müddətin son gününə kimi, yəni 2023-cü ilin iyun ayına kimi torpaq sahəsindən istifadə etdiyi müəyyən edilir. Araşdırma zamanı iddiaçı torpaq sahəsi ilə bağlı sərəncam ləğv edilsə də İcra Hakimiyyətindən ona son günə kimi maneə yaratmadıqlarını, hal-hazırda isə torpaq sahəsinin çox hissəsinin başqa şəxsin icarəsinə verildiyi bildirmişdir. İş materiallarına əlavə edilən xx.xx.2008-ci il tarixli, 63 nömrəli icra müqaviləsinin 2.13-cü bəndinə əsasən icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq öhdəliyi icarəçinin vəzifələrinə əlavə edilmişdir. Qeyd edilənlərə əsasən mübahisələndirilən sərəncam ləğv olunacağı təqdirdə iddiaçının hansı hüquqlarının bərpa edilməsi halı müəyyən edilmir. Sərəncamda və icarə müqaviləsində qeyd edilən müddət bittidiyindən məhkəmə hesab edir ki, sərəncamın ləğv olunub-olunmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmir və həmin hissədə iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktını (sərəncamını) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilmə kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilən Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4, 6, 7-ci abzasına müvafiq olaraq, Neftçala rayonu üzrə qışotlaq təyinatlı X9 qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş torpaq sahələsinin İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 250 (iki yüz əlli) hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək, istifadə hüququna xitam verilməsinə dair Cavabdeh sabiq başçısının sərəncamının (əgər varsa) ləğv edilməsini, 15 illik icarə hüququ əsasında istifadəmdə olan 250 hektar torpaq sahəsi üzrə onunla yenidən eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılmasını, müraciətinin təmin edilmədiyi halda isə istifadə hüququna xitam verilməsinə dair Cavabdeh sabiq başçısının sərəncamının ona göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamının ona aid olan hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında fasiləsiz istifadəsində olmuş 250 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması”na dair iddia tələbində subyektiv hüquqlarının pozulması ilə yanaşı həmçinin iddia müddətinə riayət etmədən, yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Eləcə də, iş materiallarına əlavə edilən Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2016-cı il tarixli, İİİTPŞ- 891 nömrəli məktuba əsasən hal-hazırda mübahisələndirilən ərəncam barədə məlumatın verildiyi müəyyən edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Lerik rayonunun Anzolu kənd sakini İddiaçı Cavabdeh Başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında Neftçala rayon torpaq fonduna aid 8 saylı qış otlaq sahəsindən 250 hektarı 15 (on beş) il müddətinə icarəyə verilmiş və müqavilə müddətində qanuni istifadəsində olmuşdur. 23 iyun 2023-cü il tarixdə icarəsinə verilmiş torpaq sahəsinə dair torpaq icarə müqaviləsinin müddəti başa çatmışdır. Yeni müddətə torpaq-icarə müqaviləsinin bağlanılması məqsədi ilə 05 may 2023-cü il tarixdə müqavilə bağlanılmasını müraciət etmiş və yuxarıda qeyd edilən əsaslarla müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə vətəndaşa rəsmi cavab verilmişdir. Qeyd edilən sərəncamdan uzun müddət keçdikdən sonra, yəni 7 ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə (poçta daxil olma tarixi) məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə üzrlü səbəbdən müddətin buraxılması ilə bağlı sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. İddiaçının tələbinin ikinci hissəsi torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılması ilə bağlıdır. Məhkəmə hesab edr ki, qeyd edilən hissə üzrədə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi inzibati orqanlar fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müsabiqənin keçirilməsi üçün müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin ikinci hissəsi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 21 fevral 2024-cü il tarixli, 2-1(120)-970/2024 nömrəli, 06 may 2024-cü il tarixli, 2-1(120)-970/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli, 2- 1(120)-970/2024 və 01 oktyabr 2024-cü il tarixli, 2-1(120)-970/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da hüquqi yardım göstərilərək qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamının ona aid olan hissədə ləğv edilməsini və Cavabdeh Başçısının 23 iyun 2008ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında fasiləsiz istifadəsində olmuş 250 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaqicarə müqaviləsi bağlanılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar