Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-972/2022 31.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X26, Üçüncü şəxs “Fuad” kəndli fermer təsərrüfatının nümayəndəsi və vəkili X31, Üçüncü şəxslər X20 və X32 iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı “Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 avqust 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(120)-543/2021 nömrəli qərardadı ilə X30, “Fuad” kəndli fermer təsərrüfatı (rəhbəri X11), X23, X27, X38 və X28 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu, Kolanı kənd sakini Vüqar Səfərov və digərlərinin X25 İddiaçınə daxil olmuş kollektiv müraciəti əsasında Abdulabad bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaqlarının qanunsuz istifadəsi ilə bağlı faktlar araşdırılarkən torpaq qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Belə ki, araşdırma zamanı əldə edilmiş sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahələrinin 60 ha hissəsi Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı qərarı əsasında 50 il müddətinə İslam Piriyevə, 100 ha hissəsi 23 mart 2003-cü il tarixli, 03 saylı qərarla 99 il müddətinə Balabikə İsmayılovaya, 13,7 ha hissəsi 15 sentyabr 2004-cü il tarixli, 10 saylı qərarına əsasən 60 il müddətinə Təranə Dəmirovaya, 84 ha hissəsi 25 mart 2004-cü il tarixli, 04 saylı qərarına əsasən 15 il müddətinə “Fuad” kəndli fermer təsərrüfatına, 30 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən 15 il müddətinə İltifat Hacıyevə, 80 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən Balabikə İsmayılovaya və 130 ha hissəsi 25 sentyabr 2005-ci il tarixli, 03 saylı qərarına əsasən Təranə Dəmirovaya ayrılmışdır. Torpaq sahələrinin icarə müddəti ilə bağlı göstərilmiş bu hal Torpaq Məcəlləsinin örüş torpaq sahələrinə münasibətdə müəyyən edilən tələblərinə zidd olmuşdur, icarə münasibətlərinin davam etdiyi illər ərzində bu xüsusata bələdiyyə tərəfindən lazımınca diqqət göstərilməmişdir. Araşdırmanın nəticəsi olaraq, göstərilən torpaq sahələrinin ayrılması üçün əsas olmuş bələdiyyə qərarlarının ləğv edilməsi və bunun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə məhkəməyə müraciət edilməsi ilə bağlı Abddulabad bələdiyyəsinə təklif verilmişdir. Verilmiş təklif xx.xx.2020-ci il tarixdə bələdiyyə sədrinə şəxsən təqdim edilsə də bələdiyyə iclasında təklifin müzakirəsi ilə bağlı idarəyə hər hansı məlumat daxil olmamışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatın 2.5.1-ci bəndinə əsasən bələdiyyə aktı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir. Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə (bələdiyyə aktının (aktlarının) surəti əlavə edilməklə) məlumat təqdim olunmasının zəruriliyi və s. məsələlər göstərilməlidir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin Təlimatın 2.5.2-ci bəndinə əsasən göstərilən ziddiyyət müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Mərkəz və ya İdarə tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 gün ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə xx.xx.2003-cü il tarixli 922 nömrəli fərmanın 2-ci bəndində göstərilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Bundan başqa həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək bələdiyyələrin iclaslarının səlahiyyətlərinə aiddir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri bələdiyyələr tərəfindən torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərin qorunması, eləcə də torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsidir. Həmin Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid edilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Orxan İsmayılov) 24 may 2021-ci il tarixli, 2- 1(120)-543/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı “Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(120)-543/2021 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(120)-543/2021 nömrəli nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən T.S.Kərimov, hakimlər T.X.Heydərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 05 iyul 2021-ci il tarixli, 2- 1(106)-378/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(120)-543/2021 nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan üçüncü şəxs “Fuad” kəndli fermer təsərrüfatı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynovdan ibarət tərkibdə) 07 dekabr 2021-ci il tarixli, 2-1(102)-2021/2021 saylı qərardadı ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-378/2021 nömrəli, 05 iyul 2021ci il tarixli qərardadından üçüncü şəxs “Fuad” kəndli fermer təsərrüfatı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatının mümkün sayılmaması və kasssiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apelyasiya məhkəmələrinə apelyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi, iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apelyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apelyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. İşin müəyyən olunan hallarından görünür ki, Hacıqabul rayonu Kolanı (Abdulabad) kəndinin bir qrup sakinləri müxtəlif Dövlət orqanlarına, o cümlədən İddiaçınə şikayət ərizələri ilə müraciət edərək, Abdulabad bələdiyyəsi tərəfindən kəndin ümumi istifadədə olan örüş təyinatlı otlaq torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərə icarəyə verilməsindən şikayətçi olmuşlar. Vətəndaşların müraciəti əsasında müvafiq araşdırmalar aparılmış, araşdırmanın nəticəsi olaraq torpaqların qanunsuz icarəyə verildiyi müəyyən olunmuş və İddiaçı tərəfindən bələdiyyəyə mübahisələndirilən qərarların ləğv olunması məsələsinin müzakirəyə çıxarılması təklif olunmuşdur. Lakin bələdiyyə tərəfindən həmin təklif müzakirəyə çıxarılmamış, qərarların ləğv edilməsi ilə bağlı müvafiq məhkəmədə iddia qaldırılmamışdır. Bu səbəbdən İddiaçı tərəfindən məhkəmədə həmin tələblə iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz sayarkən belə qənaətə gəlmişdir ki, bələdiyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın müraciəti 5 iş günü müddətində bələdiyyə tərəfindən təmin edilmədikdə, iddia ərizəsi hazırlanaraq müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 iş günü ərzində aidiyyəti məhkəməyə müraciət etməli idi. Ancaq İddiaçı cavabdeh Abdulabad bələdiyyəsinə müraciət etdiyi vaxtdan 34 iş günü sonra (xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci tarixədək) məhkəməyə müraciət etmişdir. İddiaçı isə qeyd olunan müddət ərzində məhkəməyə müraciət etməsinin səbəbini “COVİD 19” pandemiyası ilə bağlı tətbiq edilən sərt karantin rejiminin mövcudluğu ilə izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Dünyada və o cümlədən ölkəmizdə “COVİD 19” pandemiyası ilə aparılan mübarizə, həmin mübarizə çərçivəsində ölkəmizdə tətbiq edilən sərt karantin rejiminin mövcud olduğu tarixlər hamıya bəlli olan haldır və bunun əlavə sübuta ehtiyacı yoxdur. İddiaçının məhkəməyə müraciət etməli olduğu tarix də, məhz sərt karantin rejiminin tətbiq edildiyi müddətə təsadüf etmişdir. Odur ki, qeyd olunan hal üzürlü bir səbəb kimi qəbul edilməli, məhz həmin əsasla iddianın mümkünsüz hesab edilməsinə qarşı təkzibolunmaz bir arqument kimi çıxış etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməklə, apelyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iddia ərizəsi üzrə sonrakı zəruri prosessual hərəkətlərin edilməsindən ötrü inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X33, üçüncü şəxsin nümayəndəsi və vəkili X39, üçüncü şəxslər X30 və X38 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X33 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X39 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X30 və X38 iddianın əsassız olduğunu bildirdilər və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan İddiaçı Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1568/Kol-297 nömrəli məktubunun surətindən görünür ki, Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı və 25 sentyabr 2005-ci tarixli, 03 saylı qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə məhkəməyə müraciət edilməsi Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə təklif edilmişdir. İş materiallarında olan İddiaçı Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1760/Kol-297 nömrəli məktubunun surətindən görünür ki, Hacıqabul rayonu, Abdulabad bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaqlarının qanunsuz istifadəsi ilə bağlı faktlar araşdırılarkən torpaq qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Belə ki, araşdırma zamanı əldə edilmiş sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahələrinin 60,0 ha hissəsi Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000ci il tarixli, 06 saylı qərarı əsasında 50 il müddətinə İslam Piriyevə, 100,0 ha hissəsi 23 mart 2003-cü il tarixli, 03 saylı qərarla 99 il müddətinə Balabikə İsmayılovaya, 13,7 ha hissəsi 15 sentyabr 2004-cü il tarixli, 10 saylı qərarına əsasən 60 il müddətinə Təranə Dəmirovaya, 84,0 ha hissəsi 25 mart 2004-cü il tarixli, 04 saylı qərarına əsasən 15 il müddətinə “Fuad” kəndli fermer təsərrüfatına, 30,0 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən 15 il müddətinə İltifat Hacıyevə, 80,0 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən Balabikə İsmayılovaya və 130,0 ha hissəsi 25 sentyabr 2005-ci il tarixli, 03 saylı qərarına əsasən Təranə Dəmirovaya ayrılmışdır. Araşdırmanın nəticəsi olaraq, göstərilən torpaq sahələrinin ayrılması üçün əsas olmuş bələdiyyə qərarlarının ləğv edilməsi və bunun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə məhkəməyə müraciət edilməsi ilə bağlı Abddulabad bələdiyyəsinə təklif verilmişdir. Verilmiş təklif xx.xx.2020-ci il tarixdə bələdiyyə sədrinə şəxsən təqdim edilsə də, bələdiyyə iclasında təklifin müzakirəsi ilə bağl idarəyə hər hansı məlumat daxil olmamışdır. Qeyd olunur ki, yuxarıda göstərilən qərarların ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən Abdulabad bələdiyyəsinə qarşı idda ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 788 nömrəli məktubunun surətindən görünür ki, Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı iclas qərarı 24 sentyabr 2018-ci il tarixdə inzibati nəzarət qaydasında İddiaçınə daxil olmuş və hal-hazırda qüvvədədir. İş materiallarında olan Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı iclas qərarının surətindən görünür ki, “Fuad” kəndli fermer təsərrüfatına (təsisçisi X11) Hacıqabul rayonu Kolanı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi əsasında verilmiş (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış RX № 1354874, qeydiyyat tarixi xx.xx.2018-ci il) 84,0 ha örüş təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə müraciəti nəzərə alınmış, “Fuad” kəndli fermer təsərrüfatına Hacıqabul rayonu Kolanı bələdiyyəsinin (hüquqi varisi Abdulabad bələdiyyəsi) xx.xx.2004cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi əsasında verilmiş (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış RX № 1354874, qeydiyyat tarixi xx.xx.2018-ci il) 84,0 ha örüş təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilmişdir. İş materiallarında olan Hacıqabul rayonu Kolanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı iclas protokolunun surətindən görünür ki, Təranə Dəmirovaya heyvandarlıq ferması yaratmaq üçün 39 illik müddətə 130,0 hektar örüş sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 03 saylı X29 surətindən görünür ki, X23 ilə Hacıqabul rayonu Kolanı bələdiyyəsi arasında 130,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 39 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X13 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 130,0 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Torpaq üzərində icarə hüququnun alqısatqı müqaviləsi”nin surətindən görünür ki, X4 “Asan Xidmət” mərkəzində notariat kontorunun 3M-254 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq üzərində olan icarə hüququnu alqı-satqı müqaviləsi əsasında X2. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X14 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 130 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul rayonu Kolanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 02 saylı iclas protokolunun surətindən görünür ki, X10 təsərrüfatı yaratmaq məqsədilə 45 illik müddətə 30,0 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 02 saylı X29 surətindən görünür ki, X28 ilə Hacıqabul rayonu Kolanı bələdiyyəsi arasında 30,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 45 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X15 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 30, ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Torpaq üzərində icarə hüququnun alqısatqı müqaviləsi”nin surətindən görünür ki, X5 “Asan Xidmət” mərkəzində notariat kontorunun 3M-217 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq üzərində olan icarə hüququnu alqı-satqı müqaviləsi əsasında X3. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X20 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 30,0 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul rayonu Kolanı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı iclas protokolunun surətindən görünür ki, Hacıqabul rayonu, Kolanı kənd sakini X6 ərizəsi nəzərə alınmaqla, onun rəhbərlik etdiyi “Fuad” kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək, heyvandarlıqla məşğul olmaq üçün 50 illik icarə müqaviləsi ilə 84,0 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 104 saylı X29 surətindən görünür ki, X11 ilə Hacıqabul rayonu Kolanı bələdiyyəsi arasında 84,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 50 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, “Fuad” kəndli fermer təsərrüfatının Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 84,0 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul rayonu Kolanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 02 saylı iclas protokolunun surətindən görünür ki, Hacıqabul rayonu, Kolanı kənd sakini X6 ərizəsi nəzərə alınmaqla, onun rəhbərlik etdiyi “Fuad” kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək, heyvandarlıqla məşğul olmaq üçün 30 illik icarə müqaviləsi ilə 80,0 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 02 saylı X29 surətindən görünür ki, X11 ilə Hacıqabul rayonu Kolanı bələdiyyəsi arasında 80,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 30 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Torpaq üzərində icarə hüququnun alqısatqı müqaviləsi”nin surətindən görünür ki, X1 “Asan Xidmət” mərkəzində notariat kontorunun 3M-253 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq üzərində olan icarə hüququnu alqı-satqı müqaviləsi əsasında X2. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X14 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 80,0 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X13 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 13,7 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Beləliklə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan 15 günlük müddətdir. Hazırkı işin hallarından müəyyən olunur ki, Hacıqabul rayonu Kolanı (hazırda Abdulabad) bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaq sahələrinin 60,0 ha hissəsi Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı qərarı əsasında 50 il müddətinə İslam Piriyevə, 100,0 ha hissəsi 23 mart 2003-cü il tarixli, 03 saylı qərarla 99 il müddətinə Balabikə İsmayılovaya, 13,7 ha hissəsi 15 sentyabr 2004-cü il tarixli, 10 saylı qərarına əsasən 60 il müddətinə Təranə Dəmirovaya, 84,0 ha hissəsi 25 mart 2004-cü il tarixli, 04 saylı qərarına əsasən 15 il müddətinə “Fuad” kəndli fermer təsərrüfatına, 30,0 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən 15 il müddətinə İltifat Hacıyevə, 80,0 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən Balabikə İsmayılovaya və 130,0 ha hissəsi 25 sentyabr 2005-ci il tarixli, 03 saylı qərarına əsasən Təranə Dəmirovaya ayrılmışdır. Sonradan həmin bələdiyyənin 24 avqust 2018-ci il tarixli, 11 saylı iclas qərarı ilə “Fuad” kəndli fermer təsərrüfatına (təsisçisi X11) Hacıqabul rayonu Kolanı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi əsasında verilmiş (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış RX № 1354874, qeydiyyat tarixi xx.xx.2018-ci il) 84,0 ha örüş təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə müraciəti nəzərə alınmış, “Fuad” kəndli fermer təsərrüfatına Hacıqabul rayonu Kolanı bələdiyyəsinin (hüquqi varisi Abdulabad bələdiyyəsi) xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı və xx.xx.2004cü il tarixli, 03 saylı icarə müqaviləsi əsasında verilmiş (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış RX № 1354874, qeydiyyat tarixi xx.xx.2018-ci il) 84,0 ha örüş təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilmişdir. Eyni zamanda işin hallarından müəyyən olunur ki, X13 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 130,0 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və X4 “Asan Xidmət” mərkəzində notariat kontorunun 3M-254 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq üzərində olan icarə hüququnu alqı-satqı müqaviləsi əsasında X7, X14 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 130,0 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə işin hallarından müəyyən olunur ki, X15 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 30, ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X5 “Asan Xidmət” mərkəzində notariat kontorunun 3M-217 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq üzərində olan icarə hüququnu alqı-satqı müqaviləsi əsasında X8 və X20 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 30,0 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə işin hallarından müəyyən olunur ki, “Fuad” kəndli fermer təsərrüfatının Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 84,0 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə işin hallarından müəyyən olunur ki, X11 ilə Hacıqabul rayonu Kolanı bələdiyyəsi arasında 80,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 30 illik icarə müqaviləsi bağlanmış, X1 “Asan Xidmət” mərkəzində notariat kontorunun 3M-253 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq üzərində olan icarə hüququnu alqı-satqı müqaviləsi əsasında X7, X14 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 80,0 ha torpaq sahəsi üzərində olan ********** nömrəli icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə işin hallarından müəyyən olunur ki, X13 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 13,7 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda işin hallarından müəyyən olunur ki, sözügedən torpaq sahələri üzrə yüklülüyün müddəti (X13 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən 13,7 ha torpaq sahəsi üzərində olan icarə hüququ istisna olmaqla) 15 il müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ırazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının əsas dəlil kimi irəli sürdüyü hal, yəni Torpaq sahələrinin icarə müddəti ilə bağlı göstərilmiş bu hallar aradan qaldırılılmaqla, qanunla müəyyən edilmiş müddət üzrə icarəçilərin həmin torpaq sahələri üzərində olan icarə hüquqları dövlət qeydiyyatına alınaraq, onlara daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmiş və mübahisəli torpaq sahələri hazırda səmərəli istifadə olunmaqdadır. Torpağı icarəyə vermə səlahiyyətində olan orqan (Hacıqabul rayonu Abdulabada Bələdiyyəsi) həmin müqavilələrdən irəli gələn nəticələrdən məmundur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, Hacıqabul rayonu Kolanı bələdiyyəsinin 15 sentyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə X9 təsərrüfatının inkişafı üçün 13,7 ha torpaq sahəsi ayrılmış, Hacıqabul rayonu Kolanı bələdiyyəsi ilə X23 arasında torpaq icarə müqaviləsi bağlanmış, həmin torpaq sahəsi üzərində Təranə Dəmirovanın hüquqları dövlət qeydiyyatına alınaraq, ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmiş və mübahisəli torpaq sahəsi hazırda səmərəli istifadə olunmaqdadır. Torpağı icarəyə vermə səlahiyyətində olan orqan (Hacıqabul rayonu Abdulabada Bələdiyyəsi) həmin müqavilədən irəli gələn nəticələrdən məmundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və iddia rədd edilməlidir. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı “Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı “Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-972/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-972/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver