Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-972/2024 25.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən “Mil” üzüm emalı zavodu dövlət müəssisəsinin daşınmaz əmlakının xx.xx.2003-cü il tarixdən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi tərəfindən hərbi texnikanın saxlanılması və xidmət olunması məqsədi ilə istismarı və istifadəsi üçün 2925323,0 (iki milyon doqquz yüz iyirmi beş min üç yüz iyirmi üç) manat məbləğində kompensasiyasının verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6807/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın verilməsi” barədə iddia tələbinə dair inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən “MİL” üzüm emalı zavodu dövlət müəssisəsinin daşınmaz əmlakı (12662,4 kv.m) xx.xx.2003-cü il tarixdən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saylı hərbi hissəsi tərəfindən hərbi texnikanın saxlanılması və xidmət olunması məqsədi ilə istismar olunur və bu əmlaklardan istifadə hüququ üçün onlara heç bir haqq ödənilməmişdir. Cavabdeh tərəfindən bu günə kimi iddiaçıya kompensasiya məbləğinin ödənilməsinə görə heç bir tədbir görülməmiş, cavabdeh tərəfindən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməmiş və bunun nəticəsində cəmiyyətə 2925323,0 (iki milyon doqquz yüz iyirmi beş min üç yüz iyirmi üç) manat məbləğində ziyan dəymişdir və cəmiyyət tam iflic vəziyyətinə düşmüşdür. Öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi barədə dəfələrlə cavabdehə yazılı və şifahi qaydada müraciət olunsa da bununla əlaqədar hec bir tədbir görülməmiş, öhdəliklər yerinə yetirilməmiş və onların hüquqları pozulmuşdur. Hesab edirik ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın istifadəsi və istismarı üçün iddiaçıya kompensasiya ödənilməlidir. Şərh olunanlar və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən iddiaçı "xxxx" MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən “MİL” üzüm emalı zavodu dövlət müəssisəsinin daşınmaz əmlakının (12662,4 kv.m) xx.xx.2003-cü il tarixdən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi tərəfindən hərbi texnikanın saxlanılması və xidmət olunması məqsədi ilə istismarı və istifadəsi üçün 2925323,0 (iki milyon doqquz yüz iyirmi beş min üç yüz iyirmi üç) manat məbləğində kompensasiyanın verilməsinin cavabdeh-Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edəsiniz. Şifahi məhkəmə iclasında izahatında iddiaçı Vəkil iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiacı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi X3 Haqqında şəhadətnamədən və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı ********** nömrəli vöen ilə 8 saylı ərazi vergilər idarəsində xx.xx.2003-cü il tarixdən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Beyləqan rayonu, Milabad qəsəbəsi, maliyyə ili 01 yanvar-31 dekabr, nizamnamə kapitalı 80,887.77 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2613 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 188 nömrəli əmrinin icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsinin nümayəndələrinin iştirakı ilə “Mil” üzüm emalı zavodu ilə Müdafiə Nazirliyi arasında qeyd edilən torpaq sahəsinin və üzərində yerləşən bina və qurğuları təhvil-qəbulu həyata keçirilmiş və xx.xx.2019-cu il tarixli 1 (bir) nömrəli akt tərtib olunaraq təsdiq edilmişdir. “Mil” üzüm emalı zavoduna məxsus torpaq sahəsinin və tikililərin dəyəri ******* manat (bir milyon iki yüz əlli min manat) 00 qəpik Müdafiə Nazirliyi tərəfindən İddiaçı MMC-nin üzvlərinə ödənilmişdir. xx.xx.2019cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqqaviləsi imzalanmış, "Mil” üzüm emalı zavoduna məxsus olmuş 1,6048 hektar torpaq sahəsi və həmin torpaq üzərində 12662,4 m2 ərazidə yerləşən bina və qurğular həmin tarixdən Müdafiə Nazirliyinin mülkiyyətinə keçirilmişdir. Bununla əlaqədar olaraq müvafiq sənədlərin kserosurətləri və iddia ərizəsinə qarşı etiraz Sizə təqdim edilir. İşdə olan xx.xx.2019-cu il tarixli, AN-0808629 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1ində istifadədə olan 1.6048 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 12662.4 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət üzrə onlara məxsus hissədən alıcının mülkiyyətinə verilmiş, daşınmaz əmlkı ******* manat 00 qəpik (bir milyon iki yüz əlli min manat sıfır qəpik) qiymətinə satılmış, və həmin pul məbləği satıcının depozit hesabına köçürülmüşdür. İşdə olan iddiacı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli pritenziyada qeyd edilmişdir ki, “MİL-QARABAG" MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən “MİL” üzüm emalı zavodu dövlət müəssisəsinin daşınmaz əmlakı (12662,4 kv.m) xx.xx.2003-cü il tarixdən bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi tərəfindən hərbi texnikanın saxlanılması və xidmət olunması məqsədi ilə istismar olunur və bu əmlaklardan istifadə hüququ üçün bizə tərəfinizdən heç bir haqq ödənilməmişdir. Sizin tərəfinizdən bu günə kimi bizə kompensasiya məbləğinin ödənilməsinə görə heç bir tədbir görülməmiş, öz üzərinizə götürdüyünüz öhdəliklər yerinə yetirilməmiş və bunun nəticəsində cəmiyyətimizə 2925323,0 (iki milyon doqquz yüz iyirmi beş min üç yüz iyirmi üç) manat məbləğində ziyan dəymişdir və cəmiyyətimiz tam iflic vəziyyətinə düşmüşdür. Öhdəliklərinizin yerinə yetirilməsinin təmin edilməsi barədə dəfələrlə Sizə yazılı və şifahi qaydada müraciət olunsa da bununla əlaqədar hec bir tədbir görülməmiş, öhdəliklər tərəfinizdən yerinə yetirilməmiş və bizim hüquqlarımız pozulmuşdur. Bununla əlaqədar, aşağıdakıları Sizin nəzərinizə çatdırırıq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən (mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasları) başqa şəxsə zərər vurulması öhdəliyin əmələ gəlmə əsaslarından biridir; -həmin Məcəllənin 21.2-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -həmin Məcəllənin 385.1-ci maddəsinə (öhdəlik anlayışı) görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -həmin Məcəllənin 430.1-ci maddəsinə (öhdəliyin icrasından imtina) əsasən öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişməyə yol verilmir; -həmin Məcəllənin 442-ci maddəsinə (öhdəliyin icra edilməsi anlayışı) əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -həmin Məcəllənin 448.1-ci maddəsinə (öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti) əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -həmin Məcəllənin 449.1-ci maddəsinə (pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət) əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, öhdəlikərinizin 20 gün müddətində yerinə yetirilməsini Sizdən xahiş edirik. Öhdəliklərinizin yerinə yetirlməməsi təqdirdə cəmiyyətimizəə dəymiş zərərin ödənilməsi barədə də iddia tələbimiz istisna olunmur. Qeyd olunmuş müddət ərzində tələbimiz yerinə yetirilməzsə, Sizə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırılacaqdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-25-4/2-826/2024 nömrəli etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında (İş №2-1(120)-3436/2023) İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «kompensasiyanın verilməsi” tələbinə dair inzibati işə baxılır. Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən ona məxsus ünvan 1i ünvanında yerləşən “MİL” üzüm emalı zavodu dövlət müəssisəsinin daşınmaz əmlakın (12662,4 kv.m) 25 fevral 2003-cü il tarixdən bu günə kimi “N” saylı hərbi hissə tərəfindən hərbi texnikanın saxlanılması və xidmət olunması məqsədi ilə istismarı və istifadəsi üçün 2925323,0 manat məbləğində kompensasiyanın verilməsi tələb edir. İlk növbədə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Müdafiə Nazirliyi ilə İddiaçı MMC arasında hər hansı bir icarə müqaviləsi bağlanılmamış və həç bir öhdəlik götürülməmişdir. Qanunvericiliyinin tələblərinə əsasən icarə müqaviləsinin bağlanılması Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil, bu səlahiyyətlər-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə aiddir. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikilərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi” Qaydasının 2-ci bəndinə əsasən vətəndaşların mülkiyyətində olan binalar, tikililər, nəqliyyat vasitələri və digər əmlak müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təmin edilməsinə cəlb edilə bilər. Həmin Qaydanın 3-cü bəndinə əsasən vətəndaşların mülkiyyətində olan əmlakın müharibə dövründə müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb olunması ilə əlaqədar onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Maliyyə Nazirliyinin, Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər maraqlı təşkilatların nümayəndələri tərəfindən təyin edilir. Həmin Qaydanın 4-cü bəndinə əsasən müharibə dövründə mülkiyyətində olan binaların, tikililərin, nəqliyyat vasitələrinin və diqər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2017-ci il tarixli 45 nömrəli qərarı ilə Beyləqan rayonunun Milabad qəsəbəsində "xxxx" MMC-nə məxsus “Mil” üzüm emalı zavodunun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan (9,71775 hektar torpaq sahəsindən istifadə hüququnun və həmin torpaq üzərində 12422,9 kv.m ərazidə yerləşən bina və qurğuları dövlət ehtiyacları üçün alan orqan Azrbaycan Respublikası Müdafiə Nazirliyi müəyyən edilmişdir. Müdafiə Nazirinin 20 may 2019-cu il tarixli 188 nömrəli əmrinin icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsinin nümayəndələrinin iştirakı ilə “ Mil” üzüm zavodu ilə Müdafiə Nazirliyi arasında qeyd edilən torpaq sahəsi və onun üzərində yerləşən bina və qurğuların təhvil-qəbulu həyata keçirilmiş və 24 may 2019-cu il tarixli 1 nömrəli akt tərtib olunaraq təsdiq edilmişdir. “Mil” üzüm emalı zavoduna məxsus torpaq sahəsinin və tikililərin dəyəri ******* manat 00 qəpik (bir milyon iki yüz əlli min manat 00 qəpik) Müdafiə Nazirliyi tərəfindən İddiaçı MMC-nə (üzvlərinə) ödənilmişdir. Bununla əlaqədar olaraq 28 dekabr 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmış və “Mil” üzüm emalı zavoduna məxsus olmuş 1,6048 hektar torpaq sahəsi və həmin torpaqın üzərində 12662,4 kv.m ərazidə yerləşən bina və qurğular həmin tarixdən Müdafiə Nazirliyinin mülkiyyətinə keçirilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı MMC iddia tələbi ilə yerli icra hakimiyyətində yaradılan komissiyaya müraciət etməlidir. Belə olan halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iş üzrə cavabdeh ola bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «kompensasiyanın verilməsi" tələbinə dair iddia ərizəsini rədd edəsiniz. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci madəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbindən müəyyən olunur ki, iddiaçı 2003-cü il tarixindən etibarən xx.xx.2019cu il tarixinədək yəni iddiaçı həmin əmlakla bağlı alqı-satqı müqaviləsi bağlandığı dövrə qədər olan dövr ərzində ona məxsus olan torpaq sahəsindən cavabdehin istifadə etdiyi üçün ona ziyan dəymiş və həmin ziyana görə cavabdeh ona kompensasiya ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 16 (on altı) il ərzində əmlakının boşaldılması və ona təhvil verilməsi üçün cavabdeh inzibati orqana müraciət etməmiş, hər hansı qaydada ona qarşı etirazını və ya pretenziyasını irəli sürməmişdirlər. Bununla yanaşı iddiaçı xx.xx.2019-cu il tarixli, AN-0808629 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış, ünvan 1ində istifadədə olan 1.6048 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 12662.4 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət üzrə onlara məxsus hissələri alıcının mülkiyyətinə vermiş, daşınmaz əmlkı ******* manat 00 qəpik (bir milyon iki yüz əlli min manat sıfır qəpik) qiymətinə satmış, həmin pul məbləği satıcının depozit hesabına köçürüldüyü zaman hər hansı etiraz irəli sürməyərək müqaviləni bağlamışdırlar. Məhkəmə belə hesab edirki, iddiaçı həmin əmlak barəsində alqı-satıqı müqaviləsi bağlayarkən, əmlakın satış qiyməti ilə razılaşmayaraq əldən çıxmış faydanıda tələb etmək iqtidarında olmuşlar, lakin hər hansı münasibət və ya etiraz bildirmədən müqaviləni imzalamışdırlar. Bunanla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının həmin müddət ərzində (2003-2019) hansı məbləğdə gəlir əldə edəcəyini və cavabdeh inzibati orqan tərəfindən ona hansı məbləğdə ziyan vurulduğunu sübut edə bilməmişdir. Nəzərə aldıqda ki, iddiaçının fəaliyyəti kənd təsərüfatı ilə əlaqədar olmuş, belə olan halda iddiaçı tərəfindən əldə oluna biləcək gəlir mücərrəd olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıya kompensasiyanın verilməməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçının ondan maddi və mənəvi ziyanın tutulması tələbi də əsassızdır. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kompensasiyanın verilməsindən imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-972/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-972/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver