Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-973/2022 19.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və X4 qarşı “evdən kənarda tikdiyi əmlakın sökülüb gətirilməsinin təmin olunması, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin təmin olunması” tələbinə dair iddiası üzrə iş materiallarına 19 aprel 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdehlər Cavabdehnə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evdən kənarda tikdiyi əmlakın sökülüb gətirilməsinin təmin olunması, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin təmin olunması, sabiq qonşusu Surayə Atayevanın, ona edilmiş etibarından sui-istifadə edərək, heç bir məlumat vermədən qudası tərəfindən əmlakının mənimsənilməsinə şərait yaratdığı üçün əməlinin hüquqi müstəvidə həllinin tapılması və onun tərəfindən mənimsənilmiş əmlakının dəyərinin ödənilməsi, əmlak hüququnun pozulmasında rəhbərlik edərək kobud qanun pozuntusuna yol vermiş vəzifəli və fiziki şəxslərin hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi üçün tədbir görülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Orxan İsmayılov) 17 mart 2021-ci il tarixli, 2- 1(120)-419/2021 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(120)-419/2021 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Z.A.Zeynalov, hakimlər M.K.Həsənov və Z.M.Allahyarovdan ibarət tərkibdə) 19 avqust 2021-ci il tarixli, 2-1(106)-420/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(120)-419/2021 nömrəli qərardadının ləğv edilməsi, işə baxılması üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2-1(102)-2200/2021 nömrəli qərarı ilə (hakimlər K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynovdan ibarət tərkibdə) Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-420/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X2 gəlmiş, digər cavabdeh X5 isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iş üzrə iddia ərizəsinin geri qaytarılması və icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. İddiaçı cavabdehlər Cavabdehnə və X4 qarşı “evdən kənarda tikdiyi əmlakın sökülüb gətirilməsinin təmin olunması, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsinin təmin olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-973/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-973/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver