Məhkəmə qərarları › İş №2-1(120)-973/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-973/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-973/2025 05.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prossesual Məcəllənin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N953-cü ildə Beyləqan rayonunun Eyvazalılar kəndində kolxozçu ailəsində anadan olmuşdur. N972-N974-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra X3 daxil olmuşdur. Uzun müddət müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Erməni işğalçılarının Dağlıq Qarabağ ərazisini işğal etdiyi və ölkəyə qarşı müharibə apardığı vaxtda o Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Azərbaycan Rüspublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. N saylı hərbi hissə komandirinin N9 avqust N993-cü il tarixli 202 saylı əmri ilə İİİ bölük komandiri vəzifəsi həvalə edilərək hissənin bütün təminat növləri ilə təmin edilməklə, şəxsi heyətin siyahısına daxil edilmiş və N3 noyabr N993-cü il tarixli 283 saylı əmrlə Xocavənd rayonu döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyinə görə 3 (üç) qat pul təminatı ilə təmin olunmuşdur. Lakin həmin hərbi hissənin ləğv olunmasından sonra onun N saylı hərbi hissədə xidmətini davam etdirməyinə baxmayaraq, həmin hərbi hissədən tərxis olunması barədə məlumatın olmamasına görə o, veteran statusu ala bilmir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N may N994-cü il tarixli 407 nömrəli əmri ilə o, İİ taborun şəxsi heyyəti siyahısına bütün təminat növlərinə salınaraq əsgəri vəzifənin icrasına başlamışdır. Müdafiə Nazirinin 29 iyun N995-ci il tarixli N69 saylı əmrinə əsasən Silahlı Qüvvələr sıralarından tərxis olunaraq N saylı hərbi hissə komandirininn N iyul N995-ci il tarixli 82N saylı əmrilə qeydiyyata düşmək üçün Beyləqan rayon hərbi komissarlığına göndərilmişdir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN yanvar 20N6-cı il tarixli N45 saylı arayışı əlavə olunur). Lakin onun döyüşlərdə iştirak etməyi hərbi biletində qeyd olunmadığı üçün o “müharibə veteranı” statusu ala bilmir. Bildirir ki, NN noyabr N993-cü ildən N may N994-cü il tarixinədək olan hərbi xidməti barədə məlumat yoxdur. Belə ki, həmin məlumatların olmaması ilə bağlı onun heç bir məsuliyyəti yoxdur. Çünki həmin məlumatların hər hansı formada sənədləşdirilməsi onun səlahiyyətində olmayıb və onun həmin dövrlər üzrə xidmətdə olmağını təsdiqləyəcək sənədləri hazırlamaqda onun səlahiyyəti olmayıb. Həmin dövrdə o, xidmətdə olmuş, o dövrdə onun xidmətdən yayınmağı barədə heç bir məlumat yoxdur. Bu barədə Füzuli Hərbi prokurorluğunun məktubu da ərizəyə əlavə olunur. Ona görə də hesab edir ki, onun döyüşlərdə iştirak etmə faktı məhkəmə qaydasında müəyyən olunmalı, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi Müdafiə Nazirliyinin üzərinə öhdəlik kimi qoyulmalıdır. Onun döyüşlərdə iştirak etməyini X6 və X4, X2 təsdiq edə bilərlər. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə qeyd etmək zəruridir ki, Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N- dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezam olunması və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Ezam olunma dedikdə hərbi qullquçunun hərbi hissə komandirinin əmri ilə digər hərbi hissə və ya orqana müəyyən müddətə göndərilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N (702) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 283 nömrəli əmrində İddiaçı Xocavənd döyüş əməliyyatları zonasında döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Beyləqan RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPMnin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İPM-in N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, Müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. "İnzibati İcraat Haqqında” Qanunun N.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.N -ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Əsaslandırıcı hissə: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan; Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N45 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, çavuş XN0 N №-li hərbi hissə komandirinin N9 avqust N993-ci il tarixli 202 №-li əmrilə (əsas: § N, səh.-44. Əmrdə adı İsim yazılmışdır) İİİ bölük komandiri vəzifəsi həvalə edilərək hissənin bütün təminat növləri ilə təmin edilməklə şəxsi heyətin siyahısına daxil edilmiş və N3 noyabr N993-cü il tarixli N №-li əmrilə (əsas: § 2, səh.-22, sıra-74 Əmrdə adı İsim yazılmışdır) Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyindən üç (3) qat pul təminatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N4 noyabr N993-cü il tarixədək olan əmrlərində İddiaçı hərbi hissədən xaric olması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N may N994-ci il tarixli 407 №-li əmrilə (əsas: § 3, səh.-N8, sıra-N6) N953-cü il təvəllüdlü, Beyləqan RHK-ğı tərəfindən çağırılmış, çavuş İddiaçı İİ taburun şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə salınaraq əsgəri vəzifəsinin icrasına başlamış və Azərbaycan Respublikası Müdafiə Nazrinin 29 iyun N995-ci il tarixli N69 №-li əmrinə əsasən 5-ci MAT-un əsgəri, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıralarından tərxis olunduğu üçün komandirin N iyul N995-ci il tarixli 82N №-li əmrilə (əsas: § N, səh -6, sıra-N4. Əmrdə adı İsim yazılmışdır) qeydiyyata düşmək üçün Beyləqan rayon hərbi komissarlığına göndərilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanına N3 iyul 20N5-ci il tarixli 9/2-4557 №-li və 27 oktyabr 20N5-ci il tarixli 9/2-7520 №-li məktublarla ətraflı cavab göndərilmişdir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli N7/9N4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və cinayət işi qeydə alınmamışdır. xx.xx.N995-ci il tarixli məzuniyyət vərəqəsindən müəyyən olunur ki, İddiaçı həqiqətən də N nömrəli hərbi hissədən xx.xx.N995-ci ildən xx.xx.N995-ci ilədək Bakı-Beyləqan şəhərinə icazəlidir. xx.xx.N994-cü il tarixli Təşəkkürnamədən müəyyən edilir ki, İddiaçı vətən torpağının azadlığı uğrunda döyüşlərdə iştirak etdiyinə görə N nömrəli hərbi hissənin şəxsi heyəti adından təşəkkür edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissədə qulluq edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N953-cü il təvəllüdlü İddiaçı hərbi xidmət müddəti barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən ünvanına göndərilmiş xx.xx.20N6-cı il tarixli 9/2-N45 saylı Arxiv Arayışında- N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 nömrəli əmrilə (əsas: & N, səh.-44. Əmrdə adı İsim yazılmışdır) lİl bölük komandiri vəzifəsi həvalə edilərək hissənin bütün təminat növlərilə təmin edilməklə şəxsi heyətin siyahısına daxil edilmiş və N3 noyabr N993-cü il tarixli 283 nömrəli əmrilə Xocavənd rayon döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirdiyindən 3 (üç) qat pul təminatı ilə təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N4 noyabr N993-cü il tarixədək olan əmrlərində İddiaçı hərbi hissədən xaric olması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N may N994-cü ii tarixli 407 nömrəli əmrilə N953-cü il təvəllüdlü, Beyləqan RHK-ğı tərəfindən çağırılmış, çavuş İddiaçı İİ taburun şəxsi heyətinin siyahısına, bütün təminat növlərinə salınaraq əsgəri vəzifəsinin icrasına başlamış və Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 iyun N995-ci il tarixli N69 nömrəli əmrinə əsasən 5-ci MAT-un əsgəri, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğu üçün komandirin N iyul N995-ci il tarixli 82N nömrəli əmrilə qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. xx.xx.N953-cü il təvəllüdlü İddiaçı adına yazılmış H3 № ******* saylı Hərbi biletində N nömrəli hərbi hissədən xx.xx.N995-ci il tarixdə (əmr 82N) tərxis edilməsi yazılmış, lakin imza edilməmiş, möhürlə təsdiq edilməmiş, barəsində təqssrləndirici material və cinayət işi olub-olmaması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, döyüş əməliyyatlarında iştirak etməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi, habelə xidmət dövrü yaralanması və digər məlumatlar aşkar edilmədi. Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli N7/9N4 nömrəli məktubunda İddiaçı Kamai oğlu barəsində “Füzuli Hərbi Prokurorluğunda təqssrləndirici material və cinayət işi qeydə alınmamışdır” yazılmışdır. İddiaçı məxsus H3 seriyalı № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N972-ci il tarixdən xx.xx.N974-cü il tarixədək Sovet ordusu siralarında hərbi xidmətdə olmuş, xx.xx.N995-ci il tarixdə tərxis olunmuşdur. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N434 nömrəli məktubunda qeyd edilmişdir ki, N(702) №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 №-li əmrilə (əsas: §-N, səh-44, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) çavuş İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü bölüyün bölük komandiri vəzifəsinə təyin edilmişdir. N(702) №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrində (əsas: §-2, səh-22, sıra-74, əmrdə atasının adı, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) İddiaçı Xocavənd döyüş əməliyyatları zonasında döyüş tapşırığını yerinə yetirərək üç qat əmək haqqı alması barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin dekabr N993 may N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Beyləqan RHK-dan çağırılmış, N953-cü il təvəllüdlü, çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 №-li əmrilə (əsas: §-3, səh-N8, sıra-6, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) xx.xx.N994-cü il tarixdən hərbi hissənin 2-ci taborunun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ müavinatlarla təmin olunmuş və əsgəri vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 466 №-li əmrilə (əsas: §-7, səh-43, sıra-2, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) 2-ci taborun hərbi qulluqçusu, çavuş İddiaçı müddətdən artıq hərbi xidmətdə sayılmaqla sanitar təlimatçı vəzifəsinin icrasına davam etmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 545 №-li əmrilə (əsas; səh 28, § 2, sıra N7, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 3-cü il dönümü münasibəti ilə, 2-ci MAT-ın hərbi qulluqçusu, çavuş İddiaçı pul mükafatı verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 627 №-li əmrilə (əsas: §-N4, səh-N3, sıra-5) “Yeni il” münasibəti ilə nümunəvi xidmətinə görə, 2-ci taburun hərbi qulluqçusu, çavuş İddiaçı “Təşəkkümamə” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli N69 №-li əmrinə əsasən, N953-cü il təvəllüdlü, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 82N №-li əmrilə (əsas: §-N, səh-6, sıra-N4) qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. Beyləqan Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 39/67/2-6539 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon Eyvazalılar kənd sakini İddiaçı barəsində Beyləqan rayon polis şöbəsində təqsirləndirici material yoxdur. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2343 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvarmay N994 cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin dekabr N993, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 407 nömrəli əmrində qeyd edilmişdir ki, Serjant (Leytenant) İddiaçı İİİ bölüyün, bölük komandiri vəzifəsi həvalə edilsin, hissənin bütün təminat növlərilə təmin edilsin, şəxsi heyət siyahısına daxil edilməklə, əmək haqqı ştat cədvəlinə uyğun məbləğdə müəyyənləşdirilsin. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 466 nömrəli əmrində qeyd edilmişdir ki, N №-li hərbi hissənin ayrı-ayrı bölük və divizionlarında xidmət edən aşağıda adları göstərilən əsgərlər müddətdən artıq hərbi xidmətdə sayılmaqla ayrı-ayrı vəzifələrə təyin edilsinlər və xidməti vəzifələrinin icrasını davam etdirsinlər. 2.çav. İddiaçı- sanitar təlimatçısı 2-tab. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 545 nömrəli əmrində qeyd edilmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranması ilə əlaqədar 3-cü il dönümü münasibətilə N №-li hərbi hissədə xidmət edən aşağıda adları göstərilən çavuş və əsgərlər 5 (beş) min manat məbləğində pul mükafatı ilə təltif edilsinlər. N7. çav. İddiaçı Kamaİ-2 tab. (hərbi vəzifəsi qeyd olunmamışdır) N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 627 nömrəli əmrində qeyd edilmişdir ki, N №-li hərbi hissənin aşağıda adları göstərilən əsgər və zabitləri Yeni il münasibəti ilə nümunəvi xidmətlərinə görə təltif edilsinlər. İ.Təşəkkürnamə ilə: 2-ci tabur üzrə. 5.çav. İddiaçı oğ (hərbi vəzifəsi qeyd olunmamışdır). N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 202 nömrəli əmrində qeyd edilmişdir ki, Serjant (Leytenant) İddiaçı İİİ bölüyün, bölük komandiri vəzifəsi həvalə edilsin, hissənin bütün təminat növlərilə təmin edilsin, şəxsi heyət siyahısına daxil edilməklə, əmək haqqı ştat cədvəlinə uyğun məbləğdə müəyyənləşdirilsin. N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 82N nömrəli əmrində qeyd edilmişdir ki, N №-li hərbi hissənin ayrı-ayrı tabur və bölüklərində xidmət edən aşağıda adları göstərilən hərbi qulluqçular Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N69 №-li 29.06.95-ci il tarixli əmrinə əsasən (əmrin tarixi 29.06.95-ci il, nömrəsi N69 yazılmışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunsunlar və qeydiyyat üçün müvafiq hərbi komissarlıqlara göndərilsinlər. N4.çavuş İddiaçı-N953 Beyləqan 5 MAT (hərbi vəzifəsi qeyd olunmamışdır) Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2298 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində N (702) №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 №-li, xx.xx.N993-cü il tarixli N №-li və N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 №-li, xx.xx.N994-cü il tarixli 466 №-li, xx.xx.N994cü il tarixli 545 №-li, xx.xx.N994-cü il tarixli 627 №-li, xx.xx.N995-ci il tarixli 82N №-li əmrlərindən Arxiv Çıxarışları və Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli N69a №-li əmrinin təsdiqedilmiş kserosurəti ünvanınıza göndərilir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin dekabr N993, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil ölməmişdir. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, döyüş əməliyyatlarının aparıldığı dövrdə N (702) nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən hərbi xidmətə başlamış, lakin həmin dövrdə barəsində sonuncu dəfə xx.xx.N993-cü il tarixdə xidmətdə olması barədə məlumatlar qeyd edilmişdir. Arxiv sənədlərində N nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, vanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında vətəndaş İddiaçı barəsində məlumatın aşkar olunmaması və atəşkəs elan olunduqdan yəni xx.xx.N994-cü il tarixdən sonrakı müddətdə Beyləqan RHK-dan çağırılmaqla N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 407 nömrəli əmrilə bu tarixdən şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla təmin olunmuş və əsgəri vəzifəsinin icrasına baxşlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. N nömrəli hərbi hissənin sabiq komandiri X2, Qarabağ müharibəsi veteranı X5 və Qarabağ müharibəsi veteranı X6 izahatlarda qeyd etmişlər ki, N993-cü il noyabr ayında N saylı hərbi hissənin şəxsi heyəti N saylı hərbi hissəyə köçürülmüş, və İddiaçı N saylı hərbi hissənin tərkibinə qatılmış və həqiqətən də N993-N994-cü illər ərzində N və N saylı hərbi hissənin tərkibində Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə onlar birgə iştirak etmiş və döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişlər. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 9-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. - 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş N9 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, iş materiallarında olan sənədlərdən müəyyən edir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli arayışında İddiaçı həqiqətən N nömrəli hərbi hissədə qulluq edib, daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 407 nömrəli əmrində ona İİİ bölüyün bölük komandiri vəzifəsi həvalə edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 466 nömrəli əmrində, o,digər hərbi qulluçularla birgə ayrı-ayrı vəzifələrə təyin edilmiş və xidməti vəzifələrinin icrasını davam etmişlər, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 545 nömrəli əmrində Azərbaycan Silahlı Qüvvələrinin yaranması ilə əlaqədar 3-cü il dönümü münasibətilə N №li hərbi hissədə xidmət edən İddiaçı 5 (beş) min manat məbləğində pul mükafatı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 627 nömrəli əmrində Yeni il münasibəti ilə nümunəvi xidmətlərinə görə təltif edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 82N nömrəli əmri ilə tərxis olunmuş və qeydiyyat üçün müvafiq hərbi komissarlığa göndərilmişdir. Cavabdeh imtina və etiraz ərizələrində bildirmişdir ki, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilə kimi olan hərbi xidməti barədə məlumat olmadığı və həmin dövrlərlə bağlı nizamni hissə üzrə əmrlərin Mərkəzi Arxivə daxil olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Həmin dövrlərlə bağlı əmrlərin Mərkəzi Arxivə daxil olmaması iddiaçıının məsuliyyət sferasına aid edilə bilməz. İş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi, döyüş əməliyyatlarında iştirakı zamanı N, daha sonra N saylı hərbi hissənin tərkibində olduğu öz təsdiqini tapır. Həmçinin barəsində hərbi hissəni özbaşına tərketmə, digər təqsirləndirici material və ya cinayət işi aşkar edilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Həmçinin məhkəmə vurğulayır ki, arxivdə hərbi hissənin sənədlərin saxlanılmaması iddiaçının təqsiri nəticəsində yaranan bir hal deyildir və onun ziyanına təfsir oluna bilməz. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşdüyündən, döyüş zamanı onun döyüşən hərbi hissənin tərkibində olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Qanuna əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). İnzibati Prosessual Məcəlləyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar