Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-974/2024 24.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Lakin iş üzrə cavabdeh təşkilat olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona 18 may 2023-cü il tarixli, 3-171/2-C-l 10918/2023 saylı məktub göndərmiş və həmin məktubda qeyd edilmişdir ki, təqdim edilmiş arxiv arayışına, əmək kitabçasının və hərbi biletinizin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 15 il 3 ay 15 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Onun 15 may 1977-ci ildən 19 iyun 1979-cu ilədək həqiqi hərbi xidmətdə olmağını, 01 iyul 1974-cü ildən 01 sentyabr 1974-cü ilədək, 01 sentyabr 1975-ci ildən 13 may 1977-ci illədək, 02 iyul 1979-cu ildən 22 aprel 1981 -ci ilədək, 22 aprel 1981-ci ildən 04 yanvar 1982-ci ilədək, 04 yanvar 1982-ci ildən 01 dekabr 1982-ci ilədək, 15 fevral 1983-cü ildən 16 iyun 2004-cü ilədək işləməyini sığorta stajı kimi müəyyən edərək cavabdeh təşkilatın üzərinə ona yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində iş stajının 25 ildən çox təşkil etdiyini iddia edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1 -ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1958-ci il tarixdə doğulmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ 08 mart 2023-cü ildə yaranmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cu il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979cu il tarixindən xx.xx.1982-ci il tarixədək, xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən vətəndaşın adına əmək haqqı hesablanan 01.01,1984-cü il tarixindən xx.xx.1991 -ci il tarixədək, 01.01,1994-cü il tarixindən 01,12.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 15 il 3 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək olan dövr üzrə Saatlı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında vətəndaşın adına əmək haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 -ci maddəsində qeyd olunur ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Deməli, vətəndaşa pensiya təyin olunması üçün onun itirdiyi əməkhaqqı və yaxud digər gəlir olmalıdır. Lakin İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövr üzrə Saatlı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında vətəndaşın adına əmək haqqı hesablanmayan dövrlərin olduğu aydın olur ki, həmin dövrlərin şəxsin sığorta stajına daxil edilməsi qeyd olunan əsasa görə mümkün deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1838/2023 nömrəli Qərarında məhkəmənin mövqeyinə görə, inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Xüsusilə, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırılmalı, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırılmalıdır. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara xüsusatlara əsasən bildirilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-3438/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Saatlı şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-110918/2023 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi arxiv arayışına, əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 3 ay 15 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajına qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və hazırda adına aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 15 may 1977-ci ildən 19 iyun 1979-cu ilədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. - Saatlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı 15 fevral 1983-cü ildə Saatlı rayon X10 sürücü təyin edilmiş, 30 iyun1988-ci il tarixə kimi Kirov və Ulyanovsk vilayətinə ezam olunmuş, xx.xx.1988-ci ildə 6 gün müddətinə Saatlı tədarük kontoruna ezam olunmuşdur. 1992-ci ildən sonra əmr kitablarını arxivə təhvil verilmədiyi üçün işdən çıxmasını aşkar etmək mümkün olmamışdır.. - İşdə olan xx.xx.1974-cü il tarixli əmək kitabçalarının surətindən görünür ki, İddiaçı 01 iyul 1974-cü ildən 01 sentyabr 1974-cü ilədək, 01 sentyabr 1975-ci ildən 13 may 1977ci illədək, 02 iyul 1979-cu ildən 22 aprel 1981 -ci ilədək, 22 aprel 1981-ci ildən 04 yanvar 1982-ci ilədək, 04 yanvar 1982-ci ildən 01 dekabr 1982-ci ilədək, 15 fevral 1983-cü ildən 16 iyun 2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Saatlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı 1984,1985,1986,1987,1988,1989,1990,1994-cü illərdə Saatlı rayon X8 işləmiş və əmək haqqı almışdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-3228/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı rayon X12 (sonradan “Saatlı-Kəndkimya” ATSC) 20 may 1996-cı il Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Mil-Muğan regional filialının vətəndaşın sosial sığorta stajının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli xidməti məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Saatlı rayon X8 işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğu araşdırılmışdır. Araşdırma zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktında göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixli 11 saylı əmrlə Saatlı rayon X8 05-13AJB nömrəli yükünü özüboşaldan avtomaşına sürücü təyin edilmişdir. Hüquqi ünvanı məlum olmayan müəsisədə vətəndaş xx.xx.1989-cu il tarixli 12 saylı əmrlə 5 gün müddətinə Sarıcalar pambıq zavoduna ezam edilmiş, xx.xx.1991-ci il tarixli 78 saylı əmrlə 40 gün müddətinə Qəbələ rayonu şirə zavoduna ezam edilmiş və xx.xx.1992-ci il tarixli, 60 saylı əmrlə 15 gün müddətinə Belorusiyaya ezam edilmişdir. 1984-1990 və 1994-cü illər üzrə müəsisənin əmək haqqı kitablarında vətəndaşın aylar üzrə əmək haqqı müəyyən edilmişdir. 1995-ci ilin əmək haqqı kitabında vətəndaşın adı aşkar edilmədi. Müəsisənin 1993-2004-cü illər üzrə əmr kitabları, 1983,1991-1993 və 1996-2004-cü illər üzrə əmək haqqı kitabları arxivdə saxlanılmadığı üçün həmin illər üzrə vətəndaşın əmək fəaliyyətini araşdırmaq mümkün olmadı. . - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Saatlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-37.RA nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Saatlı rayon X8ki Saatlı rayon Dövlət Arxivində qorunan sənədlərdəki əmək fəaliyyətini təqdim edir. Əmək haqqı kartoçkası 1984-cü il üçün Saatlı rayon X12 İddiaçı əmək haqqı kartoçkası 1987-ci il üçün, əmək haqqı kartoçkası 1986-cı il üçün, əmək haqqı kartoçkası 1989-cu il üçün, əmək haqqı kartoçkası 1990-cı il üçün. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-213484/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cu il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixədək, xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən vətəndaşın adına əmək haqqı hesablanan xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən 01,12.1994-cü il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 15 il 3 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə Saatlı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında vətəndaşın adına əmək haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********60300 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 10 noyabr 1997-ci il tarixli 979 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəliəşdirilməsinin Dövlət Proqramı”na və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Saatlı rayon “Kəndtəsərrüfatıkimya” birliyinin bazasında "xxxx" X13 Cəmiyyəti (VÖEN: **********) yaradılmışdır. "xxxx" X13 Cəmiyyəti xx.xx.1997-ci il tarixdə D-2331 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "xxxx" X13 Cəmiyyəti (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlar həyata keçirmişdir. Hal-hazırda cəmiyyətin fəaliyyəti passiv vəziyyətdədir. Qeyd olunan hüquqi şəxsə məxsus 5 saylı Ərazi Vergilər İdarəsində mövcud olan iş qovluğunda tələb olunan sənədlərin surətləri göndərilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-213484/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2-1(120)-3438/2023 nömrəli məktubuna aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə inzibati icraat materialları təqdim edilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-278586/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cu il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən vətəndaşın adına əmək haqqı hesablanan xx.xx.1984-cü il tarixindən xx.xx.1991 -ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 15 ii 3 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövr üzrə Saatlı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında vətəndaşın adına əmək haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü ilədək Saatlı rayon X8 sürücü işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, 01 sentyabr 1975-ci ildən 13 may 1977-ci illədək, 02 iyul 1979cu ildən 22 aprel 1981-ci ilədək Saatlı İK-da çilingər, 22 aprel 1981-ci ildən 04 yanvar 1982-ci ilədək Əli-Bayramlı ZPQO-da sürücü, 04 yanvar 1982-ci ildən 01 dekabr 1982-ci ilədək Saatlı İK-da sürücü, 15 fevral 1983-cü ildən 16 iyun 2004-cü ilədək Saatlı rayon X8 əmək fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.2004-cü il tarixdə idarə etdiyi Kamaz-5320 markalı avtomobili fərdi qaydada aldığı üçün işdən azad edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cu il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixədək, xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən vətəndaşın adına əmək haqqı hesablanan xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən 01,12.1994-cü il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 15 il 3 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə Saatlı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında vətəndaşın adına əmək haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü ilədək Saatlı rayon X8 iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, araşdırma zamanı tərtib olunmuş xx.xx.2023cü il tarixli yoxlama aktında göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixli 11 saylı əmrlə Saatlı rayon X8 05-13AJB nömrəli yükünü özüboşaldan avtomaşına sürücü təyin edilmişdir. Hüquqi ünvanı məlum olmayan müəsisədə vətəndaş xx.xx.1989-cu il tarixli 12 saylı əmrlə 5 gün müddətinə Sarıcalar pambıq zavoduna ezam edilmiş, xx.xx.1991-ci il tarixli 78 saylı əmrlə 40 gün müddətinə Qəbələ rayonu şirə zavoduna ezam edilmiş və xx.xx.1992-ci il tarixli, 60 saylı əmrlə 15 gün müddətinə Belorusiyaya ezam edilmişdir. 1984-1990 və 1994-cü illər üzrə müəsisənin əmək haqqı kitablarında vətəndaşın aylar üzrə əmək haqqı müəyyən edilmişdir. 1995-ci ilin əmək haqqı kitabında vətəndaşın adı aşkar edilmədi. Müəsisənin 1993-2004-cü illər üzrə əmr kitabları, 1983,1991-1993 və 1996-2004-cü illər üzrə əmək haqqı kitabları arxivdə saxlanılmadığı üçün həmin illər üzrə vətəndaşın əmək fəaliyyətini araşdırmaq mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Saatlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 37.RA nömrəli məktubuna əsasən, İddiaçı əmək haqqı kartoçkası 1984-cü il üçün Saatlı rayon X12 İddiaçı əmək haqqı kartoçkası 1987-ci il üçün, əmək haqqı kartoçkası 1986-cı il üçün, əmək haqqı kartoçkası 1989-cu il üçün, əmək haqqı kartoçkası 1990-cı il üçün. Saatlı rayon X8ki Saatlı rayon Dövlət Arxivində qorunan sənədlərdəki əmək fəaliyyətini təqdim etmişdir. İddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü ilədək Saatlı rayon X8 işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü ilədək Saatlı rayon X8 sürücü işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun Saatlı rayon X9 (sonradan “Saatlı-Kəndkimya” ATSC) mövcudluğu barədə sorğular göndərilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2- 3228/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı rayon X12 (sonradan “Saatlı- Kəndkimya” ATSC) 20 may 1996-cı il Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********60300 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 10 noyabr 1997-ci il tarixli 979 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəliəşdirilməsinin Dövlət Proqramı”na və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Saatlı rayon “Kəndtəsərrüfatıkimya” birliyinin bazasında "xxxx" X13 Cəmiyyəti (VÖEN: **********) yaradılmışdır. "xxxx" X13 Cəmiyyəti xx.xx.1997-ci il tarixdə D-2331 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin birlikdə işləməsi və əmək haqqı alması, o cümlədən Birliyin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə Cəlilabad rayonunda yerləşən Saatlı rayon X12 (sonradan “Saatlı-Kəndkimya” ATSC) mövcud olmuş, iddiaçı Saatlı rayon X8 2004-cü ilədək işləmiş və əmək haqqı almış, sadəcə olaraq Saatlı rayon X9 (sonradan “Saatlı-Kəndkimya” ATSC) 1983-cü il tarixdən 2004-cü ilədək olan sənədləri tam qaydada arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları natamam aşkar edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Saatlı rayon X8 (sonradan “Saatlı-Kəndkimya” ATSC) işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü ilədək Saatlı rayon X8 sürücü işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü ilədək Saatlı rayon X8 sürücü işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə Saatlı rayon X9 mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin zavod tərəfindən müəyyən dövr üçün zavoda məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair Saatlı rayon X10 məxsus 1983- 1993-dək arxiv sənədləri natamam və 1993-2004-cü illərə dair sənədlərin arxivə tam təhvil verilməməsi və yaxud saxlanılmaması zavodda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-974/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-974/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver