Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-975/2025 03.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 06 oktyabr 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 03 noyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyilə bağlı ona xx.xx.2023-cü il tarixdən etibarən müddətsiz üçüncü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 20 iyun 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona 20 iyun 2024cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 06 oktyabr 2023-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 06 oktyabr 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona 06 oktyabr 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad rayonu, Bulduq kəndində yaşayır və rəsmi olaraq həmin ünvanda qeydiyyatdadır. Məlum edir ki, o, əlin anadangəlmə deformasiyası, hər iki əlin anadangəlmə inkişaf qüsuru, sağ əlin İİ barmağın qövsvari deformasiyası, əsas falanqasının qövsvari deformasiyası, orta falanqasının aplaziyası, İİİ barmağın əsas və orta falanqasının hipoplaziyası, əsas falanqasının pazvari deformasiyası xəstəliyindən əziyyət çəkir. Qeyd edilən diaqnoz ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb Ekspertizası Komissiyası tərəfındən ona xx.xx.2018-ci il tarixdən 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyin müalicəsi üçün müxtəlif xəstəxanalarda müalicə olunsa da, xəstəliyi sağalmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yenidən əyani müayinəyə dəvət edilmiş və xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinədən keçmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin iyul ayından ona təyin edilmiş üçüncü dərəcə əlilliyi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibb-Sosial Ekspertiza komissiyaları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəsssisəsinin göndərişi əsasında TSEK-rı tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi araşdırmadan, xəstəliyinin müalicəsinin olub olmamasını müəyyən etmədən, müalicə olunmağını, müalicənin müsbət nəticəsinin olmamasını, habelə 10 ildən artıq müddətdə xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sağlamlığı məhdud imkanlı uşaqlar kimi, xx.xx.2018-ci il tarixdən 3-cü qrup əlillliyin təyin edilməsini nəzərə almadan onun əllilik dərəcəsinin ləğv edilməsi haqqında əsassız olaraq qərar qəbul etmiş, Azərbaycan Respublikası Konstitusiyasında və Beynəlxalq Konvensiyalarda təsbit edilmiş qanunla qorunan hüquqlarımı kobudcasına pozmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Q68.1 Əlin anadangəlmə deformasiyası, Hər iki əlin anadangəlmə inkişaf qüsuru Sağ əlın İİ barmağın qövsvari deformasiyası. Əsas falanqasının qövsvari deformasıyası. Orta falanqasının aplaziyası. İİİ barmağın əsas və orta falanqasının hipoplaziyası. Əsas falanqasının pazvari deformasiyası.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyıninə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komıssiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına, o cümlədən işdə olan tibbi sənədlərə əsasən xx.xx.2000-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan İddiaçı xəstəliyi ilə əlaqədar ilkin olaraq əlillik vəziyyətinə 33 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixdə baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: sosial müavinat. X1: XVİİ Sinif-Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları=>Q65-Q79- Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsurları)=>... Diaqnozun mətni: Hər iki əldə İİ-İİİ barmaqlarda anadangəlmə deformasiyası tutma funksiyasının pozulması. Meyar: 3. Beş il müddətinə=>3.4.ortopedik və cərrahi xəstəliklər: =>3.4.1. sümüklərin və əzələlərin deformasiyası, təkrari patoloji sınıqlar, oynaqların İİ-İİİ dərəcəli çatışmazlığını törətmi... ona növbəti müayinə tarixi xx.xx.2017-ci il müəyyən edilməklə 5 il müddətinə əlillik təyin edilmiş, xəstəliyi ilə əlaqədar əlillik vəziyyətinə 33 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən növbəti xx.xx.2017ci il müayinə tarixində baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: sosial müavinat. X1: XVİİ Sinif-Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları=>Q65-Q79-Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsurları) =>... Diaqnozun mətni: Hər iki əldə İİ-İİİ barmaqlarda anadangəlmə deformasiyası tutma funksiyasının pozulması. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu =>3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət apar... ona növbəti müayinə tarixi xx.xx.2018-ci il müəyyən edilməklə 18 yaşınadək əlillik təyin edilmiş, İddiaçı xəstəliyi ilə əlaqədar əlillik vəziyyətinə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə baxılmış və “Səbəbi: “Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə; Əmək zəmanəti: Qismən əmək qabiliyyətsiz. X1: XVİİ Sinif-Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları=>Q65-Q79-Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsurları) =>... Diaqnozun mətni: Əlin anadangəlmə deformasiyası. Hər iki əlin anadangəlmə inkişaf qüsuru, hər iki əlin İİ barmağının orta falanqasının atlaziyası, proksimal falanqanın inkişaf qusuru, deformasiyası, dırnaq falanqasının hipoplaziyası, medial deformasiyası, İİİ barmağın falanqasının hipoplaziyası, V barmağın orta falanqasının hipoplaziyası, dırnaq falanqasının lateral deformasiyası. Oynaqların kontrakturası, İİ-İİİ-İV-V barmaqların açıcıbükücü kontrakturası, funksiyanın pozulması ilə. Meyar: 2.3 Üçüncü dərəcə əlillik=>2.3.3 əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0-G83.2) göstərilməklə ona növbəti müayinə tarixi xx.xx.2023-cü il müəyyən edilməklə 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, Y00133937FSD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş və “Diaqnozun mətni: Q68.1 Əlin anadangəlmə deformasiyası, Hər iki əlin anadangəlmə inkişaf qüsuru, Sağ əlın İİ barmağın qövsvari deformasiyası. Əsas falanqasının qövsvari deformasıyası. Orta falanqasının aplaziyası. İİİ barmağın əsas və orta falanqasının hipoplaziyası. Əsas falanqasının pazvari deformasiyası.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyıninə əsas vermir.” səbəbi ilə ona Tibbi Sosial Ekspert Komissiyasının 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarı ilə əlillik təyinatından imtina verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-18740/2024 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.2000-ci ildə Sabirabad rayonu, Bulduq kəndində anadan olmuş və Sabirabad rayonu, Bulduq kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - İddiaçı xx.xx.2000-ci ildə Sabirabad rayonu, Bulduq kəndində anadan olmuş və Sabirabad rayonu, Bulduq kəndində qeydiyyatda olan İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin fünksiyasının pozulmasının faiz dərəcəsi və müddəti)? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X8 verdikləri 14 oktyabr 2024-cü il tarixli, T 682/2024 saylı rəydə göstərilmişdir ki, 1,2,4. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbisosial ekspert komissiyaları tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin verdiyi xx.xx.2023-cü il tarixli, Y00133937FSD saylı göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Q68.1-əlin anadangəlmə deformasiyası, hər iki əlin anadangəlmə inkişaf qüsuru, sağ əlin İİ barmağın qövsvari deformasiyası, əsas falanqasmın qövsvari defor-masiyası, orta falanqasınm aplaziyası, İİİ barmağın əsas və orta falanqasınm hipoplaziyası, əsas falanqasınm pazvari deformasiyası. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, İV barmağın bükücü kontrakturası, V barmağm qövsvari deformasiyası, bükücü- açıcı kontrakturası, sol əldə vəziyyət sağ əllə eynidir. Oynağın ankilozu, İV barmağm proksimal falanqaarası oynağınm fıbroz ankilozu. Q71.8-yuxarı ətrafı (ətrafları) qısaldan digər defektlər, İİ və İİİ barmaqların qısalığı, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, hər iki əlin tutma funksiyasının və əmək qabiliyyətinin ağır dərəcədə pozulması” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı anamnestik, klinik, fimksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığmdan onların səmərəliliyi və proqnozu qənaətbəxş olmuş, əmək fəaliyyətinin itirilməsi 0% olmuşdur. - Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinələri zamanı hər iki əldə barmaqların anadangəlmə anomaliyası izlənilmiş, açma-bükmə tam, tutma funksiyasının pozulmaması, əlində əmək qabarları aşkar edilmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilmədiyindən əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarmda göstərilən maddələrin hər-hansı birini aid etmək mümkün olmadı. 3. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Tibbi Sosial Ekspert Komissiyasının 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarını mübahisələndirərək həmin qərarın ləğv olunmasını tələb edir. Məhkəmə iddiaçının tələbini əsaslı, Tibbi Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinasını əsassız hesab edir. Belə ki, məhz Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 7 BFCC9X0005 nömrəli qərarında iddiaçının əlillik vəziyyəti üzrə təyin olunmuş və İddiaçı 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyinatına əsas verən “Əlin anadangəlmə deformasiyası. Hər iki əlin anadangəlmə inkişaf qüsuru, hər iki əlin İİ barmağının orta falanqasının atlaziyası, proksimal falanqanın inkişaf qusuru, deformasiyası, dırnaq falanqasının hipoplaziyası, medial deformasiyası, İİİ barmağın falanqasının hipoplaziyası, V barmağın orta falanqasının hipoplaziyası, dırnaq falanqasının lateral deformasiyası. Oynaqların kontrakturası, İİ-İİİ-İV-V barmaqların açıcı-bükücü kontrakturası, funksiyanın pozulması ilə” diaqnozu Tibbi Sosial Ekspert Komissiyasının mübahisələndirilən 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarında da təsdiq olunmasına baxmayaraq ona əlillik təyinatından imtina edilmişdir. Halbuki, işdə olan iddiaçının xəstəliyi ilə bağlı tibb müəssisəsi tərəfindən verilmiş “Ambulator, stasionar xəstənin tibbi kartalarından çıxarışlar”da, həmçinin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin 08 may 2018ci il tarixli, a/k 9442 nömrəli və 30 avqust 2023-cü il tarixli, **********/23 nömrəli arayışlarında İddiaçı 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyinatı barədə Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 7 BFCC9X0005 nömrəli qərarında əksini tapmış “Əlin anadangəlmə deformasiyası. Hər iki əlin anadangəlmə inkişaf qüsuru, hər iki əlin İİ barmağının orta falanqasının atlaziyası, proksimal falanqanın inkişaf qusuru, deformasiyası, dırnaq falanqasının hipoplaziyası, medial deformasiyası, İİİ barmağın falanqasının hipoplaziyası, V barmağın orta falanqasının hipoplaziyası, dırnaq falanqasının lateral deformasiyası. Oynaqların kontrakturası, İİ-İİİ-İV-V barmaqların açıcıbükücü kontrakturası, funksiyanın pozulması ilə” diaqnozu tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 verdikləri 14 oktyabr 2024-cü il tarixli, T 682/2024 saylı rəyində göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilmiş bütün diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5ci Dorsopatiyalar bəndində qeyd olunmuşdur ki, Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Bu halda aşağıdakılar rəhbər tutulur: - qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu, sidiyin və nəcisin orta dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 40-60 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu, sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 70-90 bal verilir; onurğa sütununun təzahür edən statodinamik funksiyasının pozuntuları, yuxarı və aşağı ətrafların funksiyalarının əhəmiyyətli təzahür edən pozuntusu. Göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə “Meyarlar”ın 13.5-ci Dorsopatiyalar bəndində təsbit olunmuş halları nəzərə almamışdır. Bundan başqa, iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 20 iyun 2024-cü il tarixli, 3-17-4/3-1-14368/2024 nömrəli qərarında iddiaçının sağlamlıq durumu ilə əlaqədar bildirilmişdir ki, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı ona ilk əlilliyinin müəyyən olunduğu xx.xx.2012-ci il tarixdən sonra stasionar müalicə və müayinə olunmuş, bu müddət ərzində xəstəliyi ilə əlaqədar səhhətində nəinki müsbət dəyşikliklər, əksinə ağırlaşmaların baş verdiyi təsdiq olunmuşdur. Qeyd olunan ağırlaşmalar “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X8 göndərişlərində (həmin göndərişlərdə İddiaçı xəstəliyinin gedişi, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, fəsadlaşmaların mövcudluğu və funksional pozğunluğun dərəcəsi orta qiymətləndirilmiş, Ağırlaşma Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, hər iki əlin tutma funksiyasının və əmək qabiliyyətinin ağır dərəcədə pozulması qeyd olunmuşdur), eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 14 oktyabr 2024-cü il tarixli, T 682/2024 saylı rəyində öz əksini tapmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə İddiaçı malik olduğu xəstəliyi ilə bağlı ilkin əlilliyin müəyyən və təyin olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2 Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 7 BFCC9X0005 nömrəli qərarında əksini tapmışdır); 2.5.1. bir əldə üç barmağın olmaması və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, Q74, M20.0, M24.5, Z89.0 Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 7 BFCC9X0005 nömrəli qərarında əksini tapmışdır) bəndlərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin orqanizmin funksiyasının pozulma faizinin 40, pozulma müddətinin 1 il qeyd olunduğu 6.5.1.1-ci (ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular), orqanizmin funksiyasının pozulma faizinin 40, pozulma müddətinin 1 il qeyd olunduğu 6.8.1-ci (cüzi əzələ zəifliyi (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə); cüzi dərəcəli hissi pozulmalar; cüzi statodinamik pozuntular), orqanizmin funksiyasının pozulma faizinin 50-60, pozulma müddətinin 2 il qeyd olunduğu 6.8.2-ci (orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası , yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular) bəndlərinə uyğunluğu təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəliyi ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Əksinə, İddiaçı əlillik təyinatına əsas verən xəstəliyi iş materiallarında olan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən mötəbər hesab olunan tibbi sənədlərlə təsdiq olunur. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona İİİ dərəcə əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması ilə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsini və ona 06 oktyabr 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarı ləğv edilməli və İddiaçı 06 oktyabr 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 06 oktyabr 2023-cü il tarixli, xxxxxxx0006 saylı qərarı ləğv edilsin və İddiaçı 06 oktyabr 2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-975/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-975/2025
03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver