Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-976/2020 25.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş xx.xx.2004-cü il tarixli 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş xx.xx.2004-cü il tarixli 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin nümayəndəsiməhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsininnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş xx.xx.2004-cü il tarixli 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinin “xx.xx.2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi həmin hissəsi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və iş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli 66 nömrəli məktubundan görünür ki, hələ xx.xx.2019-cu il tarixində hazırda mübahisələndirilən qərarın ləğv edilməsi hazırkı iş üzrə cavabdehə təklif edilmişdir. Bu da onu deməyə əsas verir ki, hətta qərardan şikayət verilməsi müddəti (müddətin başlanğıcı) xx.xx.2019-cu il tarixindən götürülmüş olsa belə iddiaçı iddia qaldırlması üçün Qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanunun 8.4-ci maddəsinə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi qanunvericilik bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirilməsi və Qanunun tələbinə uyğun olmayan bələdiyyə qərarlarının ləğvi edilməsi üçün imperativ qaydada müəyyən edilmiş prosedur qaydalar və müddət nəzərdə tutmuşdur. Lakin iddia ərizəsinin məzmunundan və iş materiallarında olan digər sənədlərdən məlum olur ki, iddiaçı tərəfindən həmin müddətə əməl edilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli təklif məktubuna bələdiyyə (cavabdeh) tərəfindən 5 iş günü ərzində bələdiyyə iclasında baxıb, nəticəsi barədə iddiaçıya və nəzarət funksiyasını həyata keçirən Mərkəzə məlumat verməli olduğu halda bunun etməməsinə baxmayaraq, nə iddiaçı nə də ki, Mərkəz tərəfindən qanunla nəzərdə tutulmuş müddət (15 gün) ərzində məhkəmədə iddia qaldırlmamışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixində yəni mübahisələndirdiyi inzibati aktın (xx.xx.2002-ci il tarixli 04 saylı qərarın) qəbulundan 17 (on ildən) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bundan başqa məhkəmə qeyd edir ki, tələbin ikinci hissəsi - “...xx.xx.2004-cü il tarixli, 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli, 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi” hissəsi inzibati mübahisə olmadığından, həmin tələbə inzibati icrat qardasında baxıla bilməz. İddiaçı ona yardım edilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclas gününə kimi hazırkı iş üzrə iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş xx.xx.2004-cü il tarixli 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi”tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı “İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş xx.xx.2004-cü il tarixli 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi”tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-976/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-976/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver