Məhkəmə qərarları › İş №2-1(120)-977/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-977/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-977/2020 20.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə qarşı 195-S, 196-S, 197-S saylı xx.xx.2014-cü il tarixli sərəncamların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Salyan Rayon icra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun 195-S, 196-S, 197-S saylı xx.xx.2014-cü il tarixli sərəncamlarının ləğv edilməsi və torpaqdan istifadə hüququna dair şəhadətnamənin icarə müqaviləsi başa çatana kimi qüvvədə olması barədi qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1(086)-2912/2017 nömrəli qərardadı iddiaçı X3 cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə qarşı 195-S, 196-S, 197-S saylı, xx.xx.2014-cü il tarixli sərəncamların ləğv edilməsi və torpaqdan istifadə hüququna dar şəhadətnamənin icarə müqaviləsi başa çatana kimi qüvvədə olması tələbi barədə iddia ərizəsi dəqiqləşdirilərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbi Salyan Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 195-s, 196-s, 197-s saylı 11 09.2014-cü il tarixli sərəncamların ləğv edilməsi kimi baxılması davam etdirilməsi, həmçinin X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci ıl tarixli, 2-1 (086)-2912/2017 nömrəli qərardadı ilə Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 195-s,196-s, 197-s saylı xx.xx.2014-cü il tarixli sərəncamlarının ləğv edilməsinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkünsüz sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci ıl tarixli, 2-1(086)-2912/2018 nömrəli qərardadından iddiaçı mərhum İddiaçı hüquqi varisi X4 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(106)-301/2018 nömrəli qərardadı ilə iddiaçı mərhum İddiaçı hüquqi varisi X4 tərəfindən apelyasiya şikayəti təmin edilməsi, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(086)-2912/2017 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Salyan Rayon icra Hakimiyyətinə qarşı Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun 195 S, 196-S, 197-S saylı, xx.xx.2014-cü il tarixli sərəncamlarının ləğv edilməsi və torpaqdan istifadə hüququna dair şəhadətnamənin icarə müqaviləsi başa çatana kimi qüvvədə olması barədə iddia tələbinə dair inzibati iş təkrar baxılmasından ötrü Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-664/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməsi, İddiaçı icarəyə verilmiş torpaq sahəsinin dövlət fonduna ger qaytarılması barədə Salyan rayon İcra Hakimiyyəti başçısının 195-S, 196-S, 197-S sayl 09.2014-cü il tarixli sərəncamların ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X9 apelyasiya şikayət vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)-685/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-664/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarının üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şıkayətinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3502/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə üçüncü şəxsin kasasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(106)-685/2019 saylı qərarının ləğv edilməsi, işə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3502/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, ...”Qeyd edilməlidir ki, iş materiallarında Mətanət Xəlilovanın adına vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud deyildir və bu məsələ məhkəmə araşdırması predmeti olmamış, halbuki yuxarıda qeyd edilmiş hüquq normalarından göründüyü kimi hüquqi varislik, məhz sözügedən sənədlə təsdiq edilməlidir.” Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(106)- 207/2020 saylı qərarı ilə üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-664/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinə baxılması üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(106)- 207/2020 saylı qərarında qeyd edilmişdir ki, ...”Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsi üzrə məhkəmə icraatı iddiaçının sağlığında özü və ya nümayəndəsi tərəfindən realizə edilir. İddiaçı vəfat etdikdə isə bu hüquq onun varisləri tərəfindən həyata keçirilir. İddiaçının vəfatından sonra həmin hüququn onun varisləri tərəfindən həyata keçirilir. İddiaçının vəfatından sonra həmin hüququn onun varisləri tərəfindən həyata keçirilməsindən ötrü vərəsələrin hansı əsasla onun varisi olması dəqiqləşdirilməli, bundan sonra həmin şəxslər prosessual hüquqi varis kimi prosesə cəlb edilməli, iddia ərizəsi üzrə zəruri olan digər hərəkətlər realizə edilməlidir”. Məhkəmə iclasında üçüncü şəxs X9 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, 494 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş, bu barədə Azərbaycan Respublikası Quba RİHB-nın Vladimirovka İƏD tərəfindən xx.xx.2017-ci il tarixli, 21 nömrəli ölüm bərpa akt qeydi tərtib edilməmişdir. İş materiallarında olanQuba Regional Asan Xidmət X2 xx.xx.2020-ci il tarixli, 567 nömrəli məktubunda qeyd olunmuşdur ki, mərhum İddiaçı adına Quba rayon notariat ofisində vərəsəlik işi açılmış, vərəsələr dairəsi müəyyən edilmişdir. Lakin hal-hazıradək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yard ım etməlidir. Mərhum İddiaçı ailə üzvləri olan X1, X8, X5, X6 xx xxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020ci il tarixli məktublar göndərilərək İddiaçı prosessual hüquqi varisi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etməklə məhkəmə iclasında iştirak etmək təklif edilsə də, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, eyni zamanda vərəsəlik hüququ haqqında şəhadətnaməni məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası MPM-in: 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür; 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Məhkəmə qeyd edir ki, prosessual hüquq varisliyindən bəhs etmək üçün ilkin şərt maddi hüquq varisliyinin mövcud olmasıdır. Bu baxımdan hüquq varisi məhkəməyə onun maddi hüquq münasibətlərində hüquq varisliyini təsdiq edən sənədləri (vərəsəlik şəhadətnaməsi, hüquqi şəxsin yenidən təşkili haqqında təsis sənədləri, tələbin güzəşt edilməsi haqqında müqavilə və s.) təqdim etməlidir. İş üzrə müəyyən olunmuşdur ki, iddiaçının bir neçə vərəsəsi vardır. Nəzərə alınsa ki vərəsələrdəndən hansının yeganə vərəsə olması barədə hüquqi prosedur başa çatmamışdır, eləcə də onlar arasında miras əmlakla bağlı mübahisənin çıxmayacağı yalnız ehtimaldır, habelə bu vərəsələrdən heç biri hüquq varisi kimi məhkəməyə onun maddi hüquq münasibətlərində hüquq varisliyini təsdiq edən sənədi (vərəsəlik şəhadətnaməsini) təqdim etməmişdir və bu sənədin nə vaxt təqdim ediləcəyi bəlli deyil, o halda hazırkı inzibati işin icraatının dayandırılmasına əsaslar müəyyən edilmir. İPM-in iş üzrə icraatın dayandırılmasını tənzimləyən 7-ci maddəsində də belə bir əsas təsbit olunmamışdır. Həmin normaya görə, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır (7.1). İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır (7.2). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı öldüyündən, onun ailə üzvləri tərəfindən məhkəməyə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmədiyindən hazırkı haldaiş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə və Azərbaycan Respublikasının Azərbaycan Respublikası MPM-in 58, 254, 261-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə qarşı 195-S, 196-S, 197-S saylı xx.xx.2014cü il tarixli sərəncamların ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar