Məhkəmə qərarları › İş №2-1(120)-978/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-978/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-978/2024 29.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz)bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 15 mart 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3444/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cəbrayıl rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin oktyabr ayından 2016-ci ilin iyun ayına kimi Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon nümayəndəliyində 7-ci təsnifatda işləmişdir. İşlədiyi müddətdə məcburi köçkünlərə verilən aylıq çörək pulu müavinətini almamışdır. 2016-cı ilin iyun ayında yaşa görə öz ərizəsi ilə dövlət qulluğundan azad olunmuşdur. İşdən azad olunduqdan sonra müavinəti bərpa olunub məcburi köçkün statusu ləğv olunmadığı halda və heç bir hüquqi əsas göstərilmədən 2017-ci ilin fevral ayından onun çörək pulu müavinəti dayandırılmışdır. 2 ildir insult xəstəsidir, hazırda həkim nəzarətində yaşayır və müalicə olunmaqda çətinlik çəkdiyi bir vaxtda müavinətinin dayandırılması səhhətində ciddi problemlər yaradıb. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı bəhanə gətirərək çörək pulu muavəniti dayandırılmışdır, bu qərarın ona aid olmadığı üçün bildirir ki, bu qərar ona təqaüdə çıxdıqdan sonra verilmişdir qərar geriyə şamil edilmir. Hal-hazırda məcburi köçkünlük statusu ləğv olunmayıb, konstitusion hüququdur o, bundan istifadə etməlidir. Nazirlər Kabinetinin çıxardığı qərarı deyil, tövsiyədir. Bu tövsiyəni bəhanə gətirərək müavinətinin dayandırılmasını Ulu Öndərimizin 1993-cü ildə onlara verdiyi sərəncama qarşı hörmətsizlik hesab edir və konstitusion hüququmun qorunması üçün ədalətli qərar çıxarılmasının və müavətinin bərpa olunması barədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün xx.xx.2022-ci il tarixli, 01/1503 nömrəli məktubla Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə ərazilərə işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqın 'a, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Qərarın 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İF M-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda yazılanlara əsasən bildiririk ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Cəbrayıl Rayon'İcı^HäRimlyyətrtərəfirrdən Təhməzov-Rafiq Məhəmməd oğlunun sözügedən müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-c' il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.13-cü bəndinin tələblərinə uyğun olaraq baxılmış və ona imtina cavabı verilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Bununla yanaşı bildiririk ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrc dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil olunmur. İddiaçı iddia ərizəsindəndə göründüyü kimi 1993-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon üzrə nümayəndəliyində dövlət qulluqçusu kimi çalışmış, 2016-cı ilin iyun ayında isə yaşa görə əmək pensiyasına çıxmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasf’nın 2.13-cü bəndi nəinki Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, həmçinin bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinətin verilməməsini şərtləndirir. Xüsusilə vurğulamaq lazımdır ki, “Məcburi köçkünlərə yemək xərci üçün döv:ət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 nömrəli əmri ilə təsdiq olunmuş, sonradan Komitənin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə yeni redaksiyada verilmişdir. Daha sonra isə, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2014-cü il 10 dekabr tarixli 1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010-cu il 17 dekabr tarixli 4076 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" ləğv edilərək, “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" yeni redaksiyada təsdiq edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının icrası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tətbiqi ilə bağlı məcburi köçkünlərə döv'ət büdcəsindən yemək xərci üçün verilən aylıq müavinətin paylanılmasını tənzimləyən “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimatın ləğv edilməsi zərurəti yaranaraq, Komitənin 15 fevral 2017-ci il tarixli 1 nömrəli Qərarı ilə ləğv edilmişdir. Hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Bildirir ki, qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalarla isə nəinki yemək xərci, həmçinin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi, hal-hazırda məcburi köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin xələfi, davamçısı qismində çıxış etmir. Həmçinin diqqətə çatdırırıq ki, Azərbaycan Respublikasının Hesablama Palatasının Komitədə həyata keçirdiyi audit zamanı dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluqçularının, o cümlədən İddiaçı vahid aylıq müavinətinin dayandırılması öhdəliyi qoyulmuşdur. Qeyd olunanlara əsasən bildirir ki, İddiaçı ona məcburi köçkün kimi təyin edilmiş və sonradan dayandırılmış vahid aylıq müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir.Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının vahid aylıq müavinətinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinə ünvanladığı ərizə baxılması üçün Cəbrayıl rayon İcra Hakimiyyətinə göndərilmişdir. Eyni məzmunlu müraciətləri ilə bağlı ona dəfələrlə rəsmi məktub göndərilmiş və şifahi izahatlar verilmişdir. Bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.13-cü bəndinə əsasən icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçularına, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmur. Məlumat üçün bildirilir ki, Dövlət qulluqçusu kimi pensiya almağı əsas gətirilərək Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən vahid aylıq müavinət 2021-ci ilin fevral ayından dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təhməzov X1 rayonundan məcburi köçkündür. Biləsuvar rayonunda yerləşən məcburi köçkün qəsəbəsində, 297 saylı evdə məskunlaşmışdır. Əlavə olaraq bildirir ki, Təhməzov X2 ərizə ilə müraciət etmədiyindən onun barəsində heç bir inzibati icraat materialı aşkar edilməmişdir. İş materiallarında olan 34939/7904A0DD-6695-41B7-BD97-9941E8FBF417 nömrəli elektron sorğudan məlum olur ki, İddiaçı xx xxxx 1953-cü il tarixə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur və məcburi köçkün statusu vardır. Məcburi köçkün statusu olduğu üçün İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən AA472196 nömrəli xx.xx.2022-ci il tarixli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasfmn 2.13-cü bəndinə əsasən icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmur. Məlumat üçün bildirir ki, İddiaçı 2016-cı ilin oktyabr ayına kimi Dövlət Qulluğunda çalışdığı üçün ona vahid aylıq müavinət ödənilməmişdir. İşdən çıxdıqdan sonra 2016-cı ilin oktyabr ayı əvvəlki təlimata uyğun olaraq təqdim etdiyi sənədlər əsasında onun vahid aylıq müavinəti bərpa edilmiş və 2021-ci ilin fevral ayına kimi ödənilmişdir. Bildirir ki, 2020-ci ilin fevral ayında Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsində aparılan yoxlama zamanı Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluqçularının, o cümlədən İddiaçı vahid aylıq müavinətinin dayandırılması tələbi qoyulmuşdur. Komitə 17 mart 2020-ci il tarixdə RR/02- 244 nömrəli məktubla Cəbrayıl rayon icra hakimiyyətinə müraciət edərək siyahı üzrə yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluçuların vahid aylıq müavinətinin dayandırılması məsələsini qaldırmışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli 101 nömrəli məktubla Komitəyə cavab yazılaraq siyahı üzrə adları qeyd edilən sakinlərinin vahid aylıq müavinətinin yuxarıda adı çəkilən Qərardan əvvəlki tarixlərdə bərpa edildiyi nəzərə alınaraq onların müavinətinin dayandırılmaması bildirirlmişdir. Həmçinin İddiaçı vahid aylıq müavinətinin dayandırılması barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Dövlətqaçqınkoma hesabat təqdim edilməmiş və onun adı vahid aylıq müavinət alanların siyahısından çıxarılmamışdır. Lakin 2021-ci ilin fevral ayı dövlət qulluqçusu kimi pensiya aldıqları əsas gətirilərək Qaçqınların və X3 üzrə Dövlət Komitəsi digər sakinlərlə bərabər İddiaçı da vahid aylıq müavinətini dayandırmış və onun adı siyahıdan çıxarılmışdır. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə cəmi əhali və onlardan vahid aylıq müavinət alanların 2022-ci ilin may ayına olan hərəkət cədvəlindən görünür ki, İddiaçı vahid aylıq müavinəti alanlar sırasına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məcburi köçkün İddiaçı tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun müvafiq qaydada baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.2004-cü il tarixli, ******* nömrəli əmək kitabçasının və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı əmrlərin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli 115K nömrəli əmrlə Dövlət qulluğu haqqında “Qanun”un tələblərinə müvafiq olaraq ərizəsinə öz əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-803/2024 nömrəli müşayət məktubuna əlavə edilmiş iddiaçının əmək fəaliyyəti haqqında cədvəldən görünür ki, iddiaçı axırıncı dəfə ikinci dərəcəli dövlət qulluqçusu olmuş və xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mərkəzi aparatının Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. Tətbiq edilən hüquq normaları: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası sində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra — aylıq müavinət) ödənilməsi qaydalarını müyyən edir. Həmin Qaydaların 2-ci bəndində müəyyən edilir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin nilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan ;buri köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də ;tron daşıyıcı variantında Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata seçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cəbrayıl rayonundan daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən olunmuş qaydada məcburi köçkün statusuna malikdir. Sonuncu xx.xx.2004cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mərkəzi aparatının Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. xx.xx.2016-cı ildə öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. O, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə aylıq müavinətin bərpa olunması üçün müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Vahid aylıq müavinətlə bağlı Qaçqınların və X3 üzrə Dövlət Komitəsində fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.13-cü bəndinə əsasən İddiaçı yaş həddinə görə əmək pensiyasına çıxdığının əsas gətirilərək vahid aylıq müavinəti bərpa edilməmişdir. İnzibati işin araşdırılması zamanı Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müvafiq sorğu verilmiş və həmin sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ilin oktyabr ayına kimi Dövlət Qulluğunda çalışdığı üçün ona vahid aylıq müavinət ödənilməmişdir. İşdən çıxdıqdan sonra 2016-cı ilin oktyabr ayı əvvəlki təlimata uyğun olaraq təqdim etdiyi sənədlər əsasında onun vahid aylıq müavinəti bərpa edilmiş və 2021-ci ilin fevral ayına kimi ödənilmişdir. Bildirilir ki, 2020-ci ilin fevral ayında Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsində aparılan yoxlama zamanı Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluqçularının, o cümlədən İddiaçı vahid aylıq müavinətinin dayandırılması tələbi qoyulmuşdur. Komitə 17 mart 2020-ci il tarixdə RR/02- 244 nömrəli məktubla Cəbrayıl rayon icra hakimiyyətinə müraciət edərək siyahı üzrə yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluçuların vahid aylıq müavinətinin dayandırılması məsələsini qaldırmışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli 101 nömrəli məktubla Komitəyə cavab yazılaraq siyahı üzrə adları qeyd edilən sakinlərinin vahid aylıq müavinətinin yuxarıda adı çəkilən Qərardan əvvəlki tarixlərdə bərpa edildiyi nəzərə alınaraq onların müavinətinin dayandırılmaması bildirilmişdir. Həmçinin İddiaçı vahid aylıq müavinətinin dayandırılması barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Dövlətqaçqınkoma hesabat təqdim edilməmiş və onun adı vahid aylıq müavinət alanların siyahısından çıxarılmamışdır. Lakin 2021-ci ilin fevral ayı dövlət qulluqçusu kimi pensiya aldıqları əsas gətirilərək Qaçqınların və X3 üzrə Dövlət Komitəsi digər sakinlərlə bərabər İddiaçı da vahid aylıq müavinətini dayandırmış və onun adı siyahıdan çıxarılmışdır. İşğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını hazırlayır. Lakin 2021-ci ilin fevral ayı dövlət qulluqçusu kimi pensiya aldıqları əsas gətirilərək Qaçqınların və X3 üzrə Dövlət Komitəsi digər sakinlərlə bərabər İddiaçı da vahid aylıq müavinətini dayandırmış və onun adı siyahıdan çıxarılmışdır. İddiaçının xx.xx.2016-cı il tarixdə öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Bu səbəbdən də Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə hesabata daxil edilmişdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, müvafiq “Qayda”nın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Müvafiq “Qayda”ya görə Komitə tərəfində dürüstləşmə icra hakimiyyətləri tərəfindən təqdim olunan məhz aylıq hesabatlar üzərində aparılır. Məhkəmə tərəfindən qeyd edilir ki, İddiaçı adı 2021-ci ilin fevral ayı üzrə hesabata daxil edilərək Qaçqınların və X3 üzrə Komitəsinə təqdim edilsə də, sonuncu dürüstləşdirmə zamanı iddiaçı ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifariş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və prosesiştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndinə əsasən, aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara. Məhkəmə tərəfindən müəyyənləşdirilmişdir ki, İddiaçı işdən azad edildikdən sonra, dövlət qulluqçu kimi ona yaş həddinə görə deyil, yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndində qeyd edilmiş qaydalar İddiaçı üçün tətbiq edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Beləliklə, məhkəmə hesab edir ki, Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Komitəsi tərəfindən dürüstləşdirilərək İddiaçı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar