Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-98/2022 18.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin halları: İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon fililına müraciət etmişdir. Cavabdeh 09 aprel 2020-ci il tarixli, **********0 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, işlədiyi dövr və hərbi xidmətdə olduğu dövr sığorta stajı kimi hesablanaraq əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE 08353512 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 11.02.1961-ci il tarixdə doğulmuşdur. İşdə olan hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22.04.1979- 04.05.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan İddiaçı məxsus 27.09.1983-cü il tarixli, ИТ-İ ******* əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 26.06.1978-27.06.2018-ci illərdə fasilələrlə ayrıayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə olunan NZ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22.04.1979-04.05.1981ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivinin 08.05.2020-ci il tarixli, 35 nömrəli arxiv arayışından görünür ki, İddiaçı İmişli rayon Telman adına Kolxozda 1978-ci ildə işləmiş və həmin ildə illik qazancı 209 manat olmuş, 1982-ci ildə işləmiş və həmin ildə illik qazancı 1331 manat olmuş, 1983-cü ildə işləmiş və həmin ildə yerinə yetirlmiş adam günü 210, illlik qazancı isə 936 manat olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 18.09.2020-ci il tarixli, 95 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Telman adına kolxozun kolxozçularının 1978-ci ilin son hesablaşma kitabında yerinə yetirilmiş adam günü norması qeyd olunmamışdır. 1979-cu və 1980-ci illərdə qeyd olunmuş, 1981-ci və 1982-ci illərdə isə qismən yerinə yetirilmiş adam günü normaları vardır. İmişli rayonu üzrə kolxozlarda kolxozçuların kişilərdə yerinə yetirilmiş adam günü normaları 260, qadınlarda isə 180 müəyyən olunmuşdur. Kolxozçuların orta aylıq əmək haqqları barədə məlumat İmişli rayon Dövlət Arxivində saxlanılmır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin iddiaçıya göndərdiyi 09 aprel 2020-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, 26.06.1978-28.09.1983-cü illərdə İmişli rayon Telman adına kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmadığı və 28.09.1983-18.05.1992-ci illərdə və 20.05.1992- 12.12.1999-cu illərdə Şərbət kiçik müəsissəsində işlədiyi dövrün əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İşdə olan İmişli rayon Statistika İdarəsinin məhkəməyə ünvanladığı 24.06.2020-ci il tarixli, 96 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Tədarük idarəsi, İmişli rayon Şərbət kiçik müəssisəsi uçot vahidi kimi qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 24.06.2020-ci il tarixli, **********606300 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Tədarük idarəsi, İmişli rayon Şərbət kiçik müəssisəsi adlı qurumlar idarədə dövlət qeydiyyatında və vergi uçotunda yoxdur. Eyni zamanda, Ədliyyə orqanlarından təhvil alınmış kommersiya qurumlarının iş qovluqlarıda müəssisənin qovluğu olmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin 30.06.2020-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İmişli rayon Tədarük İdarəsinin və İmişli rayon Şərbət kiçik müəssisəsinin əmr kitabları, əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Vətəndaş İddiaçı hüququ yarandığı tarixdən yəni, 27.01.2020-ci il tarixindən əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ümumilikdə 14 il 4 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 25800 manat sosial sığorta kapıtalı tələb olunur. 01.01.2006-cı il tarixindən vətəndaşın fərdi hesabının sığorta hissəsində 9021,20 manat sosial sığorta kapitalı vardır. Ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qeyd olunan sığorta kapitalından əlavə, 16779,76 manat sosial sığorta kapitalının olması tələb olunur (25800 manat - 9021.20 manat =16779,80 manat) 01.01.2006-cı il tarixinə kimi qeyd olunan kapitalın əldə olunması üçün 22 il 7 ay 19 gün sosial sığorta stajı tələb olunur. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın məhkəməyə ünvanladığı 27.08.2020-ci il tarixli, MMİ 364/5 nömrəli nömrəli məktubunda qeyd edilmişdir ki, Azərittifaqın tabeliyində heç vaxt, o cümlədən 1992-1999-cu illərdə Şərbət kiçik müəssisəsi fəaliyyət göstərməmişdir. İşdə olan Aqrar Tədarük və X8 Cəmiyyətinin məhkəməyə ünvanladığı 18.09.2020-ci il tarixli, 26/06-571-ATT/20 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 aprel tarixli 1944 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanı ilə isə "xxxx" ASC ləğv edilərək, onun hüquqi varisi olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 28.09.1983-18.05.1992-ci il tarixlərində "xxxx" ASC fəaliyyət göstərməmişdir və Cəmiyyətdə İddiaçı adlı şəxs əmək fəaliyyəti ilə məşğul olmamışdır. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın məhkəməyə ünvanladığı 24.11.2020-ci il tarixli, MMİ/11 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərittifaqm tabeliyində heç vaxt, o cümlədən 1992-1999-cu illərdə Şərbət kiçik müəssisəsi olmamışdır. Eyni zamanda X2 17.02.1992-ci il tarixli 61 nömrəli qərarı ilə İmişli rayon Tədarük idarəsinin (əslində Aqrokoopun) bazasında İmişli "xxxx" Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu "xxxx" Cəmiyyəti Tədarük idarəsinin (Aqrokoopun) hüquqi varisidir, hazırda fəaliyyət göstərir və Azərittifaqa tabe deyildir. Qeyd olunanları nəzərə alaraq İmişli Tədarük idarəsilə əlaqədar sorğu ilə İmişli "xxxx" Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğun olduğu bildirilmişdir. İşdə olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 22.12.2020-ci il tarixli, 4/2349 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon İcra Hakimiyyətində İmişli rayon Tədarük İdarəsinin 28.09.1983-18.05.1992-ci illərdə İmişli rayon Şərbət kiçik müəssəsinin 20.05.1992-12.12.1999-cu illərdə və hal-hazırda fəaliyyətləri barələrində heç bir sənəd və məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinin 10.06.2021-ci il tarixli, **********783600 nömrəli məktubunda qeyd edilmişdir ki, İdarədə olan reyestrdə “İmişli rayonu tədarük idarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Kiçik Müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 17.06.2021-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. İmişli rayon Tədarük İdarəsi və "xxxx" kiçik müəssisəsi barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 30.09.2021-ci il tarixli, **********52 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon "xxxx" Səhmdar Cəmiyyəti barədə dövlət əmlakının Registrində heç bir məlumat təqdim edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 06.10.2021-ci il tarixli, **********740700 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Səhmdar Cəmiyyəti 19 fevral 1992-ci il tarixdə İmişli rayon aqrarkooperativ tədarük sənaye ticarət birliyinin bazasında yaradılmış və 27 oktyabr 1993-cü il tarixdə dövlət qeydiyyatına, 27.11.1997-ci il tarixdə vergi uçotuna alınmışdır, lakin inventarlaşmadan keçməmişdir (2005-ci il iyulun 1-dək on rəqəmli VÖEN almamışdır). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edildiyi 01.01.2019-cu il tarixdən cəmiyyət tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim edilməmişdir. Əvvəlki dövrlərdə vergi ödəyicisi tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim edilməmişdir. Əvvəlki dövrlərdə vergi ödəyicisi tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim edilməsi barədə məlumatlar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən verilə bilər. "xxxx" X9 Cəmiyyəti (VÖEN 5********) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, "xxxx" Səhmdar Cəmiyyəti 26.10.2007-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılmışdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 15.10.2021-ci il tarixli, 127 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı İmişli "xxxx" S.C-dəki əmək fəaliyyəti ilə bağlı sorğunuz aidiyyatı üzrə baxılması üçün İmişli rayon Dövlət Arxivinə göndərilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, İmişli "xxxx" Səhmdar Cəmiyyətinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə göndərdiyi 24.05.2021-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Əvvəlcə qeyd edilməlidir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı ünvanlanmış 16 mart 2020-ci il tarixli imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığı üçün İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) 27.01.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətli İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək Qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İşin mübahisələndirilən halı iki hissədən ibarətdir: 1. İddiaçı sosial sığorta stajı; 2. İddiaçı fərdi hesabının sığorta hissəsinə müvafiq olan pensiya kapitalı. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü), 2. 44 il x 4 ay (əmək Qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay, 3. 176 ay : 12 ay = 14 il 8 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 14 il 08 aydır. İş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №-li əmək kitabçasmda İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisiləndirilən halları aşağıdakılardan ibarətdir: 1. İddiaçı 26.06.1978-ci il tarixdən 28.09.1983-cü il tarixədək İmişli rayon Telman adına kolxozda işlədiyi dövr; 2. İddiaçı 28.09.1983-cü il tarixdən 18.05.1992-ci il tarixədək İmişli rayon tədarük idarəsində işlədiyi dövr; 3. İddiaçı H. C.Aslanovun 20.05.1992-ci il tarixdən 12.12.1999-cu il tarixədək Şərbət kiçik müəssisəsində işlədiyi dövr. Belə ki, İddiaçı tərəfindən təqdim olunan əmək kitabçası üzrə 16.06.1978-ci il tarixdən 28.09.1983-cü il tarixədək, 28.09.1983-cü il tarixdən 18.05.1992ci il tarixədək və 20.05.1992-ci il tarixdən 12.12.1999-cu il tarixədək olan dövrün “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edılməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdinlməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə müvafiq daraq yoxlanılması, Telman kolxozunun, Tədarük idarəsinin və Şərbət kiçik müəssisəsinin arxiv sənədləri barəsində heç bir məlumatın mövcud olmaması və sənədlərin X5 filialına təhvil verilməməsi səbəbindən müvafiq illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün olmamışdır. Bundan əlavə iddiaçının 26.06.1978-ci il tarixdən 28.09.1983-cü il tarixədək İmişli rayon Telman adına kolxozda işlədiyi dövrə dair İmişli rayon dövlət arxivinin 8 may 2020-ci il tarixli 35 nömrəli arxiv arayışında iddiaçının yalnız 1983-cü il tarixində yerinə yetirdiyi adam günü norması göstərilmiş və İddiaçı həmin il üzrə arxivin hesablaşma kitablarında adı Afiz olaraq qeyd edilmişdir. Bu səbəblə də qanunvericiliyin tələbi əzərə alınmaqla həmin illər sosial sığorta stajı olaraq nəzərə alına bilməz. İddiaçının mübahisələndirilən 26.06.1978-ci il tarixdən 28.09.1983-cü il tarixədək İmişli rayon Telman adına kolxozda işlədiyi dövr, 28.09.1983-cü il tarixdən 18.05.1992-ci il tarixədək İmişli rayon tədarük idarəsində işlədiyi dövr və 20.05.1992-ci il tarixdən 12.12.1999-cu il tarixədək Şərbət kiçik müəssisəsində işlədiyi dövrü əhatə edən 21 il 05 ay 14 gün müddət daxil edilmədikdə iddiaçının digər yerdə qalan və mübahisələndirilməyən sosial sığorta stajını isə 16.12.1999-cu il tarixindən 05.10.2001-ci il tarixinədək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində mütəxəssis vəzifəsində işlədiyi dövr, 31.07.2002-ci il tarixdən 22.05.2012-ci il tarixinədək İmişli İstehsalat və Təmir İstismar sahəsində işlədiyi dövr, 11.06.2012-ci il tarixindən 13.05.2013-cü il tarixinədək İmişli rayon MKTB-də işlədiyi dövr və 14.05.2013-cü il tarixdən 27.06.2018-ci il tarixinədək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin İmişli rayon mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsində işlədiyi dövrlər üzrə 17 il 08 ay 06 gün təşkil edir. Sığortaolunanların altsistemindən əldə edilmiş məlumat əsasında iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixindən 27.01.2020-ci il tarixinədək olan dövr üzrə 9021.20 manat məbləğində pensiya kapitalı toplandığı müəyyən edilmişdir. Bundan əlavə İddiaçı 22.04.1979-09.05.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək ensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11.12.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı illərinin 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 1. SH=PSK/(TxK). burada: 2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; 3. PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığotlaolunanın fərdi hesabının sığorta hissəsində qeydə aiınan pensiya kapitalı da daxil olmaqla); 4. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 5. K - sığorta davamiyyəti əmsalıdır. Sözügedən Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği aşağıdakı kimidir:
1. 59 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü); 2. 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay;
3. Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti misalı 1apılır 176/192= 0,916666666 (0,92); 4. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddət aylarının sayına vurulur: 0.92 x144=132.48; 5. Pensiya sığorta kapitalı (PSK=9021,20) alınmış rəqəmə bölünərək (9021.20 : 132 = 68,3424242 (68 manat) manat məbləğində müəyyən edilir. Göründüyü kimi İddiaçı təyin olunacaq aylıq pensiya ödənişi 68 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının - -nunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2020-ci il 1 mvar tarixindən 233,20 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1- ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin Qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-ci bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çemobıl AES-də hərbi xidmətlə əlaqədar. 1990-cı ilin Ynvar Hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçı əlillik 27.01.2020-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları 17.01.2020-ci ii tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi əmək pensiyası hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. İddiaçıya münasibətdə onun sosial sığorta stajı əsasında pensiya kapitalı aşağıdakı qaydada hesablanır: 1. 19 il 08 ay 27 gün (17 il 08 ay 21 gün mübahisələndirilməyən staj + 2 il hərbi xidmət) x 306- 6120 manat; 2. 6120 manat x 2.42 (faizlərin cəminin indeksi)= 14.810 manat; 3. 14.810 manat + 9021.20 manat (01.01.2006-cı il tarixindən sonrakı pensiya kapitalı)= 23.831 manat. 27.01.2020-ci il tarixinə fərdi hesabın sığorta hissəsində tələb olunan pensiya kapitalı məbləği: 233.20 x 132 (ay)= 30.782 manat. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyqun çıxarıİmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz." Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda bildiririk ki, iddiaçıya münasibətdə TSEK-in 17.04.2019-cu il tarixli qərarında həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının marıldığı 27.01.2020-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 30.782 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, 26.06.1978-28.09.1983-cü illərdə İmişli rayon Telman adına kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmamış və 28.09.1983-18.05.1992-ci illərdə İmişli rayon Tədarük İdarəsində və 20.05.1992-12.12.1999-cu illərdə Şərbət kiçik müəsissəsində işlədiyi dövrün əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə göndərdiyi 26.02.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş bütün əmək fəaliyyəti dövrləri nəzərə alınsa belə iddiaçı ikinci dərəcəli əlil olduğundan həm sığorta stajı, həm də pensiya kapitalı tələbini ödəməlidir. Qeyd olunanlardan aydın olduğu kimi İddiaçı tələb olunan sığorta stajı tələbini ödəsə də tələb olunan pensiya kapitalını tələbini ödəyə bilmir. Bu arada məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan digər iş illəri və həqiqi hərbi xidmətdə olduğu dövr cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Yəni, həmin dövrlər inzibati orqan tərəfindən sosial sığorta stajı kimi qəbul olunur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, 26.06.1978-28.09.1983-cü illərdə İmişli rayon Telman adına kolxozun son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normaları qeyd olunmamış və 28.09.1983-18.05.1992-ci illərdə Tədarük İdarəsində və 20.05.1992-12.12.1999-cu illərdə Şərbət kiçik müəsissəsində işlədiyi dövrün əmr kitabları, əmək haqqı cədvəlləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə cavabdehin imtinasına ilə bağlı aşağıdakıları qeyd edir: İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında əmək kitabçasında qeyd olunan 28.09.1983-18.05.1992-ci illərdə Tədarük İdarəsində və 20.05.1992-12.12.1999-cu illərdə Şərbət kiçik müəsissəsində əmək fəaliyyəti ilə bağlı aparılmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi müəssisənin əmək kitabçasında göstərilən dövrlərdə mövcudluğunu və fəaliyyətinin olub-olmamasını, iddiaçının həmin müəssisədə işləyib-işləməməsini və əmək haqqı alıb-almamasını, hazırda həmin müəssisələrin mövcud olub-olmamasını, arxiv sənədlərinin saxlanılmamasının səbələrini araşdırmamış və bu araşdırmaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı iddiaçının 28.09.1983-18.05.1992-ci illərdə əmək fəaliyyətində olduğu İmişli rayon Tədarük İdarəsinin mövcud olması işdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın məhkəməyə ünvanladığı 24.11.2020-ci il tarixli, MMİ/11 nömrəli məktubu ilə öz təsdiqni tapır. Həmin məktubda qeyd edilmişdir ki, “... X2 17.02.1992-ci il tarixli 61 nömrəli qərarı ilə İmişli rayon Tədarük idarəsinin (əslində Aqrokoopun) bazasında İmişli "xxxx" Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu "xxxx" Cəmiyyəti Tədarük idarəsinin (Aqrokoopun) hüquqi varisidir, hazırda fəaliyyət göstərir və Azərittifaqa tabe deyildir”. Həmin fakt işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 06.10.2021ci il tarixli, **********740700 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər ilə də öz təsdiqini tapır. Həmin məktubda qeyd olunur ki, "xxxx" Səhmdar Cəmiyyəti 19 fevral 1992ci il tarixdə İmişli rayon aqrarkooperativ tədarük sənaye ticarət birliyinin bazasında yaradılmış və 27 oktyabr 1993-cü il tarixdə dövlət qeydiyyatına, 27.11.1997-ci il tarixdə vergi uçotuna alınmışdır, lakin inventarlaşmadan keçməmişdir (2005-ci il iyulun 1-dək on rəqəmli VÖEN almamışdır) ...” Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə, həmin müəssisələrdə işləyib, əmək haqqı aldığını qeyd etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi bütün müəssisələrinin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli, o cümlədən iddiaçının işlədiyi İmişli rayon Tədarük İdarəsi ilə İmişli "xxxx" Səhmdar Cəmiyyətinin eyni müəssisə olub-olmamasını, əgər eyni müəssisədirsə bu zaman 1992-ci il tarixində onun bazasında yaradılmış İmişli "xxxx" Səhmdar Cəmiyyətinin yerləşdiyi ərazini müəyyən etməklə həmin əraziyə (əmlaklara) baxış keçirilməli, həmin ərazidə iddiaçının əmək fəaliyyətinə dair İmişli rayon Tədarük İdarəsinə məxsus sənədlərin saxlanılıb-saxlanılmamasını müəyyən etməli, əgər saxlanılırsa həmin sənədlərə yerində baxış keçirməli, qarşılıqlı yoxlamasını aparmalı, o cümlədən Tədarük İdarəsi ilə Şərbət kiçik müəssisinin bir-biri ilə qarşılıqlı əlaqələrinin olubolmamasını müəyyən etməli, buna dair sənədlər mövcuddursa həmin sənədləri əldə etməli idi. Bundan başqa cavabdeh inzibati orqan iddiaçının 26.06.1978-28.09.1983-cü illərdə İmişli rayon Telman adına kolxozundakı əmək fəaliyyətini sığorta stajı kimi qəbul edilməməsini həmin dövrlərə aid son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normalarının qeyd olunmaması ilə əlaqələndirmişdir. İlk öncə məhkəmə onu qeyd etmək istəyir ki, iddiaçının əmək fəaliyyətində olduğu həmin dövrlər iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş və iddiaçı həmin əmək kitabçasını cavabdeh inzibati orqana təqdim etmişdir. Bununla belə iddiaçı həmin dövrlərə dair arxiv arayışını da cavabdeh inzibati orqana təqdim etmişdir. Sözügedən sənədlərdən iddiaçının İmişli rayon Telman adına kolxozunda işləməsi təsdiqini tapır. Yəni iddiaçının sözügedən kolxozda (müəssisədə) müəyyən dövrlərdə işləməsi mübahisə doğurmur. Mübahisə iddiaçının işlədiyi həmin dövrlərə aid son hesablaşma kitablarında yerinə yetirilmiş minimum adam günü normalarının qeyd olunmaması ilə əlaqədardır. Məhkəmə bununla bağlı aşağıdakılara nəzər yetirməyi zəruri hesab edir: İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 08.05.2020-ci il tarixli, 35 nömrəli arxiv arayışından görünür ki, İddiaçı İmişli rayon Telman adına Kolxozda 1978-ci ildə işləmiş və həmin ildə illik qazancı 209 manat olmuş, 1982-ci ildə işləmiş və həmin ildə illik qazancı 1331 manat olmuş, 1983-cü ildə işləmiş və həmin ildə yerinə yetirlmiş adam günü 210, illlik qazancı isə 936 manat olmuşdur. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 18.09.2020-ci il tarixli, 95 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Telman adına kolxozun kolxozçularının 1978-ci ilin son hesablaşma kitabında yerinə yetirilmiş adam günü norması qeyd olunmamışdır. 1979-cu və 1980-ci illərdə qeyd olunmuş, 1981-ci və 1982-ci illərdə isə qismən yerinə yetirilmiş adam günü normaları vardır. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı 22.04.1979-04.05.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, iş materialında olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 18.09.2020-ci il tarixli, 95 nömrəli məktubundan müəyən olunur ki, İmişli rayon Telman adına kolxozun kolxozçularının 1978-ci ilin son hesablaşma kitabında yerinə yetirilmiş adam günü norması qeyd edilməmişdir. Yəni sözügedən hal yalnız idiaçı ilə bağlı deyil, həmin dövrdə işləyən bütün kolxozçular üçün də keçərlidir. Bununla belə məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə işlədiyini və əmək haqqı aldığını bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 1979-1981-ci ilin müəyyən dövrlərində hərbi xidmətdə olmuş və arxiv sənədlərinə əsasən 1982-ci illərdə qismən yerinə yetirlmiş adam günləri vardır. Lakin onu da nəzərə almaq lazımdır ki, iddiaçının adına verilmiş 35 nömrəli 08.05.2020-ci il tarixli arxiv arayışında 1983-cü ildə həm yerinə yetirlmiş adam günü, həm də illik qazanc yazılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının minimum əmək iştirakı normasının yerinə yetirilməsi barədə məlumatın olmaması həmin illərin tam əmək ili kimi götürülməsinə əsas verə bilməz. Müraciətə təkrar baxılan zaman cavabdeh inzibati orqan həmin kolxozlarda eyni vəzifədə işləyən digər şəxslərin 1978-1983-cü illər üzrə faktiki işlədiyi adam günü və aldığı əmək haqqı barədə məlumatı əldə etməli, həmin məlumata əsasən, bir adam gününə hesablanan orta günlük əmək haqqı müəyyən edilməli və əldə edilən nəticəyə uyğun olaraq həmin illərdə iddiaçının faktiki aldığı əmək haqqını orta günlük əmək haqqına bölməklə, faktiki adam günü və buna müvafiq olaraq da, faktiki staj hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının həmin dövrləri ilə bağlı araşdırma apararkən cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından həmin kolxozda işləyən və pensiya hüququ əldə edən digər kolxozçuların pensiya işinə baxış keçirməli, həmin dövlərdə digər kolxozçularda yerinə yetirilmiş adam günü normalarının yazılıb-yazılmadığını müəyyən etməli, yazılmadığı halda, yazılmayan həmin dövrlərin sığorta stajına daxil edilibedilmədiyini müəyyən etməli, əgər sığorta stajı kimi daxil edilmişdirsə bunun əsaslarını müəyyən etməlidir. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını, arxiv arayışını və s.) və izahatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov