Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-98/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı kiçik müəssisəsinin nümayəndəsi X8 və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X6, Üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı kiçik müəssisəsinin Cavabdehnə qarşı «Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı kiçik müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1474/2019 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(120)-34/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ona Cəlilabad rayon Şərəfxanlı kəndində 10,1 ha torpaq sahəsi Cəlilabad Rayonu İcra Hakimiyyəti tərəfindən 08 sentyabr 2017-ci il tarixli sərəncamla icarəyə verilmiş və o, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsindən 27 oktyabr 2017-ci il tarixdə çıxarış alaraq dövlət qeydiyyatından keçirmişdır. Elçin Babayev hazırda iddia edir ki, guya onun mülkiyyətində olan həmin torpaq sahəsinin 4 hektarını zəbt etmiş və həmin torpaqdan çıxarılmalıdır. X21 iddia etdiyi torpaq sahəsi ona məxsus deyildir. Belə ki, Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı və Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqaviləsi əsasında İddiaçı kiçik müəssisəsinin istifadəsinə 20 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi Elçin Babayevdən öncə, yəni Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı və Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqaviləsi əsasında İddiaçı kiçik müəssisəsinin istifadəsinə həmin 20 ha torpaq sahəsi verilmişdir. Elçin Babayevə isə həmin torpaq sahəsi 2017-ci il tarixdə İcra Hakimiyyəti Başçısının sərancamı ilə verilmişdir. Buradan da göründüyü kimi torpaq ilkin olaraq İddiaçı kiçik müəssisəsinə verilmişdir. Elçin Babayevin iddia etdiyi torpağın İddiaçı kiçik müəssisəsinin mülkiyyətində olması barədə icra hakimiyyətinin sərancamı ilə yanaşı, təhkim aktı, torpağın sxematik xəritəsi də mövcuddur. Aydın olduğu kimi Cavabdeh mübahisəli torpağı İddiaçı kiçik müəssisəsinə 25 illik müddətə icarəyə verməsinə baxmayaraq 2017-ci il tarixdə isə həmin torpağı Elçin Babayevə icarəyə vermiş və Elçin Babayev də öz növbəsində həmin torpağa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsindən çıxarış almışdır. Hesab edir ki, Cəlilabad rayon İHB-nın 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərəncamı qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, Elçin Babayevin adına verilmiş sərəncamda qeyd olunmuş torpaq sahəsi İddiaçı kiçik müəssisəsinə məxsusdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Cəlilabad rayon Bayxanlı kənd sakini X16 04 iyul 2017-ci tarixdə rayon icra hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, dövlət ehtiyat fond torpağından icarə müqaviləsi ilə ona 15 hektar torpaq sahəsinin əkin məqsədi ilə ayrılmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin 2017-ci il 22 avqust tarixli, **********24 nömrəli məktubunu nəzərə alaraq Rayon İcra Hakimiyyətinin 2017-ci il 08 sentyabr tarixli 113 nömrəli sərəncamı ilə Elçin Babayevə dövlət ehtiyat fondundan 15 ha torpaq sahəsi əkin məqsədi üçün ayrılmış, 11 sentyabr 2017-ci il tarixli 17 saylı icarə müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 oktyabr 2017-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışı ilə Elçin Babayevin icarəsinə verilən 10.1 ha torpaq sahəsinin icarə hüquqları qeydiyyata alınmışdır. Həmçinin qeyd edilən 10.1 ha əraziyə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı-nin istifadə etdiyi 20 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzrə hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçülərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 11 mart 2020-ci il tarixli, 2- 1(120)-34/2020 nömrəli qərarı ilə İddiaçı kiçik müəssisəsinin Cavabdehnə qarşı «Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamı Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə ayrılmış 50,0 ha torpaq sahəsi ilə üst-üstə düşən 3,45 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ 34CTRE********************) köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(120)-34/2020 nömrəli qərarından Cavabdeh və üçüncü şəxs X16 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(120)-34/2020 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər İ.Q.Əsədov və Z.A.Zeynalovdan ibarət tərkibdə) 10 mart 2021-ci il tarixli, 2- 1(106)-11/2021 nömrəli qərarı ilə Cavabdeh və üçüncü şəxs X16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 11 mart 2020ci il tarixli, 2-1(120)-34/2020 nömrəli qərarı ləğv edilmiş, İddiaçı kiçik müəssisəsinin Cavabdehnə qarşı «Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizalarının keçirilməsinə görə 150 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı kiçik müəssisəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X7, KOD: 210005, VÖEN: **********, Müxbir hesab №: AZ41NABZ********************, SWİFT BİC: CTREAZ22, Hesab №: AZ43CTRE********************) köçürülməsi, həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 120,82 manat İddiaçı kiçik müəssisəsindən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ("xxxx" ASC-nin Xətai filialı, kod: 200071, VÖEN (bank): **********, Müxbir hesab №: AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, "xxxx" MMC, VÖEN: **********, Hesab №: AZ23AİİB********************) köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı kiçik müəssisəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2-1(102)-1241/2021 saylı qərarı ilə (hakimlər S.Ə.Kərimov (sədrlik edən və məruzəçi), Z.M.Quliyev və R.S.Nəbizadədən ibarət tərkibdə) İddiaçı kiçik müəssisəsi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(106)-11/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Z.M.Allahyarov, hakimlər M.Ə.Bağırov və S.İ.Mayılovdan ibarət tərkibdə) 05 oktyabr 2021ci il tarixli, 2-1(106)-449/2021 nömrəli qərardadı ilə Cavabdeh və üçüncü şəxs X16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(120)-34/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş materialları baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, ... iş materialından göründüyü kimi, cavabdeh inzibati orqanın nümayəndəsi iştirak etməyən məhkəmə iclasında iddia tələbi dəyişdirilmiş, hakim bu barədə iddiaçının ərizəsinin surətini cavabdehə göndərərək öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək üçün ağlabatan müddət təyin etmədən yekun məhkəmə qərarı qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Bundan əlavə, kollegiya hesab edir ki, iddianın müddət baxımından mümkünlük şərti ilə bağlı məsələ araşdırılmalıdır. İddia əlverişsiz qərarın ləğvinə yönəlmiş mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia inzibati aktın (hazırkı işdə sərəncamın) təqdim və ya elan olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Məhkəmə tərəfindən bu hala qiymət verilməli, iddiaçının sözügedən sərəncamın qəbulundan məlumatlı olubolmaması və hansı vaxtdan məlumatlı olması müəyyən edilməlidir. İddia mümkün sayıldığı təqdirdə, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalıdır. Bundan əlavə, iş üzrə mütəxəssis və ekspert rəylərində qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 374 saylı torpaq icarəsi müqaviləsinə əsasən iddiaçı kiçik müəssisəsinə icarəyə verilmiş 20 hektar torpaq sahəsinin işdə planı (sxemi və sxemdə döngə nöqtələrinin koordinatları) olmadığından, həmin sahənin naturada yer sərhədlərini təyin etmək mümkün deyil. Bu səbəbdən həmin rəydə iddiaçıya ayrılmış torpaq sahəsi ilə X15 icarəyə verilmiş 15 ha torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Kollegiya hesab edir ki, həmin torpaqların sərhədləri müəyyən olunmalı, sərhədləri bəlli olduqdan sonra torpaq sahələrinin üst-üstə düşməsini təsdiq və ya inkar etmək üçün məhkəmə tərəfindən yetərli sübutlar toplanmalı, iş materialında olan və İddiaçı kiçık müəssisəsinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ilkin plan sənədləri nəzərə alınmalıdır. Bundan başqa, xx.xx.2005-ci il tarixdə 20 hektar torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə müqavilə bağlanılsa da, icarəyə verilmiş 20 hektar torpaq sahəsinin yerquruluşu sənədi, həmçinin plan və ölçü sənədi iş materiallarına əlavə edilməmişdir. Bunun səbəbi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Qeyd etmək lazımdır ki, iddiaçı və üçüncü şəxsə verilmiş torpaq sahələrinin üst-üstə düşməsini istisna etmək üçün yalnız üçüncü şəxsə aid sənədlərin tədqiq olunması obyektiv və hərtərəfli araşdırma prinsipinin tələbləri baxımından yetərli sayıla bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüquqi və ya fiziki şəxslərə icarəyə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İcra hakimiyyəti tərəfindən icarəyə verilən torpaq sahələrinin ölçü və sərhədlərinin müəyyən edilməsi fiziki və ya hüquqi şəxsin deyil, həmin orqanın məsuliyyət sferasına aiddir. Bu vəzifə heç bir halda şəxsin üzərinə qoyula bilməz. Torpaq sahələri icarəyə yalnız əvvəlcədən müəyyən olunmuş sərhədlər daxilində verilə bilər. Bu baxımdan sərhədlərin müəyyən edilməsi məqsədi ilə torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinə icarəyə verilməsinə dair icra hakimiyyəti orqanın müvafiq sənədləri, o cümlədən arxiv sənədləri araşdırılmalı, həmin orqanın aidiyyəti strukturlarının, habelə mütəxəssis və ekspertlərin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, kassasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün onun cavabdehin sərəncamından, yoxsa sərəncam əsasında həyata keçirilən hərəkətlərdən, o cümlədən tərəflər arasında bağlanmış müqavilədən və ya üçüncü şəxsə verilmiş şəhadətnamədən qaynaqlandığının müəyyən edilməsini göstərilmişdir. Qeyd olunmuşdur ki, araşdırmanın nəticəsi mübahisənin məhkəmə aidiyyətinə və mübahisə predmetinin məzmununa birbaşa təsir göstərə bilən faktordur. Bundan əlavə, ekspert rəyləri arasındakı ziddiyyətli məqamları araşdırmalı, birinci instansiya məhkəməsində rəy vermiş eksperti və mütəxəssis həmin hallarla bağlı, xüsusən də rəydə göstərilmiş hissədə üst-üstə düşmənin iddiaçının istifadəsində olan 20 ha sahəyə aid olub-olmadığı barədə dindirilməli, əvvəlki ekspert rəyi ilə nədən razılaşmadığını əsaslandırmalıdır. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi və ya fiziki şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında verildiyi nəzərə alınmalıdır. İlkin rəsmiləşdirmə sənədləri əsasında şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada icarəyə götürdüyü torpaq sahəsi üzərində əşya hüququnun yarandığı diqqətə alınmalıdır. Belə ki, məhz həmin sənədlər əsasında yaranmış əşya hüququ sonradan dövlət qeydiyyatı aparılır və qeydiyyat nəticəsində həmin hüquq dövlət tərəfindən tanınır. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, hüququn qeydə alınması zərurəti qeydiyyata alınmamış hüququn müdafiəsini istisna edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarda qeyd olunan hallar araşdırıldıqdan sonra zərurət yaranarsa, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından yardım edilməli, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasına köməklik göstərilməlidir. İddia tələbi üzrə dəqiqləşdirmənin aparılması apellyasiya icraatı zamanı yolverilməz olduğundan, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması üçün iddiaçıya apellyasiya icraatı zamanı köməklik göstərməsi istisna olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməklə, şikayət qismən təmin edilməli, iddianın dəyişdirilməsi ərizəsi üzrə zəruri prosessual hərəkətlərin edilməsindən ötrü inzibati, o cümlədən bu qərardadın əsaslandırma hissəsində qeyd olunan halların araşdırılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı kiçik müəssisəsinin nümayəndəsi X11 və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materiallarında olan “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı kiçik müəssisəsi xx.xx.1994-cü il tarixdə 17347 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cəlilabad rayon X18 Rəyasət Heyətinin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli protokolundan çıxarışdan, xx.xx.1995-ci il tarixli təhkim aktından, torpaq sahəsinin planından və vəsatətdən müəyyən olunur ki, X5 İttifaqının xx.xx.1995-ci il tarixli, 16 №-li məktubu nəzərə alınaraq, rayon X18 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 12 №-li iclasının qərarı ilə Şərəfxanlı ərazisində dövlət ehtiyat fond torpağından X3 verilmiş 50,0 ha torpaq sahəsini becərə bilmədiyindən imtina etməsinə görə həmin torpaq sahəsi geri alınaraq rayon XDS-nin fonduna daxil edilmiş, Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli, 803 №-li vəsatəti nəzərə alınaraq Şərəfxanlı ərazisində dövlət ehtiyat fond torpağından şimaldan “Adnalı” kolxozu icarə sahəsi ilə, cənubdan Şərəfxanlı qəbristanlığı ilə, qərbdən və şərqdən DEFT ilə sərhədlənən 50,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı kiçik müəssisəsinə verilməsi qərara alınmış, həmin torpaq sahəsinin planı tərtib edilərək xx.xx.1995-ci il tarixli təhkim aktı ilə iddiaçının istifadəsinə verilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqavilədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd olunan “Torpaq icarəsi müqaviləsi” Cəlilabad rayon X18 Rəyasət Heyətinin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında iddiaçıya verilmiş 50,0 ha torpaq sahəsinin 20 hektarı üzrə, 25 il müddətinə, hər il 600000 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh ilə İddiaçı kiçik müəssisəsi arasında bağlanmışdır. İş materiallarında olan ərizə, məktub, sərəncam və çıxarışdan görünür ki, Cəlilabad rayonunun Bayxanlı kənd sakini X16 ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək əkinlə məşğul olmaq üçün Şərəfxanlı dövlət ehtiyat fond torpağından onun icarəsinə 15,0 ha torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi Cavabdehnə ünvanladığı 22 avqust 2017-ci il tarixli, **********24 nömrəli məktubunda dövlət ehtiyat fond torpağından X14 15,0 hektar torpaq sahəsinin icarəyə verilməsinə eturaz etməmiş, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 №-li sərəncamı ilə dövlət ehtiyat fond torpağından X14 15,0 hektar torpaq sahəsinin verilməsi və onunla icarə müqaviləsinin bağlanması qərara alınmış, həmin torpaq sahəsinin 10,1 hektarı daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli, Seriya RX, №1174455 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la X10 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan digər çıxarışdan görünür ki, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 №-li sərəncamı ilə dövlət ehtiyat fond torpağından X14 verilməsi qərara alınmış 15,0 hektar torpaq sahəsinin 4,9 hektarı daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli, Seriya RX, №1174469 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la X10 adına rəsmiləşdirilmişdir. İddiaçı kiçik müəssisəsi Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının onun hüquqlarını pozduğunu iddia etməklə ləğv olunmasını tələb edir. Məhkəmənin 19 avqust 2019-cu il tarixli, 2-1(086)-1474/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verilmiş 24 yanvar 2020-ci il tarixli, 1420 saylı rəyə əsasən ekspert qərardadın birinci-dördüncü sualları üzrə: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50.0 ha torpaq sahəsinin və Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında X14 verilmiş 15,0 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilərək rəyə əlavə olunmuş planda göstərilmişdir. Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında X14 verilmiş 15,0 ha torpaq sahəsinin sərhədləri Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50,0 ha torpaq sahəsinin sərhədləri daxilində enləri 128.6 m və 143.2m, uzunluqları-264,4 m və 275,0 olan 3,45 hektaradək hissə ilə üst-üstə düşür. Üstüstə düşən hissənin ölçüləri və koordinatları rəyə əlavə olunmuş planda göstərilmişdir. **********87 və **********88 reyestr nömrəli çıxarışlar əsasında X10 icarəsində olan torpaq sahələrinin plan və ölçü sənədi, həmin torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi olan Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərhədlərinə uyğun tərtib edilmişdir. Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında **********88 reyestr nömrəli çıxarışla X10 icarəsində olan 10.1 ha torpaq sahəsinin 3.45 hektaradək hissəsi Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli. 05 nömrəli qərarının planındakı yerə uyğun yerləşmə mövqeyi əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Rəyə əlavə olunmuş planda üst-üstə düşən hissənin ölçülərinin və koordinatlarının göstərildiyini” vurğulamışlar. Bundan əlavə, işə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmənin 19 avqust 2020-ci il tarixli, 2-1(106)-393/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 15 yanvar 2021-ci il tarixli, 10/2514 saylı rəydə ekspert qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21 dekabr 2020-ci il tarixli, **********51 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: - Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı kiçik müəssisəsinə icarəyə verilmiş 20 hektar torpaq sahəsinin mülki işdə planı (sxemi və sxemdə döngə nöqtələrinin koordinatları) olmadığından naturada yer sərhədlərini təyin etmək mümkün deyil. - X14 Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamı ilə icarəyə verilmiş 15 hektar torpaq sahəsinin sərhədləri, döngə nöqtələrinin koordinatları (**********88 nömrəli reyestr çıxarışının plan və ölçüsünün koordinatlarına əsasən) və qonşuluqları müəyyən edildi. - Cavabdeh başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı kiçik müəssisəsinə icarəyə verilmiş 20 hektar torpaq sahəsinin planı olmadığından bu torpaq sahəsinin X14 Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamı ilə icarəyə verilmiş 15 hektar torpaq sahəsinin üstüstə düşməyini müəyyən etmək mümkün olmadı. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmadığı, odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə biləcəyini” vurğulamışlar. İşə birinci instansiya məhkəməsi tərəfindən təkrar baxılarkən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verilmiş 20 hektar torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin (sözügedən torpaq sahəsinin koordinatları göstərilməklə sxemini tərtib edib rəyə əlavə etmək). - X14 Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamı ilə icarəyə verilmiş 15 hektar toıpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin (sözügedən torpaq sahəsinin koordinatları göstərilməklə sxemini tərtib edib rəyə əlavə etmək). - İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verilmiş 20 hektar torpaq sahəsi ilə X14 Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamı ilə icarəyə verilmiş 15 hektar torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin (qonşu torpaq sahələrinin sərhədləri müəyyən edilməklə sözügedən torpaq sahələrinin koordinatları göstərilməklə sxemini tərtib edib rəyə əlavə etmək). İş materialları qərardadın icrası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə iş üzrə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9189 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6526/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən ona icarəyə verilməsi kimi iddia etdiyi, naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsinin yeri və koordinatları müəyyən edilmişdir. - Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6526/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən **********88 (10,1ha) və **********87 (4,9ha) reyestr nömrəli çıxarışı ilə X14 icarəyə verilmiş 15 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. - Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6526/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilməsi kimi iddia etdiyi, naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsinin 3,88 ha hissəsinin Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən X14 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışda qeyd olunan 10,1 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərin araşdırılması nəticəsində müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı kiçik müəssisəsi arasında bağlanmış 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən iddiaçıya 25 il müddətinə icarəyə verilmiş, 15 yanvar 2021-ci il tarixli, 10/2514 saylı ekspert və 21 dekabr 2020-ci il tarixli, **********51 nömrəli mütəxəssis rəylərində naturada yer sərhədlərinin təyin edilməsinin mümkün olmadığı bildirilən, iddiaçının iddia etdiyi və hazırki vaxtadək naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsi Cəlilabad rayon XDS RH-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50.0 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2020-ci il tarixli, 1420 saylı ekspert və Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəylərinə əsasən, həm Cəlilabad rayon XDS RH-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50.0 ha torpaq sahəsinin və həm də Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında X14 verilmiş 15,0 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmiş, Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı Sərəncamı əsasında X14 verilmiş 15,0 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixli, Seriya RX, №1174455 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmiş 10,1 hektar hissəsinin sərhədləri Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı kiçik müəssisəsinə verilmiş 50,0 ha torpaq sahəsinin sərhədləri daxilində enləri 128.6 m və 143.2m, uzunluqları-264,4 m və 275,0 olan 3,45 hektaradək hissəsi ilə üst-üstə düşür. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9189 xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/6595 nömrəli ekspert rəyinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 6526/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icaryə verilmiş, iddiaçının naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsinin 3,88 ha hissəsinin Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən X14 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışda qeyd olunan 10,1 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mübahisəli torpaq sahələrinin hissəvi üst-üstə düşməsi faktının mövcudluğu, İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icaryə verilmiş, naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsinin əvvəl icarəsində olmuş 50,0 ha torpaq sahəsinin daxilində yerləşməsi, qeyd olunan 50,0 ha torpaq sahəsinin sərhədlərinin ekspert və mütəxəssis rəylərinə əsasən müəyyənləşdirilməsi, ekspert və mütəxəssis rəylərinə əsasən üçüncü şəxsin icarəsində olan 10,1 ha torpaq sahəsinin bir hissəsinin (3,45 ha və 3,88 ha) məhz iddiaçının icarəsində olmuş 50,0 ha torpaq sahəsinin daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi, habelə iş materiallarına əsasən X10 icarəsində olan 10,1 ha torpaq sahəsinin 4 hektar hissəsinin İddiaçı kiçik müəssisəsinin təsisçilərindən biri-X11 tərəfindən tutulduğunu iddia etməsi məhkəmənin belə qənaətə gəlməsinə əsas verir ki, ilkin hüquqmüəyyənedici sənəd olan Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən X14 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10,1 ha hissəsinin sonuncu ekspert rəyinə əsasən 3,88 hektarı məhz İddiaçı kiçik müəssisəsinə 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli torpaq icarə müqaviləsinə əsasən icaryə verilmiş, iddiaçının 30 ilə yaxın müddət ərzində naturada əkdiyi və göstərdiyi 20,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X14 15,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə ilkin hüquqmüəyyənedici sənəd olan Cavabdeh başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamının qismən, yəni 3,88 hektar torpaq sahəsi hissəsində ləğv edilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları məcmu şəkildə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı X1 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10,1 ha hissəsinin 3,88 hektar torpaq sahəsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 150 (bir yüz əlli) manat (üç ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı X1 icarəyə verilmiş 15,0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10,1 ha hissəsinin 3,88 hektar torpaq sahəsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat pul vəsaiti İddiaçı kiçik müəssisəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3, ********** X7, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-98/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-98/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver