Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-980/2025 31.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad Bələdiyyəsinə qarşı “Cəlilabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolunun «Fidan-2000» kiçik müəssisəsinin mülkiyyətinə 0.15 ha torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Cəlilabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarının ləğv edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, X18 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, “Fidan-2000” kiçik müəssisəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-980/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad bələdiyyəsinə qarşı “Cəlilabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolunun «Fidan- 2000» kiçik müəssisəsinin mülkiyyətinə 0.15 ha torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi» kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 atası X8 1994-cü ildə yeganə təsisçi olmaqla kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü özü üçün “Tərlan - 70” adlı kiçik müəssisə yaratmışdır. O, 1995 - ci ildə rəhbərlik etdiyi müəssisəyə torpaq sahəsi verilməsi məqsədi ilə rayonun keçmiş Ruhulla Axundov adına sovxozun rəhbərliyinə ərizə ilə müraciət etmiş və sovxozun 30 may 1995-ci il tarixli 13 saylı qərarına əsasən müəssisəyə 0,60 ha, yəni altı min kvadrat metr boş torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin qərar rayon X15 göndərilmiş və sonuncu dövlət orqanında 0,60 ha torpaq sahəsinin "xxxx" müəssisəsinə verilməsi barədə 30 iyun1995ci tarixdə qərar qəbul etmişdir. Daha sonra isə Cəlilabadrayon XDS-nin həmin qərarın təhkim aktına əsasən qeyd olunan 0,60 ha torpaq sahəsi rayonun Bakı-Astara yolu ərazisində, hazırda fəaliyyət göstərən Cəlilabad rayon Elektrik Satışı İdarəsi ilə üzbə-üz olan yerdə təhvil verilmişdir. Təhkim aktını diqqətlə oxuduqda məlum olur ki, "xxxx" müəssisəsi üçün ayrılmış torpaq sahəsinin cənub tərəfində “Vüqar” müəssisəsi üçün torpaq sahəsi ayrıİsa da ərazinin şimal və qərb tərəfində sovxozun əkin sahəsi, şərq tərəfində isə Bakı - Astara şosse yolu mövcud olmuşdur. Aradan bir il müddət ötdükdən sonra Cəlilabad şəhər Sovetinin 1996-cı il tarixli qərarına əsasən "xxxx" müəssisəsi üçün ayrılmış torpaq sahəsinin şimal tərəfində rayonun Qarazəncir kəndi istiqamətinə tərəf, “Tərlan - 70” müəssisəsinin torpağına bitişik ərazidə “Zəka - 10” müəssisəsi üçün 160 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Daha sonra isə Cəlilabad şəhər Sovetinin qərarı əsasında “Tərlan - 70” müəssisəsinin torpağından xeyli irəlidə Malik Həsənov və Pərviz Rzayev üçün ümumilikdə 220 kvadrat metr torpaq sahəsi ayan İm işdir. Bütün yuxarıda qeyd olunanlardan əlavə Malik Həsənov və Pərviz Rzayevin ərizələri nəzərə alınaraq Cəlilabad rayon İcra hakimiyyətinin sabiq başçısı cənab Tofiq Bağırovun 26 noyabr 2001–ci il tarixli 271 saylı qərarı əsasında 1996-cı ildə Malik Həsənov və Pərviz Rzayevə 220 kvadrat metr torpaq sahəsinin verilməsi barədə qərar ləğv edilmiş, əvəzində yalnız Pərviz Rzayevin rəhbərlik etdiyi “Fidan - 2000“ kiçik müəssisəsinə cəmi 0,042 ha, yəni 420 kvadat metr torpaq sahəsi ayrılmışdır. Pərviz Rzayevdə həmin 420 kvadrat metr ərazidə özü üçün “Ehtiyat hissələri mağazası inşa edib kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bütün yuxarıda qeyd etdikləri kimi 1995 – 2001-ci illərdə baş vermiş və göstərilən torpaqların ayrılması barədə qərarları da dövlət orqanları qəbul elmişlər. Lakin sonrakı illərdə Cəlilabad bələdiyyəsinin sabiq sədri Ağasəf Bünyatov həmin bələdiyyənin sabiq yerquruluşçusu Elxan Ağayev, Cəliabad rayon İcra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdri Ağadaş Abbasov və Cəlilabad rayon Torpaq şöbəsinin sabiq müdri Füzuli Hüseynov öz maraqlarını təmin etməklə qanunsuz rəylər və qərarlar verməklə, qanunsuz icarə müqavilələri bağlamaqla “Tərlan - 70“ müəssisəsinin istifadə və sahibliyində olan 6.000 kvadrat metr torpaq sahəsinin 2000 kvadrat metr torpaq sahəsini özgəninkiləşdirmiş və bununla da “Tərlan - 70“ müəsissəsinin qanunla qorunan hüquqlarını pozmuşlar. Belə ki, Cəlilabad bələdiyyəsi 2000-ci ildə fəaliyyətə başlasa da, mülkiyyət hüququnu təsdiq edən JN-1-1 kodlu 80601004 seriyalı Dövlət Aktını 09 ivun 2005 - ci il tarixdə almış və həmin akt da 162 nömrə ilə dövlətin qeydiyyat kitabında qeydə alınmışdır. Cəlilabad bələdiyyəsi özünün 30 mart 2007-ci il tarixli 04 saylı qərarına əsasən Pərviz Rzayevə icarəyə verdiyi 1500 kvadrat metr torpaq sahəsini 30 mart 2007 - ci il tarixli alqı - satqı müqaviləsi əsasında 1080 manata Pərviz Rzayevə satmışdır. Satılan 1500 kvadrat metr torpaq sahəsinin 980 kvadrat metr ərazisi “Tərlan - 70“ müəssisəsi üçün ayrılmış 6.000 kvadrat metr ərazisi ilə üst-üstə düşür. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 08 saylı Cəlilabad Ərazi İdarəsinin cavab kimi ünvanına göndərdiyi 14 iyul 2016 - cı il tarixli **********59 saylı məktubu ilə təsdiq edilmişdir. Bundan əlavə Cəlilabad bələdiyyəsinin yerquruluşçusu Elxan Ağayev iki ədəd ayrı-ayrı rəylər yazmış və həmin 160 kvadrat metr torpaq sahəsinin Cəlilabad bələdiyyəsinin mülkiyyətində olmasını göstərmişdir. Qeyd olunana hər iki rəylər Cəlilabad rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdri Ağadadaş Abbasov və Cəlilabad rayonTorpaq və Xəritəçəkmə Şöbəsinin sabiq müdri Füzuli Hüseynov tərəfindən imzalanaraq üzərinə həmin qurumlara məxsus olsn dairəvi möhür vurulmuşdur. Mübahisəli 160 kvadrat metr torpaq sahəsi “Tərlan - 70“ müəssisəsinin şimal tərəfində yerləşdiyi halda. Vüqar Hüseynova həmin 160 kvadrat metr torpaq sahəsi şimal tərəfdən deyil, cənub tərəfdən, başqa sözlə desə “Tərlan - 70" müəssisəsinin istifadəsində olan torpaq sahəsindən verilmişdir. Qeyd olunan torpağın ayrılması barədə lahiyə sxemi də yerquruluşçusu Elxan Ağayev tərtib etmiş və bələdiyyənin sədri Ağasəf Bünyatov imza və möhürlə təsdiq etmişdir. Sual olunur mübahisəli 160 kvadrat metr torpaq sahəsi şimal tərəfdə olduğu halda nə üçün cənub tərəfdən verilmişdir? Çünki şimal tərəfdə olan 160 kvadrat metr torpaq sahəsi 2007-ci ildən bir neçə il əvvəl başqa şəxsə Cəlilabad rayon İcra hakimiyyəti başçısının birinci müavini Asif Əzizova və ya onun yaxın qohumuna satılmışdır. Hər bir halda mübahisəli 160 kvadrat metr torpaq sahəsi bu gün də bələdiyyənin deyil, dövlətin mülkiyyətində olmaqla baş vermiş qanunsuzluğa qədər “Tərlan - 70" müəssisəsinin istifadəsində olmuşdur. Bu faktda Daşınmaz Əmlakın Ryestr Xidməti İdarəsinin sorğuya cavab kimi göndərdiyi 30 iyul 2016-cı il tarixli **********21 saylı məktubu ilə təsdiq olunmuşdur. Həmin məktubda da bilavasitə qeyd olunmuşdur ki, torpaqlar üst-üstə düşür. Mübahisəli 160 kvadrat metr torpaq sahəsini icarəyə Cəlilabad İcra Hakimiyyəti və Cəlilabad Ryestr Xidməti İdarəsinin razılığı olmadan 2012-ci il tarixdə Cəlilabad rayon 01 saylı Notariat kontorunda rəsmiləşdirdiyi etibarnamə əsasında həmkəndlisi rayonun Gülməmmədli kənd sakini X9 istifadəsinə vermiş, sonuncu da göstərilən torpaqda özü üçün ehtivyat hissələri mağazası inşa etmişdir. Göründüyü kimi Cəlilabad Bələdiyyəsi “Tərlan-70" müəssisəsinin qanunda nəzərdə tutulan hüquq və mənafelərinə toxunmaqla ardıcıl olaraq bir neçə dəfə özgəsinin əmlakı üzərində qanunsuz qərarlar qəbul etmiş və həmin qanunsuzluqların davamı olaraq qanunsuz ticarət obyektlərinin inşa olunmasına şərait yaratmışdır. Qeyd olunur ki,Cəlilabad Bələdiyyəsi həmin qərarı 04 mart 2007- ci ildə vermiş olsada, belə bir qərarının olması 8 saylı Cəlilabad Ərazi İdarəsinin 26 fevral 2024 -cü il tarixdə vermiş cavab məktubundan məlum olmuşdur. Buna görə də müddəti buraxmadıqlarını bildirirlər. Məhkəmə tərəfindən xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli məktubla iddiaçılara hüquqi yardım edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-41/2-6-954/24 nömrəli arayışından İddiaçı1 hal-hazırda ünvan 2 ünvanında qeydiyyatda olduğu bildirilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 Saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-R-0005-/24 nömrəli məktubunda İddiaçı1 xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq sənədlərin ekspertizası zamanı məlum oldu ki, təqdim edilmiş ilkin hüquq müəyyən edici sənədlər qanuna müvafiq qaydada tərtib edilməmişdir. Belə ki, icarə müqaviləsi və arxiv arayışı təqdim edilməmişdir. Əlavə olaraq məlumat üçün bildirilir ki, sözü gedən 0.60 ha torpaq sahəsinin 0.30 ha hissəsi Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə vətəndaşlara verilmiş kənd təsərrüfatı torpaq sahələri ilə, 0.0984 ha hissəsi isə “ Fidan-2000” KM-nin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında Cəlilabad rayon XDS-nin xx.xx.1995- ci il tarixii qərarı ilə “Tərlan -70" MKM-ə verilmiş 0,60 ha torpaq sahəsinin təhkim aktının məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerini müəyyənləşdirmək mümkün olmadı. İddiaçıların istifadəsində olmayan, lakin iddia olunan ərazi kimi naturadan plana alınmış 0,3228 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, dongə nöqtələrinin koordinatları, ölçüləri müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Elektron baza məlumatlarında Cəlilabad rayon XDS- nın xx.xx.1995- ci il tarixli qərarı ilə “Tərlan-70" MKM-ə verilmiş 0,60 ha torpaq sahəsinin təhkim axtınm məkan göstəricilərim (koordinatlarını) əks etdirən Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmaması səbəbindən həmin torpaq sahəsində hansı mülkiyyətçilərin və icarəçilərin istifadəsində olduğunu müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasər iddiaçıların istifadəsində olmayan, lakin iddia olunan ərazi kimi naturadan plana alınmış 0,3228 hə torpaq sahəsinin hüdüdları daxilində **********69 reyestr nömrəli çıxarışla X3 icarəyə verilmiş 0,05 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0 002987 ha (29.87 kv.metr) hissəsinin, **********73-03301 reyestr nömrəli çıxarışla "Fidan-2000” kiçik müəssisəsinə mülkiyyətə verilmiş 0 1648 ha torpaq sahəsinin **********05 reyestr nömrəli X2 icarəyə verilmiş 0.1368 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0.0428 ha (428 kv metr) hissəsinin, **********1488 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə X1 məqsədi üçün nəzə-də tutulmuş 0,0160 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,0157 ha C 57 kv.metr) hissəsinin yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında Cəlilabad rayon XDS- nin xx.xx.1995ci il tarixli qərarı ilə Tərlan -70” MKM-ə verilmiş 0,60 ha torpaq sahəsinin təhkim aktının məkan göstəricilərini (koordinatlarını) əks etdirən Torpaq sahəsinin planı və ölçüsü" sənədırin olmaması səbəbindən həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edımiş tikililəri müqayısələndirmək mümkün olmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçıların istifadəsində olmayan, lakin ddia olunan ərazi kimi naturadan plana alınmış 0,3228 ha torpaq sahəsinin şımal-qərb istiqamətində **********73-06301 reyestr nömrəli Çıxarışla "Fidan- 2000” kiçik müəssisəsinin mülkiyyətində olan 756 kv.metr, cənub-şərq istiqamətində **********1488 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə X6 istifadəsində olan 146.96 kv. metr təşkil edən qeyri-yaşayış obyektlərin vəziyyəti və ölçüləri (eni və uzunu) müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 Saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7945/24 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli, 2-1(120)-3268/24 nömrəli məktuba cavab olaraq “Fidan-2000” kiçik müəssisəsinin mülkiyyət hüququnu təsdiq edən sənədlərin (çıxarışların) təsdiq edilmiş ksero surəti göndərilib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-16-9/2-32713/24 nömrəli məktubunda xx.xx.2024-cü il tarixli məktuba cavab olaraq Cəlilabad rayonu Cəlilabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 №-li qərarının və aidiyyəti müvafiq sənədlərin surəti göndərilmişdir. İşdə olan Cəlilabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolundan görünür ki, Cəlilabad Bələdiyyə torpaqlarından «Fidan-2000» kiçik müəssisəsinə sahibkarlıq fəaliyyəti məqsədilə ümumi dəyəri 1080 manat olmaqla 0.15 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi, «Fidan-2000» kiçik müəssisəsinin istifadəsində olan 0.15 ha torpaq sahəsinin müəssisənin mülkiyyətinə verilməsi ilə əlaqədar Cəlilabad Bələdiyyəsi ilə müəssisə arasında bağlanmış torpaqdan istifaədəyə dair xx.xx.2004-cü il tarixli, 60 saylı icarə müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İddiaçılar tərəfindən “Tərlan” X17 dair xx.xx.1994-cü il tarixli nizamnamə təqdim edilmişdir, ünvan 3 ünvanında yerləşən müəssisənin təsisçisinin X8 olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2- 13/2-45499/25 nömrəli məktubu ilə xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, "xxxx" Müəssisəsi adında hüquqi şəxsin dövlət qeydiyyatı barədə məlumat mövcud deyildir. Eyni zamanda bildirilir ki, Ədliyyə Nazirliyindən təhvil alınmış vergi orqanının arxivində saxlanılan "xxxx" X17 məxsus qeydiyyat iş qovluğunda müəssisənin xx.xx.1994-cü il tarixdə 17768 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması, xx.xx.2004-cü il tarixdə vergi orqanında ********** saylı VÖEN-lə uçota alınması, hüquqi ünvanının Cəlilabad şəhəri, Təbriz, ev 75, hazırkı rəhbərinin X12 və hazırda fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. "xxxx" X14 dövlət reyestrindən çıxarışı təqdim olunur. 6 saylı Vergilər Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2- 13/2-45498/2025 saylı çıxarışdan görünür ki, "xxxx" X4i təmsilçisi X12, təsisçisi X7r. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-41/2-819/25 nömrəli məktubu ilə xx.xx.2025-ci il tarixli məktubala cavab olaraq Cəlilabad Rayon Dövlət Arxivində mühafizə olunan Cəlilabad Rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 13 nömrəli qərarından çıxarışın təsdiq edilmiş surətlərini təqdim edilir. Qeyd olaraq bildirilir ki, "xxxx" müstəqil kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması barədə Cəlilabad Rayon XDS-nin xx.xx.1995-ci il tarixli 07 saylı qərarı Cəlilabad Rayon Dövlət Arxivində aşkar olunmadı. Cəlilabad Rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 13 nömrəli qərarına əsasən, "xxxx" müstəqil kiçik müəssisəsinə 0.60 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçılar ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişlər ki, İddiaçı1 atası X8 1994-cü ildə yeganə təsisçi olmaqla kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü özü üçün “Tərlan - 70” adlı kiçik müəssisə yaratmışdır. O, 1995 - ci ildə rəhbərlik etdiyi müəssisəyə torpaq sahəsi verilməsi məqsədi ilə rayonun keçmiş Ruhulla Axundov adına sovxozun rəhbərliyinə ərizə ilə müraciət etmiş və sovxozun 30 may 1995-ci il tarixli 13 saylı qərarına əsasən müəssisəyə 0,60 ha, yəni altı min kvadrat metr boş torpaq sahəsi ayrılmışdır. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq müəyyən edilmişdir ki, Cəlilabad Rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 13 nömrəli qərarı ilə iddiaçıların atası X5 adına yox, onun əvvəllər təsisçisi olduğu "xxxx" müstəqil kiçik müəssisəsinə 0.60 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" X17 məxsus qeydiyyat iş qovluğunda müəssisənin xx.xx.1994-cü il tarixdə 17768 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması, xx.xx.2004cü il tarixdə vergi orqanında ********** saylı VÖEN-lə uçota alınması, hüquqi ünvanının Cəlilabad şəhəri, Təbriz, ev 75, hazırkı rəhbərinin X12 və hazırda fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatların mövcud olması, "xxxx" X14 xx.xx.2025-ci il tarixli, 3- 21-2-13/2-45498/2025 saylı dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" X4i təmsilçisi X12, təsisçisi X13 olması barədə məhkəməyə məlumat təqdim etmişdir. Hazırki vəziyyətdə məhkəmə tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nəzərinə çatdırılır ki, istinad etdikləri "xxxx" X4i təmsilçisi X12, təsisçisi X13 olduğu, hazırki vəziyyətdə müəssisənin fəaliyyətinin aktiv olduğu halda iddiaçılar tərəfindən öz adlarından iddia tələbi qaldırmaq və "xxxx" X14 adına ayrılmış mübahisəli torpaq sahəsini mübahisələndirmək üçün hər hansı subyektiv hüquqları yoxdur. İddiaçıların mübahisəli torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla tələbinin təmin edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçıların hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı olan ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə iddiaçıların hər hansı bir subyektiv hüququ yaranmamışdır. Məhkəmə tərəfindən İPM 13-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya hüquqi yardım göstərərək, hazırki halda iddiaçının subyektiv hüququnun olması və cavabdeh orqan tərəfindən subyektiv hüququn və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və hazırki iddianı qaldırmaqda hüquqi marağın olmasına dair sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçılar tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. İddia tələbindən aydın göründüyü kimi, iddiaçılar Cəlilabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolunun «Fidan-2000» kiçik müəssisəsinin mülkiyyətinə 0.15 ha torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirirərək müəyyən edir ki, Cəlilabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolunun «Fidan-2000» kiçik müəssisəsinin mülkiyyətinə 0.15 ha torpaq sahəsi ayrılmış və mübahisəli torpaq sahəsində qeyri-yaşayış obyekti layihə üzrə tikilib üçüncü şəxsin istifadəsinə verilmişdir. Həmin vaxt həmin torpaq sahəsi iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən protokolun istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin protokolun ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin protokoldan iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin protokoldan məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin protokoldan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıların iddia etdiyi torpaq sahəsində üçüncü şəxs tərəfindən əldə edilmiş torpaq sahəsi və tikilmiş qeyri-yaşayış sahəsinin hüquqi rejimi ilə 2007-ci il tarixdən iddia qaldırdığı tarixədək maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçıların torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad Bələdiyyəsinə qarşı “Cəlilabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolunun «Fidan-2000» kiçik müəssisəsinin mülkiyyətinə 0.15 ha torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-980/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-980/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver