Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-981/2022 31.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X2 qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 31 avqust 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1966-1971-ci illərdə işlədiyi müddətin iş stajına daxil edilməsi və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Salyan rayonu olduğunu, Salyan rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-12567/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X3 ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “onun texnikumda təhsil aldığı müddəti, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiŞ etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X3 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfındən onun 2006-cı ilə qədər 25 il sığorta stajının olmadığı səbəb kimi göstərilərək ona peıısiya təyin edilməsindən imtina edilmişdir. Bildirmək istəyir ki, o, 1966-1971-ci illərdə Salyan rayon Marışlı kənd “Frunze” adına kolxozda işləmişdir. Lakin həmin illər əmək kitabçasına qeyd edilməmişdir. Buna baxmayaraq X14 Filialı tərəfindən verilmiş müvafıq arayışla həmin illərdə işlədiyi faktı təsdiq edilir. Cavabdeh tərəfindən həmin illər onun iş stajına hesablanmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Fondun 2 saylı X2 müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən mövcud sığorta stajının qanunvericiliklə tələb olunan 25 ildən az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin olunmasından əsaslı olaraq imtina edilmişdir. 1) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək həril 6 ay artırılır). İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 01 iyun 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə: 1) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq); 2) Qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsi və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. 2) Digər tərəfdən qeyd etməyi zəruri hesab edirlər ki, 1921-ci ildə qəbul olunmuş SSRİ Əmək Qanunları Məcəlləsinin 135-ci maddəsinə əsasən 16 yaşından aşağı şəxslərin işə qəbulu qadağan edilirdi. X7 əvvəllər SSRİ tərəfindən qəbul olunmuş Konvensiyalarının qüvvəsinin Azərbaycan Respublikası ərazisinə şamil edilməsi barədə Azərbaycan Milli Məclisinin 3 iyul 1993-cü il tarixli 637 nömrəli qərarında “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 nömrəli Konvensiya da yer almışdır. Həmin Konvensiyada işə qəbulun yaş həddi müxtəlif kriteriyalar gözlənilmək şərti ilə müəyyən edilmişdir. Konvensiyanın 1-ci maddəsinə əsasən müəyyən edilmis minimum yaş, icbari təhsil yaşından asağı, hec bir halda isə 15 yasdan asağı olmamalıdır. Həmin Konvensiyanın 3-cü maddəsində isə qeyd olunur ki, “Təbiətinə görə və ya həyata keçirildiyi şərtlərə görə, bir yeniyetmənin sağlamlığı, təhlükəsizliyi və ya əxlaqına zərər verə biləcək hər hansı bir isə və va diqər isə qəbul ücün minimum yaş həddi 18-dən az olmamalıdır. Bildiyimiz kimi, Azərbaycan SSRnin tarixində sovet dövrü müəyyən mərhələ təşkil edir və ziddiyyətlərlə dolu olsa da, bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində də irəliləyişlərin, inkişafın baş verməsi obyektiv qiymətləndirilməlidir. Belə ki, əhalinin savadsızlığının tədricən aradan qaldırılması, təhsilin pulsuz olması, kütləvi xarakter alması və sistem halında formalaşdırılması, təhsilin dünyəviliyinin təmin olunması məhz sovet dönəmi ilə bağlıdır. Yeni hakimiyyət qurulduqdan cəmi 10 il sonra ibtidai təhsilin artıq icbari elan edilməsi, 1935-1958-ci illərdə yeddiillik, 1959-1966-cı illərdə səkkizillik, sonrakı dövrlərdə isə orta təhsilin icbariliyinin həyata keçirilməsi, şübhəsizdir. Məhz icbari təhsilin olduğu bir dönəmdə hər hansı bir şəxsin rəsmi şəkildə dövlət idarə, müəssisələrində, həmçinin digər təşkilatlarında əmək fəaliyyəti məşğul olması ağlabatan olmadığı kimi eyni zamanda qanuna uyğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Lakin iddiacı İddiaçı təqdim etdiyi sənədlərdə 1966-cı ildən 1970-ci il tarixədək, vəni 10 vasından 14 yasınadək əmək fəaliyyəti ilə məsğul olması barədə qeydlər vardır. Həmin illər əmək qabiliyyətsiz dövrləri əhatə etdiyi ücün sığorta stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. 1) 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanm müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də X4 haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “X4 haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçı 1971-1994-cü illərdə Salyan rayonu Marışlı kənd “Frunze” adına kolxozda işlədiyi illərə dair X14 filialı tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 347 saylı arayışındakı məlumatlar işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Bununla yanaşı kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə- yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Arxiv arayışında qeyd olunmuş mövcud qeydlərə əsasən, Salyan rayonu Marışlı kənd “Frunze” adına kolxozda 1971-1982-ci illərdə minimum adam günü norması 220 gün, 1983-1994-cü illərdə 210 gün müəyyən edilmişdir. Minimum adam günü norması 1978-1994-cü illərə münasibətdə tam yerinə yetirildiyindən həmin illər tam əmək stajı kimi, yəni 17 il hesablanır. 1971-1975-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işlədiyi üçün həmin illər tam əmək stajı kimi deyil, faktiki müddət nəzərə alınmaqla hesablanmalıdır. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum adam günü norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir- (18+42+66+104+1)x12=2772/220=12,6 ay=1 il 18 gün. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 9 ay 27 gün əyani təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il hərbi xidmət dövrü vardır. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bununla əlaqədar bildirirlər ki, iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında və arxiv arayışında qeyd edilmiş 1971- 1975-ci illər təhsil aldığı dövrlərlə (1971-1975) üst-üstə düşdüyü üçün arayışda öz əksini tapmış həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsnin 3-cü hissəsinə əsasən, məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını rəhbər tuturlar. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.2-ci maddəsinə əsasən, qanunvericilik aktları - Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 1-ci hissəsinə əsasən, qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan biri də mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarıdır. Həmin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabcası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmis qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqəsi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sıgorta stajını təsdiq edən sənədlərə arxiv arayısları aid edilməmisdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabcası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, iscinin əmək fəaliyyəti haaaında sənəd əmək kitabcası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün is stajı əmək kitabcasına əsasən müəyyən edilir. Lakin X14 filialı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 347 saylı arayışda göstərilən İddiaçı 1995ci il tarixdə Salyan rayonu Marışlı kənd “Frunze” adına kolxozda işlədiyini iddia etdiyi dövr yalnız arxiv arayışı ilə təsdiqləndiyindən və əmək kitabçasında öz əksini tapmadığından həmin müddətlər sosial sığorta staiına daxil edilməmisdir. Bir məqamı xüsusilə vurğulamağı zəruri hesab edirlər ki, iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında “İslahatla əlaqədar olaraq 01 yanvar 1995-ci il tarixdən kolxoz üzvlüyündən azad edilməsi” barədə qeyd vardır. Aydındır ki, həmin qeydin mövcud olması onun 31 dekabr 1994-cü il tarixədək işləməsinə dəlalət edir. Lakin təqdim olunmuş arxiv arayışında 1995-ci il tarixdə adam günü norması 254 gün olmaqla əmək fəaliyyəti ilə məşğul olmasına dair qeyd vardır. Bu fakt həmin qeydin mötəbərliyini birbaşa şübhə altına alır. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasınm minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı xx.xx.1956-cı il tarixdə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, 20 noyabr 1975-ci il tarixdən 30 noyabr 1977-ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş; Salyan rayonu Marışılı kənd sabiq “Frunze” adına kolxozda 1966-cı ildə 18 adam günü, 1967-ci ildə 60 adam günü, 1968-ci ildə 65 adam günü, 1969-cu ildə 43 adam günü, 1970-ci ildə 35 adam günü, 1971-ci ildə 18 adam günü, 1972-ci ildə 42 adam günü, 1973-cü ildə 66 adam günü, 1974cü ildə 104 adam günü, 1975-ci ildə 1 adam günü, 1978-ci ildə 306 adam günü, 1979-cu ildə 287 adam günü, 1980-ci ildə 276 adam günü, 1981-ci ildə 289 adam günü; 1982-ci ildə 296 adam günü; 1983-cü ildə 294 adam günü; 1984-cü ildə 285 adam günü; 1985-ci ildə 305 adam günü; 1986-cı ildə 282 adam günü; 1987-ci ildə 307 adam günü; 1988-ci ildə 307 adam günü; 1989-cu ildə 277 adam günü; 1990-cı ildə 247 adam günü; 1991-ci ildə 242 adam günü; 1992-ci ildə 364 adam günü; 1993-cü ildə 324 adam günü; 1994-cü ildə 304 adam günü; 1995-ci ildə 254 adam günü işləmişdir. Salyan rayonu Marışılı kənd sabiq “Frunze” adına kolxozda kişilər üçün 1966-1970ci illərdə adam günləri minimum 240 gün, 1971-1975, 1978-1982-ci illərdə adam günləri minimum 220 gün, 1983-1995-ci illərdə adam günləri minimum 210 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1966-1975-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan başqa, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1965-ci il tarixli, 304 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 1965-1975-ci, 19781-1995-ci illərdə Salyan rayonu Marışılı kənd sabiq “Frunze” adına kolxozda işləmiş, İslahatla əlaqədar 01 yanvar 1996-cı il tarixdən kolxoz üzvlüyündən azad edilmişdir. Bundan başqa, iş materiallarında olan Ш № 033348 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1971-ci ildə Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1975-ci ildə “K.T.Mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bitirmişdir. Bundan başqa, iş materiallarında olan НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 20 noyabr 1975-ci il tarixdən 30 noyabr 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək Pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən bildiririk ki, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarınız pensiya kapitalına çevrilməklə) Belə ki, Sizin təqdim etdiyiniz Salyan rayon sabiq “Frunze” adına kolxoz tərəfindən adınıza 31 dekabr 1966-cı ildə açılmış 304 nömrəli kolxozçunun əmək kitabçasında əmək qabiliyyətli yaş dövrünüzdə yəni işlədiyiniz 1971-1995-ci illər arasında 25 il stajınız olmadığı üçün, Salyan rayon arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 347 saylı arxiy arayışında göstərilən Frunze adına kolxozda 1995-ci il iş stajınız əmək kitabçanızda yazılmadığı üçün və 1971-ci ildən iş fəaliyyətinizin sonuna kimi (təhsil illəriniz, hərbi xidmətiniz əmək kitabçasında olan iş stajınız, arxiv arayışınız nəzərə alınmaqla cəmi 23 il 10 ay 12 gün) olduğu üçün qanunvçriciliyin tələblərinə uyğun olaraq Sizə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir və əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçıya Salyan rayon arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 347 saylı arxiv arayışında göstərilən “Frunze” adına kolxozda 1995-ci ilin iş stajı əmək kitabçasında yazılmadığı üçün onun işlədiyi həmin ilin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1966-1970-ci və 1995ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi Azərbaycan Respublikası X14 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi 1978-1995-ci illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1966-1975-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdəki iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X1 üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxx 1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının 1966-1975, 1978-1995-ci illərdə Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi müddət, onun texnikumda təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1966-1975-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X4» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası X14 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışlarından müəyyən edilir ki, Salyan rayon sabiq “Frunze” adına kolxozda 1966-1970-ci illərdə minimum adam günü norması kişilər üçün 240 adam günü, 1971-1975-ci illərdə minimum adam günü norması kişilər üçün 220 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1966-1975-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərdə 1966-cı ildən 1970-ci il tarixədək, yəni 10 yaşından 14 yaşınadək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər olduğunu, həmin illərin əmək qabiliyyətsiz dövrləri əhatə etdiyi üçün sığorta stajına daxil edilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyət təkil etməsi barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1966-1970-ci illərdə məktəbli olsa da, ailələrinin maddi vəziyyəti yaxşı olmadığından valideynləri ilə birlikdə 1966-cı ildən kolxozda işləməyə başlamış və işlədiyi aylar üzrə əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçı mübahisələndirilən dövrdə məktəbli olsa da, kolxozda da işləyərək əmək haqqı almışdır. Bunun əksinə dair, yəni iddiaçının həmin müddətdə kolxozda işləmədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin müddətdə iddiaçının 10-14 yaş aralığında olması iddiaçının ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında “İslahatla əlaqədar olaraq 01 yanvar 1995-ci il tarixdən kolxoz üzvlüyündən azad edilməsi” barədə qeyd olduğunu bildirsə də, iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında “İslahatla əlaqədar olaraq 01 yanvar 1996-cı il tarixdən kolxoz üzvlüyündən azad edilməsi” barədə qeyd olduğu aydın olur. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırkı məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikası X14 filialının xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışında göstərilən Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi 1978- 1995-ci illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1966-1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, onun texnikumda təhsil aldığı müddət və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X1 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası X14 filialının xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışında göstərilən Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi 1978- 1995-ci illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1966-1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, onun texnikumda təhsil aldığı müddət və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 2 saylı X1 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-981/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-981/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver