Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-982/2024 28.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 07 mart 2024-cü il tarixli, 53QXU290013 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizminin funksiyalarının pozulmasının 65-80 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 28 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İİ qrup əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 27 fevral 2023-cü il tarixli, 53QXU290012 saylı qərarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 07 mart 2024-cü il tarixli, 53QXU290013 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizminin funksiyalarının pozulmasının 65-80 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, bir neçə il olar ki, Bel-oma nahiyyəsində olan ağrılardan və dəri zöhrəvi xəsləliyindən əziyyət çəkir. Bununla bağlı Dövlət xəstəxanalarında və özəl klinikalarda müayinə və müalicə olunmuşdur. Hətta ağrıları şiddətli olduğundan hərəkət fəaliyyətini itiımişdir. O, xəstəxana şəraitində müalicə olunmuş, lakin müalicələrin heç bir effekti olmadığı üçün «X9» klinikasına müraciət etmişdir. Həmin klinikada müayinə olunduqdan sonra onu təxirə salınmaz əməliyyata yazdılar. O, bel onurğa nahiyəsindən əməliyyat olunmuşdur. Hazırda vəziyyəti kafidir. Hərəkət fəaliyyəti məhduddur, işləmək qabiliyyəti yoxdur. Ağır cərrahi əməliyyat keçirmişdir. Bundan əlavə xx.xx.2023-cü ildə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında müalicə olunub, xx.xx.2023-cü il tarixdə müalicəsinin davam etdirilməsi üçün evə buraxılmışdır. Yenidən xx.xx.2023-cü il tarixdə xəstəxanaya yerləşdirilmiş və 18 gün müalicə olunub evə buraxılmışdır. Hazırda o, xəstəlikdən əziyyət çəkir, lakin xəstəliyilə bağlı əlillik ala bilmir. Ona əllillik dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanmda Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Müraciətinə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina edilmişdir. Hazırda ona İİ qrup əlillik dərəcəsinin təyin olunmasını istəyir. Ona İİ qrup əlillik dərəcəsi təyin olunmadığı üçün Azərbaycan Respublikasının Tibbi-Sosial Ekspert Komissiyasının hərəkətlərini qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyin təyini üçün müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarmın bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsində Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyin təyini üçün müalicə müddəti yetərli deyil” olmuşdur. Odur ki, iddiaçının reabilitasiya bərpa müalicəsi aldıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi” üçün müraciət etməsi məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları, o cümlədən işdə olan tibbi sənədlərlə müəyyən olunur ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olan və yaşayan İddiaçı sağlamlıq vəziyyəti ilk dəfə rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz “Artropatik psoriaz. Psoriaz yayılmış artropatik psoriaz” göstərilməklə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0274003AAFU5 nömrəli göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək “Göndərişin natamam doldurulması” ilə əlaqədar tibb müəssisəsinə geri göndərilmiş, “Səbəb-Xəstədə qeyd edilən agırlaşmalar hec bir tibbi sənədlə təsdiqlənmir. Stasionar müayinələr qeyd olunmayıb” göstərilmişdir. İddiaçının sağlamlıq vəziyyəti rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz “Artropatik psoriaz. Yayılmış psoriaz artropik forma. Onurğanın osteoxondrozu. Boyun fəqərələrinin osteoxondrozu kökcük ağrı sindromu. Vertebrobazilyar arterial sistem sindromu. Vertebrobazilyar arteriya hövzəsində çatmamazlıq” göstərilməklə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli, 0274003AAF6N nömrəli növbəti göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması. Səbəb: Xəstəliyin başlanma tarixi 12.2017-ci göstərilməsi, Psoriazın bu tezlikdə artropatik fəsad verməsinin şübhə doğurması” əsas gətirilərək yenidən tibb müəssisəsinə geri göndərilmişdir. Daha sonra onun sağlamlıq vəziyyəti rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz “Artropatik psoriaz. Yayılmış psoriaz artropik forma” göstərilməklə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0274003AAF7V nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” ilə əlaqədar tibb müəssisəsinə geri göndərilmiş, “Səbəb: Xəstəliyin başlanma tarixi 1980-cı ildən göstərildiyi halda dinamikası qeyd olunmayıb” göstərilmişdir. İddiaçı sağlamlıq vəziyyəti Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0274003AAGXN nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz “Bel fəqərələrinin osteoxandrozu sol aşağı ətrafın süst monoparezi 1-4, 1-5 fəqərəarası diskin yırtığı, İ4 fəqərənin soldan hissəvi hemilaminektomiyası. L 4-L 5 fəqərənin soldan disk yırtığının xaric edilməsi əməiiyyatından sonrakı vəziyyət, diskogen radikulopatiya. Davamlı kökcük ağrıları ilə. Yayılmış psoriaz artropik forma, sağ çiyin oynağının artrozu”) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” ilə əlaqədar tibb müəssisəsinə geri göndərilmiş, səbəb olaraq “Əməliyyatdan sonra bərpa müalicəsinin müddətinin bilinməsi üçün əməliyyatın tarixi qeyd edilsin” əsas gətirilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 0274003AAG7D nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen radikulopatiya. Davamlı kökcük ağrıları ilə. Ağırlaşma. Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi. Yanaşı xəstəliklər: Onurğanın osteoxondrozu, boyun və bei fəqərələrinin osteoxandrozu. Sağ çiyin oynağının artrozu. Artropatik psoriaz, psoriaz yayımış forma. Fəqərəarası disk yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət”) iddiaçının sağlamlıq vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, buna səbəb olaraq onun son 1 ildə aldığı müalicənin (cəmi 11 gün) yetərli olmaması göstərilmiş və əlilliyin təyinatından imtina olunmuşdur. İddiaçının sağlamlıq vəziyyəti növbəti dəfə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0274003AAM4S nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası, diskogen radikulopatiya, davamiı kökcük ağrıları ilə”) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” (Səbəb: Elektromioqrafiyə müayinəsinin nəticəsi qeyd edilməyib) əsas gətirilərək tibb müəssisəsinə geri göndərilmişdir. Akademik C.Abdullayev adına X5 İnstitutunun xx.xx.2022-ci il tarixli, 4915 nömrəli Tibbi Rəyində diagnoz “Arterial hipertoniya İ dərəcə. Dissirkulvator subkortikal ensefalopatiya. Kortikal atrofiya. Diskopen radikulopatiya, L4- L5 fəqərəarası diskin əməliyyatdan sonrakı vəziyyəti” kimi qeyd olunmuşdur. İddiaçının sağlamlıq vəziyyəti Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022ci il tarixli, U00038331UNL nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen 14-15 radikulopatiyası, davamlı kökçük ağrıları ilə.”) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, səbəb: “2019-cu ildən sonrakı stasionar müalicə haqda məlumatlar yoxdur. Bərpa və fizioterapiya müalicəsi tövsiyə olunur” göstərilmişdir. İddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, V0007777ZİK rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz “Diskogen İ4-İ5 radikulopatiyası davamlı kökcük ağrıları ilə”) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, səbəb olaraq əliliyin təyini üçün müalicə müddətinin yetərli olmaması qeyd edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosiall Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngənəfəslikdən, aşağı ətraflara irradiasiya edən bel ağrılarından, hərəkət məhdudluğundan, şikayətlənmişdir. Anamnestik məlumatlarında uzun müddətdir ki, özünü xəstə hesab etdiyini bildirmişdir. Nevroloji statusda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, reflekslər canlı alınmış D=S, əzələ tonusu normal izlənilmiş, atrofiya, parez, iflic izlənilməmiş, yeriş sərbəst olmuş, hərəki məhdudluq qeyd edilməmişdir. İş materiallarında olan Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-xx.xx.2023-cü il tarixli, ******* nömrəli çıxarışlarında diaqnoz “Diskoqen bel-oma radikulopatiyası, davamlı kökcük ağrı sindromu ilə. Sol pəncənin parezi, Bas beyin atrofiyası, L4-L5 fəqərəarası diskin residiv yırtığı, sinir kökcük kompressiyası. Bel fəqərələrinin osteoxondrozu. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” kimi qeyd olunmuş, lakin aparılmış anamnestik, obyektiv, klinik müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində daha əvvəlki qiymətləndirmə tarixində qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə 07 mart 2024-cü il tarixli, 53QXU290013 saylı qərar pəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 07 mart 2024-cü il tarixli, 53QXU290013 saylı qərarını mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1974-cü ildə Kürdəmir rayonu, Qarasaqqal kəndində anadan olmuş və Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; - Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı və yaxud diaqnozun müəyyən edilməsi üçün aparılmış müayinələrin nəticələri kifayət edirmi? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? - İddiaçı xx.xx.1974-cü ildə Kürdəmir rayonu, Qarasaqqal kəndində anadan olmuş və Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olan İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğundur? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 22 noyabr 2023-cü il tarixli, 5149 saylı məktubu ilə birlikdə inzibati iş 08 dekabr 2023cü il tarixdə ekspertiza aparılmadan icrasız məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-14243/2024 saylı məktubunda və ona əlavə edilmiş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 07 mart 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının V00077770ZİK nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-xx.xx.2023-cü il tarixli, ******* nömrəli çıxarışlarında qeyd olunan diaqnoz (“Diskoqen bel-oma radikulopatiyası, davamlı kökcük ağrı sindromu ilə. Sol pəncənin parezi, Bas beyin atrofiyası, L4-L5 fəqərəarası diskin residiv yırtığı, sinir kökcük kompressiyası. Bel fəqərələrinin osteoxondrozu. Cərrahi əməliyyatdan sonrakı vəziyyət”) cavabdeh tərəfindən mübahisələndirilməmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasında təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş əyani, ətraflı və obyektiv müayinə zamanı ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından iddiaçının sağlamlıq vəziyyətinin əlilliyin təyininə əsas verməməsi qənaətinə gəlinmiş, nəticədə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Digər tərəfdən, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində hazırda vəziyyətinin kafi olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı diaqnozda qeyd olunmuş “Diskoqen beloma radikulopatiyası, davamlı kökcük ağrı sindromu ilə. Sol pəncənin parezi, Baş beyin atrofiyası, L4-L5 fəqərəarası diskin residiv yırtığı, sinir kökcük kompressiyası. Bel fəqərələrinin osteoxondrozu. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” xəstəliklərinin onun orqanizminin funksiyasının 65-80 faiz pozulmasını təsdiq etmədiyini, yəni “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin “Sinir sistemi xəstəlikləri” bölməsində əksini tapmış xəstəliklərə uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 07 mart 2024-cü il tarixli, 53QXU290013 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizminin funksiyalarının pozulmasının 65-80 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 07 mart 2024-cü il tarixli, 53QXU290013 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən orqanizminin funksiyalarının pozulmasının 65-80 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-982/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-982/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver