Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-983/2025 14.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı “aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2024-cü il üzrə hesabatın hazırlanaraq Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilməsi üçün göndərilməsini təmin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhəri, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət tərəfindən verilən yemək xərcinin bərpa edilməsi, keçən müddət ərzində kəsilmiş yemək xərcinin hesablanaraq ona ödənilməsi və onun səsvermə hüququnun bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz)bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı nümayəndəsi X7 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “yemək xərcinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də Laçın Rayon İcra Hakimiyyəti Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi adi cəlb etmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-983/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X5 nümayəndəsi X7 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “yemək xərcinin bərpa olunması və müraciətin edildiyi tarixdən son üç ili üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-983/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi X7 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “İddiaçı aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2024-cü il üzrə hesabatın hazırlanaraq Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilməsi üçün göndərilməsini təmin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Laçın rayonu, Ərdəşəvi kəndində anadan olmuş və həmin kənddə daimi pasport qeydiyyatındadır. Hazırda əlilliyə görə təqaüd alır. Onlar Bərdə rayonu, Vəliuşağı kəndində müvəqqəti olaraq yaşayırlar. O, Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Dövlət tərəfindən ona verilən yemək xərcini almışdır. Bir müddət keçdikdən sonra onun yemək xərci dayandırılmışdır. Onun dəfələrlə müraciət etməyinə baxmayaraq kənd icra nümayəndəliyi tərəfindən əsassız yerə ona verilən yemək xərci 10 ildən artıq müddətdir ki, dayandırılmışdır. Belə ki, o, dəfələrlə bu barədə müraciət etməsinə baxmayaraq heç bir kömək göstərilməmişdir. Bildirir ki, o, hazırda həyatda yaşamağına baxmayaraq onun Konstissiyon hüququ olan səsvermə hüququnda pozulmuşdur. O, Prezident seçkilərində Dövlət Başçımıza səs vermək istəsə də buna nail ola bilmədi. Belə ki, Laçın rayon icra hakimiyyətinin məsuliyyətsizlik etməsi onu bu hüququdan da mərhum etmişdir. Ona görə də onun yemək xərcinin yenidən bərpa olunmasına və Laçın Rayon İcra hakimiyyəti tərəfindən keçən müddətdə almadığı yemək xərcinin hesablanıb ona verilməsində israrlıdır. Ona görədə məcbur olub hüquqlarını məhkəmə müstəvisində müdafiə etmək istəyir. Ona dövlət tərəfindən verilən yemək xərcinin bərpa edilməsinə, keçən müddət ərzində kəsilmiş yemək xərcinin hesablanaraq ona ödənilməsini və onun səsvermə hüququnun bərpa olunması vəzifəsinin Laçın Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan (AA*******) nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Laçın rayonu, Ərdəşəvi kəndində anadan olub və Laçın rayonu, Ərdəşəvi kəndi yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Laçın Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 05/09İS/019353-24 nömrəli arayışına əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Şəxsin, Soyadı:İsgəndərov Adı:Ələsgər, Ata adı:Bayram oğlu, Doğum tarixi:xx.xx.1959. Doğulduğu yer:Azərbaycan Respublikası, Laçın Ərdəşəvi k. 1.Əri (arvadı):X22 (xx.xx.1960) 2.Qızı:X11 (xx.xx.1985) (xx.xx.1992) 3.Qızı:X17 (xx.xx.1986); 4.Qızı:İddiaçı (xx.xx.1989) 5.Qızı:X12 (xx.xx.1992) 6.Oğlu:X18 (xx.xx.1996). Qeyd:arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Laçın Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 22/69 nömrəli məktubuna əsasən İddiaçı barəsində xx.xx.1989-cu il tarixdə Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 22 saylı doğum haqqında akt qeydinə uyğun olaraq vətəndaşın müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə Laçın rayon qeydiyyat şöbəsində AZ-T 234001 seriyalı doğum haqqında təkrar şəhadətnamə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının 20 fevral 2024-cü il tarixli 5-64/3-8-318/2024 nömrəli iş materialına əsasən, Laçın rayonunun Ərdəşəvi kənd sakini X16 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş, hazırda məvburi köçkün kimi Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmışdır. Laçın rayonu üzrə vahid aylıq müavinəti alır. İşdə olan 20 may 2002-ci il tarixli 295301 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan 500070 nömrəli Məcburi Köçkün vəsiqəsinin surətinə əsasən, vəsiqə İddiaçı Qaçqınların və X24 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən verilmişdir. İşdə olan 234001 nömrəli X19 surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixində anadan olmuşdur. İşdə olan 04 noyabr 2019-cu il tarixli 05/70-357/69 nömrəli arayışa əsasən, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1989-cu il tarixdə Laçın rayonun Ərdəşəvi kəndində anadan olmuş İddiaçı ölümünün müəyyən edilməsi məqsədilə xx.xx.2019-cu ilədək «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan AZ-İ 712737 seriyalı, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 xx.xx.1992-ci il tarixində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-İ-22xx-xx/2024/2266 nömrəli iş materialına əsasən, Məcburi köçkün X16 tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun müvafiq qaydada baxılması üçün göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-1875/2024 nömrəli məktubuna əsasən, sizin, Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsinə daxil olmuş 2024-cü il 09 aprel tarixli, 2-1(120)-3276/2024 saylı məktubuna baxılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş - Laçın rayonundan məcburi köçkün İddiaçı Bərdə rayonu. Otuzikilər kəndində faktiki olaraq məskunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Yuxarıda yazılanlara əsasən, İddiaçı vahid aylıq müavinətinin ödənilib-ödənilməməsi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi məqsədilə, aidiyyəti rayon icra hakimiyyətinə müraciət etmək tövsiyyə olunur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi X39 Təhsil İdarəsi Laçın Rayonu üzrə Təhsil Sektoru Elşən Süleymanov adına X44 Orta Məktəbinin 25 noyabr 2024-cü il tarixli 52 nömrəli məktubuna əsasən, Laçın rayon E.Süleymanov adına X44 orta məktəbinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi tərəfindən daxil olan məktuba cavab olaraq bildirir ki, xx.xx.1985-ci il təvəllüdlü X11 1991 /1992-ci dərs tədris ilində xx.xx.1991-ci il tarixli 325 (§1) №-li əmrə əsasən Laçın rayon X44 orta məktəbin İ (birinci) sinfinə qəbul edilib. 1992/1993-cü dərs tədris ilində xx.xx.1992-ci il tarixli 4 №-li əmrə əsasən İİ (ikinci) sinfə şagirdlərin qəbulu adlı siyahısında adı yoxdur. 1993/1994-cü dərs tədris ilində xx.xx.1993-cü il tarixli 1 (§2) №-li əmrə əsasən X11 yenidən İ (birinci) sinfə qaytarılıb. Həmin tədris ilində xx.xx.1994-cü il 19 (§1) №-li əmrə əsasən X11 İİ (ikinci) sinfə keçir. 1994/1995-ci dərs tədris ilində xx.xx.1994-cü il tarixli 1 №-li əmrə əsasən İİ (ikinci) sinfə şagirdlərin qəbulu adlı siyahısında adı yoxdur. X6 1991-1994-cü illərdə məktəbin arxiv sənətlərində məktəb şəbəkəsindən çıxması haqqında heç bir məlumat yoxdur. Məktubda göstərilən xx.xx.1990-cı və ya xx.xx.1989-cu il təvəllüdlü İddiaçı və xx.xx.1987-ci il təvəllüdlü X10 haqında məlumat məktəbin arxiv sənətlərində yoxdur. İşdə olan Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyətinin 28 dekabr 2024-cü il tarixli 5-64/2-569/2024 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı “Yemək xərcinin bərpa edilməsi, keçən müddət ərzində kəsilmiş yemək xərcinin hesablanaraq ödənilməsi və səsvermə hüququnun bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işdə əsas hüquqmüəyyənedici sənədlərdə ziddiyyət təşkil edən məqamlara rast gəlindiyinə və hüquqi faktlar arasında uyğunsuzluqlar aşkar edildiyinə görə həmin mübahisəli məsələyə Laçın Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Sövzəliyevin birbaşa iştirakı ilə təqdim edəcəyi təsdiqedici sənədlər əsasında baxılmasını məqsədəmüvafiq hesab edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin, 14 dekabr 2024-cü il tarixli 3-13-94/2-8591/2024 nömrəli məktubuna əsasən, bildiririk ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı verilmiş AZE seriyalı 05145915 nömrəli xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər DİN-in müvafiq əmrinə əsasən 2011-ci ildə yandırma yolu ilə məhv edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-8330 nömrəli məktubuna əsasən, xx.xx.2025-ci il tarixli 2-1(120)-983/2025 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, X11 xx.xx.2005-ci il tarixdə Zərdab Rayon Polis Şöbəsi tərəfindən AZE-04957832 nömrəli, İddiaçı xx.xx.2006-ci il tarixdə AZE-05145915 nömrəli, xx.xx.2018-ci il tarixdə Laçın Rayon Polis Şöbəsi tərəfindən AZE-16836851 nömrəli və Bərdə ASAN xidmət Mərkəzi tərəfindən AA******* nömrəıi şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Qeyd olunan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/2-608/2025 nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı ilə bağlı məktubuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində baxılmışdır. Məsələ ilə bağlı müəyyən addımlar atılmış, lakin qeyd edilən şəxslərin ünvanları, təhsil aldığı müəssisələr və doğum tarixləri barədə məlumatlar olmadığı üçün ətraflı araşdırmanın aparılması mümkün olmamışdır. Həmin şəxslər haqqında ətraflı məlumat təqdim ediləcəyi təqdirdə yenidən araşdırma aparılıb nəticəsi barədə məlumat təqdim ediləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Laçın Rayon Qeydiyyat Şöbəsinin 16 aprel 2025-ci il tarixli 3-16-5/8-13-170/25 nömrəli məktubuna əsasən, X11 və X4 doğumu haqqında akt qeydində və doğum haqqında şəhadətnamələrdə ad, soyad və ata adlarına dəyişiklik edilməmişdir. Eyni zamanda onu da bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı barəsində xx.xx.1989-cu il tarixdə Laçın rayon, Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 22 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında adına "Qonçə”dən “Qönçə”yə düzəliş edilmiş və doğum haqqında akt qeydinə uyğun olaraq vətəndaşa AZ-T 234001 saylı doğum haqqında təkrar şəhadətnamə verilmişdir. Əlavə olaraq onu da bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və müəyyən edilmişdir ki, X6 doğum haqqında akt qeydi xx.xx.1985-ci il tarixdə Bərdə rayon, Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış və ölüm haqqında (bərpa) akt qeydi isə xx.xx.2015- ci il tarixdə Bərdə rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti X43 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 may 2025-ci il tarixli 5-64-47/2-31/2025 nömrəli məktubuna əsasən, hal-hazırda Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Laçın İcra Hakimiyyətinə qarşı “yemək xərcinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar X11 və X4 barəsində Laçın rayonu ərazisi üzrə təsərrüfatbaşına kitabda müvafiq qeydiyyatın aparılıb-aparılmamasının müəyyən edilməsi ilə bağlı zərurət yaranmışdır. Laçın Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fərqli dövrlərə dair təsərrüfatbaşına uçot kitabından çıxarışlar məktuba əlavə olunaraq göndərilir. Laçın rayonuna aid inzibati qurumların köçürülməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il il 16 noyabr tarixli, 3587 nömrəli Sərəncamı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” növbəlilik prinsipinə əsasən uyğun həyata keçirilir. Laçın Rayon İcra Hakimiyyəti və Laçın Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Laçın rayonu ərazisində fəaliyyət göstərmədiyindən Laçın təsərrüfatına və torpaq sahəsinə dair məlumatlarla bağlı qeydiyyat aparılmamışdır. İddiaçı nümayəndəlikdə qeydiyyatı ilə təsərrüfatbaşına uçot kitabında heç bir məlumat rast gəlinməmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi X39 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29- 33/2-456/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı X8 attestatın verilməsi ilə bağlı 3-29/1-1730/2025 nömrəli, xx.xx.2025-ci il tarixli müraciəti Məktəbəqədər və Ümumi Təhsil üzrə X35 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən araşdırılmışdır. Laçın rayonu "Vəliuşaqlı" tam orta ümumtəhsil məktəbinin direktoru X30 tərəfindən X39 Təhsil İdarəsinə təqdim edilən xidməti məlumata əsasən X6 2003/2004-cü tədris ilində həmin məktəbin 11-ci sinfini bitirdiyi və B seriyalı 100806 nömrəli tam orta təhsil attestat əldə etdiyi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025 tarixli 55 nömrəli məktubuna əsasən, sorğuda qeyd etdiyi vətəndaşlardan X11 və İddiaçı halhazırda bu ünvanda yaşamırlar, onların harada yaşaması və şəxsi məlumatları barədə məlumatı yoxdur. X1 ünvanında yaşayır. İşdə olan Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyətinin 2 dekabr 2025-ci il tarixli 5-64/2-878/2025 nömrəli məktubuna əsasən, Laçın rayonu üzrə əhalinin adlı siyahısında İddiaçı adlı vətandaş aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirmişdir ki, 31 dekabr 1987-ci il tarixdə anadan olmuşdür, ailəlidir və üç övladı var. İkinci qrup əlildir, heç bir təhsili yoxdur. İddiaçı onun bacısıdır, onun nümayəndəsi X16 isə atasıdır. Ailədə yeddi bacı və qardaşdır, Gönçə ailədə üçüncü övladdır, o isə dördüncü övladdır. Ailədə olan övladların adları-Səma, Günel, Şahzadə, Gönçə, Səfurə, Bayram və Firəngizdir. Anasının adı Solmazdır və hazırda sağdır. Səadət adında bacısı olub və ölüb. Səadənin ölümü haqqında ailədə çox danışılmayıb, ona görə də hansı vaxtda öldüyü yadında deyil, o, uşaq olanda o ölmüşdür. Hazırda özü 150 manat məbləğində aylıq müavinət alır. Seçki vaxtı ona öz adına, həmçinin də Səadətin adına seçkidə iştirak etmək üçün sənəd gəlmişdir. Bunun necə baş verməsindən xəbəri yoxdur. X8 2005-ci ildə verilmiş şəxsiyyət vəsiqəsi üzrə fərdi uçot kartoşkasında olan fotoşəkilə ona məxsus deyil. Yoldaşının adı X31r, nə vaxt evləndiyi yadına gəlmir, o, məktəbə getməmişdir, bacı-qardaşları getmişdir, o, məktəbə getməmə səbəbini bilmir, yadına gəlmir, o, ikinci qrup əlildir, buna görə müavinət alır. Adı Şəhzadədir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası sində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə danmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra — aylıq müavinət) ödənilməsi qaydalarını müyyən edir.
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;
3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin nilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan ;buri köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də ;tron daşıyıcı variantında Qaçqınların və X24 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata seçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Laçın Rayonundan daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən olunmuş qaydada məcburi köçkün statusuna malikdir. O, cavabdeh Laçın Rayon icra Hakimiyyətinə aylıq müavinətin bərpa olunması üçün müraciət etmiş, lakin iddiaçının müraciətinə münasibət bildirilməmişdir. Vahid aylıq müavinətlə bağlı Qaçqınların və X24 üzrə Dövlət Komitəsində fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2-ci bəndini əsas gətirərək İddiaçı vahid aylıq müavinəti bərpa edilməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı adı 2024-cü il üçün illik ümumi adlı siyahıya müvafiq qaydaya əsasən daxil edilməmişdir. İşğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını hazırlayır. İddiaçının adının 1 yanvar 2024-cü il tarixinə hazırlanmış siyahıda olmaması və bu səbəbdən də Laçın Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə məhz 2024-cü il üzrə hesabatına daxil edilmişdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, müvafiq “Qayda”nın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Müvafiq “Qayda”ya görə Komitə tərəfində dürüstləşmə icra hakimiyyətləri tərəfindən təqdim olunan məhz aylıq hesabatlar üzərində aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və prosesiştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara.
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 2.3. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına; 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara; 2.5. “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara; 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; 2.7. müddətli həqiqi hərbi xidmətə və ya səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırmış, fərarilik etmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə; 2.9. “məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); 2.10. əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə; 2.11. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; 2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; 2.14. dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək); 2.15. 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla). Yuxarıda sadalananlardan göründüyü kimi məhkəmə tərəfindən müəyyənləşdirilmişdir ki, İddiaçı AA 500070 saylı məcburi köçkün vəsiqəsinə əsasən Laçın rayonundan məcburi köçkündür, hazırda müvəqqəti Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır, hər iki valideyni Laçın rayonundan məcburi köçkündür, subaydır, həmçinin əlildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2-ci bəndində sadalanan aylıq müavinətin şamil edilmədiyi məcburi köçkün statusu olan şəxslərin siyahısına daxil deyildir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2-ci bəndində qeyd edilmiş qaydalar İddiaçı üçün tətbiq edilməməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs Laçın rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi X20 bildirmişdir ki, X7 2006-2010-cu ilə kimi onun ailə tərkibi belədir. X16- ailə başçısı kişi,xx.xx.1959,X22-arvadı xx.xx.1960, X11-xx.xx.1985, X17-xx.xx.1986,X10xx.xx.1987, X13- xx.xx.1992,X14-xx.xx.1996, İddiaçı-xx.xx.1990, X9 xx.xx.1999. 1991ci ildə Ərdəşəvi kəndə orta məktəbinə Bəndəliyeva Mehri, Əsgərov Qorxmaz ,Zeynalov Mehdi ,Əhmədov Hafiz,Lazımov Gülxənda,Mehtiyev Məhəmməd, Məmmədyarov Yasin, Məcnunov Ramil, Paşayev Muradxan, Paşayev Zeynəb, Rüstəmov Zülfüqar, Hüseynova Xanım, Hüseynova Bərxudar, Həşimova Xatirə, Hüseynov Teyyub, Cavadova Səbinə, Cavadov Fərail, Cavadov Malik bu şəxslərlə birlikdə məktəbə getmişdir. Onun tərəfindən verilmiş sorğuya əsasən cavab verilmişdir ki, şərti ikinci sinifə keçirilən İsgəndərova Günel və İsgəndərova Səadət valideynlərinin arzusu ilə birinci sinifə qaytarılmışdır. Bu əmr Arif Feyzullayev tərəfindən verilmişdir, həmçinin sorğuya cavab olaraq qeyd etmişdir ki, 1993/1994-cü il dər ilinin yekununa görə 1, 8 və 10-cu sinif şagirdləri sinifdən-sinifə bu qaydada keçirilsin: 1-ci sinifdən 2-ci sinifə 12 nəfər, həmin şəxslər Sövzəliyev Sövzəli, Sövzəliyeva Hicran, Fərzəliyeva Rahibə, Cəbrayılov Nicat, Cavadov Gövhər, İsgəndərov Günel və İsgəndərov Səadət, Atlasova Qəribə, Əbdüləzimov Cabir, Yusibov Qaryağdı, Əbdüləzimov Sübut, Mirzəyeva Zümrüd. Buradan da görünür ki, İsgəndərova Şahzadə yenidən məhktəbə qayıtmış, 1987 təvəllüdlü uşaqlara məktəbə getmişdir. Şəhzadə İsgəndərova 1987-ci ildi, əlildir. Həmin qız Şəhzadədir. Bu xanım Səadətdir, ölən uşaq isə Qönçədir. Sənədlər saxtalaşdırılıb. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, üçüncü şəxsin nümayəndəsinin dəlil olaraq irəli sürdüyü hallar sübuta yetirilə bilməmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, ərizəçi X7 qızı X6 xx.xx.1992-cii l tarixdə vəfat etməsi faktının təsdiqi barədə ərizə təmin edilmiş və X6 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsas olması barədə qətnamə qəbul edilmişdir. İşdə olan AZ-İ 712737 seriyalı, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 xx.xx.1992-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bundan başqa üçüncü şəxsin nümayəndəsi tərəfindən verilmiş ərizə üzrə Azərbaycan Respublikasının Prokurorluğu Laçın Rayon Prokurorluğunun xx.xx.2025 tarixli 2-2-436/2-030851/2025 nömrəli mətubuna əsasən, Laçın rayonu, Ərdəşəvi kənd sakini İddiaçı barəsində Laçın rayon prokurorluğunda cinayət işi istintaq olunmamış və ya cinayət xarakterli material araşdırılmamışdır. Sonuncunun atası X7 barəsində isə Laçın rayon prokurorluğunda bir cinayət xarakterli material araşdırılaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan (AA*******) nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1989-cu ildə Laçın rayonu, Ərdəşəvi kəndində anadan olub və Laçın rayonu, Ərdəşəvi kəndi yaşayış yeri üzrə qeydiyyatdadır və şəxsiyyət vəsiqəsi Laçın Rayon Polis Şöbəsi tərəfindən təsdiq edilərək verilmişdir. İşdə olan 500070 nömrəli Məcburi Köçkün vəsiqəsinin surətinə əsasən, vəsiqə İddiaçı Qaçqınların və X24 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən verilmişdir və məcburi köçkün vəsiqəsi Qaçqınların və X24 üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilərək verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2024-cü il üzrə hesabatın hazırlanaraq Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilməsi üçün göndərilməsini təmin edilməsi cavabdeh Laçın Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia ərizəsi təmin edilsin. İddiaçı adının aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2024-cü il üzrə hesabata daxil edilərək Azərbaycan Respublikası Qaçqınların və X24 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilməsi üçün göndərilməsi öhdəliyi cavabdeh Laçın Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova