Məhkəmə qərarları › İş №2-1(120)-986/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-986/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-986/2025 28.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X12 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X17 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub-şərq istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X4 Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 58 saylı, 24 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub şərq istiqamətində ticarət köşkünün yerləşdirilməsi üçün 22 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən sərəncama və Beyləqan Rayon İcra Hakimiyyətinin 18 mart 1997-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın aktı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 52 saylı, 22 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. X1 2000-ci ildə vəfat etməsi ilə əlaqədar onun ailə üzvləri, həyat yoldaşı X17, övladları İddiaçı və X11 qeyd edilən köşkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Qeyd edilən ünvanda Abbasquliyevin ailəsi tərəfindən köşk inşa edilmiş və 2006-cı ilə qədər fəaliyyət göstərmişdir. 2006-cı ildə təəssüflər olsun ki, özünü Beyləqan Rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər tərəfindən qeyd olunan köşk sökülmüşdür, Əvəzində isə nə başqa ünvanda yer təklif edilmiş, nə də ki, kompensasiya ödənilmişdir. Halbuki həmin ərazidə yerləşən digər köşklərin sahiblərinə müvafiq kompensasiya ödənilmişdir. Dəfələrlə Abbasquliyevlər tərəfindən Beyləqan Rayon İcra Hakimiyyətinə edilən şifahi və yazılı formada müraciətlərə baxılmamış və onların hüquqları kobud şəkildə pozulmuşdur. Sonuncu belə müraciətə cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli, 5- 37-5/2-K-6- 149/2024 saylı məktubla absurd formada şablon cavab verərək bildirilib ki, qeyd edilən məsələ mülki hüquq predmeti olduğunu nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Hesab edir ki, cavabdehin imtinası absurd və şablon olmaqla yanaşı əsassız və qanunsuzdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin cavabdehin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyətinin 58 saylı, 24 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub şərq istiqamətində ticarət köşkünün yerləşdirilməsi üçün 22 kv metr torpaq sahasi ayrıldığını, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tarəfindən xx.xx.2001-ci il tarixli 52 saylı Qeydiyyat vasiqəsinin verildiyini, hamçinin atası X15 oglunun 2000-ci ildə vəfat etməsi ilə əlaqədar ailə üzvlərinə, arvadı X13, Övladlarına, X2 və X7 qeyd edilən köşkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini bildirir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən iddiaçının qeyd etdiyi xx.xx.2001-ci il tarixli, 52 saylı Qeydiyyat vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beylaqan Ərazi idarəsi tərəfindən sorğuya verilmiş xx.xx.2024-cü il tarixli 3-21-345/2-3095/2024 nömrəli cavab məktubunda X10, X19 qizi, X8 va X5 adina daşinmaz əmlakın dövlət reyestrində geydiyyata alınmış daşinmaz əmlak aşkar edilməmişdir. İddiaçı qeyd edilən ünvanda köşk qoyulduğunu və hamin köşkün 2006-cı ildə özünü Beylaqan Rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər tərəfindən söküldüyünü, əvəzində isə nə başqa ünvanda yer təklif edildiyini, nə də kompensasiya ödenildiyini bildirmişdir.İddiaçi iddiasında heç bir əsas olmadan Beyləqan Rayon İcra Hakimiyyətinin onun mülkiyyət hüququnu pozduğunu və kompensasiya ödəmədiyini qeyd edir. O,2006-cı ildən bu günə qədər "mülkiyyət hüququnun pozulması" barədə nə yuxarı instansiya orqanlarına, nə hüquq-mühafizə orqanlarına, nə də məhkəməyə şikayət etməmişdir. Göründüyü kimi iddiaçı iddiada qeyd edilən köşkün 2006-cı ildə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı məhkəməyə heç bir dəlil və sübut təqdim etməmişdir.Beləliklə, Beyləqan Rayon İcra Hakimiyyəti hesab edir ki, iddiaçının cavabdeh Beylaqan Rayon İcra Hakimiyytinə qarşi "Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus M.Ə.Resulzadə küçesi ilə M.Əsedov küçəsinin kəsişməsinden 25 metr cənub-qerb istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsii" tələbinə dair iddiası asaslı olmadığından mümkünsüz sayılmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən məhkəmədən tələbin mümkünsüz sayılmasını xahiş edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə iddia əeizəsinin məzmununa uyğun izahat verərək, tələbin əsaslı olduğunu bildirdi və iddianın mümkün hesab edilərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Beyləqan rayon İcra Hakimiyyətinin 14 mart 2024-cü il tarixli məktubunda məsələyə baxıldığı və mülki hüquq predmeti olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Dövlət Tikinti və Arxitektra Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 52 saylı, 22 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsi ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 otaqdan ibarət köşk X12 adına qeydə alınmışdır. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 58 saylı Sərəncamı ilə 22 kv.m torpaq sahəsi X4 ayrılmışdır. 24 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub şərq istiqamətində ticarət köşkünün yerləşdiri 52 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Beyləqan şəhərində M..Ə.Rəsulzadə küçəsində 1 otaqdan ibarət köşk X12 adına mülkiyyət hüququ əsasında 22 dekabr 2001-ci ildə qeydiyyata alınmışdır. 22 dekabr 2001-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı X3 vərəsəsidir. Beyləqan Rayon İcra Hakimiyyətinin 26 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının mübahisə predmeti olan köşkünün sökülməsi, sökülübsə kompensasiya vədi, həmin sərəncamda qeyd edilən digər şəxslərə məxsus köşklərin fəaliyyəti, həmin şəxslərə kompensasiya verilib-verilməməsi barədə heç bir məlumat aşkar edilməmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Başqa sözlə iddiaçının iddia qaldırmaq üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə desək, iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub-şərq istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsini istəyir. Lakin məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət və ya digər hüquqlarına cavabdeh inzibati orqanın müdaxiləsi müəyyən olunmur. Mübahisə predmeti olan köşkün sökülməsinə dair iddiaçı tərəfindən də heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin 2006-cı ildən bugünədək iddiaçı tərəfindən nə söküntü, nə də ki, kompensasiya tələbi ilə bağlı nə məhkəməyə, nə yuxarı inzibati orqana, nə də ki, digər hüquq-mühafizə orqanlarına müraciət olmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub-şərq istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş ziyana görə kompensasiyanın ödənilməsini istəsə də lakin tikilinin məhz cavabdeh inzibati orqan tərəfindən sökülməsinə dair mötəbər sübut və sənədləri mövcud deyildir və təqdim edə bilmir. Həmçinin müddət məsləsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi məsələ ilə bağlı 2006-cı ildən məlumatı vardır. Məlumatının olmaması ümumiyyətlə ağlabatan hesab edilə bilməz.Məsələ ilə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir mötəbər sübut hesab olunacaq sənəd məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı söküldüyünü iddia etdiyi köşkün sökülməsindən uzun müddətdir ki, məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından, həmçinin köşkün mövcudluğu, sökülüb-sökülməməsi, sökülmüşdürsə kim tərəfindən və nə vaxt sökülməsi məsələsi məlum olmadığından hazırki halda iddia tələbinə baxılması mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli, 2-1(120)-3283/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, subyektiv hüququnun mövcudluğu, cavabdehin qanunsuz hərəkətlərinə dair sübutların, həmçinin iddia müddətinin ötürülüb-ötürülməməsi, ötürülmüşdürsə müddətin bərpasına dair ərizənin və mümkünlük şərtlərinə dair sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən faktiki və hüquqi halları nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar