Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-987/2021 07.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X2, İddiaçı6 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, X4, İddiaçı6 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər 07 iyun 2021-ci il tаriхdə, sааt 12:00-da məhkəmə iclаsınа dəvət оlunmuşlаr. Cavabdehin nümayəndəsinə və digər iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər iddiaçılar məhkəmə iclasına gəlməmişdir, Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, X4, İddiaçı6 iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, X4, İddiaçı6 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia qaldırmışdırlar və iddia ərizəsi iddiaçılar (və yaxud nümayəndələri) tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 16.2-ci bəndində qeyd edilir ki, iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin qərarın 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin qərarın 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin qərarın 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutub, yazılı məktubla iddiaçılara yardım edərək iddia ərizəsinin imzalanmadığını onların nəzərinə çatdırmış və iddia tələbinin dəqiqləşdirilməsi xahiş olunmuşdur. Lakin iddiaçılar məhkəmənin məktubunu almasına baxmayaraq, təyin olunmuş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin məktubuna münasibət bildirməmiş, imzalanmış iddia ərizəsini məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 isə öz adından iddia ərizəsini imzalamaq səlahiyyəti olsada digər digər iddiçıların adından imza etmə səlahiyyəti olmadığından iddia ərizəsini imzalanması mümkün olmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, iddia ərizəsinin imzalanmaması və buna dair məhkəmənin yazılı məktubuna münasibət bildirilməməsi təqdim olunmuş iddia ərizəsinin iddiaçının iradəsinə uyğun olub-olmadığını, başqa sözlə hazırkı tələbin iddiaçıların hüquqi marağına uyğun olmasını müəyyən etmək olmur. Məhz bu halların aradan qaldırlması və hazırkı tələbin iddiaçıların iradəsinə uyğun olduğunu müəyyən etməkdən və işə mahiyyəti üzrə baxılmasından ötrü iddiaçılar tərəfindən imzalanmış iddia ərizəsi məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən İddiaçı1 işin faktiki hallarının və mübahisənin vəziyyətinin, həmçinin iddianın mümkünlük məsələsinin müzakirəsindən sonra ərizə təqdim edərək izahatında iddia tələbinin birinci hissəsi ilə bağlı mübahisənin məhkəmədən kənar həll etmək istədiklərini, tələbin digər hissəsi ilə bağlı isə əlavə sübutların toplanılmasına ehtiyac olduğunu bildirmiş və bu səbəbdən hazırkı iddia tələbinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçılara izah edərək bildirir ki, iddianın mümkün sayılmamasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra yəni, imzalanmış yeni iddia ərizəsi ilə həm hazırkı tələb üzrə həm də yeni tələb üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, cavabdeh İmişli rayon İcra Hakimiyyəti hazırki tələb üzrə iddia tələbinə cavab verən orqan deyildir. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçılara torpaq sahəsi İmişli rayonu Aqrar İslahat Komissiyasının 08 iyun 2002-ci il tarixli 07 saylı qərarı əsasında ayrılmışdır. Məhkəmə iddiaçılara izah edərək bildirir ki, iddiaçılar həmin qərarla razılaşmadıqları halda, həmin qərarı mübahisələndirmək hüquqları vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X2, İddiaçı6 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, X2, İddiaçı6 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddianın mümkün sayılmamasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya (iddiaçılara) izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-987/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-987/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver