Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-99/2025 05.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Üçüncü şəxs X10, vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kürdəmir rayonu Cəyli Bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Bağman kəndində yerləşən X6 mülkiyyətində olan 3,0 və 9,75 torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə əlaqədar həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kürdəmir rayonu X3rşı “Kürdəmir rayonu Bağman kəndində yerləşən X6 mülkiyyətində olan 3,0 və 75 torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə əlaqədar həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli 09 saylı qərarının etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(120)-2201/2022 nömrəli qərardadı ilə X18, X19, X11, X12 və X28 üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçılar məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “Kürdəmir rayonu Bağman kəndində yerləşən Böyük kəndində yerləşən X6 mülkiyyətində olan 3,0 və 9,75 ha torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanılması barədə Kürdəmir rayon X6 30 avqust 2019-cu il tarixli 09 saylı Qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 mart 2023-cü il tarixli, 2-1(120)-99/2025 nömrəli qərardadı ilə cavabdeh Kürdəmir rayonu X14 əsl cavabdeh Cəyli bələdiyyəsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar (və X5) Kürdəmir Rayon məhkəməsində cavabdehlər olan Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə X24 Ərazi Torpaq müsabiqə və hərrac Komisiyası, Kürdəmir rayon X14, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və X15 qarşı keçirilmiş hərracın nəticələri barədə protokolların etibarsız hesab edilməsi, icarə müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia qaldırmışlar və Kürdəmir rayon Məhkəməsinin 14 aprel 2022ci il tarixli, 2(041)-139/2022 saylı qətnaməsinə əsasən iddiaları təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsində Kürdəmir rayon Məhkəməsinin yuxarıda adı çəkilən 14 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh X23 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən onlara məlum olmuşdur ki, Kürdəmir rayonunun Bağman kəndi ərazisində yerləşən X6 mülkiyyətində olan 3,0 ha və 9,75 ha torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanması barədə Kürdəmir rayon X6 30 avqust 2019 cu il tarixli 09 saylı qərarı qüvvədə olduğu halda, belə bir iddiaya baxıla bilməz. Birinci instansiya məhkəməsində isə mülki işə baxılarkən onların vəkili olmadığı üçün, ilkin olaraq, Kürdəmir rayonunun Bağmanlı kəndində yerləşən X6 30 avqust 2019-cu il tarixli, 09 saylı Qərarını bundan əvvəl inzibati qaydada mübahisələndirməmişdirlər. Bu səbəbdən də hazırda “Bələdiyyə qərarının etibarsız hesab edilməsi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmalı olmuşdurlar. Kürdəmir rayon məhkəməsində vermiş olduqları iddia ilə əlaqədar mülki işə baxılarkən şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Bağman kənd orta məktəbində müəllim işləyir. 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Kürdəmir rayon X6 üzvü seçilmişdir. 2019-cu ilin dekabr ayında bələdiyyələrə keçirilən seçkilərə kimi, həmin bələdiyyənin üzvü olmuşdur. X6 üzvü olduğu müddətdə Bələdiyyə Torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı X6 30 avqust 2019-cu il tarixdə keçirilən ümumi iclasında iştirak etməmiş və həmin iclasın protokoluna imza etməmişdir. Deməli həmin iclas protokolu həmin vaxt Kürdəmir rayon X6 sədri olmuş X23 tərəfindən saxtalaşdırıldığı və Bələdiyyə üzvü X28 iclasda iştirak etmədiyi halda həmin iclas protokoluna onun əvəzindən imza edilərək saxtalaşdırıldığı üçün Bələdiyyənin həmin tarixli Qərarı etibarlı sayıla bilməz. Qeyd etdikləri səbəbdən də onlar həmin Bələdiyyə qərarının etibarsızlığı ilə əlaqədar inzibati məhkəmədə iddia qaldırmışdırlar. X2 rayon Bağman kəndi ərazisində yerləşən X6 mülkiyyətində olan 3,0 ha və 9,75 ha torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanması barədə Kürdəmir rayon X6 30 avqust 2019-cu il tarixli 09 saylı qərarı etibarsız hesab edilməklə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi, X18, X11, X12 və X28 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin, X18, X11, X12 və X20 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Üçüncü şəxs X19, vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini və əsassız olduğunu, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Kürdəmir rayonunun X6 30 avqust 2019-cu il tarixli ümumi iclasının 09 nömrəli protokolundan çıxarışların surətlərindən görünür ki, Kürdəmir rayonunun X14 ərazisində yerləşən X6 mülkiyyətində olan 3,0 ha və 9,75 ha torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması ilə bağlı açıq hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İş materiallarında olan X25 və X17 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 97 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, Kürdəmir rayonu X14 ərazisindən, Bağman kəndində yerləşən örüş sahələrindən X15 12,75 ha, X7 9,75 ha X8 7 ha və X13 10 ha icarəyə verilmiş torpaq sahələrinin kəndin ümumi istifadəsində olan örüş yeri torpaq sahələrinə aiddir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 139/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 16 yanvar 2020-ci il tarixli torpaq müsabiqə və hərracın nəticələri barədə 12 və 13 saylı protokolları etibarsız hesab edilmiş, cavabdeh Kürdəmir rayonu X14 ilə X23 arasında Kürdəmir rayon Notariat Ofisində 17 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqavilələri və həmin icarə müqavilələrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X15 verilmiş 18 fevral 2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/4482 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1861/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon Böyük Kəngərli bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahəsinin naturada yerləşdiyi ərazi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı üçüncü şəxs Pirişov Qədir tərəfindən mütəxəssisə bildirmişdir ki, 3.0 ha və 9.75 ha torpaq sahələri faktiki olaraq naturada istifadə edilmir. Qərardadın beşinci sualı üzrə: Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələrinin koordinatları idarənin elektron baza məlumatlarında, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid olmaqla islahat uqodiyası örüş olaraq göstərilmişdir. **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələrinin kateqoriyası və uçodiyası elektron baza məlumatlarına uyğun olaraq qeyd edilmişdir. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməsi idarənin elektron baza məlumatlarında mütəxəssis tərəfindən aşkar olunmamışdır. Qərardadın yeddinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalıdır. Torpaq sahələrinin bonitet balı və keyfiyyət qrupu örüş torpaqlarına uyğundur. Qərardadın səkkizinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli, 09 saylı qərarına əsasən icarəyə verilən, **********42 reyestr nömrəli çıxarışda göstərilən 9.75 ha və **********43 reyestr nömrəli çıxarışda göstərilən 3.0 ha torpaq sahələrinin ümumi istifadə olub-olmaması barədə idarənin elektron baza məlumatlarında hər hansı bir məlumat mövcud deyildir. Qərardadın doqquzuncu sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, əkin və örüş torpaqları icarəyə verilə bilər, lakin örüş torpaq sahələrinin ümumi istifadədə olub-olmaması müəyyən edilməlidir. Hazırda bələdiyyələr tərəfindən örüş torpaq sahəsinin icarəyə verilməsi üçün müraciət olduqda bununla bağlı müvafiq icra hakimiyyəti orqanı “Bələdiyyələrin ehtiyat fondunda olan örüş otlaq sahələrinin istifadəyə və icarəyə verilməsinin iqtisadi əsaslandırılması dair arayış “ bələdiyyədən tələb olunur. Sözügedən arayışda kənd ərazisində olan iribuynuzlu və xırdabuynuzlu (davarların) heyvanların sayı, bələdiyyənin mülkiyyətində olan örüş torpaqlarının, həmçinin icarədə olan örüş torpaqlarının cəmi qeyd edilir. “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”nın 19-cu bəndində hər hektarda 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara düşməsi qeyd olunmuşdur. Bu hesablamadan artıq qalan örüş torpaqları mövcud qanunvericiliyə uyğun olaraq icarəyə verilə bilər. Həmçinin kənd ətrafı, əhalinin mal-qarasını faktiki olaraq otardığı icarədə olmayan torpaq sahələri ümumi istifadədə olan örüş sahəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçılar cavabdeh Kürdəmir rayonu X6 mülkiyyətində olan 3,0 və 9,75 torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə əlaqədar həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edirlər. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli 09 saylı qərarı ilə Kürdəmir rayon Bağman kəndi ərazisində yerləşən X6 mülkiyyətində olan 3,0 ha və 9,75 ha torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanmasına münasibəti ilə iddiaçıların subyektiv hüquqları pozulmamışdır və iddiaçıların sözügedən xx.xx.2019-cu il tarixli, 09 saylı qərarının həmin hissədə ləğv edilməsi barədə iddia qaldırmaq üçün hər hansı bir subyektiv hüququ müəyyən olunmur. Məhkəmə tərəfindən təyin edilən ekspertiza nəticəsində təqdim edilən xx.xx.2023-cü il tarixli, 10/7849 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Belə ki, ekspert rəyinə əsasən torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid olmaqla islahat uqodiyası örüş olaraq göstərildiyi, bonitet balı və keyfiyyət qrupu örüş torpaqlarına uyğun olduğu müəyyən edilir. İş üzrə iddiaçının hüquqi marağının torpaq sahəsinin ümumi istifadə olan torpaq sahəsi olması və həmin torpaq sahəsinin digər şəxslərin icarəsinə verməsi halı olduğu müəyyən edilmişdir. Bu istiqamətdə həm iddiaçılara, həmdə onların nümayəndələrinə (vəkilə) müvafiq hüquqi yardımlar göstərilmiş və izahlar verilmişdir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iş üzrə qeyd edilən torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi qeyd edilməsi və hal-hazırda da bələdiyyənin mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belədiyyə tərəfindən torpaq sahəsi ilə bağlı öz hüquqlarını qeydə alınmasının məhdudlaşdırılması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Eləcə də, iddiaçının hüquqi marağına uyğun ekspert rəyinə müvafiq qeyd edilmişdir ki, həmin rəydə 9-cu sual üzrə - “əkin və örüş torpaqları icarəyə verilə bilər, lakin örüş torpaq sahələrinin ümumi istifadədə olub-olmaması müəyyən edilməlidir. Hazırda bələdiyyələr tərəfindən örüş torpaq sahəsinin icarəyə verilməsi üçün müraciət olduqda bununla bağlı müvafiq icra hakimiyyəti orqanı “Bələdiyyələrin ehtiyat fondunda olan örüş otlaq sahələrinin istifadəyə və icarəyə verilməsinin iqtisadi əsaslandırılması dair arayış “ bələdiyyədən tələb olunur. Sözügedən arayışda kənd ərazisində olan iribuynuzlu və xırdabuynuzlu (davarların) heyvanların sayı, bələdiyyənin mülkiyyətində olan örüş torpaqlarının, həmçinin icarədə olan örüş torpaqlarının cəmi qeyd edilir. “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”nın 19-cu bəndində hər hektarda 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara düşməsi qeyd olunmuşdur. Bu hesablamadan artıq qalan örüş torpaqları mövcud qanunvericiliyə uyğun olaraq icarəyə verilə bilər. Həmçinin kənd ətrafı, əhalinin mal-qarasını faktiki olaraq otardığı icarədə olmayan torpaq sahələri ümumi istifadədə olan örüş sahəsidir” kimi qeyd əlavə edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında qanuna əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir( maddə 9.6). Hər bir halda iddiaçı tərəf mübahisəli torpaq sahəsinin ümumi istifadə də olan torpaq sahəsi olduğu qənaətinə gələrsə cavabdeh bələdiyyənin torpaq sahəsini icarəyə verməsini təsdiq edən icarə müqaviləsini mübahisələndirmək hüququda vardır. Məhkəmə tərəfindən qeyd edilən hüquq iddiaçı tərəfə dəfələrlə izah edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Başqa sözlə, cavabdeh bələdiyyənin üzərinə belə bir öhdəliyin qoyulması “İnzibati İcraat haqqında” Qanunun tələblərinə və prinsiplərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçılara 22 yanvar 2025-ci il tarixli, 2-1(120)-99/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanmış və məhkəmə iclasında hüquqi maraqlarına uyğun qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kürdəmir rayonu Cəyli Bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Bağman kəndində yerləşən X6 mülkiyyətində olan 3,0 və 9,75 torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə əlaqədar həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçılardan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kürdəmir rayonu Cəyli Bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Bağman kəndində yerləşən X6 mülkiyyətində olan 3,0 və 9,75 torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə əlaqədar həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Kürdəmir rayon X6 xx.xx.2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-99/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-99/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver