Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-996/2024 23.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3494/2023 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1976-xx.xx.1981-ci illərdə X5 ali təhsil almışdır. xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş. xx.xx.1975xx.xx.1976-cı illərdə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə işləmişdir. xx.xx.1983-xx.xx.2000-ci illərdə Sabirabad rayonlararası təmir istehsalat və layihələndirmə müəssisəsində, xx.xx.2001-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2019-05.11,2019-cu illərdə digər müəssisələrdə işləmişdir. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 ci bəndinə əsaslanaraq ona xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1 (120)- 3494/2023 nömrəli inzibati iş vardır. İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1//2-T- 97885/2023 nömrəli məktubunun qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.Belə ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli 3-17-1//2-T-97885/2023 nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş Fondun Mil-Muğan regional filialının müvafiq aktına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb- almadığını müəyyənləşdirmək mümkün olmadığından, eləcə də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən onun əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə (65 yaşda) yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Məhkəməyə bildirməyi zəruri hesab edir ki, İddiaçı təqdim etdiyi əmək kitabçası, diplom və hərbi biletininin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 9 ay 6 gün təşkil edir.Eyni zamanda İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 15 il 2 ay 6 gün sığorta stajına uyğun olaraq 16223,27 manat, xx.xx.2019-cu il tarixdən 01,04.2023-cü il tarixədək 3933,44 manat olmaqla ümumilikdə 20156,71 manat təşkil edir ki, bu məbləğ də qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır.Fondun Mil-Muğan regional filialının müvafiq aktına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün İddiaçı həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla da, sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəməyə bildirməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli aərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi aavdaları”na əsasən İddiaçı əmək kitabçasının surətində gevd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu ücün (isdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta staiına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı Ə.Tağıvevə məxsus əmək kitabçasında isdən çıxma barədə əmrin tarixində düzəliş edildiyi, yəni müvafiq tarixin “28” ilə əvəz edildivi müəvvən olunmuşdur.Məhkəməyə bildirməyi zəruri hesab edir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996- cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmalıdır. Həmin Qərarın 3.6-ci bəndinə görə, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır:nömrəli qeyd etibarsızdır".Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.1992-ci il tairxdə vəzifə dəyişiminə dair müvafiq qeydlər rus əlifbası əsasında aparılmışdır.“Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991 -ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur.Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-3494/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Tağıyev X7 rayonu, Məmişlər kəndində qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-97885/2023 saylı imtina məktubuna əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Sabirabad regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən əmək kitabçası, diplomun və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1981 -ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 17 il 9 ay 6 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006cı il tarixinədək 15 il 2 ay 6 gün sığorta stajınıza uyğun olaraq 16223,27 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 3933,44 manat olmaqla ümumilikdə 20156,71 manat təşkil edir ki, məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun Mil- Muğan regional filialının müvafiq aktına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almamağı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və hazırda aktiv əmək müqaviləsi (“X16” MMC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüquqununa yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - ИТ-İ0148922 nömrəli xx.xx.1976-cı il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1981-ci illərdə X5 ali təhsil almışdır. xx.xx.1975xx.xx.1976-cı illərdə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə işləmişdir. xx.xx.1983-xx.xx.2000-ci illərdə Sabirabad rayonlararası təmir istehsalat və layihələndirmə müəssisəsində, xx.xx.2001-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2019-xx.xx.2019-cu illərdə digər müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - ВУ 073391 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. - ЖВ 048301 diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1981-ci illərdə X5 ali təhsil almışdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-48-38/RA/2-117/2023 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad Rayonlararası Təmir istehsalat və Layihələndirmə müəssisəsinin 1992-2000-ci illərə aid olan sənədləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməyib. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-34/2-3151/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinə dair məlumat mövcud deyildir. Məlumat üçün bildirilir ki, Rayonlararası çoxsahəli təsərrüfat hesablı təmir istehsal və layihələndirmə müəssisəsi 19 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. - İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********901200 nömrəli məktubda göstərilmişdir ki, Hüquqi şəxsin dövlət qeydiyyatı barədə məlumatlarının təqdim edilməsi haqqında müraciətinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildirilir ki, dövlət reyestrində “Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı 9 rəqəmli VÖEN-i (6********) olan “Sabirabad Rayonlararasi Tə"mir İstehsal və Layihələndirmə Üzrə Təsərrüfat X6”nin xx.xx.1992-ci il tarixdə 566 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Həmçinin bildirilir ki, 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin müəssisəyə aid qovluq aşkar edilmədiyindən qeydiyyat sənədlərinin təqdim edilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-273505/2023 nömrəli məktubunda göstərilmişdir ki, müraciətə əsasən vətəndaş X2 (Sabirabad, №052400) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti Sizə təqdim olunur. Mərkəzi Filialın arxivində və elektron informasiya bazalarında X13 və X1 dair hər hansı məlumat aşkar edilmədi. - İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2-17494/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoylması barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsinin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati- hüquqi formasına dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə məlumatın və məlumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Xidmətin arxivində Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsi barədə məlumat aşkar edilmədi. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-206883/2023 saylı məktubuna əsasən, İddiaçı müraciətinə dair inzibati icraat materiallarının surəti məhkəməyə təqdim olunur. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Mil-Muğan regional filialının vətəndaşın sosial sığorta stajının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli xidməti məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1989-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir İstehsal və layihələndirmə müəssisəsində işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğu araşdırılmışdır. Araşdırma zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktında göstərilmişdir ki, İddiaçı xx.xx.1989-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir İstehsal və layihələndirmə müəssisəsində işləməsi faktını sübut edən əmr kitabları əmək haqqı cədvəlləri və kitabları mühafizə olunması üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən vətəndaş İddiaçı 1989- 2000-ci illər üçün iş stajının doğruluğunu müəssisənin əmr kitabları əmək haqqı cədvəllərini və kitablarına əsasən yoxlamaq mümkün olmamışdır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-13885/2024 saylı məktubuna əsasən, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri 048301 nömrəli təhsil haqqında diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri, 073391 nömrəli hərbi biletə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 2 ay təşkil edir. Fondun Mil-Muğan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində olan məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək əmək fəaliyyəti dövrlərinin sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Pensiya altsisteminə əsasən iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.2019-cu il tarixindən pensiya yaşına çatdığı 11,02.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 3937,82 manat təşkil edir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-15707/2024 saylı məktubuna əsasən, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixinədək, 01,09.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1992ci il tarixinədək əmək fəaliyyəti dövrləri 048301 nömrəli təhsil haqqında diplomun surətinə əsasən 01,09.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri, 073391 nömrəli hərbi biletə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 2 ay təşkil edir. Fondun Mil-Muğan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin əmr kitabları və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 altsistemində olan məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək əmək fəaliyyəti dövrlərinin sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, Pensiya altsisteminə əsasən iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.2019-cu il tarixindən pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 3937,82 manat (2 il 7 ay sığorta stajı) təşkil edir. Bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilən və mübahisələndirilməyən ümumi iş stajı 29 il 1 ay 25 gün, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alındığı sığorta stajı isə 2 il 7 ay təşkil edir. Beləliklə, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri nəzərə alındıqda onun pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixinə əmək pensiyası hüququ yaranır. İddiaçının xx.xx.2006cı il tarixindən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək dövr üzrə əmək fəaliyyətinin olması təsdiq olunacağı halda belə fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə pensiya kapitalı olmadığı üçün həmin dövrlərin sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının sığorta hissəsinin hesablanması həm qanunvericiliyin tələbləri baxımından həm də texniki cəhətdən mümkün hesab edilmir. Məhkəmə tərəfindən qeyd edilir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixinədək, 01,09.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri 048301 nömrəli təhsil haqqında diplomun surətinə əsasən 01,09.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri, 073391 nömrəli hərbi biletə əsasən xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 2 ay təşkil edir. Pensiya altsisteminə əsasən iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.2019-cu il tarixindən pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 3937,82 manat (2 il 7 ay sığorta stajı) təşkil edir. İddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işlədiyi illər cavabdeh orqan tərəfindən mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1981-ci illərdə X5 ali təhsil almışdır. xx.xx.1975-xx.xx.1976-cı illərdə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə işləmişdir. xx.xx.1983-xx.xx.2000-ci illərdə Sabirabad rayonlararası təmir istehsalat və layihələndirmə müəssisəsində, xx.xx.2001-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2019-xx.xx.2019-cu illərdə digər müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin cəmiyyətdə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işləmiş və əmək haqqı almış, sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. İddiaçı iş yoldaşı X2 pensiya işi tələb edilmiş, A.Məmmədova məxsus pensiya işi məhkəmə daxil olmuş və müəyyən olunmuşdur ki, A.Məmmədov Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində xx.xx.1992-xx.xx.1994-cü illərdə mühəndis vəzifəsində çalışmış və cavabdeh orqan tərəfindən A.Məmmədova pensiya təyin edilən zaman həmin dövrlər qəbul edilmiş və mübahisələndirilməmişdir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi dövrdə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsi mövcud olmuş, iddiaçı həmin Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir-İstehsal və Layihələndirmə müəssisəsinin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət reyestrində “Sabirabad rayonlararası C/S təsərrüfat hesablı Təmir- İstehsal və Layihələndirmə müəssisəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı 9 rəqəmli VÖEN-i (6********) olan “Sabirabad Rayonlararasi Təmir İstehsal və Layihələndirmə Üzrə Təsərrüfat X6”nin xx.xx.1992-ci il tarixdə 566 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Cavabdeh tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixində qaralama olduğu üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Məhkəmə cavabdehin tərəfindən göstərilən dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair idarəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-996/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-996/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver