Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-998/2021 02.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X5 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı “Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mərzçəkmə işlərinin aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə oyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(120)-998/2021 nömrəli qərardadı ilə Lənkəran rayon Xanbulan Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(120)-998/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “mərzçəkmə işlərinin aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə oyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin cavabdehlər sırasından çıxarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabdeh qismində tanınması, iddia tələbinə isə “Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini X3 alqı-satqı yolu ilə 0.06 ha həyətyanı torpaq sahəsi satılmış və torpaq sahəsinin pulu da tərəfindən ödənilmişdir. Lakin bu günə kimi Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsi alqı-satqı yolu ilə ona, yəni X1 digər 0.06 ha torpaq sahəsinin yerinin müəyyən edərək ona təhvil verilməkdən imtina edilmişdir. Dəfələrlə tərəfindən bu barədə Lənkəran rayon Bürcəli kənd bələdiyyəsinin sədrinə müraciət olunmuşdur, lakin heç bir nəticəsi olmamışdır. Baxmayaraq ki, ona satılmış torpaq sahəsinə dair torpağın alqı-satqısına dair aktı, Bürcəli kənd Bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 8 saylı iclas protokolundan çıxarışı, alqı-satqı yolu ilə verilmiş həyətyanı torpaq sahəsinin sxemi və ona satılmış torpaq sahəsinə görə 627800 manat pul ödəməsini təsdiq edən qəbzi mövcuddur, həmin torpağın yerini dəqiq müəyyən edə bilmədiyindən, həmin torpaq sahəsindən istifadə edə bilmir. Qeyd etdiyi kimi ona satılmış torpaq sahəsinin sxemi təqdim edilsə də, torpaq sahəsinin yeri göstərilmir. Bununla əlaqədar ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edib xahiş etmişdir ki, Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini X3 alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması barədə müvafiq göstəriş versinlər. Lakin, cavabdeh inzibati orqan tərəfindən onun müraciətindən imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 08 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini X3 alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) və üçüncü şəxs Lənkəran rayon Xanbulan Bələdiyyəsinə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin) və üçüncü şəxs Lənkəran rayon Xanbulan Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin iddiaçıya ünvanladığı 05 aprel 2021-ci il tarixli, **********15 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 15 mart tarixli, ********** qeydiyyat nömrəli ərizənizə cavab olaraq bildiririk ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Bu baxımdan bildiririk ki, Lənkəran rayonu, Bürcəli kəndi ərazisində yerləşən, Lənkəran rayon Bürcəli bələdiyyəsinin 30.08.2002-ci il tarixli, 08 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü sizə ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar təqdim etdiyiniz ilkin hüquqmüəyyənedici sənədlər Ərazi İdarəsində fəaliyyətdə olan komissiya tərəfindən ekspertiza edilmişdir. Həmin ilkin hüquqmüəyyənedici sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan yerquruluşu planından çıxarış sözü gedən ərəfədə fəaliyyətdə olan sonradan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən təsdiqlənməmişdir. Həmçinin, icraatda olan hazırki sənədlərin sırasında həmin dövrdə fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin rəyi tərəfinizdən təqdim olunmamışdır. Eyni zamanda sözü gedən 600 kv.m torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar, habelə hazırki ərizənizdə barəsində qeyd olunan torpaq sahəsinin naturada yerinin və sərhədlərinin müəyyənləşdirilməsi proseduruna münasibətdə bildiririk ki, həmin dövrdə fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən plan və ölçü sənədi (kadastr planı) tərtib olunmadığı səbəbindən sizə məxsus torpaq sahəsinin yerləşmə situasiyasının (koordinatlarının) müəyyən olunması Ərazi İdarəsinin imkanları xaricindədir. Əlavə olaraq bildiririk ki, təqdim olunmuş ilkin bələdiyyə sənədləri tam tərtib olunmadığından: alqı-satqı aktı, habelə yerquruluşu planından çıxarış həmin dövrdə fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən aidiyyəti hissədə təsdiqlənmədiyi səbəbindən, texniki sənəd olaraq müvafiq plan və ölçü sənədi (kadastr planı) tərtib olunmadığı, həmçinin torpaq şöbəsinin müvafiq rəyinin olmaması səbəbindən həmin 600 kv.m torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarınızın qeydiyyata alınması prosedurundan imtina edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı 24 fevral 2021-ci il tarixli, **********96 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsinin 30.08.2002-ci il tarixli 08 saylı qərarı ilə sizə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin sərhəddinin müəyyənləşdirilməsinə köməklik göstərilməsi barədə 05.02.2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, qüvvədə olan Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilir. Qeyd olunanları nəzərə alaraq, torpaq sahəsi üzərində hüquqlarınızın tanınması məqsədi ilə torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin əsli ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Torpaq sahəsi üzərində hüquqlarınız rəsmiləşdirilərkən ərazidə müvafiq yerquruluşu işləri aparılmaqla sizə ayrılmış həyətyanı torpaq sahəsinin sərhədləri dəqiqləşdiriləcəkdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə göndərdiyi 25 iyun 2021-ci il tarixli, **********60 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mərzçəkmə işlərinin aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə sərəncamın icra edilməsinə dair məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Bürcəli Bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli 8 saylı qərarı ilə vətəndaşa ayrılmış 0,06 ha torpaq sahəsinə dair mərzçəkmə işləri aparılmamışdır. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssislərinə yerində yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi təmin ediləcəkdir. Əlavə olaraq bildiririk ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri cəlb edilməklə torpaqşünaslıq ekspertizası təyin ediləcəyi və müvafiq rəy təqdim ediləcəyi təqdirdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə göndərdiyi 08 iyul 2021-ci il tarixli, **********69 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 21 aprel tarixli, 2-1(120)-998/2020 saylı inzibati iş üzrə sərəncamın icrası olaraq Lənkəran rayonu, Bürcəli kəndi ərazisində yerləşən, Bürcəli bələdiyyəsinin 30.08.2002-ci il tarixli müvafiq qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü hazırki iş üzrə iddiaçı X3 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair həmin şəxsin adına müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərimizə qoyulmasına dair iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəfimizdən aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırıldı. Hazırki iş üzrə sərəncama münasibətdə, habelə iddia ərizəsində qeyd olunanlarla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılmıış və nəticədə məlum olmuşdur ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən Lənkəran rayonu, Bürcəli bələdiyyəsinin müvafiq qərarı ilə iddiaçıya ayrılmış ümumilikdə həmin 0.06 ha torpaq sahəsinə dair faktiki yerində müayinə aparılmadığı səbəbindən, torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, sözü gedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş yerquruluşu planından çıxarış mühüm əhəmiyyətli sənədlərdən sayldığından, həmin sənəd üzrə də torpaq sahəsinin yerinin faktiki olaraq harada yerləşməsini (hazırki iş üzrə iddiaçının özü də faktiki olaraq uzun illərdən bəri ona ayrılmış torpaq sahəsinin yerini bilmir) müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq yuxarıda göstərilən torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) münasibətdə bildiririk ki, aidiyyəti mübahisələrin həlli ilə bağlı səlahiyyətlər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Hal-hazırda, sözü gedən mübahisəli (həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və torpaq sahələrinin təyinatına münasibətdə) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı, ilkin bələdiyyə qərarları və plan ölçü üzrə) səlahiyyətli qurum olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti çıxış edir. Hazırki sərəncamın icrası olaraq bildiririk ki, gələcəkdə yuxarıda barəsində qeyd edilən qurumun aidiyyəti Ərazi İdarəsi cəlb olunmaqla iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılması (məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi şərtilə və torpaq sahəsinin təyinatına, faktiki yerinin müəyyən olunması proseduruna münasibətdə) və təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsas götürülməklə hazırki iddia tələbi barədə qanunamüvafiq məhkəmə qərarı qəbul edildiyi təqdirdə tərəfimizdən baxıla bilər. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya göndərdiyi 23 noyabr 2020-ci il tarixli, **********82 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2020-ci il 11 noyabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu, Bürcəli kəndi ərazisində yerləşən, Bürcəli bələdiyyəsinin 30.08.2002-cı il tarixli, 08 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü sizə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən 0.06 ha həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki yerində olan vəziyyət müayinə aparılmadığından müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməli və sözü gedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Odur ki, qanunvericiliyə tam uyğun olaraq qeyd edilən həyətyanı torpaq sahəsinin iştirakınızla yerində müayinə edilməsinə tərəfinizdən şərait yaradılmalıdır. Belə ki, Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşən, Bürcəli bələdiyyəsinin 30.08.2002cı il tarixli, 08 saylı qərarı əsasında əsasında sizə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarına dair müvafiq qeydiyyatın aparılması məqsədilə faktiki yerində müayinə aparılmaqla, koordinat nöqtələri dəqiqləşdirilməli, mövcud vəziyyətə uyğun həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Həmçinin, sözü gedən 0.06 ha həyətyanı torpaq sahəsinə dair icraata qəbul edilmiş ilkin hüquqmüəyyənedici sənədlərin sırasında mühüm əhəmiyyətli sənədlərdən sayılan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin müvafiq rəyi tərəfinizdən təqdim olunmamışdır. Xidmət orqanı olaraq bildiririk ki, həmin torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün tərəfinizdən şərait yaradılmadığından, habelə ilkin hüquqmüəyyənedici sənədlər tam təqdim olunmadığı səbəbindən icraatda olan ərizənizin icrası təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, təqdim olunmuş sənədlər üzrə yaranmış hüquqlara dair həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İş materiallarında olan 06 mart 1975-ci il tarixli, AZ № 279812 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə ilə İddiaçı 06 mart 1975-ci il tarixdə nikaha daxil olmuş və nikahları 5 nömrəli qeyd ilə qeydə alınmışdır. İş materiallarında olan Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarından, torpaqların alqı-satqısına dair 05 oktyabr 2002-ci il tarixli aktdan, 08 sentyabr 2002-ci il tarixli, 72 nömrəli qəbzdən və torpaq sahəsinə dair layihədən görünür ki, Lənkəran rayonu, Bürcəli kəndində yaşayan İddiaçı 23 avqust 2002-ci il tarixdə torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bürcəli bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsinin satılması barədə 30 avqust 2002-ci il tarixli, 08 nömrəli qərar qəbul etmişdir. Bunun müqabilində İddiaçı tərəfindən bankın **********0 saylı hesabına əvvəlcədən 627.800 manat torpaq haqqını ödəmişdir. Həmçinin İddiaçı alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarından 02.06.2021-ci il tarixli, b/159-2 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran rayonu, Bürcəli kəndində yaşayan İddiaçı torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bürcəli bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsinin satılması barədə 30 avqust 2002-ci il tarixli, 08 nömrəli qərar qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu, Bürcəli kəndində yaşayan İddiaçı 23 avqust 2002-ci il tarixdə torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bürcəli bələdiyyəsi ərazisindən 0,06 ha torpaq sahəsinin satılması barədə 30 avqust 2002-ci il tarixli, 08 nömrəli qərar qəbul etmişdir. Bunun müqabilində İddiaçı tərəfindən bankın **********0 saylı hesabına əvvəlcədən 627.800 manat torpaq haqqını ödəmişdir. Həmçinin İddiaçı alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İddiaçı Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ona ayrılmış lakin yerini müəyyən edə bilmədiyi torpaq sahəsinin naturada ona tanıdılması (mərzçəkmə işlərinin aparılması) üçün cavabdeh inzibati orqana mütaciət etmiş, lakin inzibati orqan onun ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002ci il tarixli, 08 saylı qərarı ona ayrılmış lakin yerini müəyyən edə bilmədiyi torpaq sahəsinin naturada ona tanıdılması (mərzçəkmə işlərinin aparılması) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.06.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (inidiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.10.2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə əsasən mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə əsasən mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Məhkəmə qeyd edir ki, mərzçəkmə işləri kompleks iş olmaqla həmçinin torpaq mülkiyyətçisinin və istifadəçisin torpaq sahəsinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. İddiaçının hazırki iddiasının mahiyyəti Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin döngə nöqtə koordinatlarının yerində göstərilməklə, həmin torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulmasının tələb edilməsi ilə bağlıdır. Mərzçəkmə işlərinin aparılmasının tələb edilməsi isə torpaq mülkiyyətçisinin (istifadəçisinin) müstəsna hüququdur. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, İddiaçı adına tərtib edilmiş Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı və torpaqların alqı-satqısına dair 05 oktyabr 2002-ci il tarixli akt mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir: “Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı Abdullayeva X4 bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə ona verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulmasını (mərzçəkmə işlərinin aparılmasının) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin) üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Bürcəli kənd bələdiyyəsinin 30 avqust 2002-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki adı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin) üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-998/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-998/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver