Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1/2021 05.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “mərhum X2 qanuni vərəsəsi olduğunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 mart 2014-cü il tarixdə **********82 reyestr nömrəsi ilə qeydə alınaraq adına verilmiş AA seriyalı, 008857 nömrəli torpaq sahəsinin planı və ölçüsü xəritəsində olan yalnışlıqların düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Kəngərli Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 qanuni vərəsəsi olduğunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 mart 2014-cü il tarixdə **********82 reyestr nömrəsi ilə qeydə alınaraq adına verilmiş AA seriyalı, 008857 nömrəli torpaq sahəsinin planı və ölçüsü xəritəsində olan yalnışlıqların düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 2-1(087)-18/2018 nömrəli qərardadı ilə inzibati işin icraatı Kəngərli Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat başa çatanadək dayandırılmış, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(122)- 1/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-1/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon İdarəsinə qarşı “mərhum X2 qanuni vərəsəsi olduğunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 mart 2014-cü il tarixdə **********82 reyestr nömrəsi ilə qeydə alınaraq adına verilmiş AA seriyalı, 008857 nömrəli torpaq sahəsinin planı və ölçüsü xəritəsində olan yalnışlıqların düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Məhkəmənin 16 fevral 2021-ci il tarixli, 2-1(122)-1/2021 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 05 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə 05 oktyabr 2021-ci il tarixli ərizə təqdim edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı mərhum X2 qanuni vərəsəsi olduğunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 mart 2014-cü il tarixdə **********82 reyestr nömrəsi ilə qeydə alınaraq adına verilmiş AA seriyalı, 008857 nömrəli torpaq sahəsinin planı və ölçüsü xəritəsində olan yalnışlıqların düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbindən imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “mərhum X2 qanuni vərəsəsi olduğunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 mart 2014-cü il tarixdə **********82 reyestr nömrəsi ilə qeydə alınaraq adına verilmiş AA seriyalı, 008857 nömrəli torpaq sahəsinin planı və ölçüsü xəritəsində olan yalnışlıqların düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 111.3-cü maddəsinə əsasən şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Odur ki, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1 və 111.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “mərhum X2 qanuni vərəsəsi olduğunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 mart 2014-cü il tarixdə **********82 reyestr nömrəsi ilə qeydə alınaraq adına verilmiş AA seriyalı, 008857 nömrəli torpaq sahəsinin planı və ölçüsü xəritəsində olan yalnışlıqların düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-1/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver