Məhkəmə qərarları › İş №2-1(122)-1/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1/2025 10.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 iyun 2021-ci il tarixli, 2-1(122)-86/2021 nömrəli qərardadı ilə Şahid üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 27 avqust 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı məhkəmədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması barədə iddia qaldırdığını, işin gedişatı zamanı üçüncü şəxs Şahid Ordubad Rayon Məhkəməsində alqı-satqının və çıxarışın ləğvi barədə iddia qaldırdığını bildirib, Ordubad Rayon Məhkəməsinin icraatında olan iddiaçı Şahid cavabdehlər İddiaçı və X2 qarşı “alqısatqının və çıxarışın ləğvi tələbi”nə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində olan inzibati işin icraatının dayandırılmasını xahiş edərək 27 avqust 2021-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2- 1(122)-86/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması tələbi”nə dair inzibati işin icraatı, iddiaçı Şahid cavabdehlər İddiaçı və X2 qarşı “alqı-satqının və çıxarışın ləğvi tələbi”nə dair Ordubad Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Daha sonra İddiaçı məhkəməyə təqdim etdiyi 16 noyabr 2021-ci il tarixli ərizəsi əsasında məhkəmənin 18 noyabr 2021-ci il tarixli, 2-1(122)-86/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması tələbi”nə dair inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 27 yanvar 2022-ci il tarixli, 2-1(122)-4/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması tələbi”nə dair inzibati işin icraatı, iddiaçı Şahid cavabdehlər İddiaçı, X2, X1, Ordubad Rayon Notariat Ofisinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "mənzilə mülkiyyət hüququnun tanınması tələbi”nə dair Ordubad Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə tərəfindən 13 fevral 2025-ci il tarixdə Şahid cavabdehlər İddiaçı, X2, X1, Ordubad Rayon Notariat Ofisinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "mənzilə mülkiyyət hüququnun tanınması tələbi"nə dair mülki işin nəticəsi barədə məlumatın və həmin iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının surətinin məhkəməyə təqdim edilməsi barədə Ordubad Rayon Məhkəməsinə sorğu məktubu göndərilmişdir. Ordubad Rayon Məhkəməsi tərəfindən məhkəməyə göndərilmiş Ordubad Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(080)-29/2022 nömrəli qətnaməsinin surətindən məlum olur ki, iddiaçı Şahid cavabdehlər X4 ilə İddiaçı arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair İddiaçı adına verilmiş ******* nömrəli xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə X4 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X3 ilə onun birgə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin 13 mart 2025-ci il tarixli, 2-1(122)-1/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması tələbi”nə dair inzibati iş üzrə icraat təzələnmiş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclasları 29 aprel və 10 iyun 2025-ci il tarixlərə təyin olunmuş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, həmçinin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmanın prosessual nəticələri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə icraatı gedişində mübahisənin faktiki və hüquqi hallarının iddiaçı ilə müzakirə edilməsi məqsədilə ağlabatan vaxt təyin edilərək məhkəmə iclasları təxirə salınmış, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Ona görə də iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin texniki inventarlaşdırılması və qeydiyyata alınması vəzifəsinin qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar