Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-100/2023 16.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "doğum akt qeydləri kitabında İddiaçı Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, "Nail" kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək "Mirnail" (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum akt qeydləri kitabında İddiaçı Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, "Nail" kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək "Mirnail" (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslanıldırmışdır ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Şərur rayonu, Dizə kəndində anadan olmuş, həmin vaxt valideynləri tərəfindən müvafiq qeydiyyat üzrə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə müraciət olunmuş və doğum dövlət qurumu tərəfindən qeydə alınaraq doğum haqqında şəhadətnamədə verilmişdir. İddiaçı 2001-2008-ci tədris illərində Culfa şəhər 2 saylı orta məktəbdə, 2008- 2010-cu tədris illərində Bakı şəhər Binəqədi rayon Rüstəm Əliyev adına 2 saylı orta məktəbdə, 2010-2012-ci tədris illərində isə Şərur rayon Dizə kənd tam orta məktəbində təhsil almışdır. İddiaçı 2013-cü ildə Azərbaycan Universitetinə daxil olmuş və 2017-ci ildə həmin Universiteti Biznesin idarə olunması ixtisası üzrə bitirmiş, 2018-ci ildə təhsilini davam etdirmək üçün Polşa Respublikasının Varşava şəhərində universitetə qəbul olmuşdur. 2020-ci ildə pandemiya ilə əlaqədar Azərbaycan Respublikasına qayıdarkən doğum haqqında şəhadətnaməsini tapa bilməmiş və qayıtdıqdan sonra ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün Şərur Rayon Nikah Evinə müraciət etmişdir. Şərur Rayon Nikah Evindən təkrar verilmiş doğum haqqında şəhadətnamədə iddiaçının adı yanlışlıqla (səhvən) “Nail” olaraq qeyd edilmişdir. İddiaçı doğum haqqında şəhadətnaməsində olan yanlışlığın (səhvin) aradan qaldırılması üçün Şərur Rayon Nikah Evinə ərizə ilə müraciət etmiş, Şərur Rayon Nikah Evindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/15-446/76 saylı məktubda Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində iddiaçının adının “Nail” olaraq yazıldığı üçün düzəliş etmək mümkün olmadığı və vətəndaşlıq vəziyyəti aktlarında düzəlişin məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Ona görə də iddiaçının doğum haqqında şəhadətnamədə qeyd olunan yanlışlığın (səhvin), “Nail” kimi qeyd olunmuş adının “Mirnail” olaraq düzəldilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bir sıra qanunvericilik aktlarına istinad edilərək yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 45 və 46-cı maddələrini rəhbər tutaraq məhkəmədən doğum akt qeydləri kitabında İddiaçı Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, "Nail" kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək "Mirnail" (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Şərur Rayon Nikah Evinin 24 yanvar 2023-cü il tarixli, 05/13-29/76 nömrəli məktubundan görünür ki, İddiaçı Şərur Rayon Nikah Evinə ərizə ilə müraciət edərək Şərur rayon Dizə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində "Nail” yazıldığı üçün düzəliş etmək mümkün olmadıqda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsi məslət görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”a əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 17 fevral 2023-cü il tarixli, 2-1(122)-100/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 16 mart 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı və cavabdeh Şərur Rayon Nikah Evinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh Şərur Rayon Nikah Evi məhkəməyə 24 fevral 2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli məktub göndərərək, xx.xx.2023-cü il tarixdə, saat 17:00-a təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərindən iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, attestatın, nikah və doğum haqqında şəhadətnamələrin, pasportun, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərini, arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayonu, Dizə kənd sakini İddiaçı verilmiş 13 dekabr 2022-ci il tarixli, 05/15-446/76 nömrəli məktubdan görünür ki, doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olduqda yaşadıqları ərazi üzrə Nikah Evi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qeydində Dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Dizə kənd İnzibati Ərazi Darəsi üzə Nümayəndəliyi tərəfindən qeyd edilən xx.xx.1995-ci il tarixli, 27 saylı İddiaçı doğum haqqında akt qeydində adı “Nail” yazıldığı üçün düzəliş etmək mümkün olmadıqda X2 qeydiyyatına düzəliş edilməsi məhkəmə qaydasında müəyyən edilir. Şərur Rayon Nikah X12 Respublikası İnzibati məhkəməsinə müraciət edilməsini məsləhət görmüşdür. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Şərur Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli, 02/84 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Şərur rayon Dizə kənd sakini İddiaçı 2011/2012-ci tədris ilində Şərur rayon Dizə kənd orta məktəbin Xİ sinfini bitirmiş və ona A№ 087182 nömrəli tam orta təhsil haqqında attestat verilmişdir. - 22 iyun 2012-ci il tarixli, A 087182 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 2012-ci ildə Şərur rayon Dizə kənd məktəbinin tam orta təhsilini bitirmişdir. - 15 iyul 2022-ci il tarixli, AZ-İİ 510435 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1995-ci ildə Şərur rayonu, Dizə kəndində doğulmuş İddiaçı ilə 01 aprel 2001-ci ildə Salyan rayonu, Arbatan kəndində doğulmuş X8 15 iyul 2022-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin iyul ayının 15-ci günündə 1093 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Seyidzadə soyadı verilmişdir. - 25 fevral 2014-cü il tarixli pasportun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1995-ci ildə doğulmuşdur. - 05 dekabr 2022-ci il tarixli, AZ-İV 785931 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 1995-ci ildə Şərur rayonu, Dizə kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1995-ci ilin sentyabr ayının 26-cı günündə 27 nömrə ilə qeyd edilmişdir. X1, anası X4, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Dizə Kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli, 94 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonu, Dizə kəndində qeydiyyatda durur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1995-ci ildə doğulmuşdur. - 30 noyabr 2021-ci il tarixli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1995-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş 08 fevral 2023-cü il tarixli çıxarışdan görünür ki, X5 xx xxxx 1995-ci ildə Şərur rayonu, Dizə kəndində doğulmuşdur. Bu barədə 26 sentyabr 1995ci ildə 27 nömrə ilə qeyd edilmişdir. X1, anası X4, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən X2 qeydindəki səhvlər düzəldikdə X2 qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X2 dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X2 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X2 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 26 sentyabr 1995-ci il tarixdə tərtib olunmuş 27 nömrəli doğum haqqında akt qeydində iddiaçının adı “Nail” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, iddiaçının adı “Mirnail”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını kifayət qədər əsasları özündə əks etdirən sənədlərin olmaması ilə əsaslandıraraq, yanlışlığın düzəldilməsi ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan bununla da iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. Belə ki, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud olmuşdur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı doğum haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və doğum akt qeydində ad qrafasına düzəliş olunaraq “Mirnail” yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və doğum akt qeydləri kitabında İddiaçı Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, "Nail" kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək "Mirnail" (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum akt qeydləri kitabında İddiaçı Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1995-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində aparılmış yanlışlığın düzəldilməsi, "Nail" kimi qeyd olunmuş adının (soyad, ad, ata adı qrafasında) düzəldilərək "Mirnail" (soyad, ad, ata adı qrafasında) kimi yazılması öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-100/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-100/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver