Məhkəmə qərarları › İş №2-1(122)-1015/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1015/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1015/2025 13.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X23 Heydər oğlunun sədrliyi, X24 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16rşı "Naxçıvan şəhəri, M.Mirişli küçəsində yerləşən 522 kv.m torpaq sahəsinin mərhum X7 və X8 adına hüquqların dövlət qeydiyyatına alınması üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, M.Mirişli küçəsində yerləşən 522 kv.m torpaq sahəsinin mərhum X7 və X8 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “Naxçıvan şəhəri, M.Mirişli küçəsində yerləşən 522 kv.m torpaq sahəsinin mərhum X7 və X8 adına hüquqların dövlət qeydiyyatına alınması üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 noyabr 2025-ci il tarixli, 2-1(122)-1015/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul olunaraq, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 13 fevral 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubu ünvanlanaraq, hazırkı iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququnun mövcudluğunun müəyyən edilmədiyi bildirilmiş, müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün vaxt təyin olunmuşdur. Məhkəmə prosesdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Bu aşağıdakı əsaslardan irəli gəlir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçının hüquqi marağı Naxçıvan şəhəri, M.Mirişli küçəsində yerləşən 522 kv.m torpaq sahəsinin mərhum X7 və X8 adına hüquqların dövlət qeydiyyatına alınması üçün arayışın verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması nəticəsində aşağıdakı hallar müəyyən olunmuşdur: 11 aprel 1990-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, 26 dekabr 1972-ci il tarixdə ölmüş X8 əmlakının vərəsələrinin hər biri Bakı şəhəri, Malıqin küçəsi, 6, 21 nömrəli evdə yaşayan oğlu X12 irs almalıdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1 ünvanda yerləşən 489 kv.m torpaq sahəsi 28 noyabr 2007-ci il tarixdə 474 nömrə ilə uçota alınmışdır. 18 fevral 2007-ci il tarixli, 001506 inventar nömrəli texniki pasportun surətindən Naxçıvan şəhəri, M.Mirişli küçəsində yerləşən 489.00 kv.m ərazinin **********51 reyestr nömrəsi ilə X7 adına qeydiyyata alındığı görünür. İş materiallarında olan 07 avqust 2007-ci il tarixli etibarnamə ilə X1 şəhəri, Frunze küçəsi ev 3-də yerləşən mənzillə əlaqədar onun adından vərəsəliyi qəbul etməyi, ərizə verməyi, vərəsəlik haqqında şəhadətnaməni Naxçıvan MR DƏDRX-nə təqdim edib çıxarış almaq, sənədləri toplamaq, sənədlərə imza etmək, bütün məhkəmələrdə təmsil etmək, alqı-satqı müqaviləsi bağlamaq, notariat qaydasında rəsmiləşdirmək səlahiyyətlərini X5 həvalə etmişdir. 23 yanvar 2008-ci il tarixli “Qanun üzrə vərəsəlik” Şəhadətnaməsinin surətindən görünür ki, 25 dekabr 2004-cü il tarixdə vəfat etmiş X6 miras qalan Naxçıvan MR DƏDRXnin xx.xx.2007-ci il reyestr nömrəsi **********51 və qeydiyyat 6476 nömrəli Çıxarışa əsasən Naxçıvan şəhəri, M. İrisli küçəsində yerləşən 489 kv.m yaşayış məntəqəsinin torpağı X10 tərəfindən qəbul edilmişdir. 06 fevral 2008-ci il tarixli, 001506 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Naxçıvan şəhəri, M. Mirişli küçəsində yerləşən 489.00 kv.m ərazi **********51 reyestr nömrəsi ilə X4 adına qeydiyyata alınmışdır. 22 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə X10 mülkiyyətində olan Naxçıvan şəhəri, M. Mirişli küçəsində yerləşən 489.00 kv.m torpaq sahəsini X11 3000 (üç min) manata satmışdır. 07 dekabr 2010-cu il tarixli, 001506 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Naxçıvan şəhəri, M. Mirişli küçəsi, 14-də yerləşən 489.00 kv.m ərazi **********20 reyestr nömrəsi ilə X9 adına qeydiyyata alınmış və 15 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə mülkiyyətçi M.Mirişli küçəsi, 14-də yerləşən 489.00 kv.m ərazidə yerləşən yaşayış məntəqəsi torpağından 100 kv.m hissəni X2. 08 fevral 2012-ci il tarixli, 001506 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Naxçıvan şəhəri, M.Mirişli küçəsi, 14-də yerləşən 389.00 kv.m ərazi **********23 reyestr nömrəsi ilə X9 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər XDS İK-nin 17 may 1990-cı il tarixli, 202 nömrəli Qərarından görünür ki, Naxçıvan şəhəri keçmiş “Frunze” küçəsinin adı dəyişdirilərək, “Mircəfər Mirişli” küçəsi olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, Naxçıvan şəhəri, M.Mirişli küçəsində yerləşən sözügedən torpaq sahəsinin mərhum X7 və X8 adına hüquqların dövlət qeydiyyatına alınması üçün arayışın verilməsini tələb etsə də, bu hüquq torpaq sahəsinin üçüncü şəxslərə təhvil verildiyi andan aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti yerinə yetirilmiş olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən çoxdan itirilmiş mülkiyyət hüququnun yenidən əldə ediləcəyi ümidinə “mülkiyyət” kimi baxıla bilməz; eyni yanaşma şərtə əməl edilə bilməməsi nəticəsində qüvvəsini itirmiş şərti tələbə də aiddir (bax: “Qratzinger və Qratzingerova Çex Respublikasına qarşı” (qərardad) [Böyük Palata] (Gratzinger and Gratzingerova v. the Czech Republic (dec.) [GC], no. 39794/98, § 69, ECHR 2002-Vİİ)). Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16rşı "Naxçıvan şəhəri, M.Mirişli küçəsində yerləşən 522 kv.m torpaq sahəsinin mərhum X7 və X8 adına hüquqların dövlət qeydiyyatına alınması üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar