Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-103/2020 09.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlu, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinin Cavabdeh qarşı “Cavabdeh 2 xəstəlik vərəqəsi və uşağa qulluğa görə, yəni 14 iyun 2017-ci il tarixində 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, 15 sentyabr 2017-ci il tarixində 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək ödənilmiş 505,30 (beş yüz beş manat otuz qəpik) manat ümumilikdə isə cəmi 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair məhkəmənin icraatında olan inzibati iş üzrə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 09 avqust 2020-ci il tarixli ərizəni Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2 xəstəlik vərəqəsi və uşağa qulluğa görə, yəni 14 iyun 2017-ci il tarixində 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, 15 sentyabr 2017-ci il tarixində 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək ödənilmiş 505,30 (beş yüz beş manat otuz qəpik) manat ümumilikdə isə cəmi 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinin müdir müavini X3 09 sentyabr 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinin ərizəsini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, iddia ərizəsi geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Hesab edirəm ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsinin baxılmadan qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmasından imtina etmişdir. Məhkəmə, iddia ərizəsinin verilməsini və eləcə də ondan imtina edilməsini onun iradə ifadəsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi iddiadan imtina kimi qəbul edilsə də, hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İddiaçıya iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin müddəaları izah edilir. Məhkəmənin həmin qərardadından apelyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə hesab edirəm ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinin Cavabdeh qarşı “Cavabdeh 2 xəstəlik vərəqəsi və uşağa qulluğa görə, yəni 14 iyun 2017-ci il tarixində 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, 15 sentyabr 2017-ci il tarixində 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək ödənilmiş 505,30 (beş yüz beş manat otuz qəpik) manat ümumilikdə isə cəmi 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i m: İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinin müdir müavini X1 ərizəsi təmin edilsin. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinin Cavabdeh qarşı Cavabdeh 2 xəstəlik vərəqəsi və uşağa qulluğa görə, yəni 14 iyun 2017-ci il tarixində 468,64 (dörd yüz altmış səkkiz manat altmış dörd qəpik) manat, 15 sentyabr 2017-ci il tarixində 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat və 03 oktyabr 2017-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək ödənilmiş 505,30 (beş yüz beş manat otuz qəpik) manat ümumilikdə isə cəmi 1031,30 (bir min otuz bir manat otuz qəpik) manat pul vəsaiti Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X2 Şəhər Şöbəsinə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. HAKİM: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-103/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-103/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver