Məhkəmə qərarları › İş №2-1(122)-103/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-103/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-103/2021 06.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh “Naxçıvan” X2 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan” X1rşı ““Naxçıvan” X2 N nömrəli hərbi hissəsinin N aprel 2021-ci il tarixli, 4/313 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən “Naxçıvan” X2 Qərargah rəisi polkovnik-leytenant A.Nəsirlinin 03 dekabr 2019-cu il tarixli, 260 ş/h saylı əmrinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən öz ərizəsi əsasında ehtiyata buraxılmağı barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan” X2 N nömrəli hərbi hissəsinin N aprel 2021-ci il tarixli, 4/313 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən “Naxçıvan” X2 Qərargah rəisi polkovnik-leytenant A.Nəsirlinin 03 dekabr 2019-cu il tarixli, 260 ş/h saylı əmrinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən öz ərizəsi əsasında ehtiyata buraxılmağı barədə əmrin verilməsi öhdəliyinin cavabdeh “Naxçıvan” X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12.07.2017-ci il tarixdə “Naxçıvan” X2 N №-li hərbi hissəsində gizir qismində həqiqi hərbi xidmətə daxil olmuşdur. 25.07.2017ci il tarixdə “Naxçıvan” X2 Sədərək rayon ərazisində yerləşən 4-cü sərhəd zastavasında qrup komandiri vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin yanvar ayında Naxçıvan ƏSD-da SNM kursuna daxil olmuş və 2018-ci ilin aprel ayının sonlarında kursu müvəffəqiyyətlə bitirib X5 nəzarətçi vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin dekabr ayının 30-da X6 nəzarətçi vəzifəsinə, 2019-cu ilin avqust ayında isə xidmət yeri dəyişdirilərək X5 nəzarətçi vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin oktyabr ayının 18-də ƏSD-nin komandiri generalmayor (general-leytenant) Niyaməddin Tağıyev tərəfindən nəzarətçi vəzifəsindən azad edilərək X4 mühafizəçi vəzifəsinə təyin edilmişdir. ƏSDVK-nın 03.12.2019-cu il tarixli, 260 ş/h nömrəli əmrinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 2020-ci ilin fevral ayında SHXÇDX-nın Şərur rayon İdarəsinə çağırılaraq yalnız hərbi bileti ona təqdim olunmuşdur. Hərbi bileti aldıqdan sonra məlum olmuşdur ki, o, ƏSDVK-nın 03.12.2019-cu il tarixli, 260 ş/h saylı əmrinə və “HV və HXH” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) əsasən xidmətdən xaric edilmişdir və bu barədə SX № ******* saylı hərbi biletin 21-ci səhifəsində müvafiq qeyd aparılmışdır. İddiaçı hesab edir ki, bu maddə ilə onun xidmətdən azad edilməsi əsassızdır, ona görə də bu maddə onun üzərindən götürülməlidir. Bu barədə ilkin olaraq cavabdehə müraciət etsə də tələbi təmin olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. 03 iyun 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı iclasında İddiaçı və 21 iyun 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı iclasında İddiaçı və onun vəkili Vəkil İPM-nin 13 və 48-ci maddələrinə uyğun olaraq yardımlar edilmiş, hazırki iddianın mübahisələndirmə haqqında iddia növünə aid edildiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ilə bağlı müddəalar izah edilmiş, iddiaçının vəkili vəsatətlə müraciət edərək prosessual müddətin bərpası barədə ərizənin və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün müddət təyin edilməsi xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfin vəsatəti nəzərə alınaraq 21 iyun 2021-ci il tarixli, 2-1(122)-103/2021 nömrəli sərəncamı ilə 10 gün müddət təyin edilmiş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 06 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, mübahisələndirdiyi əmrin qanunsuz olaraq verildiyini, onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması üçün hər hansı bir əsasın olmadığını bildirərək, “Naxçıvan” X2 Qərargah rəisi polkovnikleytenant A.Nəsirlinin 03 dekabr 2019-cu il tarixli, 260 ş/h saylı əmrinin dəyişdirilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən öz ərizəsi əsasında ehtiyata buraxılmağı barədə əmrin verilməsi öhdəliyinin cavabdeh “Naxçıvan” X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil ötən məhkəmə iclasında proesessual müddətin bərpası barədə ərizənin və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün müddət təyin edilməsi barədə vəsatət qaldırdığını, müddətin bərpası ilə bağlı mötəbər sübutlarının olmadığını, inzibati aktın qəbul edilməsindən uzun müddət keçdiyini, buna görə də bu barədə ərizə təqdim edə bilmədiklərini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Naxçıvan” X2 nümayəndəsi X8 məhkəmədən iddianın mümkün sayılması ilə bağlı qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Həmin növ iddialar üzrə iddia müddətinin otürülüb-ötürülməməsinə münasibət bildirilməsi ilə bağlı nəzərə alınmalıdır ki, dəyişdirilməsi tələb olunan inzibati akt 03 dekabr 2019-cu il tarixdə verilmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından da aydın olur ki, mübahisələndirilən əmr iddiaçı tərəfə 2020-ci ilin fevral ayında məlum olmuşdur. Belə ki, bu barədə iddiaçının hərbi biletində müvafiq qeydiyyat aparılmışdır. Hərbi biletin iddiaçının özündə olması onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan həmin dövrdə rəsmən məlumatlı olmuş, lakin qeyd olunan inzibati aktı 2021-ci il tarixdə mübahisələndirmişdir. Göründüyü kimi əmr barədə iddiaçının məlumatı olsa, məlumatlı olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət etməmiş və prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. Məhkəmə iddiaçıya müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış, müddətin ötürülməsinin bərpası üçün əsas ola biləcək ötürülmənin üzrlü səbəblərinin olub-olmaması barədə məhkəməyə sübut təqdim edilməsi təklif etmişdir. Lakin iddiaçı tərəfindən müddətin buraxılması ilə bağlı hər hansı üzrlü səbəb göstərilmədiyi kimi, müddətin bərpası ilə bağlı ərizə də təqdim edilməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Naxçıvan” X1rşı ““Naxçıvan” X2 N nömrəli hərbi hissəsinin N aprel 2021-ci il tarixli, 4/313 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən “Naxçıvan” X2 Qərargah rəisi polkovnik-leytenant A.Nəsirlinin 03 dekabr 2019-cu il tarixli, 260 ş/h saylı əmrinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən öz ərizəsi əsasında ehtiyata buraxılmağı barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh “Naxçıvan” X1rşı ““Naxçıvan” X2 N nömrəli hərbi hissəsinin N aprel 2021-ci il tarixli, 4/313 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən “Naxçıvan” X2 Qərargah rəisi polkovnik-leytenant A.Nəsirlinin 03 dekabr 2019-cu il tarixli, 260 ş/h saylı əmrinin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən öz ərizəsi əsasında ehtiyata buraxılmağı barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar