Məhkəmə qərarları › İş №2-1(122)-103/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-103/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-103/2024 23.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 94 nömrəli binanın şimal tərəfində yerləşən sahəsi 19.8 kv.m olan bir otaqdan ibarət binanın, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində bir otaqdan ibarət aptek kimi istifadə olunan sökülmüş tikililərə uyğun sahələrlə və yaxud mənzillərlə təmin olunmağı, “Sarvan-1" kooperativinin yanacaq doldurma və sürtkü yağlarının satışı kimi fəaliyyət göstərmiş dağıdılmış məntəqənin yerləşdiyi 0.9 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə onun mülkiyyətində olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 94 nömrəli binanın şimal tərəfində yerləşən sahəsi 19.8 kv.m olan bir otaqdan ibarət binanın, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində bir otaqdan ibarət aptek kimi istifadə olunan sökülmüş tikililərə uyğun sahələrlə və yaxud mənzillərlə təmin olunmağı, “Sarvan-1" kooperativinin yanacaq doldurma və sürtkü yağlarının satışı kimi fəaliyyət göstərmiş dağıdılmış məntəqənin yerləşdiyi 0.9 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 23 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə ilə daxil olmuş 12 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı onun mülkiyyətində olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 94 nömrəli binanın şimal tərəfində yerləşən sahəsi 19.8 kv.m olan bir otaqdan ibarət binanın, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində bir otaqdan ibarət aptek kimi istifadə olunan sökülmüş tikililərə uyğun sahələrlə və yaxud mənzillərlə təmin olunmağı, “Sarvan-1" kooperativinin yanacaq doldurma və sürtkü yağlarının satışı kimi fəaliyyət göstərmiş dağıdılmış məntəqənin yerləşdiyi 0.9 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə göndərdiyi iddiadan imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin məzmununa uyğun izahat verib, ərizənin qəbul olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 94 nömrəli binanın şimal tərəfində yerləşən sahəsi 19.8 kv.m olan bir otaqdan ibarət binanın, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində bir otaqdan ibarət aptek kimi istifadə olunan sökülmüş tikililərə uyğun sahələrlə və yaxud mənzillərlə təmin olunmağı, “Sarvan-1" kooperativinin yanacaq doldurma və sürtkü yağlarının satışı kimi fəaliyyət göstərmiş dağıdılmış məntəqənin yerləşdiyi 0.9 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 94 nömrəli binanın şimal tərəfində yerləşən sahəsi 19.8 kv.m olan bir otaqdan ibarət binanın, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində bir otaqdan ibarət aptek kimi istifadə olunan sökülmüş tikililərə uyğun sahələrlə və yaxud mənzillərlə təmin olunmağı, “Sarvan-1" kooperativinin yanacaq doldurma və sürtkü yağlarının satışı kimi fəaliyyət göstərmiş dağıdılmış məntəqənin yerləşdiyi 0.9 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar